Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə7/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 

“Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan 

bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!” (Maidə 5/49-

50) 

4 - TƏRİQƏTLƏR 

29. Hər bir insan rahatlıqla qatıla biləcəyi ünsiyyət və dostluq mühiti axtarır. 

Peyğəmbərlər belə bir mühiti təşkil etmişdilər. Onlarla cəmiyyətin istənilən 

təbəqəsindən olan insan rahatlıqla və heç bir maneə ilə üzləşmədən ünsiyyət 

qura bilmiş, söhbətlərinə qatıla bilmişdir. Məsələn, Rəsulullah (s.a.v.) 

Mədinədəki məscidinin qapısını qadın-kişi, qoca-cavan, alim-cahil, müsəlman-

kafir və yerli-yad fərqi qoymadan hər kəsin üzünə açmışdı. Hamı oraya 

rahatlıqla girir və söhbətə qatılırdı. Söhbət Quran ətrafında olduğu üçün hər kəs 

öz bilik və qabiliyyətinə görə ondan bir şey  əxz edirdi. Bu məclislərdə  iştirak 

etmək üçün ödənilməsi nəzərdə tutulan bir rüsum, başqa sözlə üzvlük haqqı da 

yox idi. 

30. Namazda oxuduğu Quranın mənasını bilməyən insanın 

namazı olur

. Çünki 


o, bu mövzuda ona verilən  əmri yerinə yetirir. Həmin göstərişdə oxuduğu 

Quranı başa düşmək  şərti yoxdur. Amma Quranı başa düşmək  ən mühüm 

məqsədlərdən olduğu üçün namazda oxunuşu da onu daha asan başa düşəcək 

tərzdə olur. “Məbsut”

12

da bunu izah edən ifadələri diqqətlə incələyək: 



“Həzrət Peyğambər (Ona dua və salam olsun!) belə demişdir: “Kim namazını 

imamın arxasında qılarsa,  imamın qiraəti onun qiraəti sayılır”. O, məşhur bir 

hədisində  də belə deyirdi: “İmam təkbir aldıqda siz də alın, imam (Quran) 

oxuduqda isə siz susun”. Namazını imamla birgə (camaat şəklində) qılan insanın 

imamın arxasında qiraəti ilə bağlı qadağa hökmü böyük sahabələrdən 80 nəfəri 

tərəfindən rəvayət edilmişdir. Onların adları  hədisşünaslar tərəfindən 

toplanmışdır. Sad b. Əbu Vəqqas deyirdi: “Kim imamın arxasında qiraət edərsə 

                                                            

12

 Şəmsuddin əs-Sərəxsinin “Məbsut” adındakı bu əsəri Hənəfi fıkhının əsas mənbələrindən biri hesab edilir. 




 

(Quran surə və ayələrini özü də oxuyarsa) namazı pozulur”. Bu rəvayətin mənası 

belədir: Quran qiraətində əsl məqsəd onu oxumaq deyil, başa düşmək, üzərində 

fikirləşmək və ona görə davranmaqdır.  İbn Məsud deyirdi: “Quran ona riayət 

olunsun deyə endirildi, amma insanlar onu sadəcə oxumağı ibadət saydılar”. 

İmam oxuyar, camaat da oxunan Quranı dinləyərsə, istənilən  əldə edilə bilər. 

Amma namazda hər kəs fərdi surətdə qiraətlə  məşğul olarsa, nəzərdə tutulan 

məqsədə nail olmaq olmaz”.

13

 

Deməli, müsəlmanların  əsil hədəfi, namazda belə olsa, oxunan Quranı başa 



düşməkdir. 

31. Təriqətlər Pəyğəmbərin yolu ilə getsə, Quranı dərk etməyə yönəlik söhbətlər 

təşkil etsə, bu məqsədlərə istiqamətlənmiş  təhsil və  təlim-tərbiyə mühiti 

yaratsaydı, çox yaxşı olardı. Amma onlar Quranı  dərk etmək üçün səy 

göstərmədilər. Oxuduqları Quran ağıllarına deyil, qulaqlarına və könüllərinə 

səsləndi. Məna unuduldu, onun sözləri və musiqisi ilə kifayətləndilər. Beləliklə

Quran söhbətin bəzəyi halına gəldi. Bu vəziyyət də öz növbəsində qaçılmaz 

olaraq xurafatların rəvac tapması üçün zəmin hazırladı. Təriqət  şeyxi eynilə 

xristian əzizləri kimi ruhani lider sayıldı  və ruhani aləmlə  əlaqəsinin olduğuna 

inanıldı. O, Allah ilə müridlərinin arasında bir vasitəçi, rabitəçi yerinə qoyuldu. 

Qurani-Kərimə görə hər bir müsəlman Allahın dostu, yəni sevimli qulu olduğu 

halda bu vəsf yalnız təriqət başçılarına aid edildi. “Dostun dosta nazı keçər” 

deyilərək, Allahın onların nazını çəkəcəyi düşüncəsi qəbul edildi. Onların qeyri-

adi yollarla insanlara kömək edəcəyinə inanıldı. Təriqətə girmək “əl alma” 

şəklində bir mərasim halına salındı. Öncə  təriqət üzvlüyünə namizədin həmin 

təriqətdən nəsibinin olub-olmadığını  təyin etmək üçün yuxu görməsi və bu 

yuxunu şeyxə danışması şərti qoyuldu. Beləcə, arzuolunmaz və şeyx tərəfindən 

təsdiq edilməyən insanların təriqətə  qəbul edilməsi  əngəlləndi. Qapılar çölə 

möhkəm  şəkildə bağlandı.  İnsanlar arasında təriqətdən olan və olmayan deyə 

                                                            

13

 Şəmsuddin əs-Sərəxsi, əl-Məbsut, Beyrut, 1409/1989, c.1, s.199-200. 




 

ayrıseçkilik tətbiq edildi. Bu da təriqətin və  şeyxin müqəddəsləşdirilməsinə 

şərait yaratdı. Bir çox müridlər Allahın bəxş etdiyi nemətləri şeyxinin himməti 

ilə  əldə etdiyininə dair fikirlər səsləndirməyə başladı. Onlara bir növ vəhy 

gəldiyinə, qeybdən agah ola bildiklərinə inanıldı. Bunu qəbul etdirə bilmək üçün 

şeyxin kəramət göstərməsi labüdləşdi. Sonra hər mürid şeyxinə aid bir kəramət 

yaxalamaq üçün səfərbər oldu. Kiçik bir təsadüf böyük şişirtmələrlə  kəramət 

kimi qələmə verildi. “Elm-i lədün” və “elm-i batın” deyə bir elm uydurularaq 

onların belə bir elmə sahib olduqları  qəbul edildi.

14

 Beləliklə,  şeyxlərin 



törətdikləri istənilən sapqınlıq hikmət olaraq mənimsənilməyə başlandı. 180 il 

əvvəl Naxşıbəndi təriqətinin Xalidiyə qolunda şeyxə rabitə adı altında yeni bir 

ibadət növü meydana çıxdı.

15

 Bu  işdə Allahın  şeyxdə  təcəlli etdiyinə inama 



qədər irəli gedildi. Dünyada müridlərinə kömək edəcəyinə inanılan  şeyxin, 

axirətdə də şəfaət edərək müridlərini cəhənnəmdən qurtaracağına inanıldı. Şeyxə 

uca Allahın xüsusi katibi və sir dostu kimi bir mövqe qazandırıldı. Qurandan 

sanki maqqaşla çəkilmiş bir neçə ayənin mənasını ciddi şəkildə təhrif edərək bu 

xətaları Qurana yamamaq istədilər. Uca Allah, əlbəttə ki, bütün bu iftiralardan 

uzaqdır. 

Bunlar Qurana kökündən zidd düşüncə  və davranışlardır. Quran diqqətlə 

oxunarsa, məlum olar ki, bütün peyğəmbərlər həyatlarını bu qəbildən olan 

düşüncə  və davranışlara qarşı mübarizə aparmaqla keçirmişlər.  Ən təəssüflüsü 

isə o insanların bu işləri daha yaxşı müsəlman olma arzusuyla görməsidir. 

                                                            

14

 Kəhf sürəsinin 65-ci ayəsində, Həzrət Musa (ə) ilə qarşılaşan şəxs ilə əlaqədar: “Ona öz qatımızdan bir elm 



öyrətmişdik” – deyə buyurulur. Burada “qat”  deyə  tərcümə etdiyimiz kəlimənin  ərəbcə qarşılığı “lədünn” 

kəliməsidir. Hədis-i şəriflərdən bu şəxsin Xızır əleyhissəlam olduğunu öyrənirik. Elm-i lədun və elmi batından 

bəhs edənlər Xızır əleyhissəlamın bu elmini nəzərdə tuturlar. Fəqət Xızırla (ə) bərabər olan Musanın (ə) bu elmi 

öyrənə bilmədiyini də  qəbul edirlər. Çünki bu barədə həm ayələrdə  həm də Peyğəmbərimizin sözlərində bəhs 

edilir. (Bax: Buxari, Elm, 44) Bununla yanaşı  təriqət  şeyxləri,  əllərində heç bir dəlil olmadığı halda Xızıra 

verilən bu xüsusi elmin özlərinə də verildiyini iddia edir, özlərini Xızır əleyhissəlamın yerinə, müridlərini də onu 

başa düşməyən Musanın  (ə) yerinə qoyurlar. Heç bir qaynağı və dəlili olmayan bu iddia şeyxləri şeytanın əlində 

bir oyuncaq halına gətirmişdir.  İslam aləminin Allahın qəzəbinə düçar olub dünya səhnəsindən çəkilməsinin 

(nüfuz və qüdrətini itirməsinin) əsl səbəbləri bunlardır. 

15

 Rabitəni “Şeyxin surətinin mürşidin iki gözünün arasında təsəvvür edilərək müridin mürşidə qarşı özünü son 



dərəcə alçaldıb ona yalvarması və onu Allah ilə özü arasında vasitəçi qəbul etməsi” kimi tərif edən və təriqətə 

belə bir rabitəni gətirən Xalid Bağdadidir. Onun vəfat tarixi 1242-ci hicri, 1827-ci miladi tarixidir. (Bu qəbildən 

olan mövzularla bağlı  ətraflı  məlumat üçün bax: Abdülaziz Bayındır, Quran İşığında Təriqətçiliyə Baxış, 

İstanbul, 1997) 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə