___________________________________________________399
həyatın sürətini heç bir qüvvə dayandıra bilməz. Yenə də deyirəm,
təbiidir ki, bu, bizim millətin dözümlülüyüdür.
Ancaq bilin, inanın, əziz uşaqlar, beş ildən artıqdır ki, mənim bu
məsələni sülh yolu ilə həll etmək üzərində çalışdığım iş, təbiidir ki,
bütün millətimiz üçün, bütün xalqımız üçün ən vacib olan işdir. Hər
şeydən öncə uşaqlar üçün, gələcək nəslimiz üçün, gələcək nəslimizin
qorunması üçün. Əminəm, inanıram, biz buna nail olacağıq. Mən
dəfələrlə demişəm - o müharibə illərində çox qanlar tökülüb, nə qədər
gənclər həlak olub, şəhid olublar, vətən yolunda, torpaq yolunda
özlərini qurban veriblər. Ancaq gərək bir də daha qan tökülməsin.
Əgər bu məsələni biz sülh yolu ilə həll edə biliriksə, mən istəmirəm
ki, yenə də bizim hansısa bir övladımız getsin vuruşa, girsin döyüşə.
Təbiidir ki, xalq, millət və onun gəncləri, onun ordusu, onun
döyüşçüləri həmişə öz torpağını, öz ölkəsini, öz vətənini qorumağa
qadir olmalıdır, qorumağa hazır olmalıdır. Vətənpərvərlik haqqında
burada sizin mahnılarmızı da mən o mənada qəbul edirəm ki, siz -
kiçik yaşlı uşaqlar vətənpərvərlik haqqında mahnılar oxuyursunuz.
Yəni siz vətəninizi, torpağınızı nəinki yağılardan, nəinki xarici
düşmənlərdən, bütün fəlakətlərdən qorumağa hazırsınız. Bu, çox
sevindirici haldır. Əgər məsələni sülh yolu ilə həll etmək olarsa, nə
üçün yenidən qan tökülsün? Təbiidir ki, o biri yol da istisna deyil.
Əziz balalar, ancaq mən bu gün sizə bir də deyirəm ki, biz
məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq. Sizin daha da
xoşbəxt yaşamağınıza daha da gözəl imkanlar yaradacağıq.
Demək olar ki, siz çox xoşbəxtsiniz. Ona görə ki, XX əsrdə
doğulmusunuz, amma həyat fəaliyyətiniz və gələcəkdə ailə
qurmağınız, bütün işləriniz XXI əsrdə olacaqdır. Yəni siz XX əsrlə
XXI əsri bağlayan insanlarsınız. Bu da nadir bir haldır, çox nadir bir
haldır. Mən sizə bir daha öz dərin atalıq
___________________________________________________400
hissiyyatımı bildirirəm. Mən sizi sevirəm, siz məni həmişə
ruhlandırırsınız, siz məni həmişə sevindirirsiniz. Bəzən məndən
soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur.
Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük
qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir,
Azərbaycanın gələcəyidir.
Mənim bütün həyatım xalqıma xidmətə həsr olunub. Amma bu gün
həyatımın mənası, məqsədi müstəqil Azərbaycanın gələcəyini təmin
etməkdir. Yəni Azərbaycan bir müstəqil dövlət kimi yaşasın və
müstəqilliyi əbədi olsun. Azərbaycan inkişaf etsin və inkişaf etmiş
dövlətlər səviyyəsinə çatsın. Azərbaycan yüksək iqtisadiyyata malik
olsun və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları, Azərbaycanda
hər bir insan xoşbəxt yaşasın, firavan yaşasın, rahatlıq şəraitində
yaşasın, sabitlik şəraitində yaşasın, qorxu altında olmasın, təhlükə
altında olmasın, gələcəyə baxsın və gələcək haqqında düşünsün.
Budur mənim həyatımın bugünkü mənası və gördüyüm işlərin
məzmunu!
Mən sizi əmin edirəm ki, bu yolda bundan sonra da var qüvvəmlə
çalışacağam. Qüvvəm hələ var, allaha şükür, çoxdur. Ona görə də mən
sizinlə hələ çox görüşlər keçirəcəyəm.
Sizi bir daha təbrik edirəm. Hər birinizə xoşbəxtlik, səadət
arzulayıram. Hər birinizə xoşbəxt gələcək arzulayıram. Sizi öpürəm,
sizi bağrıma basıram. Sağ olun.
___________________________________________________401
AZƏRBAYCANDA BƏLƏDİYYƏ
SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMİŞ
TÜRKİYƏLİ MÜŞAHİDƏÇİLƏRLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
13 dekabr 1999-cu il
Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Sizin gəlişinizin
məramı da çox gözəldir. Çünki Azərbaycan öz müstəqil dövlətinin
sistemini qurur. Bunlardan biri də bələdiyyələrdir. İndiyə qədər
Azərbaycanda bələdiyyələr yaranmayıbdır. Ancaq indi onları
yaradırıq. Yaratmaq üçün də seçkilər keçirmək lazımdır. Seçkilər də
dünən keçdi və siz də çox sağ olun ki, zəhmət çəkmisiniz, gəlmisiniz,
bu seçkilərdə müşahidəçilik etmisiniz. Beləliklə, Azərbaycana yardım
etmisiniz.
Bizim Milli Məclisin sədri mənə söyləmişdi ki, sizi dəvət edibdir,
siz burada seçkilərdə müşahidəçilik edəcəksiniz. Ancaq sonra eşitdim
ki, elə bu gün Türkiyəyə qayıdırsınız. Düşündüm ki, əgər görüşməsək
olmaz. Mənə dedibr, siz də mənimlə görüşmək istəyirsiniz. Təşəkkür
edirəm.
Əli Kamal Başaran ( Türkiyənin Ana Vətən Partiyasından Trabzon
millət vəkili): Bizi qəbul etməyiniz bizim üçün böyük şərəfdir. Sizə
son dərəcə hörmət və ehtiramımızı bildiririk. Məclis başqanımızın,
partiya rəhbərlərimizin ən dərin ehtiram və salamlarını Sizə çatdırmaq
istəyirəm. Biz beş partiyanı təmsil edirik. Sizlərlə son dərəcə fəxr
edirik və sizləri çox sevirik.
___________________________________________________402
Biz buraya öz torpağına, vətəninə gələn insan kimi gəldik. Sizlərin
də bizə gəlişinizi belə qəbul edirik, azəri qardaşlarımız Türkiyəyə
gələndə də eyni qürurları daşıyırıq. Çox razı qaldıq.
Demokratiyanın körpəlik dövrünü yaşayan bir ölkədə ilk dəfə
keçirilən bələdiyyə seçkilərini izlədik. Hər şeyi yaxşı gördük.
Seçkilərin yaxşı nəticəli olacağı qənaətindəyəm. Bu, çox normal
şəraitdə keçən bir seçki oldu.
Qayəmiz Azərbaycanı çox yüksəklərdə görmək istəyidir. İnanırıq
ki, Sizin keçmişdən gələn təcrübələriniz Azərbaycanı çox gözəl
yerlərə çatdıracaqdır. Böyük bir rus dövlətindən sonra kiçik, amma
böyük imkanlara malik Azərbaycana inanırıq ki, Sizin sayənizdə
iqtisadi cəhətdən rahatlıq içərisində olacaqdır. Mən elə uzun bir zaman
görmürəm - Azərbaycanın 15-20 illik çətin dövrü ola bilər. Biz millət
olaraq, türk parlamentçiləri olaraq ürəyimizlə, hər şeyimizlə hər
zaman Azərbaycanın yanında olacağımızı söyləyirik. Təşəkkürümü
bildirirəm.
Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Əgər
sizin də sözünüz varsa, buyurun.
Əli Günər ( Fəzilət Partiyasının nümayəndəsi, İqdır millət vəkili):
Hörmətli prezident, Türkiyə Cümhuriyyəti adından məclis başqanımız
və bütün partiyalar adından Sizə salamımızı, hörmətlərimizi və
ehtiramımızı ərz edirəm. Biz Sizi gördükcə xoşbəxtlik duyuruq.
Mən İqdır millət vəkiliyəm. Siz Naxçıvanda olan zaman mən də
orada olmuşam. Siz iki dövlət arasında körpü qurdunuz.
Hamımızın dediyi kimi, biz iki dövlət, bir millətik. İnşallah, bu,
əbədiyyətə qədər davam edəcəkdir. Biz bununla qürur duyuruq.
Türkiyə Cümhuriyyəti hər şeyi ilə, yəni uşağı, böyüyü, kiçiyi,
kişisi, əsgəri ilə qəlbən, fikrən, zikrən Sizin yanınız-
Dostları ilə paylaş: |