Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə114/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   110   111   112   113   114   115   116   117   ...   139

___________________________________________________393 

Qızım, görürsən, sən özəlləşdirmə haqqında sual verdin, mən sənə 

böyük bir mühazirə oxudum. 

S u al: Cənab prezident, öz aparatınızda struktur dəyişiklikləri 

etməyi nəzərdə tutursunuzmu? Çünki dövlət müşaviri vəzifəsi 

barədə müəyyən söz-söhbət var. 

C a v a b: Məni burada nə qədər saxlayacaqsınız? Bilirsiniz, mən 

böyük həyat təcrübəsi keçmişəm. Bəzi rəhbərlər var ki, bir vəzifəyə 

gələn kimi, hər şeyi dəyişdirirlər: o xoşuma gəlmir, bu xoşuma gəlir, 

hər  şeyi - kabinetini də, stolunu da və sairi dəyişdirir. Siz gəncsiniz

bunları bilmirsiniz. Məsələn, Xruşşov vaxtilə Sovet İttifaqının başçısı 

seçiləndən sonra, əlbəttə, bir çox xeyirli işlər gördü, Stalinin buraxdığı 

səhvləri tənqid etdi. Ancaq eyni zamanda o, bir ildə iki tədbir 

keçirirdi, bir şeyi yaradırdı, sonra bu, nəticəsini vermədən - yəni 

hansısa bir təşkilat - altı aydan sonra onu pozurdu, yenisini yaradırdı. 

Dəhşətli bir vəziyyət idi. Ona görə  də  həmin müsbət fəaliyyətinə 

baxmayaraq, xalq ona dözmədi, o da istefa verməyə  məcbur oldu. 

Yəni dünyada belələri də, elələri də var. 

Heç bir dəyişiklik dəyişiklik naminə, heç bir islahat, struktur 

dəyişikliyi bunun naminə olmamalıdır. Bu, nəticə üçün olmalıdır. 

Harada struktur dəyişikliyi lazımdırsa, biz onu edəcəyik.  İndi sən 

dövlət müşavirindən danışırsan. Dövlət müşaviri qanunsuz yaranmış 

bir vəzifədir, heç bir yerdə yoxdur. Onu Xalq Cəbhəsinin hakimiyyəti 

dövründə yaradıblar. Heç anlamaq da olmur ki, dövlət müşaviri nə 

deməkdir. Dövlət dövlətdir, dövlətin də başçısı prezidentdir. 

Prezidentin müşaviri ola bilər, amma dövlətin müşaviri ola bilməz. 

Bunu yaradıblar.  İndi  əgər mən bəzi adamlar kimi olsaydım, gələn 

kimi deyərdim ki, bu da, o da düz deyil. Amma mənə belə gəldi, bu 

gün də belə gəlir ki, onun adı ilə məzmunu bir deyil. Əgər insan yaxşı 

işləyirsə, qoy bu adı daşısın. Ona görə də bunlar xırda şeylərdir. Biz 

lazım olan vaxt bunları edəcəyik. Sağ olun. 

  

 



 


___________________________________________________394 

UŞAQLARIN BEYNƏLXALQ TELEVİZİYA VƏ  

RADİO GÜNÜ MÜNASİBƏTİLƏ  

«UŞAQLAR DÜNYANIN SEVİNCİDİR»  

DEVİZİ İLƏ KEÇİRİLƏN ŞƏNLİKDƏ NİTQ 

 

Bakı, Teleteatr 

 

12 dekabr 1999-cu il 

 

Əziz uşaqlar, sevimli balalar! 



Mən sizə müraciət edirəm və Azərbaycan radiosu və televiziyası 

vasitəsilə Azərbaycanın bütün uşaqlarına, gənclərinə müraciət edirəm. 

Sizin hamınızı - Azərbaycanın uşaqlarını, gənclərini, qızlarını, 

oğlanlarını bu bayram münasibətilə, YUNİSEF Beynəlxalq 

Təşkilatının yaratdığı Beynəlxalq gün - uşaqların televiziya və radio 

günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə xoş  həyat, sevinc, 

səadət və gözəl gələcək arzulayıram. 

Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər bir ana, 

hər bir ata öz xoşbəxtliyini birinci növbədə öz uşağında, öz övladında 

görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün 

sevinclərdən də üstündür. Bu təbiidir, çünki insan yaşayır, yaradır və 

cəmiyyətin gələcəyini yaradır. Bu, Allahtəalanın buyurduğu bir 

prosesdir. Azərbaycan prezidenti kimi, mənim üçün hər bir ailədə 

uşağın dünyaya gəlməsi, bu ailənin sevinci elə mənim də sevincimdir. 

Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətimizin 

həyatıdır. 

Ona görə  də  mən bu gün böyük sevinc hissi ilə sizin görüşünüzə 

gəlmişəm. Siz burada öz çıxışlarınızla - xüsusən 

  

 

 




___________________________________________________395 

Sevinc və Bəxtiyar - məni çox mütəəssir etdiniz. Uşaq həmişə insanda 

çox ülvi hissiyyatlar yaradır. Təbiidir, biz bunu hər yerdə görürük ki, 

uşaq istedadlı  çıxış edəndə insan o qədər sevinir ki, bəzən onun 

gözündən sevinc yaşı da gəlir. Mən də belə bir insanam ki, həmişə 

məni hər şeydən çox uşaqlar sevindirir - həm özlərinin varlığı ilə, həm 

istedadları ilə, həm gözəlliyi ilə, həm qabiliyyəti ilə, həm tərbiyəsi ilə. 

Mən öz övladlarımı çox sevirəm, nəvələrimi də çox sevirəm. 

Ancaq eyni zamanda mən Azərbaycanın bütün uşaqlarını öz 

övladlarım kimi, öz nəvələrim kimi sevirəm. Çox illərdir ki, xalqım 

mənə etimad göstərib, məni Azərbaycana başçı, sonra isə prezident 

seçəndən indiyə  qədər mən Azərbaycanın uşaqlarının hamısını öz 

övladım kimi qəbul etmişəm. Bu, nəinki mənim borcumdur, mənim 

üzərimə düşən vəzifədir, eyni zamanda mənim qəlbimdən gələn 

hissiyyatlardır. 

Düşünürəm ki, Azərbaycan vətəndaşlarının  əksəriyyəti belə 

hissiyyatlarla yaşayır. Məhz ona görə də biz həyatımızın bu ağır keçid 

dövründə uşaqların təhsilinə, inkişafına, onların istedadlarının inkişaf 

etdirilməsinə, onların daha da yaxşı yaşamasına nail ola bilirik. 

Mən bu gün sizinlə burada olmağımdan çox məmnunam. Son illər 

mən buraya hər il gəlirəm, biz hər il görüşürük. Artıq bu, bir ənənəyə 

çevrilibdir. Əgər siz məni bu dəfə bu görüşə dəvət etməsəydiniz mən 

çox məyus olardım. Amma siz dəvət etməsəydiniz də  mən özüm 

gələcəkdim. Mənim müşahidələrim bundan ibarətdir ki, mən hər il 

uşaqlarımızın boyunun artmasını yox, - bu təbiidir, - bizim uşaqların 

gözəlləşməsini,  şənləşməsini, özlərini daha da xoşbəxt hiss etməsini, 

istedadlarının daha da açılmasını görürəm. Bu, tək elə bu salondakılar 

deyil. Bizim Azərbaycanın uşaqlarının həyatının ümumi mənzərəsi 

budur. Mən neçə ildir ki, Sevinclə  Bəxtiyarı aparıcı   kimi   burada   

görürəm.   Doğrudur,   onların   boyu 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə