İnformasiya
sistemləri menecmenti
15
Xarici idarəetmə elmində idarəetmənin müasir elm
və praktikasına əsaslı töhfə vermiş aşağıdakı əsas kon-
sepsiyalar mövcuddur:
-
elmi idarəetmə;
-
inzibati idarəetmə;
-
psixologiya, insanlar arasındakı münasibətlər, davra-
nış haqqında elmi konsepsiya.
Bunlardan əlavə, idarəetmə prosesinə müasir
şəraitdə geniş inkişaf etmiş üç elmi yanaşma mövcuddur:
idarəetməyə proses kimi yanaşma;
sistem kimi yanaşma;
situasiya kimi yanaşma.
Amerika mahiyyət etibarilə müasir idarəetmə elminin
vətəni hesab olunur. Hələ XIX əsrin əvvəllərində Robert Ouen
fəhlələrin abad mənzillərlə təmin olunması, onların iş
şəraitinin yaxşılaşdırılması, əmək prosesi nəticəsində işçilərin
əməyinin açıq və ədalətli qiymətləndirilməsi, yaxşı işə görə
maddi həvəsləndirmə nəticəsində əlavə haqq
ödənilməsi yolu
ilə əmək məhsuldarlığının yüksəldilməsi və idarəetmənin
yaxşılaşdırılmasına nail olmuşdur.
Elmi idarəetmənin rüşeymlərinin həmin dövrdən
qoyulmasına baxmayaraq, elmi idarəetmə konsepsiyası ABŞ-
da öz inkişafına Fredirik Teylorun 1911-ci ildə çap etdirdiyi
“Elmi idarəetmənin əsasları” kitabı ilə başladı və bu,
idarəetmənin elm kimi qəbul edilməsi və müstəqil tədqiqat
obyekti olmasının əsasını qoydu.
İdarəetmə elminin ABŞ-da
meydana gəlib inkişaf et-
məsi onunla əlaqədar olmuşdur ki, ABŞ XIX əsrin sonunda ən
nəhəng vahid bazara çevrilmişdi və bu da intellektin, biznesin
və idarəetmə elminin inkişafına şərait yaratmışdı. ABŞ-da iri
sahələrin, böyük miqyaslı müəssisə və şirkətlərin meydana
gəlməsi idarəetmənin xüsusi formalaşdırılmış üsullarının
İnformasiya sistemləri menecmenti
16
yaradılmasını tələb edirdi və bunların
müstəqil nəticəsi
idarəetmənin elm kimi meydana çıxıb formalaşması oldu.
F.Teylor öz kitabında menecmenti dəqiq qanun və
qaydaların təməli üzərində yaranmış elm hesab edərək bunu
elmi şəkildə əsaslandırdı. Burada ilk dəfə olaraq planlaşdır-
manın işin faktiki olaraq yerinə yetirilməsindən ayrılması
prinsipləri şərh olunmuşdur. F.Teylor ilk dəfə olaraq belə bir
vacib istiqaməti əsaslandırdı ki, idarəetmə sahəsində görülən
iş müəyyən bir sərbəst ixtisasdır və təşkilat müəyyən qrup
adamların müvəffəqiyyətlə yerinə yetirə biləcəkləri iş
sahəsində cəmləşməsindən uğur əldə edir.
Elmi idarəetmə konsepsiyasının meydana gəlməsinin
nəticəsi olaraq menecmentin elmi tədqiqatların
sərbəst sahəsi
olması etiraf olundu və sübut olundu ki, elm və texnikada
istifadə olunan üsullar qarşıya qoyulmuş məqsədlərə nail
olmaq üçün təşkilatın praktik fəaliyyətində də uğurla istifadə
oluna bilər.
Elmi idarəetmə konsepsiyasının yaranıb inkişaf etməsi
1895-1920-ci illəri əhatə edir. Konsepsiyanın yaradılmasının
başlıca nümayəndələri F.Teylor, F.Hilbert, L.Hilbert, H.Hantt,
H. Ford, A.Fayol və başqalarıdır.
Elmi idarəetmənin metodologiyasının birinci mərhələ-
sini görüləcək işlərin təhlili və onların əsas
hissələrinin müəy-
yənləşdirilməsi təşkil edir. Başlıca amil kimi insan götürülür.
Elmi idarəetmə əsaslandırır ki, idarəetmənin yaxşılaşdırılması
nəticəsində qoyulan məqsədə nail olmaq üçün işləyən insanlar
maddi maraq prinsipləri, mükafatlandırma, iş arası fasilə
verilməsi, istehsal normasının müəyyənləşdirilməsi, işçilərin
ixtisaslarını artırmaqla öyrədilmələri vacib şərtlərdir.
F.Teylor planlaşdırmanın işin yerinə yetirilməsindən
ayrılması prinsiplərini əsaslandırarkən çox düzgün olaraq
idarəetmənin qərar qəbul edilməsi funksiyasını işin
faktiki
yerinə yetirilməsi funksiyasından fərqləndirirdi.
İnformasiya sistemləri menecmenti
17
Elmi idarəetmə konsepsiyası idarəetməni müəyyən
ixtisas kimi etiraf etməklə yanaşı, həm də hesab edirdi ki,
idarəetməyə sərf olunan əmək məhsuldar əməkdir. Elmi
idarəetmə konsepsiyasının müəllifləri öz tədqiqatlarını əsasən
istehsalın idarəedilməsi, onun səmərəliliyinin yüksəldilməsi
problemlərinə həsr etmişlər.
İstehsalın idarəedilməsi - qarşıya
qoyulan məqsədə
nail olmaq üçün, təşkilatın sərəncamında olan material, əmək
və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə
əməyin təşkilinin təmin olunmasına zəruri müdaxilənin
obyektiv sistemidir.
Hal-hazırda elmi-texniki tərəqqinin nailiyyətlərinin daha
tez mənimsənilməsinin zəruri olduğu,
böyük kompaniyalarda
sahədaxili və sahələrarası əlaqələrin mürəkkəbləşdiyi, istehsal
sahələrinin bir-biri ilə qarşılıqlı əlaqəsinin gücləndiyi bir
şəraitdə istehsalın səmərəliliyinin yüksəldilməsi üçün idarə-
etməyə elmi yanaşma xüsusi əhəmiyyət kəsb edir. Bunun
geniş tətbiqi planlaşdırma və uzunmüddətli proqnozlaş-
dırmanın elmi səviyyəsinin yüksəlməsinə və beləliklə də,
firmanın qarşısına qoyduğu məqsədə nail olmasının daha
əlverişli yollarının axtarılıb tapılmasına imkan yaradır.
İnzibati idarəetmə konsepsiyasının məqsədi təşkila-
tın bütövlükdə idarə edilməsinin ümumi prinsip və
problemlərinin işlənib hazırlanmasıdır.
İnzibati (klassik) idarəetmə məktəbinin təşəkkül tapıb
inkişaf etməsi 1920-1950-ci illəri əhatə edir. Bu idarəetmə
məktəbinin baniləri elmi ədəbiyyatlarda menecmentin atası
adlandırılan fransız A.Fayol, ingilis L.Urvik və amerikalı
D.Muni hesab olunur.
İnzibati (klassik) idarəetmə məktəbinin banisi A.Fayol
Fransada kömür çıxaran kompaniyanın sahibi və rəhbəri
olmuşdur. A.Fayolun klassik konsepsiyasına görə “idarəetmə-