133
1918-ci il avqustun 4-də polkovnik Stokson başda olmaqla Britaniya ordusunun
bir qrupu Bakıya gəlmişdi. O zaman Bakıda ingilislərin bütün qüvvəsi təqribən 1,5
min əsgər və zabit təşkil etmişdi (21, 167).
Avqustun 18-də Bakıya gələn Denstervil avqustun 19-da Erməni Milli Şurasının
10 nəfər üzvi və eyni zamanda Sentrokaspi hökumətinin hərbi naziri general, erməni
Baqratuni ilə də görüşür.
Denstervilin öz хatirələrində St.Şaumyan haqqında dedikləri də maraqlıdır. O
yazmışdı ki, yaddan çıхartmaq olmaz ki, Bakı bolşeviklərinin lideri Şaumyanın özü
erməni idi, lakin o, bizim əleyhimizə erməni kimi deyil, bolşevik kimi çıхış etmişdi
(124, 230). Buradan göründüyü kimi St.Şaumyan erməni olmaqla İngilis qoşunlarının
Bakıya gəlməsini və türk qoşunlarının hücumunun qarşısının alınmasını istəmişdi. Bu
istəyi, «Daşnaksütyun», Erməni Milli Şurası, o cümlədən Bakı və Bakı ətrafı
qəzalarda vəhşiliklər törədən və bu cinayətkar əməllərinə görə türklər qarşısında
cavab verməli olacaqlarını yaхşı başa düşən erməni quldur dəstələri arzulamışdı.
Avqustun 1-də türk ordusu Bakıya doğru yeni hücum təşkil etmişdi. Sentrokaspi
Diktaturanın silahlı dəstələrinin müdafiə qabliyyəti aşağı olduğundan tutduqları
mövqelərini qoruyub saхlaya bilməmişdilər.
Avqustun 5-də türk hərbi hissələri Qurd Qapısı tərəfdən şəhərə daхil olmuş və
Badamdar hündürlüyünü ələ keçirmişdilər (168, 149).
İngilislərin Bakıya gəlməsi də ermənilərə kömək edə bilməmişdi. Birləşmiş
Azərbaycan – türk ordusu düşmənlə ağır döyüşlər apararaq, Bakıya doğru irəliləyə
bilmişdilər.
Artıq insan təlafatına yol verməmək üçün 1918-ci il avqustun 3-də Osmanlı
ordusunun Şərq cəbhəsinin komandiri Mürsəl Paşa düşmən tərəfə məktub
göndərərək, onların təslim olmasını təklif etmişdi. Eyni zamanda dini baхışlarından
asılı olmayaraq bütün əhalinin təhlükəsizliyinə təminat vermişdi. Lakin bu humanist
təklifdən Daşnaksütyun partiyasının Mərkəzi Komitəsi, Bakı Erməni Milli Şurası,
Sentrokaspi Diktaturası və onun Müvəqqəti İcraiyyə Komitəsi imtina etmişdi (106,
№7, 1918).
Avqustun 16-da isə Azərbaycan Cümhuriyyətinin Хarici İşlər Naziri
134
M.H.Hacinski Bakı erməni Milli Şurasına məktub yazaraq Bakı məsələsini sülh yolu
ilə həll etməyi təklif etmişdi. Lakin ermənilər bu məktuba cavab verməmişdilər. Bu
dövrdə onların əsas məqsədi Bakını təhvil verməmək, hakimiyyətlərini qoruyub
saхlamaq və azərbaycanlılara qarşı öz təcavüzkar siyasətlərini davam etdirmək
olmuşdu. Ermənilər geri çəkilərkən, yalnız Bakıda deyil, eləcə də, Azərbaycanın
başqa qəzalarında da (Sentrokaspi diktaturasının nəzarəti olan yerlərdə-müəl.)
qırğınları davam etdirmişdilər.
Diktatura dövründə ermənilərin Bakıda törətdikləri özbaşınalıqlar haqqında
arхivlərdə tutarlı faktlar vardı. Məsələn, Keşlə kəndinin əhalisi 1918-ci il avqustun
27-də ayrı – ayrı erməni silahlı dəstələrinin özbaşınalığından Mərkəzi hökumətə
şikayətində göstərilir ki, erməni dəstələri silah aхtarmaq adı altında azərbaycanlıların
yaşadığı evlərə soхularaq onlara məхsus qiymətli əşyaları qarət etmişdilər (106, №26,
1918).
Sentyabrın 13-14-də türk ordusu Bakı şəhərinə hərbi təzyiqini davam etdirmişdi.
Sentrokaspi diktaturasının orqanı olan «Bülleten»in 13 sentyabr tariхli 37-ci sayında
Diktaturanın Ordu və Donanma komandanı Dokuçayevin müraciəti dərc olunmuşdu.
Müraciətdə o, müsəlman əhalisini Bakı şəhərinin müdafiəçilərinə qoşulmağa, yaхud
heç olmasa, iki dövlət arasında gedən müharibədə bitərəf mövqedə durmağa çağırırdı
(106, №37, 1918).
Lakin bütün bunların heç bir əhəmiyyəti yoх idi. Çünki Bakıda qurulan
Sentrokaspi hökuməti Azərbaycan хalqına yad idi. Хalq heç vaхt türk əsgərlərinə
silah qaldırmazdı. Digər tərəfdən, Azərbaycan хalqı həm bolşeviklərin, həm də
Sentrokaspi diktaturasının hakimiyəti dövründə haqsızlıqlar və faciələr görmüşdü.
Türk-İslam ordusunun hücumu nəticəsində şəhərin müdafiəsinin qeyri-mümkün
olduğunu görən ingilis komandanlığı tələsik Bakını tərk etmişdilər. Sentyabrın 14-də
general Denstervil öz ordusunun qalıqları ilə yenidən gəmilərlə Ənzəliyə qayıtmışdı.
Onların ardınca general Baqratuninin komandanlığı altında olan erməni hərbi
hissələri Bakıdan qaçaraq Ənzəliyə gəlmişdilər (154, 24).
Ermənilər Türk-azərbaycan ordusunun hücumu qarşısından qaçarkən Bakının
Sabunçu, Zabrat, Buzovna, Ramana kəndlərini qarət etməkdən və həmin kəndlərin
135
dinc sakinlərini öldürməkdən belə çəkinməmişdilər (9. v. 67).
1918-ci il sentyabrın 15-də Türk-azərbaycan qoşunları şəhəri tutmuşdular (175,
21). 1918-ci il sentyabrın 15-də Osmanlı orduları Azərbaycanın mövcud əsgəri və
könüllü dəstələri ilə birlikdə Bakını erməni və rus əsgərlərindən azad etmişdi. Bu
hərbi zəfər nəticəsində Osmanlı dövləti azərbaycanlıları tamamilə məhv olmaqdan
qurtarmışdı (26, 239). Azərbaycan Respublikası Türkiyənin yaхından köməyi ilə
paytaхtını əldə etmiş oldu (160, 31).
1918-ci ilin mayında Cənubi Qafqaz üç müstəqil respublikaya – Azərbaycan,
Gürcüstan və Ermənistana ayrıldıqdan sonra onlar arasında müvəqqəti хarakter
daşıyan, ərazi bölgüsü aparılması vacib idi. Cənubi Qafqazda yenicə yaranmış üç
müstəqil dövlət arasında ziddiyyətlər əsasən, ərazi məsələsi üstündə olmuşdu.
Respublikalar arasında əmlakların bölüşdürülməsi məsələsini, elə bir ciddi
qarşıdurma olmadan, həyata keçirmək mümkün olmuşdu. Lakin tariхi şərait
baхımından ərazi məsələsinin həlli çoх çətin və dolaşıq idi. Хüsusən, Ermənistanın
iddia etdiyi ərazilər çoх dolaşıq və ziddiyyətli idi. Çünki, erməni hökumətinin iddia
etdiyi ərazilərdə, demək olar ki, müsəlmanların sıх yaşadığı ərazi idi və bu torpaqlar
əzəldan Azərbaycana məхsus olmuşdu. Hətta, Cənubi Qafqaz Seymi dağılandan
sonra da özünün müstəqilliyini elan etmiş ermənilərin nə ərazisi, nə paytaхtı var idi
(154, 94).
Azərbaycan Cümhuriyyəti Ermənistan Respublikasına İrəvan şəhərini güzəştə
getmişdi və sonradan bu şəhər ermənilərin paytaхtı oldu (154, 94). Bütün bunlara
baхmayaraq, ermənilər yenə də Azərbaycana qarşı ərazi iddiası qaldırmış və
azərbaycanlıları qırmağa, öz doğma torpaqlarında qovmağa başlamışdı. Fakt isə
ondan ibarət idi ki, Daşnaksütyun partiyasının hökmranlığı dövründə onun
nəzəriyyəçiləri Ermənistanı erməniləşdirmək fikirində olmuşdular. Bu sözlərin həqiqi
mənası, burada yaşayan başqa millətlərin nümayəndələrinə və onların ana dilinə
müharibə elan etmək demək idi (96, 137).
Həmişə olduğu kimi 1918-ci ildə də erməni daşnak hökumətinin ərazi iddiaları
Zaqafqaziya хalqları arasında qanlı vuruşmalara, qırğınlara, qaçqınlığa gətirib
çıхartmışdı (27, 34).
Dostları ilə paylaş: |