17
anlayışdır. Lakin xatırlamaq faydalı olar ki, “tarix”, “həqiqət”
və “iddiaçı” sözləri ümumi kökdən gəlir və ilkin mərhələdə
tarix təkcə hekayət deyil, həm də axtarışdır və deməli, yekun
vurulmasını və bu yekunların ictimaiyyətə təqdim edilməsini
nəzərdə tutur”. Mənim təşəbbüsümün nə dərəcədə baş tutduğu
barədə, qoy bu kitabın oxucuları qərar versinlər.
Fikrimi tamamlayaraq, Karl Popperin bu sözlərini misal
gətirmək istəyirəm: “Demokratik təsisatlar öz-özünə yaxşılaşa
bilməz, onların yaxşılaşması bizdən asılıdır. Demokratik
təsisatların yaxşılaşması problemi təsisatlar qarşısında deyil,
həmişə şəxsiyyətlər qarşısında duran problemdir”. Deməli,
Azərbaycanın demokratik gələcəyi müstəqilliyin, sabitliyin
qorunub saxlanılması və klientalist qrupların siyasi hegemon-
luq qurmağa buraxılmaması üçün böyük səylər göstərməli
olan müasirlərimizin və gələcək nəsillərin öncül vəzifəsidir.
Bu kitab üzərində işləyərkən mənə kömək göstərənləri xa-
tırlatmaq ədalətli olardı. İlk növbədə, təvazökar və əməkse-
vər gənc insan olan köməkçim Elnur Aslanova təşəkkür et-
mək istəyirəm. Onun internet səhifələrində apardığı axtarışlar
və lazımi ədəbiyyat seçilməsinə köməyi olmasaydı, mən əl-
yazmanın çapa hazırlanması vaxtını xeyli uzatmalı olardım.
Nəhayət, bütün bu müddət ərzində az diqqət yetirdiyim
ailəmin üzvlərinə qeyri-adi dərəcədə dəyanətli və çox səbirli
olduqlarına görə minnətdaram. Uzun gecələr yazı masası ar-
xasında işləyərkən vicdan əzabı çəkirdim ki, ailə tədbirlərin-
də və istirahət zamanı onlara qoşula bilmirəm. Onların ali-
cənablığı olmasaydı, bu kitab, çətin ki, ərsəyə gələrdi.
Akademik Ramiz Mehdiyev
Müəllifdən
19
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
FƏSİL
ƏZABLI
YOLLARLA
ULDUZLARA DOĞRU
I
20
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
21
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Gələcək bu gün yaranır və müasir qərarlar
işləyib hazırlamaq üçün onun istiqamətlərini
bilmək zəruridir. Gələcəyə doğru yol dünyanın
hissi və rasional qavranılmasının hüdudlarında
– qurub‐yaratmaq və ya uçurub‐dağıtmaq
ehtirasının
alovlana
biləcəyi
hüdudlarda
başlanır. Fikrin hərəkəti məchulluğun gizləndiyi
bu qızmar üfüqlərə doğru yönəlmişdir. Bu
hərəkət bilik xəzinəsini doldura biləcəkmi – bu
barədə həmin yola qədəm qoymağa cəsarət
edənlər qərar verməlidirlər. Axı, xəyalların
fırtınalı okeanını həqiqət səltənəti kimi qəbul
etmək çox asandır. Nə kimi texnologiyalar
həyata keçirilsə də, sosial tərəqqinin baş
kommunikasiyası real coğrafi məkandan deyil,
insanın daxili dünyasından keçir. Özünü
dəyişmədən, Dünyanı dəyişdirmək olmaz.
Vladimir Derqaçov
əzərə almaq vacibdir ki, ümumən XXI əsr nəinki dünya
xəritəsində nüfuz dairələrinin yeni geosiyasi bölgüsü ilə
əlamətdar olmuş, həm də aparıcı dövlətlərin dünyada baş ve-
rən transformasiyalara və demokratik proseslərə münasi-
bətini əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Əgər ABŞ-da
N
22
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
neokonservativ hakimiyyətin əvvəlki illəri (oğul Corc Buşun
prezidentliyinin birinci müddəti) “Şərqə yeni geostrateji yü-
rüşlər” əlaməti altında keçmişdisə, oğul Corc Buşun prezi-
dentliyinin ikinci müddəti Şərqi Avropada, Orta Asiyada və
dünyanın digər regionlarında demokratiyanın daha fəal su-
rətdə irəlilədilməsi dövrü olmuşdur. H.Kissincerin sözləri ilə
desək, Amerika Birləşmiş Ştatları – “azadlıq və demokrati-
yanın mayakı” birdən-birə bütün postsovet məkanını sarsıdan
və mövcud rejimlərin “təminatlı təhlükəsizliyi” barədə təsəv-
vürləri dəyişdirən yeni demokratik dəyişikliklərin başında
dayanmışdır.
Yeni “demokratik dalğa” Serbiyada, Gürcüstanda, Ukray-
nada və müəyyən dərəcədə Moldova və Qırğızıstanda inqila-
bi dəyişikliklərin əsasını təşkil etmişdir. O, sabitləşməmiş
sistemləri daha da laxlatdı və dünya nizamının yeni, dünya-
nın bütün subyektlərində demokratik idarəçilik qurulmasına
yönəldilmiş konturlarını cızdı. Bundan başqa, “demokratik
dalğa” nüfuzlu politoloq və iqtisadçıların, jurnalist və anali-
tiklərin apardıqları diskussiyaların əsas mövzusuna çevrildi.
“Demokratiyaların bir-biri ilə savaşmadığı” barədə tezis
ta Əfqanıstan və İraqadək, bir sıra postsovet dövlətlərinədək
təhlükəsizlik zolağı yaradılması və “demokratiya zonası”nın
genişləndirilməsi üçün real ilkin zəmin olmuşdur. Yeni
transformasiyalar üfüqündə ABŞ-ın qeyri-demokratik ölkələr
sırasına aid etdiyi dövlətlər görünür.
Bununla bərabər, demokratiya zonası genişləndikcə və ye-
ni qərbləşmə daha çox məkanları əhatə etdikcə, qloballaşdır-
ma layihələrinə üstünlük verilməsi yeni paradiqmalar ortaya
qoyur. Onlar isə, öz növbəsində dünyanın ən yeni tarixində
irəliləmə vektorlarını hərbi-siyasi və iqtisadi təsirdən so-
Dostları ilə paylaş: |