Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə46/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   42   43   44   45   46   47   48   49   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
141
 
 
 
 
olması qədim tarixə söykənir. Belə ki, qədim türk ya-
zılı abidələrində nəinki II şəxsin tək və cəmində, ümu-
miyyətlə, abidələrin dilində geniş yayılmış, daha sonra 
türk dillərinin inkişafının müəyyən mərhələlərində öz 
işləkliyini itirmişdir. Buna baxmayaraq, türk dillərində 
şəxs sonluqlu zaman formalarında II şəxsdə sağır nun 
(ŋ) samitinin işlənməsi bir sıra türk ədəbi dilləri üçün 
xarakterikdir. Hər hansı türk ədəbi dilində şəxs sonluq-
larında II şəxsin tək və  cəmində sağır nun (ŋ) səsinin 
işlənməməsi bu dildə ona rast gəlinməməsinə  dəlalət 
etmir. Çünki bu formalar ədəbi dildə özünü göstərmir-
sə, həmin dilin müəyyən dialektində özünü göstərə bi-
lər.  
Professor E.Əzizovun bir fikrini xatırlatmaq is-
tərdik:“Ədəbi dilin müəyyən bir dövründə dialekt-da-
nışıq  əlaməti olan bir xüsusiyyət başqa bir dövrdə  və 
ya mərhələdə normaya çevrilir. Eləcə də əvvəlki dövr-
lərdə ədəbi dil norması sayılan xüsusiyyətlərin sonrakı 
dövrlərdə arxaikləşməsi halları özünü göstərir. Ar-
xaizmlərin ədəbi dil faktı olanları dildən çıxır, dialekt-
lə uyğun gələnləri isə dildə qala bilir”.
1
  
Bu fikri sağır nunla (ŋ) da bağlı söyləmək olar. 
Məsələn, müasir Azərbaycan  ədəbi dilində  sağır nun 
(ŋ)  səsinin işlənməməsinə baxmayaraq Azərbaycan 
ədəbi dilinin inkişaf tarixinin əvvəlki dövrlərində sağır 
nun  )dan geniş istifadə olunmuş, bu gün də  həmin 
səs dialekt və  şivələrimizin böyük bir qismində geniş 
işləkliyə malikdir.  
                                                 
1
 Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı,1999,  
s. 9.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
142
 
 
 
 
Sağır nunla (ŋ) bağlı bu sözləri zaman formala-
rında işlənən  şəxs  şəkilçilərində özünü göstərən sağır 
nun (ŋ) səsinə də aid etmək olar. Belə ki, sağır nun (ŋ
səsi II şəxsin təki və cəmində Azərbaycan dilinin qərb 
qrupu dialekt və  şivələrində geniş yayılmışdır. Təbii 
ki, digər türk dillərində  və onların dialektlərində za-
man formalarına nəzər salsaq, eyni vəziyyətlə qar-
şılaşmış olarıq. 
Müasir türkmən, özbək, tofalar, altay, noqay, qa-
zax, başqırd, şor, yakut, xakas ədəbi dillərində zaman 
formaları şəxs sonluqlarına malikdir. Sadaladığımız bu 
dillərdən altay, noqay, qazax, başqırd,  şor, yakut, xa-
kas  ədəbi dillərində sağır nun (ŋ) samiti yalnız ikinci 
şəxsin təkində özünü göstərir. 
Tofalar dilində yalnız  -dı
4
, -tı
4
  şəkilçili qəti keç-
miş zaman formasında II şəxsin həm təkində, həm də 
cəmində sağır nun (ŋ) səsindən istifadə olunur: aŋna-
dıŋ, aŋnadıŋar, keldiŋ, keldiŋer və s. Müasir türk ədəbi  
dillərindən yalnız türkmən  ədəbi dilində felin bütün 
zaman formalarında (qəti gələcək zaman formasından 
başqa) II şəxsin tək və cəmində sağır nun(ŋ) işlədilir. 
Məs.: Sen – aldıŋ, эşitdiŋ, qalyarsıŋ, bilersiŋ  
     Siz - aldıŋız, эşitdiŋiz, qalyarsıŋız, bilersiŋiz 
Tofalar və tuva dillərində II şəxsin təkində -ıŋ
cəmində  -ŋar, -ŋer; türkmən dilində II şəxsin təkində   
-ŋ, -sıŋ, -siŋ, -suŋ, -süŋ, cəmində  -ıŋız, -iŋiz; -sıŋız,      
-siŋiz  şəxs sonluqlarından istifadə edilir. Şəxs sonlu-
ğunda sağır nun (ŋ) səsinin müşahidə olunduğu digər 
türk dillərində yalnız II şəxsin təkində rastlanır: bardıŋ, 
kelgeniŋ, bardıŋar, kelgenŋer(tofalar); geldiŋ, bakyar-
sıŋ, bakdıŋız, göryərsiŋiz, alarsıŋ (türkmən). 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
143
 
 
 
 
II şəxsin təkində xakas dilində -zıŋ, -ziŋ; başqırd 
dilində  -ŋ, -hıŋ, -heŋ;  şor dilində  -ŋ, -zıŋ, -ziŋ; qazax 
dilində -ŋ, -sıŋ, noqay dilində -sınь, -sinь, yakut dilin-
də -ıŋ, -iŋ, -uŋ, -üŋ , qaraqalpaq dilində -saŋ, -seŋ, ka-
zan-tatar dilində  -sıŋ, -seŋ  şəxs sonluqları müşahidə 
olunurş.Məs.:barasıŋ,alğansıŋ, aldıŋ(qazax), aldıŋ, kil-
deŋ, alğanhıŋ, kilgənheŋ, ukırhıŋ (başqırd);  tutqanzıŋ, 
körerziŋ(şor); atçazıŋ, sanidırzıŋ, kördiŋ, pilqeziŋ (xa-
kas); bardıŋ, allıŋ, tupputuŋ(yakut);  alıpsaŋ, barıpsaŋ 
(qaraqalpaq) və s.  
Xakas dilində ikinci şəxsin cəmini ifadə etmək 
üçün  -ŋar, -ŋer  şəxs sonluğundan da istifadə olunur. 
Məs.: pöktiŋer, atçanŋar və s. 
Digər türk dillərində  -nız  şəxs sonluğu II şəxsin 
cəmində istifadə olunduğu halda, qırğız dilində  şəxs 
sonluğu ilə yanaşı, II şəxsin təkində  nəzakət formalı    
-ŋız şəxs sonluğundan da istifadə olunur: kettiŋ=ketti-
ŋiz, karadıŋ(gördün)= karadıŋız və s. 
Müasir Azərbaycan dilinin danışıq dilində II şəx-
sin cəmində  -sınız, -siniz, -sunuz, -sünüz  şəkilçisi ilə 
yanaşı, -sız, -siz, -suz -süz formasından da istifadə olu-
nur. Məs.: görübsünüz – görübsüz, gəlirsiniz – gəlirsiz, 
alırsınız– alırsız, görəcəksiniz – görəcəksiz, oturarsınız 
– oturarsız və s. 
Qıpçaq qrupu türk dillərindən olan krım-tatar di-
lində nəinki danışıq dilində, eləcə də yazıda  II şəxsin 
cəmində hansı zaman formasının işlənməsindən asılı 
olmayaraq  -sınъız  və  -sız paralel işlənir:  alırsı(nъı)z, 
isteysi(nъi)z və s. 
Müasir dilimizdə işlənən şühudi keçmiş zamanın 
qəbul etdiyi şəxs sonluqları bütün dövrlər üçün xarak-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə