Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə118/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   114   115   116   117   118   119   120   121   ...   139

___________________________________________________406 

larına müraciət etmişdim. Mənim sözlərimin  əsas məzmunu odur ki

Azərbaycan demokratiya yolu ilə gedir, demokratik, hüquqi, dünyəvi, 

yəni layiq dövlət qurur. Bilirsiniz ki, bu, böyük bir prosesdir, onu 1-2-

3 ildə etmək mümkün deyildir. Amma biz bu yolla tam inamla 

gedirik. Bizim başqa yolumuz yoxdur. Yəni yollar çoxdur, amma 

bizim yolumuz budur və bizi bu yoldan heç kəs döndərə bilməz. 

Çünki Azərbaycan öz müstəqilliyini tam təmin etmək, saxlamaq və 

qorumaq üçün mütləq demokratik, hüquqi dövlət olmalıdır, dünyanın 

demokratik, hüquqi cəmiyyətində özünə yer almalıdır. Bu da 

Azərbaycanın müstəqilliyinin təminatı olmalıdır. 

Biz ötən illərdə bir çox işlər görmüşük. Amma gördüyümüz hər bir 

iş yeni bir addımdır. Yəni biz 1995-ci ildə müstəqillik Konstitusiyası, 

Ana yasası  əsasında Milli Məclisimizə ilk dəfə seçkilər keçirdik. 

Məsələn, Azərbaycanda 2-3 dəfə prezident seçkiləri keçirilibdir. 

Amma bunlar hamısı yeni hadisələrdir. Bələdiyyə seçkiləri isə bizim 

üçün tamamilə çətin bir prosesdir. 

Mən bilirəm ki, Türkiyədə bələdiyyə sistemi böyük tarixə malikdir 

və bu sahədə çox işlər görülür, bələdiyyələrin geniş  səlahiyyətləri 

vardır. 


Mən Türkiyənin daxili işləri ilə təxminən 1992-ci ildə tanış olarkən 

- mən  əvvəllər də Türkiyə barədə oxuyurdum, öyrənirdim, amma 

bunları bilavasitə  şəxsən görmürdüm - gördüm ki, bəli, orada 

bələdiyyələr çox gözəl qurulub, yaranıbdır və xalqın, vətəndaşların 

özlərinin idarə etdiyi bir orqandır, heç kimə tabe, heç kimdən asılı 

deyil. Onlar öz bölgəsində,  şəhərində, kəndində  bələdiyyə 

çərçivəsində çox böyük işlər görürlər. 

Mən dəfələrlə demişəm, biz bütün dünya təcrübəsindən istifadə 

etməliyik. Amma bizim üçün ən yaxın, doğma təcrübə Türkiyənin 

təcrübəsidir. Türkiyənin bələdiyyələrinin səviyyəsinə  gəlib çatmaq 

üçün   hələ çox vaxt lazımdır. Bu, bizim 

  

 



 


___________________________________________________407 

ilk addımımızdır. Siz doğru dediniz ki, bu, körpə bir addımdır. Biz bu 

addımı ataraq bir daha sübut edirik ki, bu yolla gedirik. 

Bu seçkilərdə hər şeyin istənilən kimi olmaması mümkündür. Mən 

çox məmnunam ki, sizin müşahidələrinizin hamısı müsbət xarakter 

daşıyır. Ancaq eyni zamanda, mən belə düşünürəm, ola bilər ki, hər 

şey istənilən kimi olmasın. Bu gün mənə bilgilər veriblər ki, bəzi 

yerlərdə, məsələn, bir rayonda icra hakimiyyəti başçısı bu işlərə 

müdaxilə edibdir. Mən bu məsələyə baxacağam, həmin icra 

hakimiyyəti başçısı haqqında bəlkə  də çox ciddi bir qərar qəbul 

edəcəyəm. Çünki bələdiyyə seçkisinə heç kim müdaxilə etməməlidir, 

qarışmamalıdır. İnsanlar, vətəndaşlar sərbəst, azad surətdə özləri gəlib 

istədikləri adama səs verməli, kimi istəsələr onu da seçməlidirlər. 

Ancaq bu, asan iş deyildir. 

Bizim Səbail rayonu Bakının mərkəzi rayonudur. Mən dünən ora 

getdim, həmin rayondan 17 adam seçilməlidir. Ancaq oradakı siyahıda 

82 namizədin adı vardı. Mən bunların çoxunu tanımıram, bilmirəm. 

Siyahıda 3-4 adam olanda tanıyıram, bilirəm ki, kimə  səs vermək 

lazımdır. Amma əgər bu, mənim üçün asan deyilsə, başqaları üçün 

daha da çətindir. Biz bu yolu keçirik. Çox sağ olun ki, siz də  gəlib 

müşahidə etdiniz və bizə yardım göstərdiniz. Buna görə mən sizə bir 

daha təşəkkür edirəm. 

Türkiyə-Azərbaycan münasibətlərinə  gəlincə isə - ölkəmiz dövlət 

müstəqilliyini  əldə edəndən sonra altı ildir ki, mən respublikamızın 

prezidentiyəm - bu əlaqələr çox sürətlə inkişaf edir. Bu sözlər ilk dəfə 

mənim dilimdən çıxıbdır ki, biz bir millət, iki dövlətik. Bu sözləri indi 

Türkiyədə  də, Azərbaycanda da deyirlər. Bu, həqiqətən də belədir. 

Ona görə də Türkiyə-Azərbaycan əlaqələri, dostluğu dünyada heç bir 

ölkənin  əlaqələrinə  bənzəmir, yəni beləsi yoxdur. Birincisi, bunlar 

səmimidir, ikincisi, bizim dərin milli köklərimizin, 

  

 

 




___________________________________________________408 

dilimizin, dinimizin, adət-ənənələrimizin üzərində qurulubdur. Ona 

görə də bunlar tarixi əhəmiyyətə malikdir. 

Hər şey insanlardan asılıdır - bunu daha yaxşı qurmaq da, pozmaq 

da olar. İnsanın  əqidəsindən, fikrindən, ağlından, daxili 

mənəviyyatından çox asılıdır. Allaha şükürlər olsun, indi Türkiyəyə 

də, Azərbaycana da başçılıq edənlər anlayırlar ki, bu iki dövlət bir-

birinə daha da yaxın, dost olmalıdır. 

Mən keçən ay - noyabr ayında üç dəfə Türkiyədə oldum. Ayın 

əvvəlində gedib zəlzələ baş vermiş yerlərdə oldum, Ankaraya getdim, 

Beynəlxalq Atatürk Sülh Mükafatını aldım. Sonra İstanbulda ATƏT-

in zirvə görüşündə iştirak etdim. Ayın 28-də isə İspartaya getdim, əziz 

dostum, qardaşım Süleyman Dəmirəllə orada bir sıra açılışlarda, 

tədbirlərdə  iştirak etdim. Bu, nəyi göstərir? Bu, bizim nə  qədər dost 

olduğumuzu göstərir. Türkiyə mənim üçün doğmadır. Mən Türkiyənin 

hansı şəhərinə gedirəmsə, özümü məmləkətimdəki, şəhərimdəki kimi 

hiss edirəm. Eləcə  də siz Azərbaycana gələndə özünüzü belə hiss 

edirsiniz. 

Xalqımız, millətimiz qürur hissi keçirir ki, Azərbaycan 

prezidentinə, cümhur başqanına bizim üçün ən  əziz, qiymətli olan 

Mustafa Kamal Atatürk adına Beynəlxalq Sülh Mükafatı verilibdir. 

Azərbaycanda, Türkiyədə  məlumdur ki, bu mükafat nadir adamlara 

verilir. Bu mükafatı indiyə  qədər 4 nəfər alıbdır, beşinci isə 

Azərbaycanın prezidentidir. Bu, sülh, barış, beynəlxalq mükafatdır. 

Bu, Mustafa Kamal Atatürkün yaratdığı mükafatdır. 

Bu mükafat mənə  təqdim edibrkən hörmətli dostum Süleyman 

Dəmirələ dedim ki, mən həyatımda çox mükafatlar almışam. Keçmiş 

Sovetlər  İttifaqının - fövqəldövlətin  ən yüksək dövlət nişanlarının 

hamısından almışam. Yəni mənim sinəm bu mükafatlarla dolu 

olubdur. O dövrdə mən başqa dövlətlərin də ordenini - siz ona nişan 

deyirsiniz - almışam. Amma mənim üçün onların hamısından  əziz 

Beynəlxalq Ata- 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə