Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə36/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   32   33   34   35   36   37   38   39   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
109
 
 
 
 
cəmində şəxs sonluğunda s samitinin(-san
2
,-sın
4
,-sınız
4
) 
işlənməsi  şərtdir.Yalnız oğuz qrupu türk dillərindən 
olan qaqauz dilində  -acak,  -ecek
 
şəkilçisi ilə ifadə 
olunan qəti gələcək zaman təsrif olunarkən ikinci şəxsin 
təkində -san, -sen
 
deyil,  -an, -en, cəmində -sınız,  -siniz, 
-sunuz, -sünüz deyil, -nız, -niz, -nuz, -nüz  şəxs sonlu-
ğundan istifadə olunduğunun  şahidi oluruq. Məs.: Bu-
rayı kaç türlü anılmış yılaççılar geldi, hiç birisi de bişey 
yapamadı da sen mi alıştıracan? – Gel biz seni geçire-
lim, teklif etmiş şeytannar yalpak -ama bize suyun orta-
sında biraz kemanca çalacanmı?(Masallar); -Nayın, bu-
rasını da mı  göreceniz? (D.Kara Çoban); -Göreceyniz 
siz! Taptınız şeytanna, şeytan da olacэnız...; –Gidecän
–Baardı bir öküz sesindä şef hem sıbıttı Savastioglunun 
gözlerinä bir eşil kiat–yarına gelecez, hazır bulalım (N. 
Baboglu).  
Azərbaycan və türk dillərindən fərqli olaraq qaqauz 
dilində bu xüsusiyyət ədəbi dil norması sayılır.  
Qəti gələcək zamanda ikinci şəxsin təkində  şəxs 
sonluğunun bu cür ifadəsi Şəki dialektinin Qışlaq şivə-
sində də müşahidə olunur
1
. Yalnız burada ikinci şəxsin 
cəmində də müəyyən dəyişikliklər özünü göstərir. Məs.: 
alıcanalıcūzdiycənsən,  diycūz< deyəcəksiniz və s. 
Orta  əsr Azərbaycan dili materiallarına nəzər yetir-
dikdə, qrammatik gələcək zamanda -acaq, -əcək zaman 
                                                 
1
 İslamov M.İ. Azərbaycan dilinin Nuxa dialekti. Bakı,  1968, 
 s. 126.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
110
 
 
 
 
şəkilçisini əvəz edən -isər şəkliçisinin işləndiyinin şahi-
di oluruq. Müasir ədəbi dilimizdə bu şəkilçidən istifadə 
olunmur. Maraqlıdır ki, -isər formasına dilimizin dia-
lekt və şivələrində də rast gəlinmir. 
S.Əlizadə yazır:“Ədəbi dilimizin tarixində XVI əsr-
dən başlayaraq -acaq, -əcək şəkilçisi qəti gələcək zama-
nı ifadə edən  əsas forma olmuşdur. Bunun isə xüsusi 
əhəmiyyəti vardır. -acaq, -əcək formasının qəti gələcək 
zaman  şəkilçisi kimi fəallaşması, universallıq kəsb et-
məsi  ədəbi dilimizin tarixində yeni mərhələnin başlan-
masını xəbər verirdi, eyni zamanda(türk) osmanlı ədəbi 
dilinə  rəğmən yeni morfoloji hadisə  təsiri bağışlayırdı. 
Çünki XIV-XV əsr Azərbaycan və XVI əsr osmanlı 
ədəbi dilləri üçün qəti gələcək zamanda -isər forması 
səciyyəvi idi”
1

Z.Budaqova və T.Hacıyevin birgə müəllifləri olduq-
ları “Azərbaycan dili” kitabında yazılır:“Gələcək məz-
munu bildirmək üçün -isər Füzuli dilində son dərəcə 
seyrəlir. O biri tərəfdən həmin zaman kəsiyindəcə bədii 
üslubun folklor-danışıq təzahüründə, xüsusilə onun nəsr 
qolunda -acaq üstünləşir ki, bu da ədəbi-gəlmə müqabi-
lində xalq dili formasının fəallaşmasına dəlalət edir. 
Daha bu, ədəbi dil normasında zaman irəliləyişi ilə bağ-
lı  təkamül deməkdir. XIII-XIV yüzilliklərlə XV-XVI 
yüzilliklər arasında yarımmərhələ  səviyyəsində norma 
fərqləri yaranmasına dəlalət edir
2

                                                 
1
 Əlizadə S.Q. Orta əsrlərdə Azərbaycan yazı dili.Bakı,ADU,1985, s. 65.  
2
 Budaqova Z., Hacıyev T. Azərbaycan dili. Bakı, Elm, 1992, s. 73.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
111
 
 
 
 
H.Mirzəzadə  -isər  şəkilçisini Azərbaycan dilinə 
məxsus  şəkilçi hesab etmir və bununla bağlı yazır: 
“Bizcə, bu şəkilçi Azərbaycan dilinə xas şəkilçi deyil-
dir, onu başqa türk dillərinin təsiri kimi qəbul etmək 
daha doğru olardı. Xalq dilində öz əksini tapmamış        
-isər şəkilçisinə xalq yaradıcılığı materiallarında da rast 
gəlmək olmur
1

 Qeyri-qəti gələcək zaman.Bu zaman formasının 
şəkilçiləri müasir Azərbaycan dilində  -ar,-er; türkmən 
dilində -ar, -er; türk və qaqauz dillərində -ar, -er  (-är),  
-ır, -ir, -ur, -ür, -r; qazax, noqay, qaraqalpaq, xakas dil-
lərində  -r, -ar, -er; qaraçay-balkar, qumuq, tuva dillə-
rində    -(ı)r,-(i)r, -(u)r, -(ü)r, -ar, -er; qırğız, yakut dil-
lərində -r,  -ar,  -er, -or, -ör; başqırd dilində -ır, -ir,  -ur, 
-ür; altay dilində  -r, -ır, -ir, -ur, -ür, -ar, -er,   -or,  -ör
barabin tatarlarının dilində -r, -ır, -ir, -ar, -ər variantla-
rında müşahidə olunur. 
-ar, -ər şəkilçili zaman formasının müşahidə olun-
duğu hər bir türk dilində bu formal əlamət iki variantda 
olduğuna görə, yəni açıq damaq saitləri ilə  işləndikləri 
üçün birinci və ikinci şəxsin cəmində  təsdiq və inka-
rında  şəxs  şəkilçiləri dörd variantda olduğu halda, yal-
nız onların iki variantından istifadə olunur. Başqa sözlə 
desək, І şəxsin cəmində -ıq, -ik, -uq, -ük yaxud -ız, -iz,   
-uz, -üz  şəxs sonluqlarından  -ıq, -ik yaxud -ız, -iz;  ІІ 
şəxsin cəmində isə  -sınız, -siniz, -sunuz, -sünüz  yaxud    
                                                 
1
 Mirzəzadə H.Azərbaycan dilinin tarixi qrammatikası.Bakı,1990, 
s.154.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə