İnformasiya sistemləri menecmenti
28
1.
informasiya – kompleks kateqoriyadır, yəni informasiya –
işgüzar münasibətlərin şərti və vasitəsidir;
informasiya – təşkilat haqqında məlumatların cəmiyyətə
çatdırılması vasitəsidir;
informasiya – ətraf mühit haqqında məlumatların mən-
bəyidir;
informasiya – əmtəədir.
2. informasiya sistemləri menecmenti konkret təşkilatın
hüdudlarında həyata keçirilir;
3. informasiya idarəetmə qərarının qəbul edilməsi prosesinin
əsasında olan istehsalın müstəqil amilidir;
4. informasiya sistemləri menecmenti adi informasiyaya yox,
təşkilatın informasiya fəaliyyətinə aiddir.
İnformasiya aşağıdakı keyfiyyətlərə malikdir: həqi-
qilik və tamamlıq; aktuallıq və qiymətli olması; aydınlıq və
dəqiqlik. İşin həqiqi vəziyyətini təhrif etməyən informasiya
həqiqi hesab edilə bilər. Yanlış informasiya düzgün olmayan
anlayışın yaranmasına və ya səhv qərarların qəbul edilməsinə
gətirib çıxara bilər.
Anlama və qərarların qəbul edilməsi üçün kifayət olan
informasiya – tamdır. Tam olmayan informasiya qərarların
qəbul edilməsini gecikdirir və qüsurlara səbəb ola bilər.
İnformasiyanın qiymətli olması onun köməyi ilə həll
olunan məsələlərdən asılıdır. Aktual informasiyanın mövcud-
luğu daim dəyişən şəraitdə iş zamanı vacibdir. Əgər qiymətli
və aktual informasiya aydın olmayan sözlərlə ifadə edilirsə,
o, lazımsız sayılır. Alana başa düşülən dildə təqdim edilmiş
informasiya aydın və dürüst hesab edilir.
Maddi dəyərlərin istehsalı, paylaşdırılması, mübadiləsi
və istehlakı proseslərinə xidmət edən və xalq təsərrüfatının,
onun sahələrinin təşkilati-iqtisadi idarəetməsi vəzifələrinin
həllini təmin edən informasiya idarəetmə informasiyası
adlandırılır.
İnformasiya sistemləri menecmenti
29
İnformasiya sistemləri menecmentinin sferası – həm
bütün formaları və vəziyyətlərində informasiya ilə, həm də
müəssisə ilə ümumilikdə bağlı olan hərəkətləri, əməliyyatları
daxil edən və müəssisənin həyatı silsiləsinin bütün
mərhələlərində idarəetmə üçün vacib olan bütün qərarların
məcmusudur. Bununla yanaşı, hər bir menecerə ancaq
relevant informasiyanın verilməsindən başqa, yalnız informa-
siyadan (məlumatlar və biliklərdən) yox, informasiya ilə bu və
ya digər dərəcədə əlaqədə olan müəssisənin digər (texnoloji,
kadr, maliyyə və s.) ehtiyatlarından istifadənin dəyərliliyi və
səmərəliliyinin müəyyən edilməsi məsələləri həll olunmalıdır.
İnformasiya sistemləri menecmentinin məqsədi –
informasiya sistemləri (İS) və texnologiyalarından (İT) istifa-
də etməklə müəssisənin fəaliyyətinin səmərəliliyini yüksəlt-
məkdir.
İnformasiya sistemləri menecmentinin predmetini
müəssisənin informasiya sistemlərinin yaradılması, istismarı
və inkişaf etdirilməsi prosesi təşkil edir.
İnformasiya sistemləri menecmentinin vəzifələri
bunlardır:
İnformasiya sisteminin texnoloji mühitinin forma-
laşması,
İnformasiya sisteminin inkişafı və ona xidmətin təmin
edilməsi,
İnformasiya sisteminin mühitində planlaşdırma,
İnformatizasiya sahəsində təşkilati strukturun forma-
laşması,
İnformasiya sisteminin istismarı və istifadəsi,
İnnovasiya siyasətinin formalaşması və innovasiya
proqramlarının həyata keçirilməsi,
İnformasiyalaşma sferasında heyətin idarə edilməsi,
İnformasiyalaşdırma sferasında kapital qoyuluşunun
idarə edilməsi,
İnformasiya sistemləri menecmenti
30
İnformasiya ehtiyatlarının kompleks mühafizəsinin
təşkili və təmin edilməsi.
Müəssisədə informasiya sistemləri menecmenti strateji,
operativ və inzibati tapşırıqları yerinə yetirir. Strateji tapşı-
rıqlara müəssisənin informasiya infrastrukturunun yaradılması
və informasiya texnologiyalarının idarəedilməsi aiddir. Ope-
rativ və inzibati tapşırıqlar daha məhdud və tabeçilik xarakteri
daşıyır. İnformasiya sistemləri menecmentinin birinci vəzifəsi
müəssisənin əsas fəaliyyətinin informasiya ilə təminatı hesab
edilir.
2.2. İnformasiya sistemləri menecmentinin baza
anlayışları
İnformasiya sistemləri menecmentinin əsas baza
anlayışlarına aşağıdakılar daxildir:
Menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin
fəaliyyətini bazarın tələb və təklifləri istiqamətinə yönəldən,
optimal nəticələrin əldə edilməsi məqsədilə az xərclə
istehsalın səmərəliliyini artırmağa çalışan idarəetmə metodları
sistemidir .
İnformasiya sistemləri menecmenti – menecmentin
xüsusi sahəsi olaraq, informasiya resurslarının yaradılması və
istifadəsi sahəsində bütün problemləri əhatə edən elm
sahəsidir.
İnformasiya sistemi (İS) - müəyyən sahədə məsələlərin
həllini təmin edən qərarların qəbul edilməsi üçün infor-
masiyanın toplanması, saxlanması, axtarışı, emalı və istifa-
dəçilərə çatdırılmasını təmin etmək məqsədilə texniki, proq-
ram, metodoloji və təşkilati vasitələrdən ibarət kompleksdir.
İnformasiya - ətrafı əhatə edən obyektlər, hadisələr,
proseslər və s. haqqında onlara aid olan qeyri-müəyyənlik,
biliklərin tamamlanmaması dərəcəsini azaldan və əmələ
Dostları ilə paylaş: |