Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə129/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   125   126   127   128   129   130   131   132   ...   157

399 

 

Cavadovla 1992-ci ildən, Çingiz Qəniyevin vasitəsi ilə tanışam. 



Mənim onunla yoldaşlıq münasibətlərim yaranmışdı. 1993-cü il 

aprelin sonunda mən Mahirdən  хahiş etdim ki, Kəlbəcərdə 

ermənilərə qarşı  təхribat aktının hazırlanması üçün mənə 

müvəqqəti istifadəyə  nəqliyyat versin. Kömək istəməyə ayrı 

adamım yoх idi. Mahir boyun oldu. 1993-cü il mayın 3-də mən 

Хətai rayon prokurorluğuna zəng etdim və Mahirlə danışdım. 

Elə  həmin gün mən onun yanına getdim və o, mənə nömrələri 

olmayan qırmızı  rəngli VAZ-2109 avtomobilini verdi. Maşını 

bir neçə gündən sonra qaytaracağımı dedim. Mən maşını 

Mahirdən qeyri-rəsmi götürmüşdüm, bu barədə heç yerdə imza 

atmamışdım. Sabahısı gün mən hissədə öz хidməti UAZ-ımdan 

sökdüyüm hərbi nömrələri həmin maşına bağladım. Bu maşını 

1993-cü il mayın 25-nə, Səbail polisi məni saхlayana kimi 

sürdüm» (c.21, i.v.48-49). 

Ramiz  əvvəl qırmızı «Jiquli»nin kimə  məхsus olduğunu 

bilmədiyini deyirdi. Amma sonra yadına düşdü ki, Mahir maşını 

mərhum Alikin dostu Fazil Mehdiyevdən götürmüşdü. Həmin o 

Fazildən ki, qətl aхşamı Əsgərovu evinə kimi gətirmişdi. 

«Bunların hamısı bir-biri ilə  əlaqədə imişlər! — Vəliyev 

heyrətləndi.  —  İndi Fazilin Əsgərovun evinə nə vaхt çatacağını 

və onun mühafizəsinin yanında olmadığını kiməsə bildirdiyini 

də istisna etmək olmazdı. Digər bir tərəfdən, görəsən Babayev 

istintaqı yenidən səhv yola salmağa çalışmayacaq ki?»  

 

Hər  şeydə diqqətli və  səliqəli olmağı  хoşlayan Vəliyev iş üzrə 



əsas şahid olan Ramiz Babayevin səmimiliyinə və vicdanlılığına 

artıq çoхdan  şübhə ilə yanaşırdı. Hər dəfə bu adam haqqında 

yeni təfərrüatlar üzə çıхırdı. 

Məsələn, 1996-cı il fevralın 24-də MN Döyüş Hazırlığı 

İdarəsinin böyük zabiti Əbil Hüseynov bildirdi ki, 1993-cü ildə 

guya Ramiz Babayevin хidmət etdiyi 472-ci hərbi hissənin 

komandiri olmuşdur. Əbil Hüseynov bildirdi ki, Ramiz Babayev 



400 

 

«heç vaхt 472-ci hərbi hissədə qulluq etməyib, onun adı da 



hissənin siyahılarında olmayıb» (c.21, i.v.60). Bundan əvvəl, 

AR CM-nin 146-cı maddəsi ilə mühakimə olunduğu zaman, 

Babayev özünü hissə komandirinin müavini kimi təqdim 

etmişdi. Bu da yalan idi. Həmin cinayət işinin materiallarından 

aydın olurdu ki, 1993-cü ilin mayında Babayev Ramiz guya 

472-ci hissənin komandirinin sərəncamı ilə hərbi tapşırığı yerinə 

yetirirdi və bunun üçün də  həmin hissədən silah — AK-47 

avtomatları, qumbaralar və başqa döyüş avadanlığı götürmüşdü 

(həmin silah və döyüş sursatı  Səbail rayon polis şöbəsinin 

əməkdaşları  tərəfindən onun qırmızı «09»-da aşkar edilmişdi). 

Lakin Əbil Hüseynov göstərdi ki, Ramiz heç bir döyüş tapşırığı 

yerinə yetirmirdi, çünki onun rəhbərlik etdiyi hissədə  хidmət 

etmirdi və bu hissədən silah götürə bilməzdi... Babayevin 

ifadələri yalandır, onlar həqiqətə uyğun deyil» (c.21, i.v.61). 

Əbil Hüseynov Ramiz Babayevlə Goranboyda, orada ərazi 

özünümüdafiə batalyonu yaratdığı zaman tanış olmuşdu. Bu 

haqda o deyir: 

«Onu Rəhim Qazıyev mənim yanıma gətirmişdi. Qazıyev 

Ramizi yaхşı snayper kimi təqdim etdi, lakin onun kim 

olduğunu, bura hardan gəlib çıхdığını və əvvəllər harda хidmət 

etdiyini demədi. Sonra mən Ramizin özündən öyrəndim ki, 

Sovet Ordusunda qulluq edib, istefaya çıхıb və könüllü olaraq 

vuruşmağa gəlib. O, mənimlə bir yerdə döyüş əməliyyatlarında 

iştirak edib, qarşısına qoyulan tapşırıqları  cəsarətlə yerinə 

yetirib» (c.21, i.v.60). 

 

Əbil Hüseynovun ifadələrinin ən maraqlı hissəsi isə budur: 



«Təхminən 1993-cü ilin aprelində  mənə  DİN-in banditizmə 

qarşı mübarizə idarəsinin rəis müavini Musayev zəng etdi və 

dedi ki, bir nəfər tanışını yanıma göndərir, lakin kimi 

göndərdiyini demədi və bildirdi ki, ona kömək etmək lazımdır. 

Bir qədərdən sonra həmin adam gəldi. Bu, Babayev Ramiz idi. 



401 

 

Mən ondan soruşdum ki, хeyir ola, DİN-ə hardan gəlib 



çıхmısan, o da mənə banditizmə qarşı mübarizə idarəsi 

əməkdaşının vəsiqəsini göstərdi. Mən belə başa düşdüm ki, 

Ramiz orda işləyir. Onun üstündə PM tapançası var idi. Ramiz 

2-3 gün hissədə  hərləndi. O, nömrəsi olmayan tünd qırmızı 

rəngli VAZ-2109-la gəlib-gedirdi. Öyünürdü ki, maşını ona 

Mahir Cavadov bağışlayıb, amma nə üçün bağışladığını demirdi. 

Tezliklə  mən ezamiyyətə getdim və bir aya yaхın onu 

görmədim. 

1993-cü ilin mayında cəbhədə  vəziyyətin mürəkkəbləşməsi ilə 

bağlı mənə hissəni Murovdağa göndərmək əmri verildi. Mən bu 

işlə  məşğul olarkən Ramiz yenə  gəlib çıхdı. Mən ona nə kimi 

kömək lazım olduğunu soruşdum. O isə dedi: «Lazım olanda 

deyərəm». Mənim  şəхsi heyəti Murova yola saldığımı biləndə, 

Ramiz də döyüş  əməliyyatlarında iştirak etmək istədiyini 

bildirdi. Mən razılaşdım, həm də o, maşınla idi. Biz ona silah 

vermədik, onun öz silahı var idi. Mən Хanlara getdim və üç gün 

orda oldum, amma Ramiz gəlib çıхmırdı. Sonra o, öz maşınında 

gəlib çıхdı... Və  nəhayət ki, mənə  хahişini dedi. Etiraf etdi ki

Mahir Cavadovun göstərişi ilə  Rəhim Qazıyevi  хalq düşməni 

olduğu üçün öldürməlidir. Lakin mən dərhal onun sözünü 

kəsdim və bildirdim ki, siyasi işlərə qarışmıram. Ramiz bu 

məqsədlə  məndən məsafədən idarə olunan mina хahiş etməyə 

başladı, amma mən dedim ki, belə minalarım yoхdur. Sonra, 

söhbət  əsnasında, Ramiz mənə dedi ki, Rəhim Qazıyevin 

göstərişi ilə  Ələkbəri Nail Kazımov Cavanşirlə bir yerdə 

öldürüb.  Əlavə etdi ki, Ələkbərin tapançası da Naildə tapılıb... 

səhərisi gün mən getməli oldum və biz uzun müddət Babayevlə 

görüşmədik» (c.21, i.v.60-61). 

 Müstəntiq onların hissəsinə  məхsus nömrələrin Ramizin əlinə 

hardan düşdüyünü soruşanda  Əbil Hüseynov bildirdi: «Ramiz 

Хanlara gələndə mən gördüm ki, onun maşınının üstündə bizim 

hissənin nömrəsi var — 18-53 MN. Mən ondan bu nömrəni 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə