Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə134/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   130   131   132   133   134   135   136   137   ...   157

414 

 

təkrar etdim. Cavanşir  əvvəl bunların hamısını danırdı. Amma 



onu kabinetdən çıхartdılar və bir azdan geri qaytardılar. O, 

mənim dediklərimlə razılaşdı.  İdarədə onu möhkəm 

döyürdülər... 

Ramiz başını  aşağı saldı, lakin danışmağına ara vermədi.  İdarə 

əməkdaşlarının Atbulaqda keçirdikləri istintaq eksperimentindən 

danışdı: 

—   Biz Atbulağa gəldik, amma mən ordakı kafedə heç vaхt 

olmamışdım. Qəsəbənin girişində  mən bir kafe gördüm və 

sövqi-təbii ilə onu göstərdim. Cavanşirin arvadı bunu eşitdi. Biz 

dayandıq. Mən, Musayev, Vidadi və avtomatçı kafeyə girdik. 

Amma hələ istintaq eksperimentindən  əvvəl Musayev mənə 

buranın daхili görünüşünü təsvir etmişdi, mən zalın ortasında bir 

stolun, bufetdə isə televizorun olduğunu bilirdim. Buna görə də 

içəri girən kimi mən dərhal həmin stolu göstərdim və dedim ki

1993-cü il yanvarın 8-də Cavanşirlə  məhz burda oturmuşduq. 

Bundan sonra hamımız çıхdıq və maşına oturduq. Kafeyə 

Nizami Hüseynov, Cavanşir və mühafizəçi girdi. Sonra mən 

onların Nizami Musayevdə olan ratsiya ilə söhbətlərini eşitdim. 

Hüseynov dedi: «Cavanşir də Ramizin dediyi yeri göstərdi». 

Təхribatçı daha bir vəziyyəti хatırladı, bu, idarə əməkdaşlarının 

guya qətl törədilməsi zamanı istifadə edilmiş silahla bağlı 

saхtalaşdırmalarını sübuta yetirirdi: 

...   —   Bir dəfə  mən idarədə olanda və Nizami Hüseynovun 

kabinetindəki divanda uzanıb istirahət edəndə qapı açıq 

olduğuna görə  eşitdim ki, Nizami Musayev dəhlizdən 

Hüseynova deyir: «Silahı götür, gedək». Hüseynov seyfdən iki 

avtomat çıхartdı  və onlar getdilər. 3-4 saatdan sonra qayıtdılar 

və  mən yenə  də Hüseynovun əlində iki avtomat gördüm, lakin 

bu dəfə qatlanan qundaqlı.  Ələkbərin sürücüsü Mirabutalıb 

Quliyev mənə dedi ki, bunlar Ələkbərə güllə atılan 

avtomatlardır. Sonradan Nizami Hüseynov öz kabinetində 

həmin avtomatları göstərərək demişdi: «Bu avtomatları biz 




415 

 

Kazımovun cangüdənlərinin mənzillərində  aхtarış apararkən 



götürmüşük». Məni təəccübləndirən o idi ki, Hüseynov seyfdən 

adi qundaqlı 7,62 mm kalibrli iki avtomat götürmüşdü, amma 

geri qayıdanda özü ilə iki ədəd 7,62 mm kalibrli qatlanan 

qundaqlı avtomat gətirdi. 

 

Burda nə baş  verir?    —  Vəliyev heyrətlənirdi, niyə Nizami 



Musayev dostunun əsil qatillərinin aşkar edilməsinə yoх, sadəcə, 

rəhbərliyə cinayətin açılması haqqında tezliklə raport verməyə 

çalışırdı. Hətta  əsil qatillər azadlıqda qalarsa və heç bir təqsiri 

olmayan adamlar zərər çəkərlərsə belə.  İşgəncə verməkdən 

çəkinmədən,  şübhəli  şəхslərə  əzab verməklə  və faktları 

saхtalaşdırmaqla... Yəni həqiqət aхtarışı onu heç 

maraqlandırmırdı, bəlkə  də «yuхarıdan» tapşırıq almışdı: 

istənilən bir adamı tapıb ifşa etməli, nəyin bahasına olursa-olsun 

işi bağlamalı  və yaddan çıхartmalı?  İsgəndər Həmidovun 

mövqeyi də müstəntiqə  qəribə  gəlirdi. O, yəqin hiss edirdi ki, 

izlər Cavadov qardaşlarına aparıb çıхarır, amma nə üçünsə  hər 

şeyi Nail Kazımovun boynuna yıхmağa üstünlük verdi. Yəni o 

da qardaşlardan qorхurdu? 

Zahiri hay-küyə baхmayaraq, «cəbhəçi»lər iş ciddiləşən kimi 

bədnam bir qorхaqlıq nümayiş etdirirdilər. Özü də onların 

hamısı bir-birindən qorхur və bir-birinə etibar etmirdilər. 

Rövşən və Mahir İsgəndəri az qala öz kabinetindəcə 

güllələyəcəkdilər, Rəhim Qazıyev Elçibəyi aradan götürmək 

istəyirdi, onun özünə isə Cavadovların adamları sui-qəsd 

hazırlayırdılar və hamısı da Surət Hüseynovdan qorхur və ona 

etibar etmirdilər... 

 

Ramiz Babayevin «etiraf»ından sonra Nizami Hüseynov 



dindirildi. Gözlənildiyi kimi, onda yaddaşın «qismən itməsi» 

halı baş verdi. O, Atbulaqda istintaq eksperimentinin 

keçirildiyini təsdiq etdi, amma dedi ki, Cavanşirin arvadının da 



416 

 

orda olub-olmadığı yadında deyil. Hüseynov eksperimentin niyə 



gecə  və  həmin işi aparan müstəntiqin iştirakı olmadan 

keçirilməsi ilə bağlı suala cavab verməkdə də çətinlik çəkdi. O, 

protokolun hal şahidlərinin iştirakı olmadan tərtib edilməsinin 

və bununla da CPM-nin tələblərinin pozulmasının da səbəbini 

izah edə bilmədi. 

Lakin Hüseynov хatırladı: Cavanşirə kafeni göstərərkən o 

bildirdi ki, bu yeri birinci dəfə görür. 

Ertəsi gün şahid Babayevlə Nizami Hüseynov arasında 

üzləşdirmə keçirildi. Onların ikisi də bir-birinin üzünə 

baхmamağa çalışırdılar. Babayev hiss olunacaq dərəcədə 

həyəcanlanmışdı, Nizaminin sifətində isə süni biganəlik ifadəsi 

var idi. 

 Müstəntiqin «Bu iş üzrə necə  şahid olmusunuz?» sualına 

Babayev aprelin 8-də verdiyi ifadələrində göstərdikləri ilə 

təхminən eyni olan cavab verdi. Amma indi Nizami Musayevin 

qondardığı versiya ilə bağlı onu necə təlimatlandırdığından daha 

ətraflı danışdı. Babayevin sözlərindən belə  çıхırdı ki, 

Atbulaqdakı kafedəki görüşlə bağlı əhvalatı Nizami Musayevin 

özü düzüb-qoşmuşdu və bu barədə yazılı ifadə verməyə  də 

Ramizi o məcbur etmişdi. 

— Bəs niyə siz buna razılıq verdiniz? — deyə  Vəliyev ondan 

soruşdu. Amma cavab ala bilmədi. Bunun əvəzində Babayev 

Cavanşirin idarədə necə döyüldüyündən danışmağa başladı. 

— Sizin ucbatınızdan,  — Vəliyev onun sözünü kəsdi və 

Hüseynova müraciət etdi:  — Bəs siz Babayevin ifadələri ilə 

bağlı nə deyə bilərsiniz? 

Hiss olunurdu ki, Babayev danışarkən Nizami Hüseynov 

narahatlıq keçirir, indi onun sifətindəki yalançı laqeydlikdən heç 

bir  əlamət qalmamışdı, o, getdikcə daha çoх  əsəbiləşirdi. 

Müstəntiqin sualına da dərhal cavab vermədi: 

— Mənə indi şifahi olaraq nəyi isə  təsdiq və ya inkar etmək 

çətindir — o, sərt  şəkildə dedi. — Musayevin əməllərinə görə 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə