Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə43/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
132
 
 
 
 
diқ(özbək); bakdıқ,geldik(türkmən); sattıқ,durduқ (qa-
qauz);  keldik,bildik(qazax); geldik(qumuq); karadık 
(karaim); kittek,söydük(kazan-tatar); isledik(qaraqal-
paq); bildik(noqay); iştedik(qırğız) və s. 
-nız, -niz, -nuz, -nüz Azərbaycan, türk, qaqauz dil-
lərində müşahidə olunur. Məs.:gəldiniz, sevdiniz(Azər-
baycan),yendiniz,durdunuz(türk); aldınız,doydunuz(qa-
qauz) və s. 
Azərbaycan danışıq dilində ikinci şəxsin cəmində   
-nız əvəzinə geniş şəkildə -z formasının işlənməsi, bə-
zən  ədəbi dil nümunələrinə  də sirayət edir. Məsələn: 
Mahmudun gözləri güllərə baxırdı və elə bil,“Məryəmi 
gördüzmü?” – soruşdu, göllərə baxırdı, yollara baxırdı, 
“Məryəmi gördüzmü?”– soruşurdu,çöllərə baxırdı, yol-
lara baxırdı,sulara baxırdı, “Məryəmi gördüzmü?”– so-
ruşurdu; qürbətdə hərə öz elini arzular (Elçin, Mahmud 
və Məryəm).Azərbaycan dilinin Şərur şivəsində şühudi 
keçmiş zamanda ikinci şəxsin cəmində ədəbi dildə mü-
şahidə olunan -nız deyil, -z,-yız
4
  şəxs sonluqlarından 
istifadə edilir
1

Karaim dilinin Trakay dialektində -nız, -niz, -nuz,   
-nüz şəxs şəkilçisinin yerində -yız, -yiz, -yuz, -yüz şəxs 
sonluğundan istifadə olunur: kaldıyız, kaytardıyız, tur-
duyuz və s. 
Geniş və ya tam formalı şəxs sonluqları felin keç-
miş zamanının digər formalarını, indiki və gələcək za-
man formalarını əhatə edir.Türk dillərində bu tipli şəxs 
sonluqları aşağıdakılardır: 
Tək I ş.– -am
2
, -ım
4
, -ın
2
, -man
2
, -mın, -pan
2
,         
                                                 
1
 Имамкулиева  К.Г.Шарурские  говоры  азербайджанского  языка.  АКД. 
Баку,1991,с. 19 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
133
 
 
 
 
             -pın, - ban
2
 
        II ş.t– -ın
4
, -san
2
, -sın
4
,  -sa
2  
       III ş.t–   – ; -dı 
I şəxsin təki. -ım, -im, -um, -üm şəxs sonluğu türk
qaqauz, yakut dillərində; -ım, -im altay, krım-tatar, şor, 
tofalar dillərində, -am, -əm yalnız Azərbaycan dilində 
istifadə edilir;məs.:söyleyeceğim, okumuşum,(türk); gi-
derim, satmışım  (qaqauz);  bardım(yakut);  aladım(al-
tay); satkanım,(krım-tatar); alçanım, kezerim(şor); bar-
qanım, kelgenim(tofalar);  saymışam,  görərəm  (Azər-
baycan) və s. 
-män  şəxs sonluğu uyğur dili-man özbək  dili,        
-man, -men noqay, qumuq, qaraqalpaq dilləri,  -pan,     
-pen, -ban,-ben noqay, qaraqalpaq dilləri üçün xa-
rakterikdir.Məs.:alğanmän, körimän(uyğur);koyarman, 
bolaman, berermen(noqay);  bilgenmen(qumuq);  bas-
layman, işkenmen(qaraqalpaq);  ketaman(özbək);  bo-
larman, görgenmen(qumuq); baslayakpan, bereyekpen 
(noqay); alıppan(qaraqalpaq) və s.  
 -mın, -min şəxs sonluğu qazax, karaim, xakas, qır-
ğız, şor dillərində, -mın, -men başqırd, kazan-tatar dil-
lərində, -bın, -bin xakas, yakut dillərində, -pın, -pin xa-
kas, qazax, şor, yakut dillərində, -pım, -pim şor dilində, 
-men karaim dilinin Qalis dialektində rast gəlinir. Mə-
sələn:  bolğanmın/bolğam, istermin(qazax, karaim, xa-
kas);  alıptırmın(qırğız);  tutqanmın, kelgemin(şor);  as-
qanmın, kitermen(başqırd);  utıramın, kaçaçakmın, tü-
kərmen(kazan-tatar); alirbın, sanirbın, körirbin(xakas); 
alabın(yakut);  satalaxpın, kilçikpin(xakas);  bastappın, 
isteppin(qazax);alqalakpım,kelqelqkpim(şor); sapıppın, 
bilbippin(yakut); kelqeymen, telermen (karaim) və s. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
134
 
 
 
 
-ın, -in  şəxs sonluğu türkmən dilinə  məxsusdur. 
Müasir türkmən dilində felin zamanlarını ifadə edər-
kən I şəxsin təkində digər türk dillərində müşahidə 
olunmayan -ın, -in şəxs sonluğundan istifadə olunur. -
ın, in şəxs sonluğu əksər türk dillərində II şəxsin təkini 
ifadə etdiyi halda, türkmən dilində I şəxsin təkini ifa-
dəsinə xidmət edir: men bilyerin, men bilerin, men 
qalyarın, men qaların, men bakyarın, men gelerin və s.  
Tatar dilinin Şərq dialektində gələcək zaman I şəx-
sin təkində  ədəbi dil üçün xarakterik olan -mın, -men 
şəxs sonluğu  əvəzinə  -ım, -em sonluğundan istifadə 
olunur: kaytırım  (katırmın),  kiterem (kitərmen)
1

Orta Ural başqırdlarının dilində felin xəbər şəklinin 
keçmiş zamanı I şəxsin təkində  barğanmın, barğam-
mın, barğamın, barğam variantlarında işlədilir
2
. Bu va-
riantlılıq nəinki keçmiş zamanda, eləcə də digər zaman 
formalarının təsdiq və inkarında müşahidə olunur. 
Ş.Şükürov yazır:“I şəxsin təkində almışmen və al-
mışam formalarının işlənməsi bəzi xüsusiyyətlərə ma-
likdir:1)almış-men tipli forma özbək dilinin bütün inki-
şaf mərhələləri üçün xarakterik olmuşdur; 2) almışam 
tipli forma XV əsrdən müşahidə olunur ki, o da yalnız 
poeziya dilində istifadə olunurdu”
3
. 
II  şəxsin təki.-san,-sən Azərbaycan,  -san,-sen öz-
bək,qumuq; -sen karaim dilinin Qalis dialektində,-sın -
                                                 
1
 Ахатов Г.Х. О восточном диалекте татарского языка. с.51-65. 
ВДТЯ. Баку, Изд. АН АССР, Том XII, 1958, с. 60. 
2
 Дильмухаметов
 
М.И.  Особенности  наклонений  глагола  в  говоре  средне-
уральских  башкир.//Вопросы  диалектологии  тюркских  языков.  Уфа, 1985, 
БФАН СССР, с.128. 
3
 Шукуров  Ш.  Наклонения  и  времена  глагола  в  письменных  памятников 
узбекского языка в сравнительном освещении. АДД. Ташкент, 1974, с. 90.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə