KiMYƏVİ reaksiyalarin təSNİfati



Yüklə 1,3 Mb.
tarix03.06.2022
ölçüsü1,3 Mb.
#88660
Cəbiyeva Səbinə.İnteraktiv

KİMYƏVİ REAKSİYALARIN TƏSNİFATI

Motivasiya

BİBÖ

BİBÖ cədvəli üçün suallar

  • 1.Kimyəvi reaksiyaları necə təsnif edə bilərsiniz?
  • 2.Kimyəvi reaksiyaların ekzotermik və endotermik reaksiyalara ayrılması hansı əlamətə əsasən müəyyən edilir?
  • 3.Birləşmə və parçalanma reaksiyaları haqqında nə deyə bilərsiniz?
  • 4.Əvəzetmə və dəyişmə dedikdə nə başa düşürsünüz?
  • 5.Katalizator nədir?Reaksiyada katalizatorun iştirakı nəyə xidmət edir?
  • 6.Fotosintez reaksiyası harda gedir?

Tədqiqat sualı

Kimyəvi reaksiyalar hansı qanunauyğunluqlara əsasən təsnif edilir?

Reaksiyaların təsnif olunduğu əlamətlər

  • 1. Reaksiyaya daxil olan və alınan maddələrin sayına görə 4 qrupa bölünür.
  • 2. Reaksiyanın istilik effektinə görə 2 qrupa bölünür:Endotermik və ekzotermik.
  • 3. Katalizator iştirakına görə 2 qrupa bölünür.Katalitik və qeyri katalitik.
  • 4. Reaksiyanın dönənliyinə görə 2 qrupa bölünür.Dönən və dönməyən.
  • 5. Reaksiyalar həcmin bütün nöqtələrində və ya fazalararası səthdə getməsinə görə 2 qrupa bölünür.Homogen və heterogen.
  • 6. Elementlərin oksidləşmə dərəcələrinin dəyişməsinə görə 2 qrupa bölünür.
  • 7. Mənşəyinə görə – şərti olaraq 2 qrupa bölmək olar:Üzvi,q/üzvi və biokimyəvi.
  • 8. Reaksiyanın mexanizminə görə qrupa bölünür.İon və zəncirvari sərbəst radikal mexanizmi.

I əlamət. Reaksiyaya daxil olan və alınan maddələrin sayına görə

  • 1. Birləşmə reaksiyaları – bir neçə maddədən yalnız bir maddə alınır.
  • a) Bəsit maddələr arasında 2Ca + O2 = 2CaO
  • b) Bəsit və mürəkkəb maddələr arasında 2CO + O2 = 2CO2
  • c) Mürəkkəb maddələr arasında 3CaO + P2O5 = Ca3(PO4)2
  • CaCO3 + H2O + CO2 = Ca(HCO3)2

  • Ümumi halda: A + B + ∙∙∙ = C
  •  Daha sadə maddələrdən mürəkkəb maddələrin alınması sintez adlanır.

2.Parçalanma reaksiyaları – bir maddədən bir neçə maddənin alınmasıdır.

  • 2.Parçalanma reaksiyaları – bir maddədən bir neçə maddənin alınmasıdır.
  • a) Məhsullar bəsit maddələrdir:2HgO->2Hg + O2
  • b) Məhsullar mürəkkəb maddələrdir:Ca(HCO3)2->CaCO3 + H2O + CO2
  • 2Fe(OH)3->Fe2O3 + 3H2O 2H3PO4 ->H4P2O7 + H2O

  • c) Məhsulun biri bəsit, qalanları mürəkkəb maddələrdir:2H2O2->2H2O + O2
  • 4HNO3->4NO2 +O2 + 2H2O 2KMnO4->K2MnO4 + MnO2 + O2

    NH4NO2->N2 + 2H2O

  • d) Məhsulun ikisi bəsit, qalanları mürəkkəb maddələrdir:2AgNO3->2Ag + 2NO2 + O2
  • Ümumi halda: A = B + C + ...
  •  Maddələri daha sadə maddələrə parçalamaqla onların tərkibinin öyrənilməsi üsulu analiz adlanır.

3. Əvəzetmə reaksiyaları – mürəkkəb maddə ilə bəsit maddə arasında baş verir. Bu zaman bəsit maddənin atomları mürəkkəb maddənin tərkibindəki elementlərdən birinin atomlarını əvəzləyir:

  • 3. Əvəzetmə reaksiyaları – mürəkkəb maddə ilə bəsit maddə arasında baş verir. Bu zaman bəsit maddənin atomları mürəkkəb maddənin tərkibindəki elementlərdən birinin atomlarını əvəzləyir:
  • Zn + 2HCl = ZnCl2 + H2 Mg + CuSO4 = MgSO4 + Cu
  • 2Na + 2HOH = 2NaOH + H2 Cl2 + 2NaBr = 2NaCl + Br2

  • Ümumi halda: A+BX=AX+B A+BX=AB+X
  • 4. Dəyişmə və ya mübadilə reaksiyaları – iki mürəkkəb maddə arasında onların tərkib hissələrinin dəyişməsi ilə baş verir.
  • NaCl + AgNO3 = AgCl + NaNO3 çöküntü alınır
  • NaCl + H2SO4(qatı) = NaHSO4 + HCl qaz ayrılır
  • KOH + HNO3 = KNO3 + H2O su əmələ gəlir
  • Ümumi halda: AB+CX=AC+BX AB+CX=AX+BC
  •  Əsaslarla turşular arasında normal duz alınması ilə başverən reaksiya neytrallaşma reaksiyası adlanır.

II əlamət. Reaksiyanın istilik effektinə görə

  • 1. Endotermik reaksiyalar – istiliyin udulması ilə baş verir. (−Q və ya H > 0). H – entalpiya adlanır.
  • N2 + O2 = 2NO −Q; ( H > 0) “ildırım çaxanda”
  • 2KClO3 = 2KCl + 3O2−Q; ( H > 0) Bertolle duzu
  • H2SiO3 = SiO2 + H2O −Q; ( H > 0)
  • 2. Ekzotermik reaksiyalar – istiliyin ayrılması ilə baş verir. (+Q və ya H < 0)
  • C + O2 = CO2+Q; ( H < 0) kömürün yanması
  • 2NO = N2 + O2 + Q; ( H < 0)
  • CH4 + 2O2 = CO2 + 2H2O +Q; ( H < 0) (təbii qazın yanması)
  • 3Fe3O4 + 8Al = 9Fe + 4Al2O3 +Q; ( H < 0) (termit qaynağı reaksiyası)
  •  O2-nin bütün reaksiyaları ekzotermikdir, yalnız azotla (N2) reaksiyasından başqa.

III əlamət. Katalizator iştirakına görə

IV əlamət. Reaksiyanın dönənliyinə görə

V əlamət. Reaksiyalar həcmin bütün nöqtələrində və ya fazalararası səthdə getməsinə görə

VI əlamət.Elementlərin oksidləşmə dərəcələrinin dəyişməsinə görə

VII əlamət.Mənşəyinə görə

VIII əlamət.Reaksiyanın mexanizminə görə

2Mg + O22MgO reaksiyası

  • birləşmə reaksiyasıdır
  • oksidləşmə-reduksiyadır
  • ekzotermik reaksiyadır
  • dönən deyil
  • katalitik deyil
  • heterogen reaksiyadır

Ümumiləşdirmə

Yaradıcı tətbiqetmə

Aşağıda verilmiş cədvəli tamamlayın.

Refleksiya

Biz kimyəvi reaksiyaların hansı təsnifatlarını öyrəndik?

Ev tapşırığı

Diqqətiniz üçün təşəkkürlər.


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə