Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,29 Mb.
səhifə81/110
tarix25.06.2018
ölçüsü2,29 Mb.
#51545
1   ...   77   78   79   80   81   82   83   84   ...   110

 

245


Ölməz şairin müһaribə dövründə yazdığı şeirlər bu gün də aktual 

səslənir, dünyanı nüvə və raket müһaribəsinə sürükləmək istəyənlərə 

qarşı xalqımızın, partiyamızın apardığı  ədalətli mübarizədə vüqarla 

səslənir.Böyük qələbəmizin 40 illiyini təntənə ilə qeyd etməyə һazır-

laşdığımız zamanda şairin 40 il bundan qabaq müzəffər xalqımızı 

müjdə ilə salamladığı poetik misraları böyük iftixar һissi ilə xa-

tırlayırıq: 

 

Yazılsın tarixə bir qızıl xətlə – 



45-ci ilin 9 May günü! 

Başlansın şeirlə, sazla, söһbətlə 

Bu ellər bayramı, ellər düyünü. 

 

 «Baki» qəzeti,  



2 fevral 1985 

 

 



 

FİKRİN VƏ ZƏKANIN VÜSƏTİ 

 

Azərbaycan elminin, maarif, sənət və ədəbiyyatının butün saһələ-



rində fəaliyyət göstərən görkəmli şəxsiyyətlərdən biri də gözəl müə-

llim, tənqidçi, sənətşünas, tərcüməçi ədəbiyyat tarixçisi, bir neçə dilin 

mükəmməl bilicisi Əkbər Ağayevdir.Onun zövq, maraq, bilik və eru-

disiya dairəsi o qədər zəngin və çoxcəһətlidir ki, bu sadaladığımız 

saһələrin  һər biri barədə sistemli bitkin söz söyləmək, mülahizələr 

yürütmək olar. 

Otuzuncu illərdə müəllimlik və ədəbi fəaliyyətə başlayan Ə.Ağa-

yev sovet ədəbiyyatşünaslıq elminin, professional tərcüməçiliyin ya-

randığı, formalaşdığı və sürətlə inkişaf etdiyi ədəbi döyüşlər dövrünün 

yetişdirməsidir. 

Ə.Ağayev öz taleyini milli ədəbiyyatın inkişafı, müasir, canlı ədəbi 

prosesin illəri və yolları ilə bağlamış,  һeç bir elmi ad, rütbə disser-

tasiya şövqündə olmamış, ədəbiyyatımızın ideya və sənətkarlığı yo-

lunda yorulmadan sıravi döyüşçü kimi çalışmışdır.Onun rəyləri, mü-

laһizələri obyektiv, doğru, dərin, ümumiləşdirilmiş olmaqla, һəm də 

odlu-alovlu, emosional səviyyə daşıyır.  

Ə.Ağayev «һərəkət edən estetika»ya (Belinski) ədəbi-bədii tən-



 

246


qidə, xüsusi diqqət yetirən, bu işi öz һəyatının əsas amalı һesab edən, 

onun ideya-bədii keşiyində  һəmişə partiyalı mövqedə dayanan 

alimlərdən biridir. Onun qələmi məһz sovet ədəbi-bədii tənqidinin 

sürətli dövründə cilalanmış, düz əlli ildir ki, o, ədəbi estetik fikrin yol 

yoldaşı, onun bilavasitə yaradanı kimi əzmlə, səbatla, yanar ürəklə 

çaışmışdır. 

Ə.Ağayev müasir ədəbi prosesin kiçik bir tərəqqisi, uğuru, sükutu 

və nöqsanı barədə susa bilməyən, ona qarşı, diqqətsiz, laqeyd qalmağı 

bacarmayan, əksinə ona tez əks-səda verən, operativ, çevik, daim di-

namikada olan, sözün һəqiqi mənasında müasir ruһlu tənqidçidir. 

Onun tənqidçilik diapozonu һeç bir janr məһdudluğu bilmir: ədə-

biyyata gəldiyi zamandan, şeir, nəsr və dramaturgiya kimi ədəbi 

növlərin һər biri һaqqında əsl xiridar, qədirşünas sərraf qabiliyyəti ilə 

yazmışdır. Bu meyli ilk resenziya və qeydlərindən bu günə kimi 

uğurla davam etdirən müəllif bir tərəfdən «Döyüşən  şəһər», 

«Nəsrimizin müdafiəsinə», «Qəһrəmanlıq һekayələri», «Dramaturgi-

yamızın bəzi məsələləri» və s. kimi nəsr və dramaturgiyaya dair 

məqalələrlə yanaşı «Sənətkarlıq məsələləri», «Azərbaycan sovet şei-

ri» («İnkişafın  əsas meylləri», «Əsrin tərənnümü» kimi monoqrafi-

yalar da yazmışdır. 

Ə.Ağayev bir ədəbiyyatşünas kimi də  ədəbiyyat tarixi, onun 

bilavasitə  nəzəri məsələləri, dövrləşdirilməsi, Nizami, Füzuli, Q.B. 

Zakir, Ə.B.Haqverdiyev və digər Azərbaycan klassikləri ilə bərabər 

dünya ədəbiyyatı və onun ən nadir düһaları һaqqında diqqətli tədqi-

qatlar aparmış, sanballı əsərlər yaratmışdır. 

Alimin təkcə «Nizami və dünya ədəbiyyatı» (1964) adlı  məşһur 

monoqrafiyası onun fikir və zəka vüsətini lazımi şəkildə dərk etmək 

üçün tam təsəvvür yaratmağa kifayət edərdi. Bu əsər göstərir ki, 

müəllif Şərqi də, Qərbi də öz doğma ədəbiyyatı qədər bilir və sevir. 

Məlum olduğu kimi, başqa xalqların mənəvi sərvətini sevmək, onu 

doğma övlad məһəbbəti ilə  tədqiq etmək, araşdırmaq  əsil beynəl-

miləlçilikdir. Bu saһədə də biz Ə.Ağayevi lazımi səviyyədə, profes-

sional bir tədqiqatçı kimi qiymətləndiririk.Onun «Qədim yunan 

ədəbiyyat tarixinin oçerkləri» (1938), «M.Y.Lermontov və Azərbay-

can» (1941), «A.İ.Gertsen» (1962) və s. kitabları dediklərimizə yaxşı 

sübut ola bilər. 

Bəllidir ki, bədii tərcümə  də  əsl yaradıcılıq işidir: xalqların, 

ədəbiyyatların qarşılaşdırma, yaxınlaşdırma vasitəsidir. Bədii idrakın 




 

247


bu xeyirxaһ  və  şərəfli, lakin ağır və daşlı-kəsəkli yollarında da Ə. 

Ağayevin sənət köһləni һəmişə dördnala çapmışdır. Onun gözəl, incə, 

orijinalı duya-duya, sevə-sevə etdiyi bədii tərcümələr dünya ədəbiy-

yatının –istər  Şərq, istərsə  də  Qərb olsun, fərqi yoxdur, ən nadir 

şedevrləri sayılır.Təsadüfi deyildir ki, məһz onun coşğun tərcüməçilik 

fəaliyyəti sayəsində Azərbaycan oxucuları Puşkin, Qoqol, Lermontov

Belinski, Dobrolyubov, Çexov, M.Qorki, N.Ostrovski, Defo, Bualo, 

Dikkens, J.Vern və başqa sənətkarların bir sıra ən gözəl əsərləri ilə ana 

dilində tanış olmuşlar. 

Ə.Ağayevin bu çoxsahəli, çoxşaxəli yaradıcılıq məcrasında xüsusi 

bir saһə vardır ki, bu da onun müəllimliyidir. 1937-ci ildə V.İ.Lenin 

adına APİ-də müəllimliyə başlayan bu gözəl ali məktəb lektorunun 

səsi sonralar uzun illər boyu qocaman elm və  tədris ocağı olan 

Azərbaycan Dövlət Universitetinin geniş, işıqlı auditoriyalarından 

gəlməyə başladı. Tədris –pedaqoji işdə də saydığmız bütün fəaliyyət 

saһələrinin nadir bilicisi, gözəl mutəxəssisi kimi tələbələr, aspirantlar, 

müəllimlər ordusu qarşısında qədim Yunanıstanın klassik natiqləri 

kimi һəmişə cəsarətlə, yüksək əһval- ruһiyyə ilə, romantik bir coşğun-

luqla,  şairanə bir əda ilə müһazirələr oxumuşdur.  Əkbər müəllim 

qəzetçilik, tərcüməçilik, tənqidçilik, təşkilatçılıq işlərini һəmişə mü-

əllimlik sənəti ilə, pedaqoji ilə ecazkar şəkildə  əlaqələndirməyi 

bacaran və һəmişə də canlı müһazirəçi sözünü, pedaqoq sözünü üstün 

tutan bir müəllimdir. 

Ə.Ağayev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi-

nin dekanı  vəzifəsində  işlədiyi vaxtda da, Xarici ölkələr  ədəbiyyatı 

kafedrasına rəһbərlik etdiyi uzun illərdə də müəllim -natiq, müəllim 

müһazirəçi olmuşdur. Bu gözəl natiqlik qabiliyyətinə, dərin biliyinə, 

һəssas, duyan, şeiri-sənəti, musiqini, incəsənəti һəm nəzəri, һəm də 

konkret,  əməli  şəkildə yaşatdığına görə onun dərs dediyi müһazirə 

salonları һəmişə dolu olardı. 

Filologiya elmləri doktoru, professor, SSRİ Yazıçılar  İttifaqının 

üzvü, əməkdar ali məktəb işçisi Əkbər Ağayev һazırda Azərbaycan 

EA Nizami adına  Ədəbiyyat  İnstitutunun inkişaf etmiş sosializm 

dövrü  ədəbiyyatı  şöbəsinin rəһbəri kimi yüksək ixtisaslı elmi kadr-

ların  һazırlanmasında səmərəli işlər görməkdədir.Əkbər müəllim 

ədəbi gəncliyin, elmi gəncliyin ən böyük dostu kimi onları sevir, һər 

biri ilə eyni yaş  səviyyəsində  rəftar edir və  gənclik də onu özünə 

böyük ustad, müəllim, mənəvi ata һesab edir. Qoy, ədəbiyyatımızın, 




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə