___________________________________________________403
dadır. Biz Sizi dəstəkləyirik. İnşallah, bu dəstək Sizin atdığınız
demokratik addımlarla Avropaya qədər gedəcəkdir. Bizim getdiyimiz
yerlərdə qardaş Azərbaycanın da yer alacağına inanırıq. Biz bir addım
atdıq. İnşallah, bu addım özəlliklə bütün türk cümhuriyyətləri üçün
xeyirli olacaqdır.
Sizin bu demokratik addımlarınız digər ölkələr üçün də xeyirli
olacaqdır. Siz demokratiyaya keçməyən ölkələrə örnək təşkil
etmisiniz. İlk dəfə bələdiyyə seçkiləri keçirdiniz. Biz seçkilərdə
müşahidəçi olaraq hər kəsdən soruşduq, heç bir şeydən rahatsız
olmadıq. Hətta mənim çox sevindiyim bir-iki hal oldu. Yaşlı bir
qadına və gənc bir vətəndaşa «Siz səsinizi kimə verdiniz?» sualını
verdim. Dedibr ki, «Biz Azərbaycan vətəndaşı kimi, lazım olan kəsə
səsimizi verdik». Biz bundan çox məmnun olduq. İnşallah, bunlar
davam edəcəkdir. Biz Azərbaycandan çox məmnunuq. Sizin hər
şeyiniz çox yaxşıdır.
Bizim Allahdan təmənnamız, niyazımız odur ki, qısa bir zamanda
çətinlikləri keçin. Daha güclü Azərbaycan Türkiyə üçün də güclü
olmaq deməkdir. Türkiyənin gücü Azərbaycanın gücüdür. Sizin
rəhbərliyiniz altında iki gücün birləşməsi dünya dövlətləri arasında öz
yerini alacaqdır. Biz bundan məmnunuq. Çünki biz iqdırlılar Sizi çox
yüksəklərdə görürük. Allah ömrünüzü uzatsın deyə dua edirik.
Qonşu olan vilayətlər - Naxçıvan və İqdır arasında bir körpü
vardır. Naxçıvanda 400 minə yaxın əhali yaşayır. Bir o qədər də
İqdırın vardır. Siz və cənab Süleyman Dəmirəl birlikdə «Həsrət
körpüsü»nün təməlini qoydunuz. Orada ticarət fəaliyyətinə başlandı.
Həm Azərbaycan xalqı, Naxçıvan üçün, həm də bizim xalqımız üçün
həqiqətən, çox faydalı işlər oldu. Sizin xalqınızın zənginliyi bizim
xalqın, bizim zənginliyimiz isə Sizin xalqınızın zənginliyidir.
Sizdən bir xahişimiz vardır. Süleyman bəylə Siz qardaşsınız. Biz
belə görürük. Bizə ayda 25 min ton mazut verirlər.
___________________________________________________404
Bu da ildə 300 min ton edir. Yarısını naxçıvanlılar gətirir, yarısını
da iqdırlılar gətirirlər. Bu da tələbatı ödəmir. Biz Sizdən göndərilən
mazutu İrandan alıb Türkiyəyə gətiririk.
Böyüyümüz olaraq Sizdən arzumuz, istəyimiz budur ki, bu barədə
Süleyman bəydən xahiş edin, - bunu artırmaq lazımdır ki, oradakı
əhalinin zənginliyi, gücü artsın. Allah Sizə yardımçı olsun. Sizə
hörmət və ehtiramımı bildirirəm.
Nurəddin Atik ( Doğru Yol Partiyasından Diyarbəkir millət
vəkili): Hörmətli prezident, biz Milli Məclis başqanınızın dəvəti ilə
müşahidəçi kimi Azərbaycana gəldik. Burada özümüzü evimizdəki
kimi çox rahat hiss edirik. Bələdiyyə seçkilərini izlədik və hər şey çox
gözəl oldu. Konstitusiya çərçivəsində çox demokratik bir seçki oldu.
Elə bir problemlə üzləşmədik.
Seçkilər zamanı səs verməyə yaşlı bir qadın gəlmişdi. O dedi ki,
vətəndaşlar xəstə olsalar da evlərdə, xəstəxanalarda onların yanına
gedirlər və onlar da səs verirlər. Bu, çox gözəldir. Hər şey
deyilənlərdən də yaxşı oldu. Bir qardaş, dost olaraq çox sevindik. Bu
bələdiyyə seçkiləri həm Azərbaycana, həm də onun xalqına xeyirli,
uğurlu olsun. Allah üstünüzdə olsun. Sağ olun, var olun.
Həsən Hüseyn Balak (Milliyyətçi Hərəkat Partiyasının təmsilçisi
Tokat millət vəkili): Hörmətli prezident, Sizə genel başqanımız, dövlət
nazirimiz və Baş nazirin müavini Dövlət Baxçalının salamlarını
çatdırıram və bundan qürur duyuram.
Həmkarlarımın dedikləri kimi, həqiqətən, buraya, qardaşlarımızın
vətəni olan Azərbaycana öz məmləkətimiz kimi gəldik. Buraya
gəldiyimiz zaman biz İsveçrədə, İngiltərədə, Fransada duyduğumuz
yabançılığı duymadıq. Bizə qucaqlarını açdılar. Zati-alilərinizin
vermiş olduğu təlimatla bizi müşaylət edən, qonaqpərvərlik göstərən
insanlar bizi çox gözəl qarşıladılar, çox duyğulandırdılar.
___________________________________________________405
Biz burada müşahidəçi kimi seçki məntəqələrini gəzdik və hər şeyi
gördük. Sizin himayəniz altında demokratik nizama qovuşmaq üçün
çox böyük addım atılır və xalq bundan xeyli məmnundur. Biz də
məmnunuq. Bununla bərabər, demokratiyaya keçid zamanı çox böyük
həmlələri dəf etdiniz. Əlbəttə, biz türk insanı olaraq bundan çox
sevinirik. Azərbaycan xalqının yüksəlişini güneydəki qonşumuzla və
digərləri ilə müqayisə etdiyimiz zaman görürük ki, qısa zamanda Sizin
himayənizlə çox böyük işlər görülmüşdür və əzəmətinizlə digər işləri
də uğurla başa vuracağınızı zənn edirəm. Mənim inancım budur. Onun
üçün də dua edəcəyəm. Sağ olun.
Həsən Gülay (Demokratik Sol Partiyadan Manisa millət vəkili):
Hörmətli cümhur başqanım. Bizi qəbul etdiyinizə görə təşəkkür
edirəm. Həmkarımın söylədiyi kimi, biz Azərbaycana Milli Məclis
sədrinin dəvəti ilə gəlmişik. Sizin vaxtınızın az olduğunu bilirik. Bizə
lütf etdiniz. Biz buraya sevinclə gəldik və sevinclə dönəcəyik. Hər şey
çox gözəl və demokratik oldu. İndi biz Sizdən ayrılacağıq.
Cənab prezident, mən Sizin sağlam, rahat olmağınızı ancaq
televiziya vasitəsilə görürdüm. İndi də çox sağlamsınız, gümrahsınız
və qoy həmişə belə olsun.
Vaxtinızı çox almaq istəmirəm. Mən hörmətli Ecevitin
partiyasındanam və Manisadan millət vəkili seçilmişəm. Onun Sizə
olan hörmət və ehtiramını çatdırmağı özümə borc bilirəm. Allah Sizə
ömür versin. Təşəkkür edirəm.
Heydər Əliyev: Hörmətli dostlar, əvvəla, sağ olun ki, zəhmət
çəkib Azərbaycana gəlmisiniz və bizim ilk bələdiyyə seçkilərində
müşahidəçi olmusunuz, beləliklə də Azərbaycana yardım etmisiniz.
Mən bunu bir neçə dəfə demişəm. Dünən səs verməyə getmişdim,
orada xeyli mətbuat nümayəndələri var idi. Onlarla 35-40 dəqiqə
söhbət etdim, danışdım. Ondan iki gün əvvəl mən televiziya və radio
vasitəsilə Azərbaycan vətəndaş-
Dostları ilə paylaş: |