Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə35/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
106
 
 
 
 
     özbək:            uracaksan             uracaksiz 
     başqırd:          ukıyacakhıŋ         ukıyacakhığız 
     krım-tatar:     alacakъsınъ          alacakъsı(nъı)z 
     kazan-tatar:    oçaçaksıŋ             oçaçaksız  
     yakut:             bastıağıŋ              bastıaxxıt 
III şəxs:
Azərb.:         alacaqdır              alacaqlar 
     türk:                gelecek                gelecekler 
     türkmən:         ol bilcek               olar bilcek 
     qaqauz:           bulacek                 bulaceklar 
     noqay:            alayak                   alayaklar 
     qumuq:            atažäq                   atažäqlar 
     özbək:             uracak                   uracaklar 
     başqırd:           ukıyacak               ukıyacaktar     
     krım-tatar:       alacakъ                 alacakъ(lar) 
     kazan-tatar:     oçaçak                  oçaçaklar 
     yakut:             bastıağa                 bastıaxtara 
Azərb.:–Bəli,elədir. Birinci dərs ana dilidir, arada 
nəğmə ilə  qovuşacaqdır.Nəğməmiz böyük şair Füzuli-
nin “Meyvələrin söhbəti” poemasından bir parçanın 
avazla, mahnı təki oxunub öyrədilməsi olacaqdır(S.Əh-
mədov, Yasaq edilmiş oyun); türk: Orhan – Sağ olun... 
Elimden geldiği kadar faydalı olma ğa  çalışacağım 
(N.Hikmet,Her  şeye rağmen); qaqauz:Gezdim sürüleri, 
sürekleri xem xergeleri, öbür günä xepsi yola deyni 
xazır olaceklar (N. Baboqlu, Legendanın izi); kazan-
tatar: El axırına bik küp torak yortlar faydalanuqa tapşı-
rılaçak. Kultura saraen kiləse elqa salıp  beterəçəkbez 
(Татарско русский словарь) və s.  
Göründüyü kimi, bu morfoloji əlamət müasir Azər-
baycan dilində  -acaq, -əcək, türk dilində  -acak, -ecek


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
107
 
 
 
 
türkmən dilində -cak, -cek, qaqauz dilində -acek, -ecek
noqay dilində -ayak, -eyek, qumuq dilində -ažaq, -ežєk
başqırd dilində  -acak, -əcək, özbək dilində  -acak, ka-
zan-tatar dilində  -açak, -eçek, krım-tatar dilində  -acaқ,   
-ecek, yakut dilində  -ıax, -iex, -uax, -üex formalarında 
təzahür edir. 
Müasir türkmən dilində  -acaq, -əcək  şəkilçisi  -cak,    
-cek  şəklində özünü göstərir və türkmən dilində yalnız 
qəti gələcək zaman formasında  şəxs  şəkilçilərinə  təsa-
düf olunmur. Daha dəqiq desək, bu formalı fellər şəxs-
lər üzrə  təsrif olunmur. Buna görə  də fel formasından 
əvvəl şəxs əvəzlikləri işlənir: men bulcak, sen bulcak, ol 
bulcak, biz bulcak, siz bulcak, olar bulcak və s.  
M.Şirəliyev bu münasibətlə yazır:“Bu hadisəni mən-
cə, dissimilyasiyanın təsiri ilə c qarışıq səsinin parçalan-
ması nəticəsi kimi izah etmək olar. Nuxa və Quba dia-
lektlərində III şəxs tək və  cəmdə  gələcək zaman şə-
kilçisi feli bağlama(-a,-ə) şəkilçisi olmadan -cax şəklin-
də  işlənir. Nuxa dialektində  -cax  şəkilçisindən  əlavə  -
cıx' şəkilçisi də işlənir”
1

Türkmən dilində qəti gələcək zamanın inkar forması 
bütün zaman formalarının inkarını  əmələ  gətirən  -ma,-
 inkarlıq  şəkilçisi ilə yox, dəl “deyil” sözü ilə 
meydana çıxır. Təbii olaraq bu məqamda da şəxs şəkil-
çiləri işlənmir və  şəxs  əvəzliklərinin fel formasından 
                                                 
1
 Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı, 1962,  
s. 236.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
108
 
 
 
 
əvvəl iştirakı vacibləşir: men alcek dəl, sen görcek dəl
ol bilcek dəl və s. 
Naxçıvan dialektində II şəxs tək və  cəmdə  qəti gə-
ləcək zamanı ifadə edən -as, -əs, qazax dialektində -aş,    
-əş şəkilçilərinə də təsadüf edilir. Məsələn:tutassan, tu-
tassız (Naxçıvan), gedəşşəŋ, gedəşşiŋiz (Qazax)
1

Tovuz rayonunun Düz Qırıqlı, Qovlar və Xatınlı 
kənd  şivələrində ikinci şəxs tək və  cəmdə daha səciy-
yəvi zaman şəkilçiləri işlədilir. Düz Qırıqlı  və Qovlar 
kənd  şivələrində  işlədilən  -ış/-iş/-uş/üş (səssizlə bitən-
lərdə), -yış/-yiş/-yuş/-yüş(səsli ilə bitənlərdə); və Xatınlı 
kənd şivəsində işlədilən -aş/-eş/-oş/-öş(səssizlə bitənlər-
də), -yaş/-yeş/-yoş/-yöş(səsli ilə bitənlərdə) zaman şəkil-
çilərinə başqa dialekt və  şivələrimizdə, demək olar ki, 
təsadüf edilmir
2
.  
Müasir Azərbaycan dilinin dialektlərində daha bir 
xüsusiyyət diqqəti cəlb edir.Borçalı rayonu şivələrində 
II şəxsin tək və cəmində -acaq
2
 şəkilçisinin fonetik va-
riantı olan –ac,-əc, bəzən də -aj,-əj şəkilçisilə -an

(tək-
də) və ınız
4
(cəmdə) şəxs sonluqları işlədilir.Məsələn:bi-
ləjən (biləcəksən), oxuyajınız (oxuyacaqsınız),  vurajan 
(vuracaqsan) və s.  
Bu vəziyyət türk dilində də müşahidə olunur. Məs.: 
Sıtkı – Köye bir saatte mi varacağın? (N. Hikmet).  
Göründüyü kimi, şəxs sonluğundakı s samiti düşür. 
Halbuki,bütün türk ədəbi dillərində ikinci şəxsin tək və 
                                                 
1
Yenə orada,s. 235.
  
2
 Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı, 1962, 
s. 125.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə