Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə44/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   40   41   42   43   44   45   46   47   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
135
 
 
 
 
sin qaqauz, türk, -ın –in,-un,-ün qaqauz dilinə xasdır. 
Məs.:ketasan, yozibsan (özbək);  bararsan, görgensen 
(qumuq);kelesen,açkaysen(karaim);durarsın/durursun, 
gidersin(qaqauz); yapacaksın, gideceksin(türk); yazmı-
şın, bilmişin(qaqauz) və s. 
-sa, -se-saŋ, -seŋ şəkilçisinin sonundakı n səsinin 
düşməsi nəticəsində yaranmış
1
 bu  şəkilçiyə qaraçay-
balkar dilində rastlanır. Məsələn: alğansa, bilgense, bi-
lişçense və s. 
III  şəxsin təki.  Türk dillərinin  əksəriyyətində III 
şəxsin təkində heç bir şəxs sonluğundan istifadə olun-
mur. Bir sıra türk dillərinin bəzi zaman formalarında -
  şəxs sonluğuna təsadüf olunur. Maraqlısı budur ki, 
müasir yakut dilində III şəxsin təkində digər türk dillə-
rində rastlaşmadığımız  -a, -e  şəxs sonluğu müşahidə 
olunur. 
Qumuq dilinin Qaytaq dialektində indiki-gələcək 
zamanın üçüncü şəxsində  -di şəkilçisi saxlanılır ki, o, 
qazax, qaraqalpaq, noqay və bəzi digər dillər üçün sə-
ciyyəvidir
2

N.A.Baskakov bununla bağlı yazır: “Bəzi dillərdə 
üçüncü şəxsin formaları ya tərz, ya da modal çalarları 
göstəricilərinin izlərini saxlayır ki, onlar səhv olaraq 
şəxs göstəriciləri kimi qəbul olunur. Bu baxımdan, mə-
sələn, tərz göstəricisi -dyr/dir ~ -dy/-di ~ -t indiki-gələ-
cək zaman formaları (qaraqalpaq bar-a-dy, yeni uyğur 
bar-i-dur, qırğız  bar-a-t, tatar bar-a “(o) gedir”) xa-
                                                 
1
 Серебренников  Б.А.,  Гаджиева  Н.З.  Сравнительно-историческая  грамма-
тика тюркских языков. Баку, Маариф, 1979, с. 151.  
2
 Керимов И.А.Очерки кумыкской диалектологии. АДД. Баку, 1967, 
с.36. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
136
 
 
 
 
rakterikdir ki, o, tur-ur köməkçi felinin tam formasının 
fonetik təkamülünün müxtəlif mərhələlərindəki qalığı-
dır:tur-ur>tur~-dur>-dy>-t>(qırğız dilində), -ø (tatar 
dilində)  şəxs kateqoriyasının göstəricilərinə aidliyi 
yoxdur”
1
.  
Felin zaman formalarının bir hissəsi istifadədən 
çıxmış və ya yalnız dialekt və şivələrdə qorunmuşdur: 
ala durur, qaynıya durur, baxa durur(şimal qrupu); 
ala var, ala dökü(şərq qrupu); alırı, gəliri(cənub qru-
pu) 
2
.    
Geniş və ya tam formalı şəxs sonluqlarının cəmini 
ifadə edən şəkilçilər bunlardır:  
 
I ş.c – -ıq
4
, -ız, -z, -ıs
2
, -mız
4
, -mıs
2
, -bıs
2
, -bız
2
, -pıs
2
, -
vıs
4
,-pıt, -bıt, -ıbıt 
II ş.c – -sınız
4
, -sız
4
, -ηar
2
, -zar
2
, -gïz
2
, -ĝıž
2
, -hıgıž
2
 
III ş.c –  -lar
2
, -łar
2
 
I şəxsin cəmi  -ıq, -ik, -uq, -ük Azərbaycan, qaqauz, 
-ız, -iz, -uz, -üz türk, qaqauz, -z qaqauz dillərində  iş-
lənir. Məs.:oxuyuruq, gülürük (Azərbaycan); satmışık, 
gitmişik  (qaqauz);  kalmışız, yeneceğiz, soruruz, gül-
müşüz(türk); kalarız/kalırız, gideriz (qaqauz); bakacez, 
alacez (qaqauz) və s. 
-ıs, -is türkmən dili üçün xarakterikdir. Məs.:qaçya-
rıs, bilyəris, bakarıs, görəris və s. 
-mız,-miz, -muz, -müz noqay; -mız, -miz krım-tatar, 
-miz özbək; -mıs, -mis xakas, şor dillərində istifadə 
olunur; məs.: bolamız, berermiz (noqay); başlağanmız, 
                                                 
1
 Баскаков  Н.А.Историко-типологическая  морфология  тюркских 
языков. Москва, «Наука», 1979, с. 236.   
2
 Зейналов  Ф.Р.Огузо-сельджукские  памятники  по  отношению  к 
диалектам  азербайджанского  языка. // Вопросы  диалектологии 
тюркских языков. Уфа, 1985, БФ АН СССР,  с. 53.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
137
 
 
 
 
bigenmiz (krım-tatar); ketamiz (özbək); parçanmıs, 
pergenmis (şor) və s. 
 -bız, -biz, -buz, -büz karaim dilinin Qalis dialek-
tində; -bız, -biz qazax, qırğız, qaraqalpaq, qumuq, qa-
raçay-balkar, başqırd;  -bız, -bez kazan-tatar, -bıs, -bis 
altay, şor, xakas dillərinə məxsusdur. Məsələn: kolabız 
(soruşuruq),  külürbüz (karaim); bolğanbız(qazax);  as-
qanbız, küləsəkbiz(başqırd); taparbız, utırabız, tükkən-
bez(kazan-tatar); aladıbıs, keleribis(altay); tutqadıqbıs,  
işteerbis (şor) və s. 
-pıs, -pis xakas, şor;  -pız qazax, noqay, qaraqal-
paq; -vıs, -vis, -vus, -vüs tofalar, tuva dillərində işlədi-
lir. Məsələn:alqalakpıs, alıppız(qaraqalpaq);  bardıvıs, 
bergenivis (tofalar); keldivis (tuva). 
Türk dillərində şəxs sonluqları ilə bağlı fərqli cə-
hətlərdən biri də yakut dilində özünü göstərir. Belə ki, 
bu dildə qəti keçmiş zamanın III şəxsin təkində, II, III 
şəxsin cəmində olduğu kimi, I şəxsin cəmində özünü 
göstərən  şəxs sonluqları türk dillərində  məlum  şəxs 
sonluqlarından kifayət qədər fərqlənir. Yakut dilində I 
şəxsin cəmində  iştirak edən  şəxs sonluqları  spesifik      
-pıt, -bıt, -ıbıt  şəkilçiləridir; məs.:  bullubut, minnibit, 
barbıppıt və s. 
Müasir özbək  ədəbi dilində  qəti keçmiş zamanı 
ifadə edərkən birinci şəxsin cəmində -k şəxs sonluğun-
dan istifadə olunduğu halda,özbək dilinin Daşkənd dia-
lektində  -miz  şəxs sonluğu işlədilir
1
. Məsələn,  ədəbi 
dildə qəti keçmiş zaman birinci şəxsin cəmində ёzdik, 
                                                 
1
 Кононов  А.Н.  Грамматика  современного  узбекского  литератур-
ного языка. М.-Л., Изд. АН. СССР, 1960, с. 215.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə