Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə48/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   44   45   46   47   48   49   50   51   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
147
 
 
 
 
lənir
1
. Məsələn: alácaqman, alácaqsən, alácaqde, alá-
caqmız, alácaqsız, alácaqde və s. 
Qax rayonunun İlisu kənd şivəsində, bəzən qeyri-
qəti gələcək zaman təsrif olunarkən  şəxs  şəkilçisi iş-
lənmir. İşin, hərəkətin hansı şəxsə aid olması müstəqil 
şəxs əvəzliklərinin işlənməsi ilə aydın olur
2
; məs.:  
men      bilər           biz       bilər 
sen        bilər           siz       bilər 
ho         bilər          holar    bilər 
Göründüyü kimi, bu xüsusiyyət Azərbaycan ədə-
bi dilinin morfoloji xüsusiyyətlərinə yad olsa da müəy-
yən bir şivəsində yalnız qeyri-qəti gələcək zamanda 
özünü göstərir. 
D.Q.Tumaşeva yazır:“İkinci paradiqma -ğan  şə-
kilçili feli sifətin şəxs əvəzliklərinın analitik birləşməsi 
yolu ilə düzəlir. O, Tobol-İrtış dialektinin şivələri üçün 
səciyyəvidir, barabin dialektində isə nadir hallarda rast 
gəlinir: Мин алған, син алған,  ул алған və s.”
3

Ədəbi dildən fərqli olaraq türkmən dilinin Olam 
dialektində qəti gələcək zamanın ifadəsi zamanı ikinci 
şəxsin cəmində şəxs şəkilçisi qəbul edə bilər.  
Məs.:işli:җeqŋizmi -ədəbi d. işleҗeqmi, yazҗa-
qьŋızmı- ədəbi d. yazҗaqmı
4

 
§2. Həmhüdud kateqoriyalarda zaman 
Türk dillərində felin zaman kateqoriyasından da-
nışarkən feli sifət və felin şəkilləri(lazım, arzu, vacib, 
                                                 
1
 Поцелуевский А.П.Избранные труды.Ашхабад,“Ылым”,1975,с.116 
2
 Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s. 245.  
3
Тумашева  Д.Г.  Язык  сибирских  татар.Ч.II.Изд.Казанского  Университета, 
1968, с. 63.  
4
 Керимов И.А. Очерки кумыкской диалектологии. АДД. Баку, 1967, с. 21.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
148
 
 
 
 
şərt) mövzularına da toxunmağı lazım bilirik. Çünki bu 
mövzuların hər birində zaman kateqoriyası kateqorik 
şəkildə olmasa da, anlayış kimi mövcuddur.  
Təbii ki, feli sifət və felin şəkilləri bizim tədqiqat 
obyektimiz deyildir. Ancaq onların zaman anlayışı, 
zaman çalarlığı ifadə etməsi bu məsələyə də münasibət 
bildirməyimizin vacibliyini şərtləndirir. Fel daxilində 
öyrənilən feli sifət, felin lazım, vacib, şərt şəkillərində 
zaman anlayışı özünü göstərməkdədir. 
Məlum olduğu üzrə, feli sifət  şəkilçilərinin bir 
qismi həm feli sifət, həm də zaman kateqoriyasının şə-
kilçiləri kimi çıxış edir. Feli sifətdən törəmiş felin za-
man  şəkilçiləri kimi formalaşması feli sifət daxilində 
zaman anlayışının olması ilə bilavasitə əlaqədardır.  
Ümumiyətlə, istər Azərbaycan dilçiliyində, istər-
sə də digər türk dillərində feli sifətlə bağlı bir sıra əsər-
lər, məqalələr yazılmışdır
1
. Bunlardan bəzilərində feli 
sifətin zaman anlayışı ifadə etməsi məsələsinə toxunul-
muş, bəzilərində isə feli sifət tamamilə başqa aspektdə 
araşdırılmışdır. 
N.N.Canaşia  əmr, vacib, arzu şəkillərinin 2 za-
manda – keçmiş  və  gələcək zamanda təzahür etdiyini 
yazır
2

                                                 
1
 Алиев В.Г. Неспрягаемые формы глагола в азербайджанском язы-
ке. АДД,Баку,1989, 57 с. Алиев В.Г. Причастия в современном азер-
байджанском  и  узбекском  языках.  АКД,  Ташкент,  Изд. «Наука» 
Узбекской  ССР, 1965,23 с.  Инкижекова-  Грекул  А.И.  Причастия  в 
хакасском языке. Академику Владимиру Александровичу Гордлев-
скому, к его семидесятипятилетию. Сборник статей. Изд.АН СССР,  
Москва, 1953, с. 108-123.  
2
 Джанашиа Н.Н. Исследование по морфологии турецкого глагола. 
АДД, Тбилиси, 1970, с. 26-28.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
149
 
 
 
 
Dilçilikdə müasir türk dillərində  gələcək zaman 
formalarının sayının artırılması hallarına da rast gəli-
rik. S.Cəfərov yazır:“...Azərbaycan dilinin gələcək za-
man kateqoriyası indiyə  qədər iddia edildiyi kimi iki 
formaya deyil, altı formaya (-acaq/-əcək, -ar/ər, -ası/   
-əsi, -a/-ə, -malı/-məli, -sa/-sə  şəkilçili:  alacaqlar, 
alar, alasıdır, ala, almalıdır, alsa) malikdir ki, onların 
da hər birinin öz mənası vardır”
1

S.Əlizadə yazır:“XVI əsr ədəbi dilindəki feli sifət 
şəkilçilərini öz fəallığına, işlənmə tezliyinə görə üç 
qrupa bölmək olar: 1.Bütün mənbələrdə norma səviy-
yəsində olub,çox işlənənlər – -/y/an, -/y/ən; -mış, -miş, 
-dığı, -digi.  2. Norma səviyyəsində olub, universallıq 
baxımından  əvvəlkilərdən geri qalanlar: -ar,-ər, -maz,  
-məz; -acaq,-əcək. 3. Məhdud dairədə işlənənlər:-malı, 
-məli, -malu, -məlü, -ası, -əsi; -ır, -ir, -ur, ür
2

A.N.Kononov VII-IX əsr türk run abidələrinin di-
lində feli sifəti üç hissəyə ayırır: 
1) indiki-gələcək zaman feli sifətləri 
2) keçmiş zaman feli sifətləri 
3) gələcək zaman feli sifətləri
3

Beləliklə, müasir türk dillərində feli sifətləri ifadə 
etdikləri zaman anlayışına görə üç qrupa ayıra bilərik: 
1)  Keçmiş zaman feli sifətləri: -qan, -kən, ğan,  -ken,  
-mış, -miş, -muş, -müş, -dıq, -dik, -duq, -dük, -çaŋ,    
-çeŋ  
                                                 
1
Джафаров С. О постановке вопроса наклонения глагола в азербайджанском языке. 
//Вопросы  категорий  времени  и  наклонения  глагола  в  тюркских  языках.  Баку, 
«Элм», 1968, с. 76.  
2
 Əlizadə S.Q.Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı,ADU,1985, s. 68. 
3
 Кононов А.Н. Грамматика языка тюркских рунических памтников VII-IX 
вв. Л., «Наука», 1980, с. 120. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə