Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə3/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   2   3   4   5   6   7   8   9   ...   26

 

dövrlərlə  əlaqələndirib onları qüvvədən düşmüş sayırlar, bir qismini də  fərqli 

şəkildə izah edirlər. 

Quranı özünə uyğunlaşdırmağa çalışmağın doğru olmadığını onlar da bildiyi 

üçün özlərini arxayınlaşdırmaq məqsədilə dəstəkçilər axtarırlar. Özlərinə yaxın 

hesab etdikləri  şəxsləri önə  çıxarır, digərlərini isə diqqət mərkəzindən uzaqda 

tutmağa çalışırlar. Dövləti, yaxud hər hansı bir təşkilat və ya quruluşu təmsil 

etdiklərini iddia edərək güclü görünmək istəyirlər. Bu səhv istiqamətdir. Çünki 

din mövzusunda kim danışırsa danışsın, şəxsi mövqeyini ifadə etmiş olur. 

Din dövləti ifadəsi doğru olmadığı kimi, dinsiz dövlət ifadəsi də doğru deyildir. 

Dindarlıq və ya dinsizlik sadəcə  fərdlərlə bağlı bir anlayışdır. Bu səbəblə heç 

kim din mövzusunda dövlətə aid bir təşkilat və ya qurumun adından danışa 

bilməz. Çünki bu təşkilat və qurumlar eyni inanca mənsub insanlardan təşkil 

olunmuş bir dini cəmiyyət deyildir. Hər hansı bir dini mövzuda həmin 

qurumların adından (onları  təmsil etmək iddiası ilə  tərc.) danışan  şəxs öz 

inancını, rəyini o qurumlarda fəaliyyət göstərən bütün şəxslərin inancı, rəyi kimi 

göstərmiş olur ki, buna da heç kimin haqqı yoxdur. 

Dinlə bağlı hər bir müsəlmanı əlaqədar edən şeylər Quran ayələri, səhih (doğru) 

hədislər və icma ilə müəyyən edilmiş şeylərdir. İcma eyni dövrdə yaşayan İslam 

alimlərinin hamısının dinlə əlaqədar bir mövzuda yekdil mövqeyə gəlməsidir. 

4. Din azadlığının təminatçısı Qurandır. Uca Allah bu barədə buyurur: 

“Rəbbin istəsəydi, yer üzərində olanların hamısı inanardı. Elə isə, insanları 

inanmağa sənmi məcbur edəcəksən?” (Yunus 10/99) 

İnsanın xarici aləmi də daxili kimi azad olmalıdır. Məhz o zaman həqiqi 

şəxsiyyət qazanmış olar. 

5. Dövlətin vətəndaşı ilə münasibətləri dini və ya ideoloji müstəvidə deyil, 

ədalət müstəvisində  tənzimlənməlidir. Dövlətin  əsas vəzifəsi  ədalətin bərpası, 



 

daxili və xarici təhlükəsizliyin təmin edilməsi, vətəndaşların  əsas hüquq və 

azadlıqlarının həyata keçirilməsinə mane olan səbəbləri ortadan qaldırmaqdır. 

Dövlətin təzyiqi ilə iman gətirmiş görünənlər orqanizmin daxilinə  qəbul etdiyi 

mikroba bənzəyir, güclənər-güclənməz xəstəlik törədirlər. 

İnanclarına təzyiq edilməyənlər isə vücuda vurulmuş peyvənd kimi ölkəni 

qoruma vəzifəsini öz üzərlərinə götürürlər. Osmanlı dövlətindəki dini azlıqların 

özlərini dini azlıq deyil, dövlətin  şərəfli bir vətəndaşı sayması çox mühüm bir 

məsələ idi. 

Dövlət günəş kimi olmalıdır. Günəş necə müsəlman, xristian, yəhudi, zəngin, 

yoxsul arasında fərq qoymadan, dini, etnik, irqi, sosial və s. Diskriminasiyaya 

yol vermədən hər kəsə eyni məsafədə durursa, dövlət də  vətəndaşlarına qarşı 

həmişə eyni məsafədə durmalıdır. 

2-LAİSİZM 

6. Laisizm

2

 Fransada  meydana  gəlmişdir. Fransız dilində dini quruluşların 



hakimiyyətindən asılı olmayan təşkilata laik (laic və ya laique) qurum deyilir.

3

 



Bu ölkədə dini quruluş deyərkən Katolik kilsəsi başa düşülür. Laisizm 

mübarizəsi xristianlığa qarşı deyil, kilsəyə qarşı aparılmışdır. 

7. Kilsə ilahi hakimiyyət adı altında hərəkət etdiyini irəli sürərək kralın, 

hökümətlərin tərkibinin və əyalətlərin icra hakimiyyəti başçılarının seçilməsi və 

vəzifəyə  təyin edilməsi ilə  əlaqədar səlahiyyətlərə malik olduğunu iddia edir

4



                                                            

!

2



 Burada  “Laiqlik”dedikdə, sizin eşitdiyiniz və gördüyünüz şəkliylə  və ya Türkiyədə pratik yönüylə  tətbiq 

edilən laiqlik qəsd edilmir. Türkiyədə laiqlərin Atatürk ilkələri (əsasları) adıyla yeritmək istədikləri, elə 

teokratiyanın bir tərzidir. Mən teorikdəki laiqlikdən, insanları dini və ideoloji təzyiqlərdən xilas edib, sərbəst 

buraxan bir təşkilatdan bəhs edirəm. Fransada laiqlik dinə  yəni xristianlığa qarşı deyil, kilisə hakimiyyətinin  

təzyiqinə qarşı ortaya çıxmışdır. Çox təəssüf ki, Türkiyədə bu məfhum istismar edilərək, dinə qarşı bir mübarizə 

tərzində əks etdirilmişdir. 

 Kimsə  də bizim laiqliyi mənimsədiyimizi düşünməsin. Məqsədimiz sadəcə  həqiqətdə bir şeyin nə olduğunu, 

insanların bu məfhumları  istismar edərək parçalanmamalarını saxlamaqdır. Niyyətimiz hər kəsin inanc və 

düşüncələrində  sərbəst olduğunu, fərqli düşünə biləcəyini və buna baxmayaraq bir arada yaşamaları lazım 

olduğunu bildirməkdən ibarətdir. 

3

 Böyük Larousse Ensiklopediyası, “Laic” başlıqlı məqalə. 



4

 Tümer, Küçük, e.q.ə. s.256. 




 

Dövrümüzdə seçki üsulu ilə dövlət hakimiyyətində yer alan dövlət, hökümət 

başçısı və ya dövlət məmurlarına vəzifə icrasına başlayarkən and içdirməklə bu 

səlahiyyətlərini az da olsa sürdürməkdədir. Fransa tarixi kilsəyə qarşı aparılmış 

mübarizələrlə  zəngindir. Kilsənin dövlət üzərindəki hakimiyyətini aradan 

qaldırmaq cəhdləri XIV əsrdə başlamışdır.

5

 

8. Laisizm mübarizəsinin dinə qarşı aparılmadığının  ən bariz sübutu Fransada 



Müəssislər Məclisinin üzvləri tərəfindən hazırlanan və Avqust 1789-cu ilin 

avqust ayında qəbul edilən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinin 10 və 

11-ci maddələridir. Sözügedən maddələrdə deyilir: 

Maddə 10. Heç kim baxışlarına, hətta dini baxışlarına görə belə təzyiqə məruz 

qalmamalıdır, bu şərtlə ki, onların ifadə edilməsi qanunla bərqərar edilmiş 

ictimai asayişi pozmasın. 

Maddə 11. Fikir və mövqelərin azad şəkildə ifadəsi insanın  ən dəyərli 

hüquqlarından biridir; hər bir vətəndaş öz fikirlərini azad şəkildə ifadə edə, 

yaza və  dərc etdirə bilər; bu azadlıqdan sui-istifadə edilməsinə görə ancaq 

qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyır. 

9. Bu bəyannamə 1791-ci ildə  qəbul edilən Fransa Konstitusiyasının Giriş 

hissəsini təşkil etmişdi.

6

 Sözügedən konstitusiya katolik kilsənin imtiyazlarına 



son qoymağı, protestant, yəhudi və ya dini mənsubiyyəti olmayan vətəndaşların 

hüquq bərabərliyinin bərpasını, xüsusilə din və vicdan azadlığı ilə  əlaqədar 

istənilən növ dini görüşə  bərabərhüquqlu yanaşmanı qarşısına məqsəd 

qoymuşdu


7

. Çünki əks təqdirdə kilsə bir başqa din mənsubuna yaşamaq hüququ 

tanımazdı. 

                                                            

5

 Böyük Larousse Ensiklopediyası, “Laic” başlıqlı məqalə. 



6

 Böyük Larousse Ensiklopediyası, “Laic” başlıqlı məqalə. 

7

 GRIC (Groupe de Rechercehes İslamo-Chretien = İslam-Xristiyan Araşdırmaları birliyi), Din və Dövlət, 



İslamochristana, 12, Roma, 1986, s. 49-72. Tərcümə M.Səid Xətiboğlu, İslami araşdırmalar jurnalı, c. III, 3-cü 

say, Ankara, 1989, s. 102. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə