Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə8/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

 

Həqiqətləri öyrəndikləri vaxt, təəssüf ki, hər  şey bitmiş olacaqdır. Duamız 

onların bu dünyadan ayrılmadan doğruları öyrənib lazım olan dönüşü həyata 

keçirməsi üçündür. Şəxsi araşdırmalarımıza görə az və ya çox, qeyd edilən və 

burada sadalaya bilmədiyimiz saysız xürafatlara qarışmamış bir tək təriqət belə 

yoxdur. 


32. Müsəlmanların Qurana münasibətləri onu mənasını başa düşmədən oxuma 

və gözəl səsli hafizlərin qiraətində dinləmə  səviyəsinə endirildiyi üçün təriqət 

şeyxlərini belə bir məqama gətirmək çətin olmamışdır. 

İndi isə, gəlin, nümunə olaraq onların aşağıdakı ifadələrinə diqqət yetirək: 



Haqlı görünsə də, müridin ustadına etirazı haramdır.

16

 

Şeyx müridə bir şey təlqin etdikdə davamlı olaraq həmin işlə məşğul olmalı və 

qəlbinə xeyir, yaxud şər bir şey gətirməməlidir

17



Mürid üçün nəzərdə tutulan şərtlərdən biri də  şeyxin  əmr etdiyi şeyləri 

yozmayaraq, dəyişdirməyərək və gecikdirməyərək yerinə yetirməkdir. Çünki 

əmrləri başqa yerə yozmaq və gecikdirmək rabitədə ciddi qırılmaya səbəb ola 

bilər.

18

 

Mürid şeyxinin tərbiyəsində ölü yuyanın əlindəki meyit kimi olmalıdır ki, şeyx, 

onunla istədiyi kimi davrana bilsin.

19

 

Yəni, bir sözlə, mürid şeyxinin əsiri olmalıdır. Hətta ona əsirdən də möhkəm bir 

bağlılığı olmalıdır. Çünki əsir ağasına, sahibinə bəzən baş qaldırır və ya içindən 

gileylənir, amma mürid həm içi ilə, həm də çölü ilə  şeyxinə tam boyun 

əyməlidir. 

                                                            

16

 Kotku, Təsəvvüfi Əxlaq, c.II,s.5, 2.paraqraf. 



17

 e. g. ə., c.II,s. 248. 

18

 e. g. ə., c.II,s. 246,paraqraf 5. 



19

 e. g. ə., c.II,s. 245,paraqraf 3. 




 

33. Təriqətlər, insanı passivləşdirir, özünə qarşı inam və etibarını ortadan 

qaldırır və onun şəxsiyyətsizləşdirir. Türkiyədə  təkkə  və zaviyələr (təriqət 

ocaqları) rəsmi  şəkildə bağlı olsa da, həqiqətdə çox sayda təriqət fəaliyyətini 

davam etdirir. İnsanları bu mövzuda məlumatlandırmaq üçün ciddi çalışmalar 

aparmaq lazımdır. Ancaq dövlət bu məsələdə  də bitərəf olmalıdır ki, görülən 

tədbirlərə duyğular qarışmasın, məsələ rahat bir mühitdə müzakirə edilsin və 

arzuolunan sağlam və sabit nəticələr əldə etmək mümkün olsun. 

Təriqətlər mütəşəkkil icmalardır. Onların təkkələri və müəssələri vardır. Hər 

birinin bir ruhani rəisi yəni şeyxi vardır. Onlara görə şeyx, qul ilə Allah arasında 

bir vasitə, Allahın qapılarından bir qapıdır.

20

 Təriqətə giriş əl alma (beyət) işiylə 



həll olur. Beləcə şeyx müridi Allah yolunda təslim almış sayılır. Qurtuluş üçün 

bir təriqətə girmək şərtdir.

21

 Şeyx peyğəmbər vəkili



22

 və xatasız bir aftoritetdir.

23

 

O müridin mənəvi atasıdır.



24

 

Bunlar Qurana tamamilə  tərs  şeylərdir. Necə ki, İncilin xaricində formalaşan 



Kilisə teokratiyanın qaynağı olmuşsa, bizdə  də Quranın xaricində formalaşan 

təriqətlər teokratik düşüncəyə  zəmin hazırlamışlar. Təriqətlər tərəfindən 

yeridilən fikirlər bu gün təriqət mənsubu olmayan insanlara da yoluxmuşdur. 

                                                            

20

 Abdulgani ən-Nablusinin bu mövzuda belə dediyi nəql edilir: ” Bir kimsə  Allah yolunda özünü təslim alan bir 



şeyxə  təslim olursa onun , Allahın qapılarından bir qapı olduğuna inanması lazımdır.  Şeyxi bu mərtəbədə 

görmək mərtəbələrin ən düşüyüdür. Buna inanılmalıdır ki, şeyxdən özünə nə gəlirsə Allahdan bilməli, şeyxdən 

bilməməlidir. Əgər xeyir gəlirsə, Allahın ona hidayəti, şər gəlirsə Onun imtahanıdır. Bu halda təriqətə girmiş bir 

kimsənin şeyxini Allahın qapısı bilməsi ilk pillədir. 

İkinci pillə, Allahın isim və sifətlərinin ortaya çıxıb göründüyü insan olaraq bilməsidir. Allahın  əmr və 

qadağanları ilə məsul olan şəxs nesə hörmət duyarsa şeyxinin yanındada o şəkildə hörmətli olmalıdır. Bu orta 

pillədir. 

Üçüncü pillə,  şeyxini heç görməməlidir, o mənəvidir. Onun yerinə Allahın sifətlərini görməlidir.  Şeyxi arada 

fani bilməlidir. Doğru olan da budur. Bu hal, üç pillənin ən üstünüdür. (Qotqu, Təsəvvüfi Əxlaq, İst. 1982, c. İİ 

s. 185.) 

21

 Məhmət Zahid Qotqunun mövzu ilə bağlı ifadələri belədir: Qəlbi hüzuru İlahiyəyə qovuşmaqdan uzaqlaşdıran 



sıfatı məzmumədən (aşağılanmış) xilas edəcək bir şeyxi, mürşidi qəbul etmək insan üçü vacibdir deyə icma və 

ittifaq vardır. 

Fəna (pis) sifətlərdən xilas olmağa vəsilə olan bir şeyxi mürşidi qəbul etməyən kimsələr, Allahu Təalaya və 

Rəsulullaha üsyan etmiş olurlar. Çünki haqq təriqətə daxil olmayan kimsə mürşidsiz bu sifətlərdən xilas ola 

bilməz. (Qotqu, Təsəvvüfi Əxlaq, c. II s. 183) 

22

 Həsən Kamil Yılmaz, İslam Təsəvvüfü, Təsəvvüflə əlaqəli suallar-cavablar,İst. 1996,s.494 



23

 Haqlı belə görülsə müridin şeyxinə etirazı haramdır. (Qotqu, Təsəvvüfi Əxlaq, c.ıı s. 5) 

24

 Qotqu, Təsəvvüfi Əxlaq, c.ıı s.247. 




 

Heç bir təriqət kilisə kimi təşkilatlanmamışdır. Bu günə  qədər bir təriqətin 

əmrinə girmiş dövlət də olmamışdır. Quran mövcud olduğu müddətcə bunun 

həyata keçməsi mümkün deyildir. Təriqətlərlə  əlaqəli  şikayət ediləcək bir çox 

mövzu vardır. Bunlar, müsəlmanların Quran işığında təhsil alması ilə ortadan 

qalxar. 


 

5-DİNİ TƏHSİL 

Din azadlığına dini öyrənmək azadlığı da daxildir. Dini təhsili inanc, ibadət və 



əxlaq təlimi olmaqla üç hissəyə bölmək olar. 

A- ETİQAD TƏLİMİ 

35. Dinə inanmaq istəyən insan təhsil səviyyəsindən və yaşadığı ictimai 

mühitdən asılı olmayaraq etiqad bəsləyər və etiqadına uyğun  şəkildə 

davranmağa çalışar.  Əgər etiqad bəsləməliolduğu inancları doğru 

öyrənməmişdirsə, bu boşluğu xurafatlarla dolduracaqdır. Dövrümüzdə neçə-

neçə elm xadimi, ziyalı, yüksək çinli dövlət məmuru və sahibkar səmimi-qəlblə 

dini dəyərləri həyatında tətbiq etməyə  səy göstərmiş, amma əqidə ilə  əlaqədar 

kifayət qədər doğru məlumat  əldə edə bilmədiyi üçün xurafatçıların, 

istismarçıların əsirinə çevrilmişdir. 

36. Müsəlman ilk növbədə xurafatlardan uzaq bir imana sahib olmalıdır. Bunun 

ən etibarlı yolu inancını Qurandan öyrənməsidir. Quran bütün bəşəriyyəti 

yaradan Allahın kitabı olduğu üçün inancını Qurandan öyrənənlər hər kəsə qarşı 

humanist və tolerant davrana bilən, dardüşüncəli olmayan insanlar olurlar. Uca 

Allah belə buyurur: 



De: “Haqq Rəbbinizdən gələndir. Artıq inanmaq istəyən inansın, istəməyən də 

inanmasın”. (Kəhf 18/29) 


Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə