Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə39/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
119
 
 
 
 
Müvafiq mənbələrdə onun cəm forması özünü gös-
tərmir 
1
. Maraqlıdır ki, araşdırdığımız digər türk dillə-
rində şəkilçinin bu variantına rast gəlinməmişdir.  
-mar, -mər, -maz, -məz formalarının hansının daha 
qədim olması fikri həmişə dilçilərin diqqətini cəlb etmiş 
və müxtəlif mülahizələrə, fikir ayrılıqlarına səbəb ol-
muşdur. 
Müasir Azərbaycan dilində qeyri-qəti gələcək za-
manın inkarı ikinci və üçüncü şəxslərdə -maz, -məz for-
masında olmasına baxmayaraq Azərbaycan dilinin əv-
vəlki inkişaf dövrlərinə nəzər saldıqda, başqa bir vəziy-
yəti müşahidə edirik. Belə ki, burada hətta birinci şəxs-
də  r  səsinin  z  səsi ilə  əvəzlənməsinin  şahidi oluruq. 
Məsələn:  
Bədxahim ola cümlə cəhan, çəkməzəm məlal, 
Çün ol sənəm mənimlən əgər nikxah ola (Xətayi) 
 
Ey Füzuli, qılmazam tərki-tiriqi eşq kim, 
Bu fəzilət daxili əhli kəmal eylər məni (Füzuli) 
H.Mirzəzadə  -maz, -məz formasını birinci şəxsdə     
-mar, -mər formasına nisbətən daha qədim hesab edir
2

“XIII-XIV əsr abidələrində bu şəkliçi sonu cingiltili sa-
mitlə olan -maz, -məz formasında işlədilmişdir. -mas və   
-maz formalarının paralel istifadəsi “Kutadqu biliq”in 
dili üçün də xarakterikdir. M.Kaşğarlının “Divani-lüğət 
it-türk”ündə əsasən, -mas forması müşahidə olunur. Or-
                                                 
1
 Кормушин  И.В.Системы  времен  глагола  в  алтайских  языках.  М., 
1984, с. 28.  
2
 Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası.Bakı,1962, s. 257.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
120
 
 
 
 
xon-Yenisey və  qədim uyğur abidələrində yalnız -maz 
formasından istifadə olunmuşdur”
1
. “...Özellikle Dîvanü 
Lûgati't-Türk'teki şu kayıt şaşırtıcıdır: “Muzari sıygası-
nın nefyinde (olumsuzluğunda) emri hazır üzerine –bi-
rinci, ikinci şahıslar ister müfret(teklik), ister cemi(çok-
luk) olsun – mim, elif, sin ziyade kılınır. olar barmaslar, 
bular barmaslar denir ki ‘onlar gitmezler’, ‘bunlar git-
mezler’ demektir. Birinci şahsın ceminde biz barmas-
mız denir, ‘biz getmeyiz’ demektir”
2

“Əsrarnamə”nin dilində -ar, -ər şəkilçili qeyri-qəti 
gələcək zamanın inkarı -maz, -məz və -man, -mən şəkil-
çiləri ilə ifadə olunur
3
.  
Məhəmməd Yaqub Çinginin “Kəlurnamə”sində isə 
indiki-gələcək zaman adlandırılan bu zaman formasının 
inkarı -mas, -mes şəklində təzahür olunur
4
.  
Ə.Abdullayev nəinki felin zamanlarında r-z müna-
sibətini, ümumiyyətlə dildə  r-z-yə münasibətini nəzərə 
alaraq alimləri 3 qrupa bölmüşdür:r//z qeyd edənlər; r>z 
deyənlər; z>r deyənlər. Müəllif türk dillərində r-in z-yə 
nisbətən daha qədim olduğu və z-nin isə sonrakı hadisə 
                                                 
1
Шукуров Ш. Наклонения и времена глагола в письменных памятников уз-
бекского языка в сравнительном освещении.АДД.Ташкент, 1974, с.122.  
2
 Karşılaştırmalı Türk Lehçeleri Grameri.Fiil.Basit çekim.Ankara,TDK 
Yayınları, 2006, s. 390.  
3
Халилов Ш.Х.Язык азербайджанского письменного памятника XVв. 
«Асрарнаме».(морфологические особенности) АКД,Баку,1974,с.46.  
4
Ибрагимова  А.Исследование  «Келурнаме»  Мухаммеда  Якуба  Чинги.(Лек-
сика,морфология, факсимиле и глоссарий) АКД.Ташкент, 1976 , с. 26 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
121
 
 
 
 
olduğu qənaətinə  gəlir
1
 və bunu müxtəlif sübutlarla 
əsaslandırır. 
  -maz  şəkilçisinin  Əski Türkçəden bəri  -me-r ye-
rine -me-z şəklində, felden isim əmələ gətirən -z şəkilçi-
sinin də, geniş zamanı bildirən -r formal əlamətinin əvə-
zinə  işlənildiyini göstərən T.Banguoğlu “-mA-nın,  m
ile başlayan bir kelimeden arta kaldığını hatta bu keli-
menin bırakmak, yapmamak anlamlarına gelen *ama-, 
*eme, *uma-, *üme- fiillerinden gelebileceğini”
2
 xüsusi 
qeyd edir.  
Maraqlıdır ki, -mar forması eləcə  də Tacikistan 
ərazisində yaşayan özbəklərin dilində də qeydə alınmış-
dır ki, bu da Ş.X.Xəlilovun fikrincə, “oğuz dillərinin 
güclü təsirindən başqa bir şey deyildir”
3

Müasir türk dilində birinci şəxsin tək və  cəmində   
-ma,-me, digər şəxslərdə isə -maz, -mez şəklində işlən-
diyinin şahidi oluruqsa, əski Anadolu türkcəsində və os-
manlıcada bu formanın bütün şəxslər üzrə  -maz,-mez 
şəklində  təzahür etdiyini görürük
4
. Bu o deməkdir ki, 
müasir türk dilindən fərqli olaraq eski Anadolu türkcə-
sində  və osmanlıcada hətta birinci şəxsin tək və  cəmi 
üçün -maz,-mez xarakterik olmuşdur: gitmezven, gitmez-
venin, gitmezvem, gitmezem; gitmezüz, gitmezvüz və s.  
                                                 
1
 Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri. Bakı,  1992, s. 235-248.  
2
 Banguoğlu T. Türkcenin Grameri. Ankara, TDK Yayınları, 2007, s. 168.  
3
 Xəlilov  Ş.X. Felin vacib şəklinin tarixi inkişafı  və müzare zamanın inkarı 
haqqında.Türk dillərinin leksik-morfoloji quruluşu.Bakı,1981,s. 82.  
4
 Canan  Pınar Torun. Türkçenin Dönemleri İçerisinde -maz ekine dair.// 
Uluslararası Türk Dili ve Edebiyyatı öğrenci kongresi, 11-13 Eylül 2006. İstanbul, 
İstanbul Kültür Üniversitesi yayını, 2008, s. 170. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə