Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə47/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
144
 
 
 
 
terik olmuşdur. Lakin dilin inkişafının əvvəlki mərhə-
lələrinə  nəzər saldıqda ikinci şəxsin cəmində  -nız de-
yil,  -z  şəxs sonluğundan istifadə edildiyini müşahidə 
edirik; məs: aldız, bildiz, qorxduz, gördüz və s.  H.Mir-
zəzadə yazır: “Müasir ədəbi dilimizdə ədəb və nəzakət 
üçün II şəxsdə işlənən -niz(getdiniz, söylədiniz) forma-
sına hələlik yazıların dilində təsadüf etmədik; z ünsürü 
yazı və danışıq dilində müştərək olmuşdur  
1
   
Bu xüsusiyyəti Azərbaycan dilinin bir sıra dialekt 
və şivələrində də görmək mümkündür. Tovuz rayonu-
nun Düz Qırıqlı  və Xatınlı  kənd  şivələrində  -şaŋ/-şəŋ 
(təkdə),  -şıŋız/-şiŋiz/şuŋuz/şüŋüz(cəmdə); Qovlar kənd 
şivəsində isə -daŋ/-dəŋ(təkdə),-dıŋız/diŋiz/duŋuz/düŋüz 
(cəmdə)  şəxs  şəkilçiləri işlədilir; məs.:qalışşaŋ, gəliş-
şəŋ, oxuyuşşuŋuz, üzdüyüşşüŋüz(D.Qır.),  alaşşaŋ, tər-
kizeşşəŋ, uçuroşşuŋuz, düzöşşüŋüz(Xatınlı),  tərsix'di-
rişdəŋ, usduyuşduŋuz(Qov.)
2
.  Şəxs  şəkilçilərinin bu 
cür ifadəsi  əsasən, qəti gələcək zaman şəkilçisinin tə-
sirilə bağlıdır. 
Bəzi türk dillərində şəxs sonluqları şəxs əvəzlik-
ləri ilə üst-üstə düşür. Tofalar dilində qəti və perfektli 
keçmiş zaman formalarından başqa digər zaman for-
malarında şəxs sonluqları kimi şəxs əvəzliklərindən də 
istifadə olunur. 
Məsələn:   
tutadır men         tutadır bis 
                  tutadır sen           tutadır siler 
                  tutadırı                tutadırı (lar) 
                                                 
1
 Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı,  1990, s. 
143. 
2
 Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s.125.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
145
 
 
 
 
Türk dillərində  şəxs sonluqlu zamanlarla yanaşı, 
şəxs sonluğu olmayan zamanlar da mövcuddur. Şəxs 
şəkilçilərinin işlənməməsi bəzi türk dillərində müəy-
yən zaman formalarını, bəzi türk dillərində isə bütün 
zaman formalarını  əhatə edə bilər. Karluq qrupu türk 
dillərindən olan salar dilində felin bütün zamanlarının 
ifadəsi zamanı heç bir şəxs sonluğundan istifadə olun-
mur. Fel istər keçmiş, istər indiki, istərsə  də  gələcək 
zaman formalarında təsriflənərkən şəxs şəkilçiləri özü-
nü göstərmir; məs.:  
         keçmiş                      indiki               gələcək    
men ałzi
1
  men             vāpoŕ  men       vaxqur/(vaxqar) 
sen  ałzi/ałmiſ sen        vāpoŕ  sen         vaxqur/(vaxqar) 
vu   ałzi/ałmiſ  vu        vāpoŕ  vu           vaxqur/(vaxqar) 
piser ałzi    piser         vāpoŕ   piser      vaxqur/(vaxqar) 
seler ałzi/ałmiſ  seler  vāpoŕ  seler       vaxqur/(vaxqar)     
vuler ałzi/ałmiſ vuler  vāpoŕ    vuler     vaxqur/(vaxqar) 
Bu xüsusiyyət karluq qrupu türk dillərinin spesi-
fik xüsusiyyətlərindən hesab oluna bilər. Çünki bu cə-
hət yalnız salar dilində deyil, sarı-uyğur dilində də mü-
şahidə olunan cəhətdir:  
                   men tutar             mys tutar 
                   sen tutar               siler tutar 
                   goł tutar              golar tutar 
Təbii ki, şəxs sonluqlarının işlənməməsi türk dil-
lərində digər bir xüsusiyyətin meydana gəlməsinə  sə-
bəb olur.  
Salar dilində özünü göstərən fərqli xüsusiyyətlər-
dən biri felin zaman şəkilçilərindən sonra şəxs sonluq-
                                                 
1
 Nümunələr Э.Р.Тенишевин «Саларский язык» əsərindən götürülmüş-
dür (s.33, 35) 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
146
 
 
 
 
larının işlənməməsidir. Məhz bu səbəbdən felin hansı 
şəxsə aid olduğunu bildirmək üçün fel formasından əv-
vəl şəxs əvəzliklərinin işlənməsi zəruridir.  
Zaman  şəkilçilərindən sonra şəxs sonluqlarının 
işlənməməsi xüsusiyyəti oğuz qrupu türk dillərindən 
yalnız türkmən dilində müşahidə olunur. Şəxs sonluğu 
olmayan digər türk dillərindən fərqli olaraq türkmən 
dilində bu xüsusiyyət qəti-gələcək zaman formasında 
özünü göstərir. -acaq, -əcək şəkilçili bu zaman forması 
türkmən dilində  -cак, -cек şəklindədir. Türk dillərində 
də bu zaman formasının təsrifi zamanı şəxs şəkilçiləri 
işlənmədiyi üçün şəxs  əvəzliklərinin işlənməsi müt-
ləqdir:  
men    qalcak, görcek              biz    qalcak, görcek          
sen      qalcak, görcek              siz    qalcak, görcek     
ol        qalcak, görcek              olar   qalcak, görcek     
Türk dillərində felin zamanlarının inkar formala-
rının -ma, -mə şəklində ifadəsinə baxmayaraq türkmən 
dilində bu zaman formasının inkarı da fərqlidir. Belə 
ki, bu dildə qəti-gələcək zamanın inkarı -ma, -mə inkar 
şəkilçiləri ilə deyil, dəl (“deyil”) sözü ilə meydana çı-
xır: men alcak dəl, sen alcak dəl, ol alcak dəl və s. 
Bir cəhəti qeyd edək ki, türkmən dilinin çovdur 
dialektində bu forma şəxs  şəkilçiləri ilə  işlənir
1
. Bun-
dan əlavə, türkmən dilinin Anaulı dialektində də -cак, 
-cек şəkilçili zaman forması ədəbi dildən fərqli olaraq 
bütün şəxslər üzrə şəxs sonluqları qəbul edərək təsrif-
                                                 
1
Каджарова Э.Прошедшее время изъявительного наклонения в письменных 
памятниках туркменского языка XVIII-XIX вв. АКД, Ашхабад,1964,с. 5  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə