Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
115
 
 
 
 
  
Türk oğlu sözündən dönməz
Məhv olur da sürüklənməz. 
Həp yüksəlmək dilər, enməz, 
Çarpışır yaşar.    (H.Cavid) 
Türkmən dilində qeyri-qəti gələcək zamanın for-
masının morfoloji əlaməti saitlə bitən fellərə artırıldıqda 
uzun tələffüz olunan sait əmələ gətirir, yəni felin sonun-
dakı saitlə şəkilçidəki sait birləşərək uzun tələffüz olu-
nur. Məsələn:oka:r(oka+ar); işlə:r(işlə+ər); geti:r (geti-
rer) və s. “l samiti ilə bitən bəzi fellərə -ar, -er şəkilçisi 
artırıldıqda eyni hal baş verir, fel ixtisar olunaraq qısa 
tələffüz edilir. Söz sonundakı “l” samiti düşür”.
1
 
b) Əgər fel samitlə bitərsə, bu zaman felin sonuna 
-ar, -ər, -ır, -ir, -ur, -ür  şəkilçilərindən biri artırılır. 
Müasir türk dilində isə təkhecalı və ya çoxhecalı olma-
sından asılı olaraq şəkilçilərin işlənmə mövqeyi dəyişir. 
Belə ki, sonu samitlə bitən təkhecalı fellərə  -ar, -er
sonu samitlə bitən çoxhecalı fellərə isə -ır,-ir,-ur,-ür şə-
kilçisi artırılır.  
A.N. Kononov sonu samitlə bitən 15 təkhecalı fel 
də fərqləndirir ki, bu fellər də -ır, -ir, -ur, -ür şəkilçisi-
nin köməyi ilə düzəlir
2

Qaqauz dilində  də  -ır
4
  və  -ar
2
  şəkilçiləri eyni za-
man formasını ifadə edir və bu qeyri/qəti gələcək zaman 
                                                 
1
 Туркменский язык. Ашхабад, «Туркменистан», 1970, 
с. 268.  
2
 Кононов  А.Н.  Грамматика  современного  турецкого  литературного  языка. 
М.-Л., Изд. АН СССР, 1956, с. 225.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
116
 
 
 
 
adlandırılır. Digər türk dillərindən fərqli olaraq qaqauz 
dilində qeyri/qəti gələcək zamanda samitlə bitən təkhe-
calı və çoxhecalı fellərin əsasına hər iki şəkilçi variantı 
artırıla bilər.  
Beləliklə, qeyri-qəti gələcək zamanda fellərin  ək-
səriyyəti praktik olaraq 2 variantda işlədilir
1
. Bu o de-
məkdir ki, hər iki şəkilçi ayrı-ayrılıqda eyni sözə əlavə 
olunur və eyni mənanı ifadə edir. Bunu nümunələr əsa-
sında aydınlaşdıraq: 
kalarım – kalırım         düşünärim – düşünürüm  
kalarsın – kalırsın        düşünärsin – düşünürsün 
kalar – kalır                  düşünär – düşünür  
kalarız – kalırız            düşünäriz – düşünürüz  
kalarsınız – kalırsınız  düşünärsiniz – düşünürsünüz 
kalarlar – kalırlar         düşünärlär – düşünürlär  
Nümunələr də göstərir ki, bu şəkilçilər bir-birinin 
ekvivalenti kimi çıxış edir. Yəni qaqauz dilində -ır, -ir,    
-ur, -ür şəkilçisi eyni feldə -ar, -ər
 
şəkilçisini əvəz edə 
bilir və bu zaman heç bir məna dəyişikliyi baş vermir.  
Azərbaycan dilində qeyri-qəti gələcək zaman for-
masını digər türk dillərindən fərqləndirən xüsusiyyətlər-
dən biri də  -ar,-ər  şəkilçisinin bəzən orta səs düşümü 
(sinkopa) və  səs uyuşması(assimilyasiya) fonetik hadi-
sələrinə məruz qalmasıdır: 
Mən ha səni nuri-ilahi sannam
Camalının şöləsinə dolannam
Atəşinə mərdü-mərdanə yannam
                                                 
1
 Покровская  Л.А.Грамматика  гагаузского  языка.Фонетика  и  морфология. 
Москва, «Наука», 1964, с. 184.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
117
 
 
 
 
Bu xasiyyət mənə pəvanədəndir  (Vaqif) 
Nəzər sallam solu sağa, 
Bir kimsə yox danışmağa. 
Bu qədər dərdü fərağa 
Axır necə dözüm sənsiz( Zakir) 
Bu nümunələrdə  sannam, dolannam, yannam, nə-
zər sallam fellərində  -ar, -ər qeyri-qəti gələcək zaman 
şəkilçisi orta səs düşümü və  səs uyuşması hadisələrinə 
uğramışdır. Belə hallara danışıq dilində daha çox rast 
gəlinir. Bakı, Quba, Şamaxı dialektlərində  və  Mərəzə, 
İsmayıllı şivələrində
1
 daha çox müşahidə olunur. Məs.: 
gələrəm-gəlləm, alaram-allam və s. 
 Qeyri-qəti gələcək zamanın  inkar forması.  Bu   
forma  bütün türk dillərində fel kökü ilə -ar, -ər şəkilçi-
sinin arasına -ma,-mə inkarlıq şəkilçisinin artırılması ilə 
düzəlir. Lakin burada dilçilərin diqqətini cəlb edən cə-
hət felə -ma, -mə şəkilçisi artırıldıqdan sonra -ar,-ər za-
man şəkilçisinin müxtəlif formalarda təzahür etməsidir. 
Qeyri-qəti gələcək zamanın inkarını ifadə edən         
-mar, -mər, -maz, -məz, -mas, -məs, -manam, -mənəm,    
-man, -mən, -mam, -məm formalarının hər biri qədim ta-
rixə malikdir və onlar türk dillərində  məhz bu zamanı 
bildirmək üçün daha çox işlənmiş  şəkilçilərdir.  İstər 
ümumi türkologiyada, istərsə də Azərbaycan dilçiliyin-
də bu şəkilçilər haqqında müxtəlif fikirlər mövcuddur. 
                                                 
1
 Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,  
s 250. 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
118
 
 
 
 
Qeyd etməliyik ki, müasir türk dillərində  -ar, -ər 
şəkilçili gələcək zamanın inkarını ifadə edən formanın 
müxtəlifliyi daha çox birinci şəxsin tək və cəmində nə-
zərə çarpır. 
Müasir Azərbaycan  ədəbi dili üçün -mar, -mər,      
-maz, -məz forması xarakterikdir. Digər formalardan 
müasir  ədəbi dilimizdə istifadə olunmasa da, onlar 
Azərbaycan dilində tarixən işlənmiş  və  həmin  şəkilçi-
lərə bu gün də bəzi dialektlərdə rast gəlinir.  
Müasir türk dilində I şəxsin tək və  cəmində  -ma,      
-me, II şəxsin tək və cəmində -maz, -mez formalarından 
istifadə olunur. Müasir türkmən dilində isə -mas,  -məs 
və -mam, -məm şəkilçilərindən başqa bütün şəkilçilərin 
işləndiyi müşahidə olunur.  
Müasir qazax, salar, noqay, qaraqalpaq, özbək, qu-
muq, sarı-uyğur, yeni uyğur dillərində  -ar,-ər  şəkilçili 
gələcək zamanın inkarının ifadəsi üçün bütün şəxslər 
üzrə -mas formasından istifadə olunur.  
Noqay və qaraqalpaq dillərində -mas, -mes forması 
ilə yanaşı, -bas, -bes, -pas, -pes formalarına da rast gəli-
nir.  
Araşdırdığımız altay, qırğız, xakas, tuva dillərində 
bütün şəxslər üçün -bas, -bes şəkilçisi xarakterikdir. 
Çulım tatarlarının dilində  -mas, -mes  şəkilçisinin       
-vas, -ves şəkilçi variantı müşahidə olunur: 
I ş. salvasım 
II ş. salvasıŋ 
III ş. salvas.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə