Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə6/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Allah Təala belə buyurur: 

“Bu Quran, həqiqətən, ən doğruya (ən sağlama) yönəldir”. (İsra 17/9) 

Quran həqiqətən ən doğru və ən sağlam olan düşüncə və davranışlara yönəldir. 

Lakin o, başa düşmək üçün deyil, ancaq savab olsun deyə oxunursa, onunla bir 

şeyə nail olmaq olmaz. Bu, eynilə keyfiyyətli bir balın sadəcə görünüşü və xoş 

iyi ilə kifayətlənməyə bənzəyir. Yeyilməyən balın bədənə nə faydası ola bilər?! 

Müsəlmanlar  əsrlər boyunca məhz belə davranmış  və Quran ilə yetərincə 

qidalanmamışlar.  Ənənəvi adət qəlibləri ilə xürafatlar bir-birinə qarışmış, 

insanların mənəviyyatı mövhümatlarla əhatə olunmuşdur. Amma artıq Quranı 

başa düşmək üçün oxuyanlar və onun üstündə  ağıl yoranlar vardır. Onlar 

özlərinə  və  cəmiyyətə  tənqidi yanaşırlar. Bu yanaşma bir növ keçmişlə  də 

hesablaşmaq deməkdir. 

Allah Təala belə buyurur: 



“İman gətirənlər üçün Allahı könüldən xatırlama və Onun tərəfindən nazil 

olan həqiqətə  qəlbən bağlanmaq vaxtı  gəlib çatmadımı?! Onlar özlərindən 

əvvəl kitab verilən kimsələr (yəhudilər və xristianlar) kimi olmasınlar. Onlarla 

(öz peyğəmbərləri arasında) uzun bir müddət keçmiş və qəlbləri sərtləşmişdir. 

Onların çoxu (Allaha asi olan) fasiqlərdir!” (Hədid 57/16) 

24. Türkiyədə özünü müsəlman saymayan az insan vardır. Özünü müsəlman 

sayanlar iki qrupdur. Birinci qrup özünü etiqad müstəvisində müsəlman 

sayanlardır. Onların arasında oruc tutan, qurban kəsən, bayram namazı qılan və 

cümə günü cümə namazına gedənlər vardır. Onların çoxu Qərb mədəniyyətini 

mənimsəməyə çalışanlardır. 

Digər bir qrupu isə dinin göstəişlərini yerinə yetirmək arzusu və  qətiyyətində 

olanlar təşkil edir. Onları şərti olaraq “dindarlar” adlandıracağıq. 

Qərb pərəstişkarları dindarları irticaçı və fundamentalist hesab edir, dindarlar isə 

onları dindən uzaq qalmaqda ittiham edirlər. 




 

25. Son illər ərzində göstərilən səylər hər iki cərəyanın tərəfdarı olan insanları 

Quranın ətrafında toplamışdır. Qurana yönələn qərb pərəstişkarları dindarlardan 

bir qisminin yaşadığı dinin xurafatlarla dolu olduğunu dərk etmiş və belə bir din 

anlayışı  və ona uyğun davranışlardan uzaq olduqları üçün özlərini  şanslı 

saymışlar. Bu vəziyyət sözügedən dindarları da dərindən sarsmışdır. Bu sarsılma 

qarşısında onlar da özlərini müdafiə etmək üçün Qurana yönəldikdə  həmin 

tənqidlərin bir çoxunun doğru olduğunu görmüşlər. Bu yönəlmə xurafatlara 

aludə olub-olmamasından asılı olmayaraq bütün dindarlar və eləcə  də  Qərb 

pərəstişkarları üzərində  dərin iz buraxmışdır. Artıq hər iki qrupun mənsubları 

Quranın ətrafında birləşmək ideyasına yaxınlaşmışdır. 

26. Bu sarsılma bəzi  şəxslərin özlərini tamamilə dindən uzaq insanlar kimi 

görməsinə  səbəb olmuşdur. Allahın kitabına yönəlmənin mövcud olduğu hər 

yerdə bu prosesin gerçəkləşməsi labüddür. Uca Allah bu xüsusda buyurur: 



“Onlara bu işdə (din işində) aydın dəlillər verdik.  

“ Kitab əhlindən və müşriklərdən olan inkar edənlər onlara açıq-aydın dəlil 

gələnə  qədər (küfrlərindən)  əl çəkmirlər. Bu (dəlil) pak səhifələri oxuyan 

Allahın göndərdiyi Elçidir. 

Onlarda tam doğru hökümlər vardır. 

Özlərinə kitab verilənlərin parça-parça bölünmələri, ancaq bu açıq sənədin 

(Quranın) onlara gəlməsindən sonra baş verdi”. (Bəyyinə 98/1-4) 

De ki: “ Doğru gəldi, əyri yox oldu. Çünki əyri həmişə yox olmuşdur. 

İnananları qoruyan və yaxşılaşdıran nə varsa, biz Quran ilə onu endiririk. 

Amma bu zalımların ancaq qəddarlığını artırır”. (İsra 17/81-82) 

27. Qurana yönəlmənin güclü olduğu hər yerdə dağılan qruplar əllərindəkini 

itirməmək üçün hərəkətə keçirlər. Duyğular  əsasında davrandıqları üçün tozu 

dumana qatırlar. Onlara heç bir şey başa sala bilməzsiniz. Onlara qarşı  səbirli 

olmaq lazımdır. Allah Təala bu mövzuda belə buyurur: 



 

“Sizdə bir xeyir görülsə bu onları rahatsız edər. Başınıza bir pislik gəldikdə isə 

ona sevinərlər.  Əgər səbirli olsanız və qorunsanız, onların qurduqları hiylə 

sizə bir zərər verməz. Çünki onlar nə etsələr Allah onu əhatə etmişdir”. (Al-i 

İmran 3/120) 

Bu sarsılmalar faydalıdır. Belə hadisələr sayəsində  bəzi insanlar Allah 

dərgahında mükafat qazanır, bəzilərinin isə gerçək siması ortaya çıxır. Nəticədə 

sağlam bir din anlayışı əldə etmək mümkün olur. 

28. Qurana yönəlmə bir təxəyyül, ya da bir dəb deyildir, ümumbəşərilik və 

sabitlik kimi cəhətləri özündə ehtiva edən ciddi bir işdir. Qurana yönəlmə şüarı 

ilə meydana çıxanlardan bəziləri həyatlarını Quranla uzlaşdırmaq yerinə Quranı 

özlərinə uyğunlaşdırmağa cəhd edirlər. Onlar başqalarını  tənqid edərkən 

özlərinin nə  vəziyyətə düşdüklərindən tamamilə  xəbərsizdirlər. Bu səbəblə 

Qurana yönələn hər kəs özünü bu baxımdan tez-tez sorğu-suala çəkməlidir. Uca 

Allah belə buyurur: 

“Allahın ipinə birlikdə möhkəm sarılın və ayrılmayın”. (Ali-İmran 3/103) 

“Ey inananlar! Allaha boyun əyin, elçisinə itaət edin, sizdən olan əmirlərə də. 

Bir mövzu üstündə mübahisə edincə, əgər Allaha və axirət gününə inanırsızsa 

onu Allaha və  Rəsuluna götürün. Bu həm daha xeyirlidir, həm də  nəticə 

etibarı ilə daha yaxşı olur.”  (Nisa4/59) 

“ Onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Diqqət et, onların 

həvəslərinə uyma. Onlardan uzaqlaş ki, Allahın sənə nazil etdiyinin bir 

qismindən səni çaşdırmasınlar.  Əgər üz çevirirlərsə bil ki, Allah bir çox 

günahlarına qarşılıq başlarına bir pislik gəlməsini istəyir.  Əslində 

insanlardan çoxu həqiqətən yoldan çıxmışdır. 



Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə