İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

mənim təntənəm olacaq... Məni yalnız bu təntənə maraqlandırır... (Ledi Çilterni 

öpür və çıxır, yenə geri qayıdır.) Ah, Gertruda, bilirsiniz sizi görməyə kim gəlir? 

O qorxunc xanım, missis ÇİVLİ! Əntiqə də geyinib! Siz onu dəvət eləmisiniz?  

LEDİ ÇİLTERN (ayağa durur). Missis ÇİVLİ? Bizə gəlir? Ola bilməz! 

MEYBL ÇİLTERN. Hə, bu odur, özüdür ki var! Təbii görüntüdə olmasa da

özüdür! Pilləkənləri qalxır. 

LEDİ ÇİLTERN. Meybl, sən get, gecikirsən. Ledi Bezildon səni gözləyir. 

MEYBL ÇİLTERN. Ah! Qoy ledi Markbiylə görüşüm, sonra! O çox mehriban 

qadındır. Məni məzəmmət edəndə xoşlanıram. 

 

Meyson daxil olur. 



 

MEYSON (məlumat verir). Ledi Markbi, missis ÇİVLİ! 

 

Ledi Markbi, missis ÇİVLİ daxil olurlar. 



 

LEDİ ÇİLTERN (qonaqların qabağına çıxır). Əzizim ledi Markbi, sizi görməyimə 

çox şadam, nə yaxşı oldu gəldiniz! (Onun əlini sıxır və uzaqdan soyuq tərzdə 

missis ÇİVLİə təzim edir.) Missis ÇİVLİ, buyurun, əyləşin! 

MİSSİS ÇİVLİ. Təşəkkürlər. Bu, miss Çilterndir? Onunla tanış olmaq istərdim. 

LEDİ ÇİLTERN. Meybl, missis ÇİVLİ səninlə tanış olmaq istəyir. 

 

     Meybl Çiltern yüngülcə təzim edir. 



 

MİSSİS ÇİVLİ (əyləşir). Miss Çiltern, dünən gecə əyninizdəki paltar çox 

yaraşıqlı idi. Çox sadə və qəşəng idi. 

MEYBL ÇİLTERN. Doğrudan? Gərək bunu dərzimə deyim. Sürpriz olar onun 

üçün. Sağ olun, ledi Markbi! 

LEDİ MARKBİ. Gedirsiniz? 

MEYBL ÇİLTERN. Təəssüf ki, gedirəm. Məşqə tələsirəm. Mən orada hansısa 

canlı şəklin başının üstündə durmalıyam. 

LEDİ MARKBİ. Nə dedin? Başının üstündə? Məsləhət görmürəm, əzizim! 

Məncə, bu, çox zərərlidir. (Divanda missis ÇİVLİlə yanaşı oturur.) 

MEYBL ÇİLTERN. Ledi Markbi, axı bu, xeyriyyə məqsədiylədir. Ləyaqətsiz  

kasıbların xeyrinə edilir. Bu kateqoriyadan olan kasıblara yazığım gəlir. Mən 

onların katibiyəm, Tommi isə xəzinədarı. 

MİSSİS ÇİVLİ. Bəs lord Qorinq? 

MEYBL ÇİLTERN. Lord Qorinq sədrdir. 

MİSSİS ÇİVLİ. Bu vəzifə üçün o ən münasib adamdır. Əgər mənim tanıdığım 

vaxtdan bəri dəyişməyibsə... 



LEDİ MARKBİ (dalğın). Meybl, siz çox müasir qızsınız. Bir qədər də ifrat 

dərəcədə deyim. Bu isə qorxulu bir şeydir. İfrat dərəcədə müasirlik yaramaz. 

Qəflətən dəbdən düşə bilərsən. Mən buna çox rast gəlmişəm. 

MEYBL ÇİLTERN. Ah, necə dəhşətli bir perspektivdir! 

LEDİ MARKBİ. Ah! Mənim əzizim, əsəbiləşməyə dəyməz! Siz həmişə beləcə 

gözəl olacaqsınız! Bax ən etibarlı dəb budur! Sizə deyim ki, bu, yeganə dəbdir ki, 

onu İngiltərə yaradıb. 

MEYBL ÇİLTERN (əyilib təzim edərək). İngiltərəyə və... özümə görə çox 

təşəkkür edirəm, ledi Markbi! (Çıxır.) 

LEDİ MARKBİ (ledi Çilternə sarı dönür). Əzizim Gertruda, biz missis ÇİVLİin 

brilyant saçyığanından ötrü gəlmişik; dünən o, deyəsən, düşüb burada, tapılmayıb 

ki?  


LEDİ ÇİLTERN. Bizdə düşüb? 

MİSSİS ÇİVLİ. Bəli. Mən Klaric hotelinə qayıdanda gördüm ki, yoxdur. 

Düşündüm ki, yəqin, burada salmışam. 

LEDİ ÇİLTERN. Mən bu barədə bir şey eşitməmişəm. Amma indi eşikağasını 

çağırıb soruşaram. (Zəngi basır.) 

MİSSİS ÇİVLİ. Ooo, ledi Çiltern, Allah xatirinə, narahat olmayın. Yəqin, mən 

onu operada itirmişəm. Bura gəlməmişdən qabaq operaya getmişdim. 

LEDİ MARKBİ. Hə, hə, ola bilər. Operada düşə bilər.  Biz hamımız gün ərzində 

o qədər ora-bura gedirik ki, axşama üst-başımızda bir şey qalarsa, böyük seydir. 

Özümdən götürüm, hansısa qonaqlıqda kiminsə qonaq otağından çıxdımsa, hiss 

edirəm ki, üst-başımda heç nə qalmayıb, bircə para-para olmuş mötəbər 

nüfuzumdan başqa...  Və yalnız sonuncuya görə aşağı sinfin nümayəndələri 

karetimin pəncərəsindən mənə baxarkən kinayəli eyhamlar vurmurlar. Məsələ 

bundadır ki, bizim cəmiyyətimiz əhali sıxlığı və artıqlığından əziyyət çəkir.  

Əslində isə emiqrasiya məsələlərini düzgün təşkil etmək lazımdır. Kimsə bununla 

əməlli-başlı məşğul olmalıdır. Bu çox faydalı iş ola bilər. 

MİSSİS ÇİVLİ. Ledi Markbi, mən sizinlə tamamilə razıyam. Mən, təxminən, altı 

ildir ki, Londona gəlmirdim. Deməliyəm ki, kübar cəmiyyət dəhşətli dərəcədə 

qatışıq bir cəmiyyətə çevrilib. Hər yanda qəribə-qəribə adamlar peyda olublar. 

LEDİ MARKBİ. Düz deyirsiniz, əzizim. Amma gərək onlarla yaxınlıq 

etməyəsən; məsələn, mənim evimə gələn adamların, demək olar ki, yarısını mən 

heç tanımıram. Həqiqətən, onlar barədə elə şeylər eşidirəm ki, heç tanış olmaq 

belə istəmirəm də... 

 

Meyson içəri girir. 



 

LEDİ ÇİLTERN (missis ÇİVLİə). Saçyığanın görünüşü necəydi, missis ÇİVLİ? 




MİSSİS ÇİVLİ. Brilyant qaşlarla bəzədilmiş saçyığan idi, başında iri yaqut qaşı 

vardı. Çox yekə yaqut qaşı vardı. 

LEDİ MARKBİ. Əzizim, axı məncə, siz demişdiniz ki, sapfir idi, yaqut deyildi? 

MİSSİS ÇİVLİ (gülür). Yox, ledi Markbi, yaqut idi. 

LEDİ MARKBİ (başını bulayır). Həə. Çox da yaraşıqlı idi, əminəm. 

LEDİ ÇİLTERN. Meyson, bu gün səhər buranı yığışdıranda brilyant bilərzik 

görməmisiniz ki? 

MEYSON. Xeyr, miledi! 

MİSSİS ÇİVLİ. Ledi Çiltern, doğrudan deyirəm, çox da vacib deyil. Çox üzr 

istəyirəm, sizi narahat etdiyimə görə...  

LEDİ ÇİLTERN (soyuq tərzdə). Nə narahatlıq var ki! Yaxşı, Meyson, gedin. Çay 

gətirin.    

                                   

     Meyson çıxır. 

 

LEDİ MARKBİ. Nəsə itirmək adama ağır gəlir. Yadıma gəlir, bir dəfə Batda, 



uzun illər bundan qabaq, mən əyləncə mərkəzində gözəl bir brilyant bilərziyimi 

itirdim; onu mənə ser Con bağışlamışdı. Con bir daha mənə heç bir şey 

bağışlamadı. O, son vaxtlar elə xarab olmuşdu ki! Həqiqətən, bu Ümumilər 

Palatası bizim ərlərimizi ağlasığmaz dərəcədə korlayır. Vallah, parlament 

fəaliyyəti ailə səadətinin düşmənidir. Hələ bir buna dəhşətli bir ad da qoyublar – 

qadınların ali təhsil yuvası… 

LEDİ ÇİLTERN (gülümsəyir). Ledi Markbi, bizim evdə bu küfrdür. Robert 

qadınlar üçün daha yüksək ali təhsilin qızğın tərəfdarıdır. Mən də həmçinin. 

MİSSİS ÇİVLİ. Mənsə daha çox kişilər üçün ali təhsil məsələlərinə üstünlük 

verərdim. Bu sarıdan onlar korluq çəkirlər. 

LEDİ MARKBİ. Düz deyirsiniz, əzizim. Amma qorxuram bu, kara gəlməyə. 

Məncə, kişi inkişaf etməyə qabil deyil. O, artıq yüksək nöqtəyə çatıb, amma hansı 

yüksəklikdədir, hara qədər gedib, bundan Allahın xəbəri yoxdur, elə deyil? 

Qadınlara gəlincə isə, hər halda, siz, Gertruda, gənc nəslə aidsiniz, əminəm ki, bir 

halda ki siz təsdiq edirsiniz, problem yoxdur. Mənim vaxtımda bu məsələlər 

başqa cür idi. Bizi öyrədirdilər ki, heç nə anlamayaq. Köhnə tərbiyə sistemi idi; 

maraqlıydı. Mən yazıq bacımla birgə oxuyurdum, heç nə anlamırdım. O qədər şey 

vardı ki, başımız çıxmırdı onlardan. Desəm, uzun bir siyahı alınar. Lakin deyirlər, 

müasir qadınlar hər şeyi başa düşürlər. 

MİSSİS ÇİVLİ. Ərlərindən başqa... Bu, yeganə seydir ki, müasir qadın onu heç 

vaxt başa düşmür... 

LEDİ MARKBİ. Əzizim, çox yaxşı ki başa düşmür...Əgər başa düşsəydi, 

dünyada bircə dənə belə xoşbəxt ailə qalmazdı, hamısı dağılardı. Gertruda, bu, 

əlbəttə, sizə aid deyil. Sizin nümunəvi bir əriniz var. Kaş mən özümünkü barədə 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə