Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə45/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
138
 
 
 
 
uқidik  və s. şəklində ifadə olunursa, Daşkənd dialek-
tində ёzdimiz, uқidimiz formasında ifadə olunur. 
Məlumdur ki,müasir Azərbaycan dilində rezulta-
tiv keçmiş zaman I şəxsin cəmində  -q, -k  əlamətini 
qəbul edir (almışıq, gəlmişik və s.). Azərbaycan dilinin 
yazılı abidələrində XVIII əsrə  qədər bu məqamda  -z 
elementindən istifadə olunmuşdur:  etmişiz, gətirmişiz 
(Dədə Qorqud); buraqmışız  (Nəsimi, XIV əsr);  qərq 
olmuşuz(Xətai,XV əsr); satın almışız(Füzuli, XV əsr).
1
 
II  şəxsin cəmi. -sınız, -siniz, -sunuz, -sünüz  şəxs 
sonluqlarına Azərbaycan, türk, qaqauz dillərində rast 
gəlinir. Məs.:oxuyacaqsınız, gözəlləşmisiniz, görürsü-
nüz  (Azərbaycan);  anlayacaksınız, düşünüyorsunuz 
(türk); doyurursunuz, işleersiniz (qaqauz) və s 
-sız, -siz, -suz, -süz noqay, qumuq, qırğız, qara-
qalpaq dillərində, -siz özbək,  -sız, -siz karaim, qazax 
dillərində,  -sız,  -sez kazan-tatar dilində müşahidə olu-
nur. Məs.:bolasız (noqay); alıpsız (qaraqalpaq); ketasiz 
(özbək);  tapaçaksız,  söyərsez (sevərsiniz),  tükəsez 
(kazan-tatar) və s. 
-sıŋdar/-sızdar,-siŋder/-sizder  şəxs sonluqları 
türk dillərindən yalnız qazax dili üçün xarakterikdir və 
hər iki şəkilçi variantı paralel olaraq işlənmə imkanına 
malikdir; məs.: alıpsıŋdar/alıpsızdar, istersiŋder/ ister-
sizder,  bolğansıŋdar/ bolğansızdar və s. 
-zar, -zer xakas dilində istifadə olunur. Məsələn: 
körçenzer, alarzar və s. 
                                                 
1
 Велиев И.Д.Формы прошедшего времени в письменных памятни-
ках азербайджанского языка XIV-XIX вв. АКД. Баку, 1969, с. 16.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
139
 
 
 
 
-gïz, -gjiz qumuq, -ĝıž, gež başqırd və kazan-tatar 
dillərində rastlanır. Məsələn:kildegež(başqırd); uyladı-
ĝıž (düşündük), kittegež (kazan-tatar) və s. 
-hıgıž, -hegez başqırd dillərində istifadə olunur. 
Məs.: asqanhıgıž, başlayhığıž, kilerhegez və s. 
Müasir başqırd dilində ikinci şəxsin təkində mü-
şahidə olunan -hıŋ, -heŋ, ikinci şəxsin cəmində -hıgıž, 
-heqež  şəxs sonluqlarına Orxon-Yenisey abidələrinin 
dilində də rast gəlinir. 
Müasir Azərbaycan ədəbi dilində felin nəqli keç-
miş, indiki, qəti və qeyri-qəti gələcək zaman formaları-
nın ifadəsi zamanı ikinci şəxsin cəmində  -sınız
4
  şəxs 
sonluğundan istifadə olunur. Danışıq dilində isə -sınız
4
 
deyil, onun qısaldılmış variantı olan -sız
4
  şəxs sonlu-
ğuna daha çox təsadüf olunur. Baxmayaraq ki, danışıq 
dilində  -sız
4
  şəxs sonluğu işlənir,  -sınız
4
  şəxs sonluğu 
hələ də ədəbi dil üçün xarakterik hesab olunur.  
A.Axundov  -sız
4
  şəxs sonluğunun  ədəbi dil nor-
ması sayılmasına ehtiyac hiss olunduğunu yazır
1

Tovuz rayonunun Qovlar kənd  şivəsində -aş, -əş 
şəkilçilərindən sonra bu vaxta qədər tədqiq olunmuş 
dialekt və  şivələrimizdə rast gəlmədiyimiz  şəxs  şəkil-
çilərinə (-daŋ,-dəŋ, -dıŋız, -diŋiz) təsadüf olunur. Məs.: 
alaşdaŋ, gələşdəŋ, alaşdıŋız, gələşdiŋiz
2

Q.K.Yaqubova yazır: “İkinci xüsusiyyət  -qan,       
-gen  şəkilçili II şəxsin keçmiş zaman feli sifətlərində 
ədəbi dilə aid olan -sız, -sez şəkilçilərinin əvəzinə -ıqız, 
-ın  şəkilçi variantlarının işlədilməsindən ibarətdir.Bu 
                                                 
1
 Axundov A.A. Bir daha qrammatik normalar haqqında. Dil və 
mədəniyyət. Bakı, Yazıçı, 1992, s. 97.  
2
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962, s.236.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
140
 
 
 
 
morfoloji hadisə Aktaş rayon tatarlarının, xüsusilə 
xristianlığı qəbul etmiş tatarların dili üçün xarakterik-
dir. Məs.:- Сез өшеп кайmканыгыз. – Siz üşüyüb qa-
yıtmısınız; Син mунганын –  Sən üşümüsən”
1

Cəbrayıl rayonunun Sirik kəndində ikinci şəxsin 
cəmində -sığız, -siğiz forması müşahidə olunur. Azər-
baycan dilinin Ayrım  şivəsində isə ikinci şəxsin cə-
mində -sağız,-səğiz formasından istifadə olunur
2
. Məs.: 
alıbsınız  əvəzinə  alıfsağız,  gəlibsiniz  əvəzinə  gəlifsə-
ğiz, görübsünüz əvəzinə görüfsəğiz və s. işlənir və bu 
hadisə qıpçaq elementi hesab olunur.  
III şəxsin cəm formasına gəlincə, demək olar ki, 
bütün türk dillərində -lar
2
 şəkilçisini qəbul edir. Bəzən 
isə  şəkilçisiz işlənir. Yakut dilində isə III şəxsin cə-
mində -lar şəkilçisindən daha çox -ıar, -ılar, -tar, -tara 
şəxs sonluqlarından istifadə olunur: allıar, olollar, 
barbıttara  və s. 
İkinci  şəxsdə  işlənən  şəxs sonluqlarını iki hissəyə 
ayırmaq olar:  
1.
 
Sağır nun ilə (ŋ) işlənən şəxs sonluqları  
2.
 
Sağır nunsuz (ŋ), başqa sözlə, sadə n ilə  işlənən 
şəxs sonluqları 
Məlum olduğu üzrə, müasir türk dillərində sağır 
nun (ŋ) ilə  işlənən  şəxs sonluqları II şəxsdə özünü 
göstərir.  Şəxs sonluqlarında sağır nun (ŋ) samitinin 
                                                 
1
Якупова Г.К. Описание некоторых морфологических особенностей 
языка  татар,  расположенных  по  реке  зай  (Татарская  АССР), // 
Вопросы  диалектологии  тюркских  языков.  Баку,  Изд.  АН  АССР, 
1960, c. 141.  
2
 Садыхов  Б.П.  О  некоторых  кыпчакских  элементах  в  айрумском 
говоре  азербайджанского  языка.//  Вопросы  диалектологии  тюрк-
ских языков. Том IV, Баку, 1966, Изд. АН АСССР, с. 180.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə