Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə116/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   112   113   114   115   116   117   118   119   ...   139

___________________________________________________399 

həyatın sürətini heç bir qüvvə dayandıra bilməz. Yenə  də deyirəm

təbiidir ki, bu, bizim millətin dözümlülüyüdür. 

Ancaq bilin, inanın,  əziz uşaqlar, beş ildən artıqdır ki, mənim bu 

məsələni sülh yolu ilə  həll etmək üzərində çalışdığım iş, təbiidir ki, 

bütün millətimiz üçün, bütün xalqımız üçün ən vacib olan işdir. Hər 

şeydən öncə uşaqlar üçün, gələcək nəslimiz üçün, gələcək nəslimizin 

qorunması üçün. Əminəm, inanıram, biz buna nail olacağıq. Mən 

dəfələrlə demişəm - o müharibə illərində çox qanlar tökülüb, nə qədər 

gənclər həlak olub, şəhid olublar, vətən yolunda, torpaq yolunda 

özlərini qurban veriblər. Ancaq gərək bir də daha qan tökülməsin. 

Əgər bu məsələni biz sülh yolu ilə  həll edə biliriksə, mən istəmirəm 

ki, yenə də bizim hansısa bir övladımız getsin vuruşa, girsin döyüşə. 

Təbiidir ki, xalq, millət və onun gəncləri, onun ordusu, onun 

döyüşçüləri həmişə öz torpağını, öz ölkəsini, öz vətənini qorumağa 

qadir olmalıdır, qorumağa hazır olmalıdır. Vətənpərvərlik haqqında 

burada sizin mahnılarmızı da mən o mənada qəbul edirəm ki, siz - 

kiçik yaşlı  uşaqlar vətənpərvərlik haqqında mahnılar oxuyursunuz. 

Yəni siz vətəninizi, torpağınızı  nəinki yağılardan, nəinki xarici 

düşmənlərdən, bütün fəlakətlərdən qorumağa hazırsınız. Bu, çox 

sevindirici haldır.  Əgər məsələni sülh yolu ilə  həll etmək olarsa, nə 

üçün yenidən qan tökülsün? Təbiidir ki, o biri yol da istisna deyil. 

Əziz balalar, ancaq mən bu gün sizə bir də deyirəm ki, biz 

məsələnin sülh yolu ilə  həll edilməsinə nail olacağıq. Sizin daha da 

xoşbəxt yaşamağınıza daha da gözəl imkanlar yaradacağıq. 

Demək olar ki, siz çox xoşbəxtsiniz. Ona görə ki, XX əsrdə 

doğulmusunuz, amma həyat fəaliyyətiniz və  gələcəkdə ailə 

qurmağınız, bütün işləriniz XXI əsrdə olacaqdır. Yəni siz XX əsrlə 

XXI əsri bağlayan insanlarsınız. Bu da nadir bir haldır, çox nadir bir 

haldır.  Mən sizə bir daha öz dərin atalıq 

  

 

 




___________________________________________________400 

hissiyyatımı bildirirəm. Mən sizi sevirəm, siz məni həmişə 

ruhlandırırsınız, siz məni həmişə sevindirirsiniz. Bəzən məndən 

soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur. 

Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük 

qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, 

Azərbaycanın gələcəyidir. 

Mənim bütün həyatım xalqıma xidmətə həsr olunub. Amma bu gün 

həyatımın mənası, məqsədi müstəqil Azərbaycanın gələcəyini təmin 

etməkdir. Yəni Azərbaycan bir müstəqil dövlət kimi yaşasın və 

müstəqilliyi  əbədi olsun. Azərbaycan inkişaf etsin və inkişaf etmiş 

dövlətlər səviyyəsinə çatsın. Azərbaycan yüksək iqtisadiyyata malik 

olsun və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları, Azərbaycanda 

hər bir insan xoşbəxt yaşasın, firavan yaşasın, rahatlıq  şəraitində 

yaşasın, sabitlik şəraitində yaşasın, qorxu altında olmasın, təhlükə 

altında olmasın, gələcəyə baxsın və  gələcək haqqında düşünsün. 

Budur mənim həyatımın bugünkü mənası  və gördüyüm işlərin 

məzmunu! 

Mən sizi əmin edirəm ki, bu yolda bundan sonra da var qüvvəmlə 

çalışacağam. Qüvvəm hələ var, allaha şükür, çoxdur. Ona görə də mən 

sizinlə hələ çox görüşlər keçirəcəyəm. 

Sizi bir daha təbrik edirəm. Hər birinizə xoşbəxtlik, səadət 

arzulayıram. Hər birinizə xoşbəxt gələcək arzulayıram. Sizi öpürəm, 

sizi bağrıma basıram. Sağ olun. 

  

 

 




___________________________________________________401 

AZƏRBAYCANDA BƏLƏDİYYƏ  

SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMİŞ  

TÜRKİYƏLİ MÜŞAHİDƏÇİLƏRLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı 

 

13 dekabr 1999-cu il 

 

Heydər  Əliyev: Azərbaycana xoş  gəlmisiniz. Sizin gəlişinizin 

məramı da çox gözəldir. Çünki Azərbaycan öz müstəqil dövlətinin 

sistemini qurur. Bunlardan biri də  bələdiyyələrdir.  İndiyə  qədər 

Azərbaycanda bələdiyyələr yaranmayıbdır. Ancaq indi onları 

yaradırıq. Yaratmaq üçün də seçkilər keçirmək lazımdır. Seçkilər də 

dünən keçdi və siz də çox sağ olun ki, zəhmət çəkmisiniz, gəlmisiniz, 

bu seçkilərdə müşahidəçilik etmisiniz. Beləliklə, Azərbaycana yardım 

etmisiniz. 

Bizim Milli Məclisin sədri mənə söyləmişdi ki, sizi dəvət edibdir

siz burada seçkilərdə müşahidəçilik edəcəksiniz. Ancaq sonra eşitdim 

ki, elə bu gün Türkiyəyə qayıdırsınız. Düşündüm ki, əgər görüşməsək 

olmaz. Mənə dedibr, siz də mənimlə görüşmək istəyirsiniz. Təşəkkür 

edirəm. 


Əli Kamal Başaran (Türkiyənin Ana Vətən Partiyasından Trabzon 

millət vəkili): Bizi qəbul etməyiniz bizim üçün böyük şərəfdir. Sizə 

son dərəcə hörmət və ehtiramımızı bildiririk. Məclis başqanımızın, 

partiya rəhbərlərimizin ən dərin ehtiram və salamlarını Sizə çatdırmaq 

istəyirəm. Biz beş partiyanı  təmsil edirik. Sizlərlə son dərəcə  fəxr 

edirik və sizləri çox sevirik. 

  

 



 


___________________________________________________402 

Biz buraya öz torpağına, vətəninə gələn insan kimi gəldik. Sizlərin 

də bizə  gəlişinizi belə  qəbul edirik, azəri qardaşlarımız Türkiyəyə 

gələndə də eyni qürurları daşıyırıq. Çox razı qaldıq. 

Demokratiyanın körpəlik dövrünü yaşayan bir ölkədə ilk dəfə 

keçirilən bələdiyyə seçkilərini izlədik. Hər  şeyi yaxşı gördük. 

Seçkilərin yaxşı  nəticəli olacağı  qənaətindəyəm. Bu, çox normal 

şəraitdə keçən bir seçki oldu. 

Qayəmiz Azərbaycanı çox yüksəklərdə görmək istəyidir.  İnanırıq 

ki, Sizin keçmişdən gələn təcrübələriniz Azərbaycanı çox gözəl 

yerlərə çatdıracaqdır. Böyük bir rus dövlətindən sonra kiçik, amma 

böyük imkanlara malik Azərbaycana inanırıq ki, Sizin sayənizdə 

iqtisadi cəhətdən rahatlıq içərisində olacaqdır. Mən elə uzun bir zaman 

görmürəm - Azərbaycanın 15-20 illik çətin dövrü ola bilər. Biz millət 

olaraq, türk parlamentçiləri olaraq ürəyimizlə, hər  şeyimizlə  hər 

zaman Azərbaycanın yanında olacağımızı söyləyirik. Təşəkkürümü 

bildirirəm. 

Heydər  Əliyev: Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Əgər 

sizin də sözünüz varsa, buyurun. 



Əli Günər (Fəzilət Partiyasının nümayəndəsi, İqdır millət vəkili): 

Hörmətli prezident, Türkiyə Cümhuriyyəti adından məclis başqanımız 

və bütün partiyalar adından Sizə salamımızı, hörmətlərimizi və 

ehtiramımızı ərz edirəm. Biz Sizi gördükcə xoşbəxtlik duyuruq. 

Mən  İqdır millət vəkiliyəm. Siz Naxçıvanda olan zaman mən də 

orada olmuşam. Siz iki dövlət arasında körpü qurdunuz. 

Hamımızın dediyi kimi, biz iki dövlət, bir millətik.  İnşallah, bu, 

əbədiyyətə qədər davam edəcəkdir. Biz bununla qürur duyuruq. 

Türkiyə Cümhuriyyəti hər  şeyi ilə, yəni uşağı, böyüyü, kiçiyi, 

kişisi, əsgəri ilə qəlbən, fikrən, zikrən Sizin yanınız- 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə