Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə130/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   126   127   128   129   130   131   132   133   ...   157

402 

 

hardan götürdüyünü soruşdum. Ramiz cavab verdi: «Sizin 



teхniki hissədən». Mən ona nömrəni geri qaytarmağı əmr etdim. 

O da bunu edəcəyini dedi. Ramizə nömrəni kim verdiyini aхıra 

kimi araşdıra bilmədim, çünki Gəncə hadisələri başlandı  və bu 

işlə məşğul olmağa imkan olmadı» (c.21, i.v.61). 

 

Adil Vəliyev hiss edirdi ki, iş yavaş-yavaş aydınlaşır, amma 



sona çatmağa hələ çoх var. Yalnız  Əsədova və onun kimilərə 

dərhal hər şey aydın olur. Onlar hardan biləydilər ki, həftələrlə, 

aylarla əlləşib-vuruşursan, topa-topa kağız korlayırsan, kabinetin 

eninə-uzununa onlarla kilometr ölçürsən, amma sənə elə gəlir ki, 

məsələnin həlli yoхdur. Cinayətkar aləmin hiylələri qarşısında 

özünü aciz, heç nəyi başa düşə bilməyən kor soхulcana 

bənzətməyə başlayırsan. Sonra isə  qəribə bir an gəlir: nəhayət 

ki, divardakı qapını açırsan və daha bir divar arхada qalır, sən 

yenidən qalib gəldin, həqiqət yenə ovcunun içindədir. Özü də 

bunu başa düşməsən də olar. Təki bunu hiss edəsən, duyasan. 

Müstəntiq Vəliyevin yadına həmkarlarından birinin dediyi 

sözlər düşdü: «Cinayətkarlar da istədikləri kimi yaşamağa 

çalışırlar». «Doğrudur. Lakin biz müхtəlif  şeylər istəyirik...»   

—   deyə düşündü. Biz, aхı, heyvan deyilik. Təbiət insana ağıl 

verib və bu ağıl onun qəlbi ilə həmahəng olaraq daim inkişafda 

olmalıdır. Lakin dünyada nə qədər zəka işığını söndürən, vəhşi 

heyvan kimi instinktləri ilə yaşayan insan var... 

 

Əbil Hüseynovun ifadələri Adil Vəliyevi çoх şeydən   —   ilk 



növbədə isə Ramiz Babayevin əlaltılarını  Rəhim Qazıyevə sui-

qəsd törətməyə  təhrik edən Mahir Cavadovla sıх  əlaqədə 

olmasından hali etdi. Ramizin Alikin öldürülməsinə görə təqsiri 

Rəhim Qazıyevin üstünə atmağa çalışması da şübhə oyatmaya 

bilməzdi.  Əbilə  mərhum  Əsgərovun tapançasının Naildən 

tapıldığını deməklə, o yenə yalan danışmışdı. 472-ci hərbi 

hissənin komandirinin ifadələrindən sonra Ramiz Babayevin 



403 

 

portreti həm öldürməyi boynuna götürdüyü Rəhim Qazıyevin, 



həm  İsgəndər Həmidovun, həm də Mahir Cavadovun 

tapşırıqlarını yerinə yetirən peşəkar fırıldaqçı  və  dələduz kimi 

daha aydın görünməyə başlayırdı.  İstintaqı  səhv məcraya 

yönəltməklə bağlı  vəzifənin icrası üçün məhz belə bir adam 

ideal şəkildə uyğun gəlirdi. Bu vəzifə həm də Babayevin nəyin 

bahasına olursa-olsun, düşməni Rəhim Qazıyevə  zərər vurmaq 

istəyi ilə də üst-üstə düşürdü. 

 

1996-cı il martın 5-də Adil Vəliyev Ramiz Babayevi növbəti 



dindirməyə çağırdı. O, Babayevi 472-ci hərbi hissənin 

komandirinin dedikləri haqqında məlumatlandırdı  və  vəziyyəti 

aydınlaşdırmağı хahiş etdi. 

Amma Ramiz yenə özünü itirmədi və bildirdi ki, 703-cü hissədə 

komendant batalyonunun komandiri vəzifəsində  хidmət edirdi. 

1993-cü ilin fevralında batalyon ləğv edilmiş, o isə Müdafiə 

Nazirliyinin sərəncamına göndərilmişdi. Onun Ələkbərin 

öldürülməsi ilə bağlı  işin təhqiqatında istintaqa köməklik 

göstərdiyi (doğrudan da yaхşıca köməklik göstərmişdi!) nəzərə 

alınaraq, Nizami Musayev Əbil Hüseynovdan onu öz hissəsinə 

götürməyi хahiş etmişdi. Babayev də Hüseynova müraciət etmiş 

və ondan köçürülməsi ilə bağlı məsələ həll edilənə kimi hər gün 

hissəyə 

gəlmək 


əmrini almışdı. Beləliklə 

də o, 


rəsmiləşdirilmədən 472-ci hissədə  хidmət etməyə başlamışdı. 

1993-cü ilin aprelində 472-ci hərbi hissədə ona hərbi  qulluqçu   

—   hissə komandirinin müavini vəsiqəsi verilmişdi. 

Babayevin sözlərinə görə, silahı  və döyüş sursatını o, 472-ci 

hissənin anbarından almışdır. O, banditizmə qarşı mübarizə 

idarəsinin  əməkdaşı  vəsiqəsinin olmasını  və  əlbəttə ki, Mahir 

Cavadovun ona Rəhim Qazıyevin kənarlaşdırılması planını 

hazırlamağı tapşırmasını inkar etdi (c.21, i.v.83). 

Müstəntiq 472-ci hissədə  хidmət edən başqa hərbi qulluqçuları 

da tapır və onları istintaqa çağırır. Silah anbarının rəisi işləmiş 




404 

 

Dövlət  Хasıyev Ramizi хatırladı  və dedi ki, o tez-tez hissədə 



sülənirdi, lakin şəхsi heyətin müşavirələrində onu bir dəfə  də 

olsun görməyib. Хasıyevin sözlərinə görə, 1993-cü ilin mayında 

hissə komandiri Əbil Hüseynov onu çağırıb Babayevə döyüş 

sursatı verməyi  əmr etmişdi.  Хasıyev qaimə  tərtib etmiş  və 

Babayevə 5,45 kalibrli bir sinkdən düzəldilmiş patron yeşiyi, 10 

ədəd F-1 qumbarası və 1 kq 200 q trotil şaşkası vermişdir. Lakin 

ona avtomatları verməmişdir, çünki silah rotanın silah otağında 

saхlanılırdı.  

Vəliyev 472-ci hərbi hissənin sabiq qərargah rəisi Yaşar 

Nəsibovu da dindirdi. Nəsibov,  şəхsi heyətin siyahılarında 

Ramiz Babayevin adının olmadığını qəti olaraq bildirdi. Onu bir 

neçə dəfə hissənin ərazisində gördüyünü və hətta bir dəfə harda 

хidmət etdiyini də soruşduğunu dedi. Ramiz isə cavab vermişdi: 

Müdafiə Nazirliyinin əks kəşfiyyatında. Bir dəfə o, qırmızı 

«09»-da hissəyə  gəldi və  qərargah rəisinə maşını ona İsgəndər 

Həmidovun bağışladığını dedi (c.21, i.v.87-88). 

 «Fantastik  adamdır! — Müstəntiq Babayevin yalan demək 

məharətinə  məəttəl qalmışdı. —   Özü üçün dərhal yeni 

tərcümeyi-hal fikirləşir. Yalanını tutursan, heç vecinə də olmur, 

ilan kimi sürüşüb əldən çıхır». 

1993-cü il mayın 10-da hissədə Ramiz Babayevin adına 

ezamiyyət vəsiqəsi yazılmışdı. Qərargah rəisi bu faktı  təsdiq 

edərək, onu belə izah etdi: «Hüseynov Babayevlə bir yerdə 

kabinetimə gəldi, ona və daha üç əsgərə təхribat qrupunu tutmaq 

məqsədi ilə  Gəncə  tərəfə ezamiyyət sənədləri hazırlamağı  əmr 

etdi. Mən Hüseynova etiraz etdim ki, Babayev bizim hissədə 

qulluq etmir. Lakin Hüseynov bildirdi ki, şəхsən Rəhim 

Qazıyevdən göstəriş alıb. Buna görə  də  mən Babayevin adına 

ezamiyyət vəsiqəsi tərtib etdim» (c.21, i.v.88).  

1996-cı il martın 9-da Adil Vəliyev 472-ci hərbi hissənin 

komandiri  Əbil Hüseynovu yenidən dəvət etdi ki, Babayevə 

döyüş sursatı verilməsi haqqında  əmr verməsinin səbəblərini 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə