34
sərhədlərinin toxunulmazlığı prinsipini təsdiqlədilər. Bundan başqa, Vyanada dövlətlər
inqilablardan birgə qorunma, ərazi və başqa problemlərin həlli üçün diplomatik
məsləhətləşmələr keçirmək, diplomatik agentlər təyin etmək kimi beynəlxalq və siyasi
anlayışlar yaratdılar. Əslində kollektiv təhlükəsizlik anlayışı və onun real məzmuna
malik prinsipləri məhz Vyanada yaradılmışdır.
Vyana sazişinin mövcudluğu Avropada heç də xalqları və dövlətləri zorla öz
bayrağı altında birləşdirmək ideyasının tam iflasına gətirmədi. XIX əsrin sonlarında
getdikcə güclənən bəzi Avropa dövlətləri yenidən Napoleonun yolunu davam etdirmək,
yeni-yeni müstəmləkələr ələ keçirmək üçün hərəkətə başladılar. Qısa zamanda faktiki
olaraq bütün dünya Avropanın müstəmləkəsinə çevrildi və bir neçə Avropa dövləti
arasında bölündü.
2. VESTFAL SİSTEMİNİN VƏ MÜSTƏMLƏKƏ REJİMLƏRİNİN BÖHRANI,
BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN KƏSKİNLƏŞMƏSİ
Dünyanın siyasi aləmi və beynəlxalq münasibətlər sistemi XX əsrin əvvəllərində
özünün ən gərgin günlərini yaşayırdı. Müstəmləkələr uğrunda mübarizə Avropanın
aparıcı dövlətləri olan Böyük Britaniya, Fransa, Almaniya, İtaliya arasındakı ziddiyyətləri
son həddə çatdırmışdı. Bu mübarizə dolayısı ilə olsa da, o dövr üçün digər böyük
dövlətləri - ABŞ, Rusiya imperiyası, Yaponiya, Avstriya-Macarıstan, Osmanlı imperiyası
və başqalarını da əhatə etmişdi. Həmin dövrdə dünya sivilizasiyasının bütövlükdə
inkişafı və ayrı-ayrı ölkələrin bu prosesdəki rolu bilavasitə cərəyan edən beynəlxalq
münasibətlərdən, dövlətlərarası əlaqələrdən asılı idi. O dövrün böyük dövlətləri ya öz
aralarında razılığa gəlib sivilizasiyanın inkişafına qarşılıqlı töhfələrini verməli, deməli,
vahid bir beynəlxalq qayda çərçivəsində sonrakı addımlarını nizamlamalı, ya da ki, yeni
dünya qarşıdurması qaçılmaz idi. Bu da öz növbəsində dünya sivilizasiyası üçün ciddi
təhlükə və fəlakət vəd edirdi. Çünki XIX əsr ərzində dünyada cərəyan edən hadisələrdə
əsas rol demək olar ki, bütövlükdə Avropanın İngiltərə, Fransa, Hollandiya, Portuqaliya,
Osmanlı imperiyası kimi bir neçə ölkəsinə məxsus idisə, XX əsrdə bu proseslərə
Yaponiya, Çin, Rusiya, ABŞ, Almaniya, İtaliya və b. dövlətlər də qoşulurlar. Maraqların
kəsişməsi və dünya qarşıdurması meyli gün-gündən açıq-aşkar özünü göstərirdi.
XX əsrin əvvəllərindən başlayaraq, beynəlxalq münasibətlər sistemi bir qədər də
təkmilləşmiş, dövlətlər arasında siyasi, iqtisadi, dini və mədəni əlaqələr intensivləşmişdi.
Dünya siyasətini müəyyən edən böyük dövlətlərin etno-demoqrafik tərkibi müstəmləkə
35
xalqlarının hesabına mürəkkəbləşmiş, əhalisinin milli, dini və sosial quruluşu dəyişmişdi.
Bütövlükdə dünya əhalisinin sayı da artmış və 1900-cü ildə 1.630 milyon nəfərə
çatmışdır. Əgər bütün dünya əhalisinin sayı I-XVI əsrlərdə (on beş əsr ərzində) cəmi 2,5
dəfə artmışdısa, XVI-XIX əsrlərdə (üç əsr ərzində) bu artım 9,6 dəfə olmuşdu. Bu
əhalinin 290 milyonu (Rusiyasız) Avropada, 948 milyonu Asiyada, 180 milyonu Afrikada,
145 milyonu Şimali və Cənubi Amerikada, 6,8 milyonu isə Avstraliya-Okeaniyada
yaşayırdı.
Ölkələr üzrə əhali aşağıdakı kimi bölünürdü:
Çin - 475 milyon, Cənubi Asiya ölkələri – 290 milyon, Rusiya – 130 milyon, ABŞ
– 76 milyon, Yaponiya – 45 milyon, Almaniya – 43 milyon, Fransa – 41 milyon,
İndoneziya – 38 milyon, İngiltərə - 37 milyon əhaliyə malik idi.
Ərazisinə görə dünyanın ən böyük müstəmləkə dövləti İngiltərə idi. Bu ölkədə
XV əsrdən başlayaraq kapitalist münasibətlərinin inkişafı və mərkəzləşmiş dövlətin
yaradılması, 1642-1649-cu illərdə baş verən burjua inqilabı və sonrakı inkişaf İngiltərəni
o dövrün ən güclü və qüdrətli dövlətinə çevirmişdi. Dünya dənizlərində tam hökmranlıq
əldə edən İngiltərə ən çox müstəmləkə ələ keçirə bilmişdi. Hindistan, Avstraliya,
Kanada, Yeni Zelandiya, İrlandiya və b. müstəmləkələrə sahib olan bu ölkə özünün 37
milyon əhalisi ilə 500 milyondan çox müstəmləkə əhalisini idarə edirdi.
Ərazisinə görə ikinci imperiya Rusiya idi. Yer kürəsinin quru ərazisinin 6/1-i bu
imperiyanın tərkibində olsa da, əhalisi yer kürəsi əhalisinin cəmi 8%-ni təşkil edirdi.
Rusiya imperiyasının tərkibinə Avropa Rusiyası, Polşa çarlığı, Finlandiya knyazlığı,
Qafqaz diyarı, Sibir, Orta Asiya vilayətləri daxil idi.
Avropada İngiltərədən sonra ən güclü dövlət Fransa idi. XX əsrin əvvəllərində bu
ölkənin müstəmləkə ərazilərinə Qabon, Konqo, Madaqaskar, Seneqal, Çad, Əlcəzair,
Fransa Polineziyası daxil idi.
Milli birliyin və mərkəzləşmiş milli dövlət maraqlarının formalaşması baxımından
Almaniya və İtaliya bir qədər geridə qalsalar da, XIX əsrin sonu və XX əsrin əvvəllərində
bu ölkələr də “günəş altında yer” axtarmaq iddialarını açıq-aşkar nümayiş etdirməyə
başlamışdılar. Bu da müvafiq olaraq onların İngiltərə və Fransa ilə gələcək
toqquşmalarını şərtləndirirdi.
XX əsrin əvvəllərindən başlayaraq, getdikcə Avropa və dünya miqyasına daha
tez-tez müdaxilə edən yeni bir güclü dövlət də meydana çıxır ki, bu da ABŞ idi. Bu
dövlət sürətlə dünya siyasətinin güclü və nəhəng faktoruna çevrilməyə başlayır və
tədricən öz məxsusi maraqlarını ortaya qoyur.
36
XX əsrin əvvəllərində dünyanın sənaye, iqtisadi, mədəni, elmi-texniki inkişafının
əsas mərkəzləri və hərəkətverici qüvvələri İngiltərə, Fransa, Almaniya, İtaliya, Rusiya,
Yaponiya və ABŞ kimi böyük dövlətlər idi. Məhz elə bu dövrdə dünyada dövlətlərarası
təbəqələşmə - varlı və yoxsul dövlətlərə ayrılma prosesi sürətlənir. Ən güclü dövlətlər
artıq dünyanın geniş ərazilərini işğal edərək, özünün müstəmləkəsinə çevirmiş, təbii
sərvətlərə və əmək resurslarına sahib çıxmışdılar. Əslində dövlətlərin iqtisadi gücü və
milli gəliri də malik olduğu ərazilərlə bilavasitə bağlı idi. Odur ki, istənilən dövlətin yeni
ərazi iddiası dərhal başqa dövlətlə konfliktə səbəb olurdu və müvafiq olaraq hərbi
toqquşma yaradırdı. Dövlətlərin iqtisadi gücü XX əsrin əvvəllərində, ilk növbədə, nə
qədər qızıl, gümüş, kömür, metal və neft əldə etmələri ilə ölçülürdü. Bu baxımdan, təbii
ehtiyatlarla zəngin ərazilərə sahiblik uğrunda dövlətlərarası mübarizələr getdikcə
kəskinləşirdi. XIX əsrin sonunda (1898) ilk belə toqquşmalar İspaniya-ABŞ arasında
Karib hövzəsi uğrunda, bir il sonra isə Cənubi Afrikanın qızıl yataqları uğrunda İngilis-
Bur müharibəsində baş vermişdir. Artıq imperiya iddiaları və yeni-yeni müstəmləkələr
ələ keçirmək istəyi elə bir həddə çatmışdı ki, Vestfal sistemi dövlətlərarası münasibətləri
tənzimləmək gücündə deyildi. İqtisadi maraqlar bütün sədləri, siyasi və diplomatik
amilləri kölgədə qoymuşdu. Bu dövrdə İngiltərə və Rusiya arasında Orta Asiya, Qafqaz,
İran körfəzi, Balkanlar, Uzaq Şərq və Qara dəniz hövzəsi, Almaniya, Fransa və İngiltərə
arasında Baltik dənizi ətrafı, Şərqi və Mərkəzi Avropa, Aralıq dənizi, ABŞ-Rusiya və
İngiltərə arasında Uzaq Şərq, Sakit okean və Asiya, ABŞ-İspaniya arasında Karib
hövzəsi, Filippin, Rusiya və Yaponiya arasında Uzaq Şərq və digər ərazilər, maraq
dairələri uğrunda ciddi mübarizə gedirdi. Bu dövlətlərin hər biri digər dövlətlərlə gizli
danışıqlar aparır və gizli müqavilələr bağlayır, öz rəqiblərini zəiflətmək və sıxışdırmaq
üçün manevrlər edirdilər.
XX əsrin əvvəlində Avropanın aparıcı dövlətləri artıq açıq-aşkar bir-birinə qarşı
müharibəyə hazırlaşmağa və hərbi bloklar yaratmağa başlayırlar. Rusiya, Fransa və
İngiltərə bir tərəfdə, Almaniya, Avstriya və İtaliya digər tərəfdə öz hərbi və iqtisadi
güclərini birləşdirməyə can atırdılar. Asiya, Sakit okean hövzəsi və Uzaq Şərq
məsələləri ilə bağlı maraqlar dairəsində ABŞ və Yaponiya da yaranmış bloklarla bu və
ya digər danışıqlara müdaxilə edirdi. Avropada, Asiyada və Sakit okean hövzəsində
zəifləyən dövlətlərin müstəmləkələrini məhz bu dövlətlər yavaş-yavaş öz təsir
dairələrinə salırdılar. Məsələn, o dövrdə zəifləyən və öz müstəmləkələrini idarə edə
bilməyən İspaniyanın nəzarətində olan Filippini, Karib hövzəsini, Kaqayan, Zulu və
Sibutunu ABŞ, Karolin, Marian və Palau adalarını Almaniya ələ keçirir. 1905-ci ildə
Dostları ilə paylaş: |