Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə40/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
122
 
 
 
 
Müasir Azərbaycan dilində qeyri-qəti gələcək za-
manın inkarında II və III şəxslərdə r səsi z səsi ilə əvəz 
olunur. Türkmən dilində isə yalnız III şəxs tək və  cə-
mində qeyri-qəti gələcək zamanın inkar formasında  r 
səsi z səsinə keçir. 
Türkmən dilində inkarlıq əlaməti kimi I və II şəxs-
lərdə -mar//-mer, III şəxsdə isə -maz//-mez müstəqil in-
kar formaları kimi fərqləndirilir. F.Zeynalov bunu düz-
gün hesab etmir. O qeyd edir ki, -maz,-mez, eləcə də -
mar, -mer formalarını müstəqil inkar formaları kimi 
vermək düzgün olmazdı.Burada -ma, -me inkarlıq şəkil-
çisi, -r qeyri-müəyyən zaman əlamətidir. Buradakı z isə 
r samitinin z səsinə keçməsindən başqa bir şey deyil
1
.  
Ancaq qeyd etməliyik ki, istər Azərbaycan dilində, 
istərsə də digər türk dillərində hər hansı bir xüsusiyyəti 
ifadə etmək üçün bir neçə  şəkilçinin birləşməsindən 
əmələ  gələn onlarla şəkilçi vardır  (-maqda
2
, -dığım
4
,      
-dıqca
4
  və s.) və bu şəkilçilər ayrı-ayrılıqda deyil, bir-
ləşərək xüsusi bir əlamət kəsb edirlər. Bu baxımdan       
-mar,  -mər və -maz, -məz də müstəqil inkar şəkilçiləri 
kimi qəbul edilə bilər. 
Azərbaycan dilinin bir sıra  şivələrində qeyri-qəti 
gələcək zamanın II şəxs inkar formasında r ünsüründən 
istifadə olunur. Bu, Quba, Şamaxı, Ordubad, Şəki dia-
lektlərində, Sabirabad, Xaçmaz, Lənkəran, Astara, Za-
qatala, Gədəbəy, Daşkəsən başqa rayon şivələrində özü-
                                                 
1
 Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. II. Bakı, ADU 
nəşriyyatı, 1975, s. 113.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
123
 
 
 
 
nü göstərir. Quba və  Şamaxı dialektlərində isə  hətta 
üçüncü  şəxsdə  də  r ünsürü müşahidə edilir
1
.Məs.:  yaz-
marsan, yazmar,  doğramarsan, yazmarsuz, dimər və s.  
Şəkinin Vərəzəd, Baş  Zəyzid kəndlərində ikinci 
şəxsdə qeyri-qəti gələcək zamanı ifadə edən -z şəkilçisi 
tamamilə düşür
2
. Məs.:yazmásan, yazmásuz, otumásan, 
otumásuz və s. 
R.Eyvazova Kişvəri dilində  -maz, -məz    -man,      
-mən inkar formalarının daha çox işləndiyini yazır. La-
kin bununla yanaşı, Kişvəri əsərlərinin tədqiqatı zamanı         
-maz, -məz şəkilçisinin -mas,-məs fonetik variantı qeydə 
alınmışdır. Müəllif yazır ki, Kişvərinin dilində Azərbay-
can sözlərinin -mas,-məs qıpçaq-karluq qrupu şəkilçiləri 
ilə işlənməsinə rast gəlmədik. Belə ki, bu tipli şəkilçilər 
şairin dilinə söz kökü ilə birlikdə (məs.:bulmas,iməs
keçmişdir. Ona görə  də R.Eyvazova Kişvəri dilində       
-mas, -məs inkarlıq formasını  qədim türk dillərinin, 
xüsusilə özbək dilinin təsirindən başqa bir şey hesab 
etmir
3

Türkmən dilində birinci şəxs təkinin inkar forması, 
eyni zamanda, -marın, -merin formasının ixtisar olun-
muş  qısa saitli -man,-men variantı ilə  də  işlənə bilir. 
Məs.:yazman, bilmen, gelmen və s. 
                                                 
1
 Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və şivələrində fel. Bakı, 1965, 
s.248. 
2
 İslamov M.İ. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, Azərb. SSR EA 
nəşriyyatı, 1968, s. 132.  
3
Eyvazova R. Kişvəri “Divan”ının dili (morfoloji xüsusiyyətlər). Bakı, 
“Elm”, 2005, s. 142.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
124
 
 
 
 
Bu zamanın inkar forması birinci şəxs təkində -man,    
-men (<-marın, -merin) və -am, -em (xem) hissəcikləri-
nin birləşməsindən  əmələ  gələn  -manam, -menem for-
ması ilə də işlədilir. Məs.:yazmanam, gelmenem və s.  
Bu şəkilçiyə təsadüfi hallarda Azərbaycan şairlərinin 
şeirlərində rast gəlirik: 
Şikayət eyləmənəm dilbərin cəfasindən 
Onun cəfası mana yekdurur vəfasindən   
                                                           (Nəsimi)   
        Bəs bilmənəm ki, rəsmi-vəfa kimdən ökrənir 
                                                                       (Xətayi)  
İndən belə ölsəm, arzu çəkmənəm 
Şükr allaha, arzumana yetmişdim. 
Dostun camalına nəzər eylədim,  
Sanasan, tazədən cana yetmişdim  
                                                    (Vaqif) 
-manam, -menem formasının birinci şəxsin təkini 
ifadə etməsinə Van eli və yörəsində yaşayan türklərin 
dilində də rastlanır: 
Sallanıram getemenem 
Men seni unutmanam  
                           (A.Caferoğlu) 
Burada  getemenem “getmərəm”,  unutmanam 
“unutmaram” mənalarını ifadə edir. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
125
 
 
 
 
M.Rəhimov bu şəkilçinin türkmən dilində çox ya-
yıldığına  əsaslanaraq Azərbaycan dilinə onun türkmən 
dilindən gəldiyini yazır
1

 
§6.Türk dillərində digər gələcək zaman formaları 
Türk dillərində gələcək zamanı ifadə edən bir sıra 
morfoloji əlamətlər vardır ki, bu şəkilçilər yalnız bir və 
ya bir neçə türk dilində özünü göstərir. Bu qrammatik 
göstəricilərdən biri -qalak, -kalak, -qelek şəkilçili gələ-
cək zaman formasıdır. Altay, tuva,xakas və şor dillərin-
də müşahidə olunur. Tuva dilində gözlənilən gələcək 
zaman
2
,  şor dilində  həyata keşməmiş  gələcək zaman
3

barabin-tatarlarının dilində  gələcək zaman III (gözləni-
lən gələcək)
4
 adlanır.  
                         tuva                           şor  
tək   I şəxs      aparqalak men        kelqelekpim 
        II şəxs      aparqalak sen        kelqeleksiŋ 
       III şəxs     aparqalak               kelqelek 
cəm  
I şəxs      aparqalak bis         kelqelekpis 
        II şəxs     aparqalak siler       kelqeleksar 
       III şəxs     aparqalaktar          kelqelekter 
                        
altay                      barabin-tatar 
                                                 
1
 Рагимов  М.  Формы  выражения  настоящих  и  будущих  времен  в  письмен-
ных  памятниках  азербайджанского  языка XIV–XVIII веков.АКД.  Моск-
ва,1957,с.13 
2
 Исхаков  Ф.Г.,Пальмбах  А.А.Грамматика  тувинского  языка.Фонетика  и 
морфология. Москва, ИВЛ, 1961, с. 391.  
3
Дыренкова Н.П.Грамматика шорского языка. Москва, Изд.АН СССР, 1941, 
c.191 
4
 Тумашева Д.Г. Язык сибирских татар. Часть вторая. Изд. Казанского Уни-
верситета, 1968, с. 59. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə