Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə42/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   38   39   40   41   42   43   44   45   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
129
 
 
 
 
niş işlənmə tezliyinə malik -acaq, -əcək, -ar, -ər zaman 
şəkilçiləri üstünlük təşkil etsə  də, yalnız müəyyən bir 
türk dili üçün xarakterik olan və məhdud şəkildə işlənən 
-arlık, -erlik;-γyr, -qyr, -gyr, -kyr; -γy, -qy, -yo, -go, -yu, 
-gu; -qadıq, -qediq; -qalak, -kalak, -qelek, -qay, -qey,       
-kay, -key kimi zaman şəkilçiləri də vardır. Müşahidələ-
rimiz onu deməyə  əsas verir ki spesifik morfoloji əla-
mətlər karluq qrupu türk dillərində daha çox üstünlük 
təşkil etsə də, digər qrup türk dillərində də yox deyildir. 
Məsələn, tofalar, qaraçay-balkar, şor dilləri və s. Bu isə 
türk dillərində müxtəlifliklə yanaşı, həm də türk dillə-
rinin zaman formalarının morfoloji zənginliyini əks et-
dirir.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman 
kateqoriyası.Bakı.2010,s.130 
 
I
I
I
I
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
T
T
Ü
Ü
R
R
K
K
 
 
D
D
İ
İ
L
L
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
D
D
Ə
Ə
 
 
H
H
Ə
Ə
M
M
H
H
Ü
Ü
D
D
U
U
D
D
 
 
K
K
A
A
T
T
E
E
Q
Q
O
O
R
R
İ
İ
Y
Y
A
A
L
L
A
A
R
R
D
D
A
A
 
 
Z
Z
A
A
M
M
A
A
N
N
,
,
 
 
F
F
E
E
L
L
 
 
Z
Z
A
A
M
M
A
A
N
N
L
L
A
A
R
R
I
I
N
N
I
I
N
N
 
 
S
S
E
E
M
M
A
A
N
N
T
T
İ
İ
K
K
-
-
Ü
Ü
S
S
L
L
U
U
B
B
İ
İ
 
 
X
X
Ü
Ü
S
S
U
U
S
S
İ
İ
Y
Y
Y
Y
Ə
Ə
T
T
L
L
Ə
Ə
R
R
İ
İ
 
 
 
§1. Felin zaman formalarında şəxs sonluqları 
Türk dillərində  şəxs sonluqlarının felin zaman 
formalarında işlənib-işlənməməsinə görə iki hissəyə 
ayırmaq olar:  
1. Türk dillərində şəxs sonluqlu zamanlar 
2. Türk dillərində şəxs sonluğu olmayan zamanlar 
Türk dillərində  şəxs sonluqlu zamanlar çoxluq 
təşkil edir. Şəxs şəkilçiləri iki qrupa bölünür:   
1.
 
İxtisar və ya qısa formalı şəxs sonluqları,  
2.
 
Geniş və ya tam formalı şəxs sonluqları.  
İxtisar və ya qısa formalı  şəxs sonluqları  və ya 
qısa variantlı şəxs sonluqları türk dillərində, adətən, -dı 
şəkilçili keçmiş zaman forması ilə  işlənir. Bunlar 
aşağıdakılardan ibarətdir: 
Tək: I ş.– -m                          Cəm:  I ş. – -q, -k 
 II ş. – -n                                   II ş. – -nız
4
 
III ş.t–   –                                 III ş. –  –
 
-m şəxs sonluğu Azərbaycan, türk,qaqauz, türkmən, 
qazax, qırğız, altay, noqay, özbək, uyğur, qaraçay-bal-
kar, xakas, kazan-tatar, tofalar, başqırd, karaim, tuva, 
barabin tatarları,qumuq,  şor dillərində müşahidə olu-
nur. Məs.:yazdım(Azərb.); buldum(türk); eşitdim, gör-
düm(türkmən); işledim(qaqauz); tarttım(qazax); kül-
düm(qırğız); bildim(altay);  şakırdım(noqay); yozdim 
(özbək);başlidim(uyğur);oqudum(qaraçay-balkar); pas-
tadım(xakas); uyladım,kittem(kazan-tatar); bardım (to-


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
131
 
 
 
 
falar);baržım,kildem(başqırd);karadım(karaim);turdum 
(tuva); yörətim,kittim(barabin-tatar); gördüm (qumuq); 
kestim (şor) və s. 
 -n  şəxs sonluğu Azərbaycan, türk, qaqauz dillə-
rində işlədilir. Məs.:qaldın,durdun(Azərbaycan); gittin, 
sandın(türk);  duydun, kaldın(qaqauz) və s. 
Digər türk dillərindən fərqli olaraq karaim dilinin 
Trakay dialektində  qəti keçmiş  (-dı) zamanda ikinci 
şəxsin təkində -n şəxs sonluğunun əvəzinə -y şəxs son-
luğu işlənir. Məs.: karadıy, bildiy, kördüy və s. 
Dərbənd rayonunun Bərəkey, Bilici və Dəliçoban 
kəndlərində çox maraqlı bir xüsusiyyət müşahidə edi-
lir. Belə ki, Azərbaycan dilinin indiyədək tədqiq edil-
miş dialekt və şivələri içərisində ilk dəfə məhz həmin 
kəndlərdə ikinci şəxsin təkində  -v, cəmində isə  -vuz,    
-vüz  şəxs  şəkilçilərinin işləndiyi qeydə alınmışdır:  al-
duv, gəldüv, tutduv, üzdüv, alduvuz, gəldüvüz, tutdu-
vuz,  üzdüvüz və s.
1
  
Maraq doğuran cəhət budur ki, ikinci şəxsin tə-
kində istifadə olunan -v şəxs sonluğuna araşdırdığımız 
digər türk dillərində rast gəlmədik. 
-q Azərbaycan, qazax, qumuq, başqırd, qaraqalpaq, 
qaraçay-balkar, uyğur; -k (-қ )Azərbaycan, türk, özbək, 
türkmən, qaqauz, qazax, qumuq, karaim, kazan-tatar, 
qaraqalpaq, noqay, qırğız dillərində rast gəlinir. Məs.: 
yazdıq, oxuduq(Azərbaycan);  boldıq(qazax);  sattıq, a-
çdıq(qumuq); bardıq(başqırd); aldıq, basladıq(qaraqal-
paq);  oquduq (qaraçay-balkar); bilduq, alduq(uyğur); 
dedik,göründük(Azərbaycan); geldik, kaldıқ(türk); yoz-
                                                 
1
 Azərbaycan dilinin Dərbənd dialekti. Bakı, “Elm”, 2009, 
 s. 140.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə