Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə4/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Bəyannamənin preambulasında (giriş hissəsində) insan hüquq və azadlıqlarının 

əhəmiyyəti aşağıdakı şəkildə ifadə olunur: 

“Fransız xalqının nümayəndələri Milli Assambleya yaradaraq və nadanlığın, 

insan hüquqlarının unudulmasının və ya onlara biganəliyin ictimai bəlaların və 

hökumətlərin  əxlaqsızlaşmasının yeganə  səbəbi olduğuna  əsaslanaraq, insanın 

təbii,  əvəzedilməz və müqəddəs hüquqlarını  təntənəli bir Bəyannamə ilə 

açıqlamağı qərara aldılar...” 

10. Bəyannamədə azadlığın tərifi verilmiş  və qanun ilə lüzumundan çox 

məhdudlaşdırılmaması üçün ayrıca maddə  də daxil edilmişdir.  Əlaqədar 

maddələr belədir: 



Maddə 4. Azadlıq başqasına zərər verməyən hər  şeyi etmək imkanından 

ibarətdir. Beləliklə, hər bir insanın təbii hüquqlarının həyata keçirilməsi yalnız 

cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə 

məhdudlaşır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilər. 

Maddə 5. Qanun yalnız cəmiyyətə  zərərli olan hərəkətləri qadağan edə bilər. 

Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və heç kəsi qanunla nəzərdə 

tutulmayan bir işi görməyə məcbur etmək olmaz. 

11. Türkiyə qanunvericiliyində qüvvədə olan rəsmi sənədlərə görə  də laisizm 

dinə qarşı deyildir. Konstitusiyanın 2-ci maddəsində deyilir: 

“Türkiyə Respublikası cəmiyyətin rahatlığı, milli həmrəylik və ədalət anlayışına 

əsaslanan, insan hüquqlarına hörmət bəsləyən, Atatürk millətçiliyinə bağlı olan, 

başlanğıc hissəsində  şərh edilmiş  əsas prinsiplərə söykənən, demokratik, laik 

(düyəvi) və sosial hüquqi dövlətdir”. 



 

12. Beləliklə, laisizm Türkiyə dövlətinin bir xüsusiyyətidir.

8

 Dövlətin bir başqa 



xüsusiyyəti də insan haqlarına hörmətlə yanaşmasıdır. 

Konstitusiyanın 24-cü maddəsi hər bir vətəndaşın vicdan, dini etiqad və  əqidə 

azadlığına malik olduğunu təsdiqləyir. Başqa sözlə, Konstitusiya laisizmin 

dövlətin bir xüsusiyyəti olduğunu, vətəndaşın isə dindar olmaq hüququnu qəbul 

etmişdir. 

13. Konstitusiyanın 26-cı maddəsi də fikri açıqlamaq və yaymaq azadlığını 

təsdiq edir. Sözügedən maddənin ilk cümləsi belədir: 

“Hər kəs fikir və  əqidəsini söz, yazı, rəsm vasitəsilə  və ya başqa yollarla 

təkbaşına və ya başqaları ilə birlikdə açıqlamaq və yaymaq hüququna 

malikdir...” 

Konstitusiyanın belə olması  təbiidir.  İnsan və  Vətəndaş Hüquqları 

Bəyannaməsinin 16-cı maddəsində də deyilir: 

“Hüquqların təminatının mövcud olmadığı  və hakimiyyətin bölüşdürülmədiyi 

cəmiyyətdə Konstitusiya yoxdur”. 

14. 1948-ci ildə BMT Baş  Məclisi tərəfindən qəbul edilən Ümumdünya İnsan 

Hüquqları Bəyannaməsi də düşüncə, vicdan və din azadlıqlarını təsdiqləmişdir. 

Bəyannamənin müvafiq maddəsi dini nə sosial, nə ictimai, nə də bir başqa həyat 

sahəsindən təcrid etmir. Bu, ümumiyyətlə, ağlasığmazdır. Dindar insan dininin 

tələbini bir kənara qoyaraq başqa insanların tələblərini icra edə bilməz.  İcra 

etmək məcburiyyətində qalsa da, buna ya gizli, ya da açıq şəkildə qarşı çıxar. Bu 

da öz növbəsində  İnsan və  Vətəndaş Hüquqları  Bəyannaməsinin giriş 

bölümündə bildirildiyi kimi “…ictimai bəlalara və hakimiyyətlərin 

                                                            

8

 Azərbaycan da laik (dünyəvi) bir dövlət olduğu üçün bu keyfiyyətləri pratikdə  həyata keçirməsi ölkəmiz və 



vətəndaşları üçün zəruridir.  İnsanlara dininin tələb etdiyi qaydalara maneə törətmək, təzyiq göstərmək nə 

dövlətin hüzur və mənafeyinə nə də birlik və tərəqqisinə fayda saxlamaz. Əksinə zərər verir. 




 

korlanmasına...” səbəb olur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-

ci maddəsi belədir: 

“Hər kəs düşüncə, vicdan və din azadlığına malikdir; buna hər kəs üçün tək 

başına, yaxud başqaları ilə birlikdə, istər ictimai, istərsə  fərdi qaydada təhsil, 

tədbir, ibadət, ya da dini mükəlləfiyyətləri həyata keçirərək dinini, yaxud 

əqidəsini ifadə etmək azadlığı da daxildir”.

9

 

15. Türkiyə Konstitusiyasının Başlanğıcında da “...laiklik prinsipinin tələb etdiyi 

kimi, müqəddəs dini duyğuların Dövlət işlərinə və siyasətə qətiyyən qarışdırıla 

bilməyəcəyi...” ifadəsinə yer  verilmişdir. Demək ki, vətəndaşlara xidmətdə dini 

inanclarına görə fərq qoyula bilməz. 

16. Bu İslamda onsuz da vardır. Bu mövzuda nöqsanı olmayan bir dinin 

mənsubuyuq. Dinimiz insanlarla münasibətdə onların  əqidələrindən 

qaynaqlanan bir diskriminasiyaya icazə vermir. 

17. Bütün bunlar onu göstərir ki, laisizm dinə qarşı deyil, dövlətin dini 

təşkilatların hakimiyyəti altında olmasına qarşıdır. 

İslamda dövləti hakimiyyəti altına alacaq bir dini təşkilat yoxdur. Fransada 

kilsəyə qarşı aparılan laisizm mücadiləsi bir neçə  əsr sürmüş  və çox qanlı 

hadisələr meydana gəlmişdir. Ancaq Türkiyə Cümhuriyyəti laisizmi qəbul 

edərkən heç bir dini quruluşun etirazı ilə üzləşməmişdir. Çünki İslamda həm 

dövləti hakimiyyəti altına alacaq bir dini təşkilat yoxdur, həm də laisizm üçün 

qeyd edilən təriflərin İslama zidd bir yönü yoxdur. 

Əlavə olaraq İslamda rahiblər sinifi də yoxdur. Heç kim bu dindən, insanlar 

üzərində nüfuz, mənfəət əldə etmək vasitəsi kimi istifadə edə bilməz. Məscidlər 

də kilsə təşkilatı kimi deyildir.

10

 



                                                            

9

 Böyük Larousse Ansiklopediyası, insan maddəsi.İst. 1986. 



10

 Şeyxulislamlığı bir dini təşkilat sayanlar ola bilir. Şeyxulislamlıq kilisə kimi bir dini hal deyildir. Bunun 

Qurana vəya sünnəyə dayandırılan bir tərəfi yoxdur. O, ehtiyac duyulduğu üçün ortaya çıxarılmış olan elmi və 



Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə