Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə5/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   2   3   4   5   6   7   8   9   ...   26

 

İslam inanclara təzyiq göstərilməsini qəbul etmir. Bir kimsənin müsəlman 

olması tamamilə öz qərarına bağlıdır. Bunun üçün bir dini quruluşun təsdiq 

etməsi ilə bağlı şərt yoxdur. Vəftizə bənzər bir mərasimin təşkil edilməsinə də 

ehtiyac yoxdur. Çünki  nə din adamı, nə də bir başqa şəxs, Allah adına hərəkət 

edə bilməz. Allah müsəlman olmağı elə bir prinsipə  əsaslandırmışdır ki, buna 

heç kim qarışa bilməz. Çünki dinin kökü imandır. İmanın əsası da ürəkdən qəbul 

etmək, yəni qəlb ilə  təsdiqdir. Qəlbdəki təsdiqi bir o şəxs, bir də Allah bilir. 

Bura insanın  ən azad olduğu yerdir. Bu səbəblə heç kimsə bir inancı  qəbul 

etməyə vəya inkara məcbur edilə bilməz. 

18. Kilsəyə  bənzər bir təşkilatı olmayan, din adamlarını bir ruhani lider deyil, 

sadəcə din mövzusunda cəmiyyəti maarifləndirən və onlara nümunə olmağa 

çalışan və qapısını teokratiyaya tamamilə bağlamış olan bir dinin yayıldığı yerdə 

laisizm nəyi ifadə edə bilər?! 

Elə problem də tam bu nöqtədə doğmaqdadır. Burada laisizmi İslamın 

alternativi sayan və onu dinə qarşı imiş kimi qəbul edənlər ortaya çıxmaqdadır. 

19. Müsəlmanların yaşadığı ölkələrdə az sayılmayacaq qədər ateist,

11

 yəni heç 



bir dini qəbul etməyən insanlar vardır. Bir çoxları da dinə  kənardan baxırlar; 

                                                                                                                                                                                          

hüquqi bir təşkilatdır.  Şeyxülislam siyasi bir nüfuza sahib idi. Vəzifəyə  gəlməsi və  vəzifədən ayrılması siyasi 

aftoritetin əmri ilə olurdu. Nəticədə bir qanunla bu məqam ortadan qaldırılmışdır. Amma dövlətlər yüz dəfələrlə 

qanun çıxarsa kilisənin varlığını ortadan qaldıra bilməzlər.  

11

 Ateizm,  tanrı tanımamaq mənasına gəlir. Adına istəyir təbiət, istəyir Göy Tanrısı  nə istəyir deyilsin, bütün 



varlıqları yaradan və kainatın tək hakimi olan Allahı inkar etmək mümkün olmadğından tanrıtanımayan, atasını 

tanımayan insana bənzəyir. O ən çətin zamanında necə atasını axtarırsa tanrı tanımaz da möhkəm dara düşəndə 

Allaha sığınır. Əslində bunlar hər şeyi verən amma özlərinə əmr verməyən bir Allah istəyirlər. 

Bəzi kimsələrdə Allaha inandıqlarını açıq  şəkildə deyirlər və ateizmi rədd edərlər. Amma Allahın və 

peyğəmbərin əmrlərini, öz anlayışlarına görə siniflərə ayırır, bir qismini qəbul edər, bir qismini də rədd edərlər. 

Bunların vəziyyəti, Quranda yer alan şeytanın vəziyyətinə bənzəyir. Şeytanı o hala gətirən Allahın bir tək əmrini 

bəyənməməsidir. Yoxsa o Allaha,  axirət gününə və inanması lazım olan bir çox şeyə inanır. Quranda bunu açıq 

tərzdə ifadə edən ayələr vardır. Ahzab sürəsinin 36-cı ayəsi belədir: 

“ Allah və Rəsulu bir işdə höküm verincə inanmış heç bir kişi və qadın o işlə əlaqəli davranışlarında sərbəst ola 

bilməzlər.” 

Müsəlman bu ayəyə uyğun tərzdə davranır. 



 

ondan bəyəndiklərini alır, bəyənmədiklərini də kənara atırlar. Xalqın əksəriyyəti 

bu mövqedədir. Türkiyədəki ateistlər din ilə əlaqədar hər bir mənzərəni laisizmə 

zidd saydıqları halda dinə  kənardan baxanlar yəni dindən istədiyini alanlar da 

özlərinin xoşlamadıqları dini görüntüləri laisizmə zidd sayıb ortadan qaldırmağa 

çalışırlar. Onlar laisizmi bir təşkilatın hakimiyyətinə qarşı mübarizə amalı 

çərçivəsində  çıxararaq, birbaşa dinə qarşı mübarizəyə çevirmişlər. Onlara görə 

Allahın sosial və ictimai sahələrlə  əlaqədar  əmrləri dövrümüzdə icra edilə 

bilməz. O sahədə  səlahiyyətli olanlar özləridir. Bunu çoxu açıq  şəkildə ifadə 

etmir, amma söz, davranış  və  hərəkətlərinə başqa bir məna da verilə bilməz. 

Belələrinin qərar və hərəkətləri insanların şəxsi həyatları ilə əlaqədar olsa belə 

dinə zidd olduğu əsas götürülərək həmin qərar və hərəkətlərə qarşı çıxılmasını 

əsla qəbul etməzlər. Onların görüşlərinə zidd olan dini əmr və  tədbirlər ya 

dəyişdirilməli, ya da qüvvədən düşürülməlidir. Onların hörmət qoyduqları din, 

öz düşüncələrinə uyğun gələn dindir. İslam dini ilə bağlı  qərar qəbul etmək 

səlahiyyətinin Quran, sünnət və din alimlərinə deyil, onların özlərinə  məxsus 

olduğunu düşünürlər. Yəni insanlar ancaq onların icazə verdikləri çərçivədə 

dindar ola bilərlər. 

20. Vicdanlara sıxışdırılmaq istənilən din İslam dini olduqda ona qarşı mübarizə 

çox çətin olur. Çünki İslama qarşı çıxmaq hər şeydən əvvəl üniversal dəyərlərə, 

fitrətə qarşı  çıxmaqdır. Çünki İslamın istədiyi  şeylər insan təbiəti və sosial 

həyatla yəni bütün üniversal dəyərlərlə tam bir uyğunlaşma  şəklindədir. Çünki 

bu din o dəyərləri qoyan Allahın dinidir. Quranda belə buyurulur: 

“Sən üzünü tam doğru bu dinə, Allahın fitrətinə (yaratma qanununa) tərəf 

çevir. O insanları ona görə yaratmışdır. Allahın yaratdığının yerini tuta 

biləcək bir şey yoxdur. Sağlam din məhz bu dindir. Ancaq insanların çoxu 

bunu bilməzlər”. (Rum 30/30) 

21. Bu səbəblə onlara laiqliyin nə olduğundan, insan haqlarından, konstitusiya 

və qanunlarla tanınmış haqlardan və üniversal dəyərlərdən bəhs etdiyiniz vaxt, 



 

ölkənin xüsusi şərtlərini irəli sürərək qəbul etməzlər. Laiqlik dövlətə aid bir 

xüsusiyyət olduğu halda onu özlərinə aid bir xüsusiyyət olaraq görür və “ Mən 

laiqəm, sən laiq deyilsən,” kimi ifadələr işlədirlər. İnsanları da “ laiq olanlar və 

olmayanlar” deyə ikiyə bölərlər. Bunlar öz vicdanlarına qarşı da rahat deyillər. 

Vicdanlarını rahatlatmaq üçün bəzən elədiklərinin doğru olmadığını  qəbul 

edənlər də olur. Elə bütün hüzursuzluqların kökündə bu xətalı düşüncə  və 

davranış vardır. Bunlarla ediləcək  ən təsirli mübarizə, bezmədən, yorulmadan 

doğruları çatdırmaqdır. Çünki üniversal dəyərlərə qarşı mübarizə tam başından 

məğlub edilmiş mübarizədir. Əgər o dəyərlərin səmimi müdafiəçiləri varsa onlar 

qısa zamanda müvəffəqiyyət əldə edərlər. 

3) QURANA UYĞUN MÜSƏLMANLIQ 

22.  İslam Allahın dini, Həzrət Məhəmməd - Ona dua və salam olsun! - isə 

Allahın son elçisidir. Qurani-kərim, həm Həzrət Məhəmmədin Allahın elçisi 

olduğunun sübutu, həm də Allahın insanlardan nə istədiyini açıq şəkildə bəyan 

edən və etibarlı yollarla bizə  gəlib çatan ilahi kitabdır. Bu səbəbdən Quranı 

yaxşı başa düşmək lazımdır. 

Allah Təala belə buyurur: 

“Onlar Quran üzərində düşünməzlərmi? Yoxsa qəlblər üzərində kilidlərmi 

vardır?”(Muhamməd 47/24) 

“And olsun ki, biz Quranı üzərində düşünülsün deyə belə asanlaşdırdıq. 

Amma heç bir düşünən varmı?” (Qəmər 54/17, 22, 32 və 40) 

23. Müsəlmanlar Quran haqqında düşünməyi  əsrlər boyu unutdular. Quran 

üzərində  dərindən düşünməyin  əhəmiyyəti unudulduqda isə o, əlçatmaz, 

müqəddəs bir kitab sayıldı və bizim üçün anlaşılmaz olduğuna dair bir düşüncə 

formalaşdı. Sonra keçmişdəkilərin hər şeyi həll etdiyinə dair fikir müdafiə edildi 

və yeniliklərə qapılar bağlandı. Nəhayət, Quran ancaq savab qazanmaq üçün 

oxunan bir kitaba çevrildi. 



Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə