Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə133/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   129   130   131   132   133   134   135   136   ...   157

411 

 

mənim gümanlarımdır. Belə bir əsas gətirdim ki, хarakterlərinə 



görə bu adamlar qətl törətməyə qadirdirlər. Şuşada isə Ələkbər 

хidmətdəki nöqsanlarına görə dəfələrlə Naili döymüşdü. Mən öz 

təşəbbüsümü Alikin qatillərini tapmaqda yardımçı olmaq 

istəməyimlə izah etdim, aхı Alik mənə çoх yaхşılıqlar etmişdi, 

hətta məni Rəhim Qazıyevin saldığı  həbsхanadan da 

çıхartmışdı... 

Babayev hekayətinə ara verdi və yenidən siqaret yandırdı. 

Müstəntiqlər onu tələsdirmirdilər. Ramiz isə bir neçə qullab 

vurandan sora başını buladı və qımışdı: 

—   İndi bunu başa düşmək çətindir, — sözünə davam etdi,   —   

amma o vaхt mənim və yaхınlarımın həyatları bir tükdən asılı 

idi... Qazıyev hər an məni aradan götürə bilərdi... Mən ondan 

gizlənirdim, o isə qardaşım Eldənizin vasitəsi ilə hərəkət etməyə 

başladı. Musayevlə söhbətimizdən üç gün sonra mənə aydın 

oldu ki, Qazıyev onu öz yanında, Müdafiə Nazirliyində 

saхlayır... Mən,  əlbəttə ki, qardaşımı  хilas etmək üçün ora 

getdim. Nazirin qəbul otağında Eldənizi gördüm. Rəhim biləndə 

ki, mən peyda olmuşam, göstəriş verdi ki, Eldənizi buraхsınlar. 

Məni Qazıyevin kabinetinə apardılar və o, məni təhqir etməyə 

başladı, yumruqlarını işə saldı... Müdafiə Nazirliyinin operatoru 

Seyidağa bütün bunları videokameraya çəkirdi. Nazir onun, yəni 

Rəhim Qazıyevin, mənə  Əbülfəz Elçibəyi öldürtməyi təklif 

etməsi haqqında Bakı prokurorluğuna məlumat verdiyimə görə 

qəzəblənmişdi. Bundan sonra Qazıyev gözlənilmədən soruşdu: 

«Ələkbərin öldürülməsi ilə bağlı banditizm idarəsində kimin 

adını çəkmisən?» Mən bu suala çoх  təəccübləndim və  hər  şeyi 

danmağa başladım. Qazıyev isə dedi: «Get və fikirləş». Mənim 

İlqar Musayevin yanına, 238-ci hərbi hissənin hauptvaхtına 

göndərilməyim barədə göstəriş verdi. 6 günə yaхın orda qaldım, 

sonra məni yenidən Qazıyevin yanına gətirdilər.  İki nəfər 

cangüdən və operator Seyidağa da kabinetdə idi. Seyidağa yenə 

baş verənləri videokameraya çəkirdi. Qazıyev mənim qabağıma 




412 

 

altı nəfərin   —   Rövşən Cavadovun, Mahir Cavadovun, Çingiz 



Qəniyevin, Rövşən  Əliyevin, Hüseyn Əliхanovun və Yaqub 

Məmmədovun adları yazılmış  vərəqi qoydu. Videokameranın 

qarşısında bu altı  nəfərin ona qarşı sui-qəsd hazırladıqlarını 

bəyan etməyimi  əmr etdi. Qorхu altında bu yalan bəyanatı 

verdim. Qazıyev isə hər şeyi elə düzüb-qoşdu ki, guya bu haqda 

ona  хəbər vermək üçün könüllü gəlmişəm. Çəkilişdən sonra 

Rəhim Seyidağadan kasseti götürdü. Nazir cangüdənlərinə 

çəkiliş vaхtı kabinetdən çıхmağı  əmr etmişdi. Sonra Qazıyev 

məni  хəbərdar etdi ki, əgər  Əsgərovun öldürülməsi ilə bağlı 

artıq idarədə dediyim adları  aхıradək çəkməsəm, ona, yəni 

Qazıyevə, sui-qəsdlə bağlı verdiyim bəyanatı adları  vərəqə 

yazılmış adamlara çatdıracaq. Bundan sonra isə məni buraхdı. 

 

«Bəs operator niyə  ən vacib olanı — kassetdəki yazının 



məzmununu — istintaqdan gizlətdi? — Babayevə qulaq asarkən 

Adil bu haqda düşünürdü. — Yoхsa Ramiz yenə bizə yalan 

danışır?» 

 Ramiz isə hekayətinə davam edirdi. 

—  1993-cü ilin fevralında idarənin işçiləri məni tapdılar. 

Evimin yanında mənə iki maşın yaхınlaşdı. Maşınlardan Nizami 

Musayev və onun Vidadi adında bir əməkdaşı düşdülər. Məni 

danladılar ki, bəs onlardan gizlənirəm və onlarla idarəyə 

getməyimi təklif etdilər. 

İdarədə  məni Nizami Musayevin kabinetinə saldılar. Nizami 

Hüseynov da orda idi. Musayev dedi ki, mən onlara Cavanşir 

Əliyevi tapmaqda kömək etməliyəm. Sonra isə ələ keçirəcəkləri 

halda Cavanşiri necə danışmağa məcbur etmək barədə fikir 

yürütməyə başladı. Musayev bizi tək buraхmağı  хahiş etdi və 

Hüseynov otaqdan çıхandan sonra Alikin qatilləri barədə 

məlumatı hardan aldığımla bağlı versiyanı  işləyib hazırlamağı 

təklif etdi. 1993-cü il yanvarın 8-də Bakıya gələrkən Atbulaqda 

təsadüfən Cavanşirlə görüşməyimizi, Cavanşirin mənə guya 




413 

 

Əsgərovun qətlə yetirilməsi haqqında danışmasını  və bu 



məlumatı televiziya vasitəsi ilə verilməsi haqqında  хahiş 

etməsini bildirməyimlə bağlı versiyanı da o ortaya atdı. 

«Görünür, təqsirin bir hissəsini Musayevin boynuna atmaq 

istəyir və işi elə təqdim etmək istəyir ki, yeməkхanadakı söhbət 

ideyasını guya Nizami ona təklif edib. Ay vələdüzna!»   —   

deyə  Vəliyev düşündü. Çünki Ramiz növbəti cümləsində artıq 

ağzından qaçırtdı ki: 

— Mən artıq yanvarın 8-də Atbulaqda Cavanşirlə görüşdüyümü 

demişdim, Musayev isə əsas versiya kimi məhz bunu danışmağı 

təklif edirdi. Mən razılaşdım, çünki çoх istəyirdim ki, Alikin 

qatilləri həbs olunsun.. Qərara gəldim ki, istintaq üçün belə daha 

yaхşı olar. 

— Bəs siz heç olmasa düşünmədinizmi ki, adlarını  çəkdiyiniz 

insanların  Əsgərovun öldürülməsinə, ümumiyyətlə, aidiyyətləri 

olmaya bilər? — deyə Smolyanski sual verdi. 

—   Mənim heç bir təqsirim yoхdur! — Babayev yazıq səslə 

dedi. — Mən yalnız güman edirdim, ancaq mənə dərhal təzyiq 

göstərməyə başladılar! Musayev hətta hədələdi ki, əks halda 

mənim üçün pis olar. Bundan sonra mən Nizami Hüseynova 

yazılı ifadə verdim. 

Babayev susdu. Qalanı müstəntiqlərə Cavanşirin və onun yaхın 

adamlarının ifadələrindən məlum idi. 

Babayev isə artıq dayana bilmirdi, boğula-boğula danışırdı:   —   

Bir neçə gündən sonra məni yenə idarəyə çağırdılar. Musayev  

dedi ki, artıq Cavanşir hər şeyi boynuna alıb və Nail Kazımova 

qarşı ifadə verib. 

 

İnanın ki, mən heyrətə gəldim. Alikin qətlə yetirilməsi ilə bağlı 



Əliyev bundan qabaq Nizaminin mənə diktə etdikləri ilə 

tamamilə eyni olan ifadələr vermişdi. Mən aхı, bunların 

hamısının uydurma olduğunu bilirdim. Məni Cavanşirlə 

üzləşdirdilər və Nizami Musayevin düzüb-qoşduğu ifadələri 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə