M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə202/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   198   199   200   201   202   203   204   205   ...   211

620 

 

Amerika 



ədəbi  əlaqələrinin öyrənilməsi, bu əlaqənin  ədəbiyyatımızın  inkişafına 

t

əsiri məsələlərinin araşdırılması olduqca aktualdır, əhəmiyyətlidir. 



“Giriş”də  Azərbaycan-Amerika  əlaqələrinin tarixinə  qısaca  nəzər salan 

Gül


ər Həsənova bu sahədə görülən işlər barədə müfəssəl məlumat verir, mövzuya 

dair yazılmış əsərləri xronoloji ardıcıllıqla qeyd edir və bu prosesin davamı kimi 

müst

əqillikdən bəri təxminən 15 illik dövrün tərcümə  əsərlərinin tədqiqata cəlb 



etdiyini vurğulayır. 

T

ədqiqatçının  yazdıqlarından  bəlli olur ki, son 15 il  ərzində  ABŞ 



ədəbiyyatından  Azərbaycan dilinə  edilmiş  tərcümələr,  eyni  zamanda  ABŞ-da 

Az

ərbaycan ədəbiyyatı ilə bağlı olan və yaxud mövzu, məzmun etibarı ilə bu və ya 



dig

ər dərəcədə  milli söz sənətimizdən bəhs edən tərcümə  və  araşdırmalar 

dissertasiyanın tədqiqat predmetidir. 

Gül


ər Həsənova tədqiqatının  məqsəd və  vəzifələrini konkret müddəalarla 

t

əqdim edir. Dissertasiyada həmin müddəalar  ardıcıllıqla  izlənilir, müvafiq elmi-



n

əzəri ümumiləşdirmələr aparılır, qənaətlər hasil olunur. 

T

ədqiqatın elmi yeniliyi haqqında yazan müəllif qeyd edir ki, dissertasiyada 



keç

ən yüzilliyin sonu, yeni əsrin  əvvəllərində  Azərbaycan-Amerika  ədəbi 

əlaqələrinə  xidmət edən tərcümə  və  araşdırmalar  haqqında  ilk  dəfə  monoqrafik 

t

əhlil  aparılmış,  ilk  dəfə  15 illik bir dövrün tərcümə  ədəbiyyatı  elmi-nəzəri 



baxımdan təhlil olunmuş,  dəyərləndirilmişdir.  “Giriş”də həmçının  dissertasiyanın 

n

əzəri metodoloji əsası  haqqında,  işin  nəzəri-təcrübə  əhəmiyyəti barədə, 



araşdırmanın aprobasiyası və strukturu barədə qənaətbəxş məlumat verilmişdir. 

D

issertasiyanın  “Milli  tərcümə  sənətimiz və  Azərbaycan-Amerika mədəni 



əlaqələr tarixində tərcümə ədəbiyyatının yeri” adlı I fəsil özündə  “Azərbaycanda 

b

ədii tərcümə  tarixi və  tərcüməşünaslıq”,  “Amerika  ədəbiyyatının  Azərbaycanda 



t

ərcüməsi, nəşri və tədqiqi” adlı iki yarımsərlövhəni ehtiva edir. 

Az

ərbaycanda bədii tərcümə  tarixi və  tərcüməşünaslıqdan  bəhs etməzdən 



əvvəl  iddiaçı  doğru  olaraq  bədii tərcümə  problemlərindən, onun xarakterik , 

özün


əxas xüsusiyyətlərindən, ona verilən tələblərdən, tərcümənin xalqlar arasında 


621 

 

münasib



ətlərdə,  ədəbi-mədəni  əlaqələrin möhkəmləndirilməsinə  yerindən, 

rolundan söz açır, sonra Azərbaycan bədii tərcümə tarixində mühüm rol oynamış 

C.Cabarlı,  S.Vurğun,  M.Müşfiq,  R.Rza,  S.Rüstəm, M.Rəhim,  M.Arif,  Ə.Şərif, 

Ə.Hüseynzadə,  Ü.Hacıbəyli, M.Seyidzadə,  B.Musayev,  Ə.Məmmədxanlı, 

M.İbrahimov,  M.Rəfili, C.Cahanbəxş,  M.Rzaquluzadə,  M.Hüseyn,  A.Əfəndiyev, 

C.M


əmmədov,  Ə.Ağayev,  C.Əzimov,  V.Tahirbəyov,  Ş.Qurbanov,  C.Nağıyev, 

Ə.Cəmil, S.Məmmədzadə  kimi  istedadlı,  mahir  tərcümələri qədirbilənliklə 

xatırlayır.  Tədqiqatçı  XIX  əsrin  əvvəllərindən  başlanan  və  sürətlə  inkişaf  edən 

Az

ərbaycan-rus  əlaqələri ilə  tərcümə  işinin  yeni  mərhələyə  qədəm  qoyduğunu, 



t

ərcümə ədəbiyyatının həm keyfiyyət, həm kəmiyyət baxımından haqlı olaraq xeyli 

ir

əlilədiyini yazır.  Təqdirəlayiqdir  ki,  iddiaçı  Azərbaycanda tərcümə  tarixi və 



mövcud m

ənzərəni təsvir etməklə  kifayətlənmir, eyni zamanda, tərcümə 

sah

əsindəki  nöqsanların,  bir  sıra  qüsurlu  prinsip  və  qənaətlərin  “özbaşınalıq  və 



kustarçılığın”  aradan  qaldırılması  üçün  təklif və  təşəbbüslərlə  çıxış  edir.Xüsusi 

vurğulamağa  ehtiyac  var  ki,  tərcümə  ilə  bağlı  problemlərdən, tərcüməyə  verilən 

t

ələblərdən onun elmi-nəzəri aspektlərindən bəhs edərkən G.Həsənova milli və 



əcnəbi mütərcimlərin, tərcümə  nəzəriyyətçilərinin irsindən gətirdiyi,  tutarlı, 

sanballı,  sitatlarla  özünün  irəli sürdüyü mülahizələri məharətlə  əlaqələndirir, 

fikirl

ərini əsaslandırır. 



I f

əslin 2-ci  yarımsərlövhəsi Amerika ədəbiyyatının  Azərbaycanda 

t

ərcüməsi, nəşri və tədqiqi” adlanır. İddiaçı son iki yüz ildə rus və ingilis dilində 



olan t

ərcümələrin həm kəmiyyət, həm də  keyfiyyət  baxımından  üstünlük  təşkil 

etdiyi q

ənaətini  bölüşdükdən sonra Amerika ədəbiyyatının  yaranması,  inkişafı 

m

ərhələlərini qeyd edir, onun görkəmli nümayəndələri və  ədiblərinin  məşhur 



əsərləri haqqında məlumat verir. 

T

ədqiqatçı  Amerika  yazıçılarının  əsərlərinin həm rus dilindən, həm də 



orijinaldan Az

ərbaycan dilinə  tərcümə  edildiyini  yazır.    Ceyms  Fenimor  Kuper, 

Henri Lonqfello, Edqar Allan Po, Uilyam Sidni Porter, Cek London, Teodor 

Drayzer, V

aşınqton  İrvinq,  Şervard  Anderson,  Epton  Sinkler,  Con  Rid,  Uilyam 



622 

 

Folkner, Ernest Heminquey kimi klassik Amerika yazıçılarından Azərbaycan dilinə 



t

ərcümə olunmuş bədii nümunələri təhlil edir, dəyərləndirir. 

Yaxşı haldır ki, iddiaçı tərcümə nümunələrini mövzu, dil, üslub, sənətkarlıq 

probleml


əri aspektindən təhlil edərkən sahə mütəxəssislərinin mövcud elmi-nəzəri 

irsind


ən  yaradıcılıqla  istifadə  edir, yeri gəldikdə  özünün cəsarətli fikir və 

mülahiz


ələrini irəli sürür. O, “tərcümə  edilibsə, deməli  yaxşıdır”  –  prinsipini 

q

ətiyyən qəbul etmir, o mükəmməl tərcümənin,  peşəkar  işin  tərəfdarıdır  və  pisə 



“pis”, yaxşıya “yaxşı deməyi bacarır. G.Həsənova Uilyam Sidni Porterin – O'Henri 

t

əxəllüsü  yazıçının  17  hekayədən ibarət  kitabı  ilə  bağlı  yazır:  “Ümumiyyətlə, 



O'Henri

nin  bütöv  bir  kitabının  Azərbaycan nəşrini  alqışlamaq  lazımdır.  Bununla 

bel

ə, gözəl bir ədəbi hadisə  olacaq  kitabın  çatışmazlıqları,  ümumən  xoş  olan 



t

əəssüratı  azacıq  da  olsa,  korlayır.  Bəzi tərcümələrin zəifliyini,  aşağı  səviyyəsini 

ortaya qoymaq üçün is

ə  onların nə rus dilində tərcüməsinə, nə  də ingilis dilində 

orijinalına müraciət etməyə belə ehtiyac qalmır. Məsələn, Əşrəf Hacıyevin tərcümə 

etdiyi  “İncəsənətə  məhəbbət naminə” hekayəsində  belə  bir cümlə  var: “Verdiyi 

d

ərslərə  görə  ağır  pul  qazanır,  ancaq  yüngülcə  öyrədir.” Məlum məsələdir ki, 



Az

ərbaycan dilində “ağır pul” deməzlər və yaxud həmin mütərcimin öz dilimizə 

çevirdiyi “Himeneyin m

əlumat  kitabı”  hekayəsində  oxuyuruq: “Bəlkə  də  bunlar 

fiqural adlandırılan şeirlər cərgəsinə daxildir. Bu cür şeirlər qayda-qanunları təhqir 

edir, ancaq poçt bunları buraxır.” Aydındır ki, orijinalda “məcazi” mənasını verən 

“fiqural” sözünü müt

ərcim yumor xatirinə rus dilində olduğu kimi saxlamış bizim 

t

ərcüməçi isə  fərqinə  varmadan onu eyni ilə  ana dilimizdə 



s

əsləndirmişdir.”(səh.40). Tədqiqatçının  sitatı  uzun  olsa  da,  yerinə  düşür, 

m

əqbuldur, məqsədəuyğundur və məqsədyönlüdür. 



O.Ş.  Andersonun  ana  dilinə tərcümə  olunmuş  “Meşədə ölüm” hekayəsinin 

dilimizd


əki variantını təhlili edərkən yazır: “Meşədə ölüm” hekayəsinin bir yerində 

oxuyuruq: “Sonra o, q

əssab dükanına gedir və bir qədər it əti istəyir.O, on-on beş 

sent x


ərclədikdən sonra nəsə istəyir.” Əslində, hekayənin orijinalında qoca qadın 

“it 


əti” yox, “it üçün ət” istəyir. (səh.53) 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə