İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə92/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   86   87   88   89   90   91   92   93   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
214
Panteon tikilmişdir. Roma təsviri sənətinin gözəl nümunələri 79-cu ildə Vezuvi vulkanının püskürməsi 
nəticəsində kül altında qalmış Pompey, Herkulanum və Stabya şəhərlərində saxlanılmışdır. 
395-ci ildə Roma imperiyası paytaxtı Konstantinopol olmaqla Şərqi və  Qərbi Roma imperiyasına 
bölündü. Bu dövr də xristianlıq bütün Roma imperiyasına yayılmağa başlamışdı. Əvvəllər xristianlar təqib 
olunsalar da sonralar həmin ərazilərdə xristianlıq hakimi mütləq dinə çevrildi. Antik dövrün sonunda xristian 
ədəbiyyatı yayılmağa başladı. Bu dövrdə Avzani və Klavdian (375-404) kimi yazıçılar və tarixçi Ammian 
Marselin (330-400) yaşasalar da, onların xristianlıqla heç bir əlaqəsi olmamışdır. Xristian təlimi hər iki 
imperiyada geniş yayılmışdı. Qərbi Roma imperiyası 476-cı ilə qədər Şərqi Roma imperiyası isə 1453-cü ilə 
qədər mövcud olmuşdur. 
 
QƏDİM ROMANIN GÖRKƏMLİ MƏDƏNİYYƏT XADİMLƏRİ 
 
E.ə. 
253-184 
Dramaturq Tit Maksi Plavt 
  190-159 
Dramaturq Publi Terensi Afra 
 239-169 
Şair, tarixçi Enni 
  234-149 
Tarixçi, yazar, aqronom Mark Porsi Katon 
 180-100 
Şair Qay Lusili 
  116-27 
Ensiklopedist alim Terensi Varron 
 106-23 
Hüquqşünas, natiq, yazar Mark Tulli Siseron 
 87-54 
Şair Qay Valeri Katul 
 98-54 
Filosof, şair Tit Lukresi Kar 
  86-35 
Tarixçi, yazar Qay Salyusti Krips 
 70-19 
Şair Publi Vegili Maron 
 65-8 
Şair Kvint Horasi Flakk 
 E.ə. 59- b.e. 
17 
Tarixçi Tit Livi 
 E.ə. 65-b.e. 25  Coğrafiyaşünas Strabon 
 E.ə. 43-b.e.17 
Şair Publi Ovidi Nazon 
B.e.  23-79 
Ensiklopedist alim Böyük Plini Sekund 
 37-90 
Tarixçi İosif Flavi 
 39-65 
Şair Anney Lukan 
 42-102 
Şair Mark Valeri Marsial 
  46-126 
Tarixçi, yazar Plutarx 
  54-120 
Tarixçi Korneli Tasit 
 ?-70 
Tarixçi Appian 
 62-114 
Yazar Kiçik Plini 
  70-160 
Tarixçi Qay Svetoni Trankvil 
 90-160 
Astronom Klavdi Ptolemey 
 120-180 
Satirik şair Lukian 
 125-180 
Yazar Apuley 
 129-200 
Təbib Qalen 
  155-235 
Tarixçi Dion Kassi 
  263-340 
Xristian tarixçisi Yevsevi 
 314-393 
Natiq Libani 
  330-400 
Tarixçi Ammian Marselin 
 354-430 
Xristian yazarı Avqustin 
 
Xristianliğin meydana gəlməsi. Qədim Romada məzlumların üsyanı amansızlıqla yatırılırdı. Qullar, 
kəndlilər “dəmir legionları” məğlubedilməz, imperiyanı isə sarsılmaz hesab edirdilər. Onlar köhnə allahlara 
inanmır, azadlıq gətirəcək, zülmkarları  cəzalandıracaq allahı  səbirsizliklə gözləyirdilər. I əsrdə  Fələstində 
Romanın ağalığına və yerli yəhudi  əyanlarına qarşı olan üsyan amansızlıqla yatırıldı. Nəticədə insanlarda 
“rəhmdil allah” ümidi meydana gəldi. Belə bir şəraitdə  Fələstində  İsa haqqında  əfsanə yarandı. Deyilənə 
görə  İsa eramızın birinci ili ərəfəsində  Fələstində  Nəsirə  qəsəbəsində anadan olmuşdur. Anası  yəhudi qızı 
Məryəm idi. Xristianlar onun atasının allah olduğuna inanırlar. İsa otuz yaşına çatanda yeni bir din yaradır. 
Yunanlar onu İisus Xristos adlandırırdılar. Bu dinə inananlara xristian, dini xristianlıq adlandırdılar. 
Sağlığında ona iman gətirmiş 12 nəfər  şagirdi  İsanı daim müşayiət edirdi. Onlara “apostol” (övliya) 
deyirdilər. Xristianların dini kitabı “İncildə” deyilir ki, allah İsanı insanları yer üzündə zülmdən xilas etmək 
üçün göndəribmiş, lakin yəhudilər romalılara İsanın yeni bir din yaratdığını və yeni bir dövlət yaradacağını 
xəbər verirlər. Romalılar  İsanı çarmıxa çəkib edam etmişdilər.  İsa üç gündən sonra dirilib göylərə 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
215
çəkilmişdir. Bütün əzablara dözmüş İsa vəd edir ki, yer üzünə qayıdacaq, insanları əməlinə görə mühakimə 
edəcək. Yer üzündə əzab-əziyyətə dözən, İsanı allah kimi qəbul edən axirətdə mükafatlandırılacaq, cənnətdə 
əbədi xoşbəxt olacaq. Onu inkar edən cəhənnəmdə əbədi əzab-əziyyətə məhkum olacaq. İsa haqqındakı bu 
rəvayət ölən və dirilən allahlar haqqında olan əfsanəyə  bənzəyir. Beləliklə, I əsrin sonu və II əsrdə  İsa 
haqqında əfsanələr yazıldı və bunların hamısı yoxsulların səbirsizliklə gözlədikləri xoş xəbərlər idi. Əvvəlcə 
qullar və yoxsullar İsa haqqında  əfsanəyə inanıb xristian oldular. Xristianlıq bütün Roma imperiyasına 
yayıldı, xristianlar icmalarda birləşib gizli fəaliyyət göstərirdilər. Onlar qədim dini bayramlardan bir çox 
ayinlər mənimsəyib öz dini bayramlarını qeyd edirdilər. Günün uzanmağa başladığı 25 dekabr İsanın anadan 
olduğu gün kimi qeyd edir. İsanın dirildiyi günü yazda təbiətin oyandığı bir vaxtda bayram edirlər. 
Xristianlar allahın yeri altı günə yaratması, insanı palçıqdan düzəldib ona ruh verməsi haqqındakı əfsanəni də 
qəbul etmişlər. Xristianlar gizli zirzəmilərdə  və köhnə daş karxanalarında yığıncaqlar keçirir, ibadət 
edirdilər. 
Roma imperiyasının dağılması ilə elm və maarif tənəzzül etdi. Üsyanlar, qiyamlar, barbarların 
hücumları insanlarda sabaha ümidsizlik yaratmışdı.  Əhalinin həyatı  və var-yoxu təhlükə altında qalmışdı. 
Belə bir şəraitdə xristian dini varlılar üçün əlverişli idi. Xristianlıq xalqı səbirli və itaətkar olmağa çağırırdı. 
Varlılar da xristian dinini qəbul etdilər. İcma rəhbərləri, keşişlər yepiskoplar 
varlılardan seçilirdi. Yüzlərlə dini icmalar yepiskoplar tərəfindən idarə olunurdu.  İcmaları birləşdirən və 
yepiskoplar tərəfindən idarə olunan təşkilata kilsə deyilirdi. Kilsə həm də xristianların ibadət etdiyi bina idi. 
Xristianlığı qəbul etmiş ilk Roma imperatoru Konstantin olmuşdur. Onun anası xristian idi. Konstantin Milan 
fərmanı ilə 313-cü ildə xristianlığa rəsmən icazə verdi. Bu dövrdən başlayaraq xristianlar dini yığıncaqlarını 
açıq keçirir, məbədlər tikməyə başlayırlar. Varlılar kilsəyə maliyyə yardımı göstərirlər. Kilsə imperatora tabe 
idi.  İmperatorlar hakimiyyətlərini möhkəmləndirmək üçün xristian dininə arxalanırdılar.  İmperatorlar və 
xristian din xadimləri dünyanın və insanın yaradılması,  İsa haqqında  əfsanələrə zidd məlumatları  məhv 
etməyə başladılar. Qədim dünyanın ən gözəl incəsənət əsərlərini, binaları, əsərləri məhv edirdilər. Kitablar 
yandırılır, məbədlər dağıdılırdı.  İsgəndəriyyə kitabxanası  məhv edildi, alim qadın  İpatiya öldürüldü. 
Xristianlar Misirdə Osiris məbədini dağıtdılar, Olimpiya oyunlarının keçirilməsini qadağan etdilər. Afinada 
Parfenon və Romada Panteon məbədində xristian ibadətləri keçirilirdi. IV əsrin sonunda Roma 
imperiyasında xristian dinindən başqa bütün dinlər qadağan olundu. 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə