Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə27/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   23   24   25   26   27   28   29   30   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
80
 
 
 
 
Çuvaş dilində ikinci şəxsin təkini ifadə etmək üçün 
-ān, -ēn şəkilçisindən istifadə olunur
1
.  
Digər türk dillərindən  -ın, -in  şəxs sonluğu türk-
mən ədəbi dilində I şəxsin təkində(alyarın, bilyərin), al-
tay dilində ikinci şəxsin təkində istifadə edilir. Lakin 
haqqında danışdığımız  s  səsi ilə  əmələ  gələn  -ın  şəxs 
şəkilçisindən fərqli olaraq burada səs düşümü baş 
vermir və bu şəxs sonluğu türkmən və altay dillərində 
sabitləşmiş şəxs şəkilçilərindən biridir. 
I şəxs tək və cəmdə p səssizi ilə bitən fellərdə bə-
zən -mış, nəqli keçmiş zaman şəkilçisi əvəzinə -bış, şə-
kilçisi işlədilir. Əlbəttə, bu, yarımçıq irəli assimilyasiya 
nəticəsidir; məs.:tapbışam, tapbışıx, səpbişəm, səpbişik 
(D.Qır.)
2

Salar dilində felin keçmiş zamanının 2 forması var:   
1) məlum keçmiş zaman 
2) nəticəli keçmiş zaman
3

Salar dilində digər türk dillərində müşahidə olun-
mayan bir cəhət diqqəti cəlb edir. Danışanın bilavasitə 
şahidliyi olmadan, icra olunmuş iş, hal və ya hərəkətin 
söz söylənən vaxtda nəticəsini bildirən keçmiş zamanı 
ifadə etmək üçün oğuz qrupu türk dillərində -mış
4
 (türk-
mən dilində -an, -en), digər türk dillərində isə  -qan şə-
                                                 
1
 Баскаков Н.А. Система спряжения или изменения слов по лицам в 
языках  тюркской  группы.  Исследования  по  сравнительной  грамма-
тике тюркских языков, ч. II. Морфология, Москва, 1956, с.266. 
2
 Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri.I cild,Bakı,1967,  
s. 113.  
3
 Тенишев Э.Р. Саларский язык. Москва, 1963, ИВЛ, с. 33-34.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
81
 
 
 
 
kilçilərindən istifadə olunur. Bu şəkilçilərin hər ikisi sa-
lar dilində keçmiş zamanın morfoloji əlamətləri kimi 
müşahidə olunur, lakin onlar eyni deyil, keçmiş zama-
nın iki müxtəlif formalarını əmələ gətirirlər.  
Türk dillərində  -mış  və  -qan  şəkilçilərinin yerinə 
yetirdiyi zaman funksiyası salar dilində  -qan  şəkilçisi 
vasitəsilə yerinə yetirilir. -mış şəkilçisi isə -dı şəkilçisi-
nin fonetik variantı olan -ži-nin ekvivalenti hesab olu-
naraq, biri digərini asanlıqla əvəz etməklə eynihüquqlu 
sinonim şəkilçi kimi çıxış edir. Beləlikə, keçmiş zaman 
formasının salar dilində iki morfoloji əlaməti özünü 
göstərir. Halbuki müasir Azərbaycan, türk, qaqauz dillə-
rində -mış
4
 nəqli keçmiş, -dı
4
 şəkilçisi qəti keçmiş (şü-
hudi keçmiş) zamanın göstəricisi kimi çıxış edir. 
Salar dilində -ži şəkilçisi hər üç şəxsdə iştirak etdi-
yi halda, -mış şəkilçisi yalnız ikinci və üçüncü şəxslərdə 
özünü göstərir: 
Men kelži                        piser kelži 
Sen kelži /kelmiş             seler kelži /kelmiş              
Vu kelži /kelmiş              vuler kelži /kelmiş               
Bəzi türk dillərində olduğu kimi(türkmən dilində 
qəti gələcək zaman forması, tofalar və tuva dillərində -
ar şəkilçili gələcək zaman və onun inkarı və s.) salar di-
lində də fel təsrif olunan zaman şəxs sonluqlarından is-
tifadə olunmadığı üçün feldən əvvəl şəxs əvəzliklərinin 
işlənməsi mütləqdir. 
Bəzən elə olur ki, eyni dildə eyni zaman forması 
müxtəlif adlarla adlandırılır. Müasir Azərbaycan dilində 
-mış
4
, -ıb
4
  şəkilçili zaman formasının nəqli keçmiş za-


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
82
 
 
 
 
man adlandırılması dilçilərimiz tərəfindən birmənalı qə-
bul olunur. 
Müasir Azərbaycan dilində  -mış  və  -ıb  şəkilçiləri 
bir-birinin qrammatik sinonimi hesab olunaraq eyni mə-
nanı ifadə edirsə  və birinci şəxsin tək və  cəmi istisna 
olmaqla biri digərinin yerində asanlıqla işlənə bilirsə, 
digər türk dillərində bu vəziyyət bir qədər fərqlidir. 
Azərbaycan, türk və qaqauz dillərində -mış şəkilçisinin 
felin keçmiş zaman şəkilçisi kimi yerinə yetirdiyi funk-
siya əksər türk dillərində -qan şəkilçisi vasitəsilə həyata 
keçirilir. Azərbaycan dilində -mış şəkilçisinin qramma-
tik sinonimi sayılan  -ıb  şəkilçisi müxtəlif fonetik va-
riantlarla qırğız, türkmən, qazax, özbək, uyğur, barabin 
tatarları dillərində özünü göstərir.  
Lakin sadaladığımız türk dillərində  -qan  və  -ıb  şə-
kilçilərinin hər ikisinin işlədilməsinə baxmayaraq onlar 
keçmiş zamanın eyni formasını deyil, iki ayrı-ayrı for-
masını yaratmağa xidmət edirlər. Məsələn, qırğız di-
lində -qan şəkilçisi qeyri-müəyyən keçmiş zamanın, -ıp 
şəkilçisi isə  subyektiv keçmiş zamanın yaradıcısı kimi 
çıxış edir.
 
“Müasir türkmən dilində -ib şəkilçisi keçmiş zama-
nın müstəqil morfoloji əlaməti,  -miş  şəkilçisi isə ümu-
miyyətlə müşahidə olunmadığı halda, türkmən dilinin 
XVIII-XIX əsr yazılı abidələrində -mış , -ıb və -an/-en 
şəkilçiləri perfekt formasının 3 qrammatik sinonim şə-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə