Microsoft Word 05 Project Description Final az



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix02.01.2018
ölçüsü5,11 Kb.
#19125
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/17
ya hər hansı kommersiya, yaxud texniki səbəblərdən müxtəlif qazma məhlulu seçmək lazım 
gələrsə, Dəyişikliklərin İdarə olunması Prosesinə (Bölmə 5.16-a istinad edin) əməl ediləcək. 
 
Cədvəl 5.4-də pilot lülə, geotexniki lülə  və 42”, 32” və 28” lülə intervalları üçün hər lülədə 
istifadə edilən qazma flüidlərinin təxmini ümumi kimyəvi tərkibi xülasə şəklində təqdim edilir. 
 
Cədvəl 5.4 Su əsaslı qazma məhlulunun hər lülə üçün istifadə olunan hesablanmış 
miqdarı – Pilot lülə, geotexniki lülə və 42”, 32” və 28” lülə intervalları
1,2
 
 
Kimyəvi maddə 
Ticarət adı 
Funksiyası 
Hər lülə üzrə təxmini istifadə 
miqdarı (ton ilə) 
1
 
Təhlükə 
kateqoriyası
3
 
Pilot
Geo
42” 
32” 
28” 
Dəniz suyu/PHB təmizləyici məhlul və SƏQM ilə adətən istifadə edilən kimyəvi maddələr 
Barite Barite 
Ağırlaşdırıcı 
reaktiv  648 1200 116  289 1826 

Bentonit Bentonit 
Qatılaşdırıcı 
30 90 35 54   

Susuzlaşdırılmış 
soda 
Susuzlaşdırıl
mış soda 
Qələviliyin 
tənzimlənməsi 
3 7 1 0.7 2 

Yalnız SƏQM ilə bağlı olan kimyəvi maddələr 
Çox efirli 
xırdalanmış bitki 
lifləri 
Polypac UL 
Flüid itkisinə nəzarət 
etmək üçün suda həll 
olunan polimer 
6 12 2.1 3.5 19 

Ksantan qatranı Duovis  Qatılaşdırıcı 
4 6 
0.35 
0.85 


Qoz qabıqları Qoz 
qabığı 
İtkiyə nəzarət 
materialı/ boru 
təmizləyici 
3 3 0.7 
1.4  

Duzlar (KCI) 
Kalium xlorid 
Lülə stabilləşdirici/ gil 
inhibitoru 
 
   
325 

Poliefiramin/Poliefir
amin Asetat 
Qarışığı 
Ultrahib 
Şist/suxur inhibitoru 
 
 
 
 
96 
QIZIL 
Alifatik üçqat 
sopolimer 
Ultracap 
Çöküntü toplaşması 
əleyhinə aşqar 
 
 
 
 

QIZIL 
Efir/Alken C15-C18 
qarışığı 
Ultrafree 
Gil kapsullaşdırma 
reagenti 
 
 
 
 
92 
QIZIL 
Polyproplene Fibres 
Super Sweep 
Quyu lüləsini 
təmizləyən aşqar 
 
 
 
 

QIZIL 
Maqnezium oksid 
Maqnezium 
oksid 
pH nəzarət  
 6  

Qeydlər:  
1. Atılma potensialına malik kimyəvi maddələrin tam siyahısı üçün Əlavə 5B-yə istinad edin. 
2. Mahiyyət etibarilə, burada göstərilmiş həcmlər əvvəlki təcrübəyə əsasən ən münasib hesablamalar olduğu üçün həcmlər qarşıya çıxacaq faktiki 
geoloji şəraitdən asılı olacaq. 
3. Beynəlxalq miqyasda qəbul edilmiş təcrübəyə uyğun olaraq, təhlükələrin qiymətləndirilməsi üzrə iki metoddan istifadə olunur -CHARM (Kimyəvi 
Maddələrin Təhlükələrinin Qiymətləndirilməsi və Riskinin İdarə Olunması) və Qeyri-CHARM. CHARM (KMTQRİO) Modeli proqnozlaşdırılan effektiv 
konsentrasiya ilə təsirsiz konsentrasiyanın (PEK:TK) nisbətini hesablamaq üçün istifadə olunur və təhlükə əmsalı ifadə edilir. Təhlükə əmsalları 6 
kateqoriyadan 1-nə aid edilir, “GIZIL” ən aşağı (az) təhlükə kateqoriyasıdır. CHARM vasitəsilə modelləşdirilə bilməyən kimyəvi maddələrin 
kateqoriyası (A - E) toksiklik qiymətləndirməsinə, bioloji parçalanma xüsusiyyətinə və bioakkumulyasiya potensialına əsaslanaraq müəyyənləşdirilir. 
E kateqoriyası ən az zərərli kateqoriyadır. Mənbə: CEFAS, Dənizdə İstifadə Olunan Kimyəvi Maddələrə dair Bildiriş Sxemi (OCNS) – Bildirilmiş 
Kimyəvi Maddələrin Dərəcələndirmə Siyahısı, yenilənib – avqust 2010.Kimyəvi maddələrin təhlükə kateqoriyalarının müəyyənləşdirilməsi ilə bağlı 
əlavə təfsilatlar üçün Əlavə 5C-yə istinad edin. 
 
28” lülə intervalından çıxan istifadə edilmiş  SƏQM və qazma şlamları rayzersiz Qazma 
Məhlulunu Gerivurma Sistemindən (QMGVS) istifadə olunmaqla SDQQ-yna geri qaytarılacaq. 
Rayzersiz QMGVS dəniz dibində yerləşən, quyuağzı keçirici ilə  təchiz olunmuş sualtı 
nasosdan ibarətdir ki, bu da şlanqların quyuağzı buraxıcı klapanlara qoşulmasına imkan verir. 
Sualtı nasos SƏQM-i quyu ağzından sorur və onu, şlamlarla birlikdə bir neçə şlanq vasitəsilə 
SDQQ-na geri qaytarır. Sonra qazma məhlulu və şlamlar bərk maddələrə nəzarət qurğusunda 
emal olunacaq və SDQQ-da qazma məhlulunu  şlamlardan ayıracaq. Bununla belə, texniki 
zərurət və ya təhlükəsizlik məsələlərinə görə  tələb olunarsa, məhlul və  şlamlar28” lülə 
intervalından birbaşa dəniz dibinə atıla bilər. QMGVS quyu ağzını lehimləmir; o, qazma 
baltasının və qazma kolonnasının qazma lüləsinə daxil olması üçün açıqdır. Quyu ağzının üst 
hissəsindən artıq qazma məhlulunun vurulmasının qarşısını almaq üçün sualtı nasosun və 
qazma məhlulu nasoslarının vurma sürəti uyğun olmalıdır. Bu, quyu ağzında qazma məhlulu 
səviyyəsinə  nəzarət üçün QMGVS-nin üst hissəsində quraşdırılan kamera sistemindən 
istifadə etməklə  tənzimlənir; sualtı nasos operatoru və qazmaçı nasosun uyğun vurma 
sürətlərini təmin etmək üçün bir-biri ilə əlaqə saxlayacaq. 


Şahdəniz 2 Layihəsi 
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 
Qiymətləndirilməsi 
Fəsil 5 
Layihənin təsviri 
 
Noyabr 2013-cü il 
Yekun variant 
 
5/18
 
Lakin  əgər gilin hidratasiyası  nəticəsində QMGVS şlanqları  tıxaclanarsa, bu halda quyu 
ağzının üst hissəsindən artıq qazma məhlulu vurulacaq və  dəniz dibində axıdılacaq, 42” və 
32” lülə intervallarına uyğun şəkildə. Dəniz dibində atqı quyudan dəniz dibinə, dayaz axın kimi 
məlum olan qəfil qum və ya flüid axını yarandığı halda da baş verə bilər. Bu, təhlükəsizlik 
məqsədləri ilə edilə bilər, belə ki, QMGVS sistemi quyuya nəzarət imkanına malik deyildir.
3
 
 
Məqsəd dəniz dibində  SƏQM-nin müntəzəm atqısından ibarət deyildir, lakin əgər QMGVS 
şlanqlarının tıxanması baş verərsə, bu halda şlanqlar təmizləndiyi vaxtdaSƏQM axıdılacaq. 
Tıxanma təmizləndiyi halda QMGVS-nin qapadılması qeyri-mümkündür, belə ki, qazma 
kolonnasının tutulmasına yol verilməməsi üçün lülədə hər hansı qazılmış süxur hissəciklərinin 
kənarlaşdırılması zəruridir. 
 
QMGVS-nin bərpasının təxminən 10-15 dəqiqə  çəkəcəyi ehtimal edilir və qazma 
mərhələsindən asılı olaraq, atılma həcmi 13-62m
3
 arasında dəyişəcək.  
 
SƏQM şlamları HPBS-nin tələblərinə uyğun olaraq, “İstiqlal” və “Heydər Əliyev“ qurğularından 
dəniz səthinə axıdılacaqdır.
4
 SDQQ-dan çıxan SƏQM  şlamları SDQQ kessonlarına 
yerləşdirilən şlanqlarla birbaşa dəniz dibinə axıdılacaqdır. 
 
Geotexniki lülələr və 28” lülə intervallarının qazılması başa çatdıqdan sonra ayrılmış SƏQM-i 
sahilə və ya digər qazma qurğularına/platformalarına daşımaq üçün saxlamaq mümkün deyil. 
Geotexniki lülələr və 28” lülə intervallarının qazılması başa çatdıqdan sonra artıq qalmış 
qazma məhlulu HPBS tələblərinə uyğun şəkildə dənizə axıdılacaq; ŞD2 Layihəsi üzrə ümumi 
həcmlərin xülasəsi aşağıdakı Cədvəl 5.6-də verilmişdir. 
 
Qazma qrafikindən asılı olaraq partiyalarla hazırlama aparıla bilər. Bu, bir sıra qonşu 
quyularda üst lülə intervallarının (42” və 32”) qazılması  və qoruyucu kəmər qoyulmasını, 
sonra quyuların 28” və daha aşağı lülə intervallarını qazmağa qayıtmazdan əvvəl müvəqqəti 
olaraq maqnezium oksid qatılmış  SƏM ilə konservasiyasını  nəzərdə tutur. Kimyəvi işlənmiş 
SƏM üst lülə intervallarından dənizə axıdılacaq. Konservasiya zamanı quyu korroziyaya qarşı 
qapaqla ətraf mühitdən izolə ediləcək. 
 
Aşağı 22”, 18” 16
1
/
2
” 16” 12
1
/
4
” & 8
1
/
2
lülə intervalları 
 
Quyu lüləsinin stabilliyini yaxşılaşdırmaq, münasib yağlamanı  təmin etmək, Müqavilə 
sahəsində mövcud olan gil qatı ilə potensial reaksiyasını dayandırmaq və borunun 
pərçimlənməsi riskini minimuma endirmək üçün aşağı 22”, 18”, 16½”, 16”, 12¼”, 8½” lülə 
intervalları üçün az toksikliyə malik neft əsaslı qazma məhlulundan (ATMNƏQM) istifadə 
etmək zərurəti yaranacaq. ATMNƏQM-in sıxlığına və kimyəvi tərkibinə  nəzarət ediləcək və 
lülə dibindəki şəraitə uyğun kimyəvi maddələr əlavə edilməklə tənzimlənəcək. ATMNƏQM-in 
sıxlığı  və kimyəvi tərkibi qazma əməliyyatları zamanı quyuda rast gəlinən faktiki şəraitdən 
asılı olacaq. 
 
Cədvəl 5.5-da hər lülə intervalında istifadə ediləcək ATMNƏM-nin tipik tərkibi və  təxmini 
həcmi göstərilmişdir. 
 
                                                      
3
Zəif sementlənmiş süxurlarla bağlı yumşaldıcı tədbirlərin görülməsi üçün bu mərhələdə quyuya nəzarət avadanlığı 
quraşdırılmır.
 
4
Qazma məhlulu sisteminin maksimum xlorid konsentrasiyası qəbuledici suyun ətraf konsentrasiyasından 4 dəfə artıq 
olarsa MODU-dan qazma hissəcikləri və ya qazma mayesi atqıları baş verməyəcək.
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə