___________________________________________________396
artıbdır, amma görürəm ki, boylarından çox, onların daxili
mənəviyyatı yüksəlibdir, onların istedadı daha da artıbdır.
Hər ata istəyir ki, onun övladı tez böyüsün, tez yekəlsin. Mənim bir
adətim vardı: uşaqlarım kiçik olanda onları divarın yanına gətirirdim,
xətt çəkirdim, iki aydan sonra bir də ora gətirirdim - xətt çəkirdim,
görüm ki, onlar nə qədər böyüyüblər. Bu, bəli, valideynə aid olan bir
xüsusiyyətdir. Amma təbiidir ki, bu, nə valideyndən, nə də uşaqdan
asılıdır. Bu, təbiətdən asılıdır. Ancaq insan istəyir ki, hər şey tez
yüksəlsin. Mən də həmişə arzu edirəm ki, bizim uşaqlar tez
yüksəlsinlər, o mənada ki, daha da çox bilik alsınlar, daha da çox
tərbiyələnsinlər, daha da çox vətənpərvər olsunlar.
Burada siz mahnılar təqdim etdiniz. Çox gözəl mahnılar idi. Ancaq
bu mahnıların hamısının bir ana xəttini mən hiss etdim: vətən, xalq,
millət, dövlət, torpaq - bu fikirlər mahnıların hamısından keçir. Bax,
məni bu, çox sevindirir. Əlbəttə ki, hər bir mahnı, hər bir musiqi
insanı zövqə gətirir, insanı sevindirir, insan istirahət edir. Ancaq
vətənpərvərlik ruhu ilə yaranmış sizin bu mahnılarınızın hamısı və
daxili pərvərlik ruhunda ifa etdiyiniz mahnılarınız, rəqsləriniz məni
daha da çox sevindirir. Çünki bizim ölkəmizin bu günü də, gələcəyi də
müstəqil Azərbaycandır.
Müstəqil Azərbaycan tarixinin ilk dövrünü yaşayır. Gələcək isə
həm böyükdür, həm də uzundur, yəni əbədidir, sona qədərdir, bu
gələcəyin sonu yoxdur. Ancaq qarşımızda duran məsafəni nə qədər tez
qət edə bilsək, bizim xalqımız dünya xalqları içərisində o qədər tez
yüksələcəkdir. Bu, bizim hamımızın borcudur. Biz bunu hamımız
etməliyik. Ancaq bunu təmin etmək üçün gərək bu prosesin ardıcıllığı
yaransın. Ardıcıllıq isə odur ki, məhz uşaqlar, gənclər, onların təhsili,
tərbiyəsi, onların istedadlarının meydana çıxarılması, istedadlarını
göstərmək üçün onlara imkanlar yaradılması - bunların hamısı hər bir
nəsli əvvəlki nəsildən yüksək edə bilər.
___________________________________________________397
Mən heç şübhə etmirəm ki, XXI əsrdə Azərbaycanda nəsillər nə
qədər dəyişəcəksə, Azərbaycan xalqının, Azərbaycan millətinin daxili
mənəviyyatı, insani keyfiyyətləri, istedadı da o qədər artacaqdır.
Xalqımız yüksək mədəniyyətə, yüksək elmə, yüksək biliyə və xoş,
firavan həyata malik xalq olacaqdır. Onun üçün sizin hər biriniz -
bugünkü kiçik istedadlar, amma çox zərif, insanı heyrətə gətirən,
insanı sevindirən o istedad nümunələri gələcəyin qönçələridir. Bu
qönçələr açılacaqdır, bu qönçələr gözəl görünəcəkdir və Azərbaycanı
gülzarlığa döndərəcəkdir.
Ancaq bizim uşaqlar tək musiqidə, mahnıda, rəqsdə istedadlı
deyildirlər. Son illər bizim uşaqların istedadları bir çox sahələrdə
aşkara çıxıbdır. Məktəblərimizdə ayrı-ayrı fənlər, elmlər sahəsində
çoxlu istedadlı uşaqlar özlərini göstəriblər. Dünyada keçirilən
beynəlxalq olimpiadalarda Azərbaycan məktəblərinin uşaqları ayrı-
ayrı fənlər üzrə çox yüksək adlar, medallar, fəxri fərmanlar alıblar.
Yəni Azərbaycan uşaqlarının istedadı çox geniş bir sahəni əhatə edir.
Yəni insan istedadının hər bir sahəsi Azərbaycanın uşaqlarında var.
Bizim borcumuz, bizim vəzifəmiz şərait yaratmaqdan ibarətdir ki,
hər bir gənc, hər bir uşaq istedadını inkişaf etdirə bilsin, ona imkan
yaransın. Biz bunu edirik. Amma deyə bilmərəm ki, hər bir şeyi təmin
edə bilirik.
Mənim istəyim, arzum bundan da çoxdur. Ancaq əminəm ki,
burada biz ilbəil yeni nailiyyətlər əldə edirik və əldə edəcəyik.
Bizim uşaqların bir hissəsi yerindən-yurdundan didərgin düşmüş,
köçkün vəziyyətində yaşayan ailələrin uşaqlarıdır, çadırlarda yaşayan
uşaqlardır. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində,
müəyyən səbəblərdən bir milyondan artıq azərbaycanlı yerindən-
yurdundan didərgin düşübdür, ağır vəziyyətdə, çadırlarda yaşayırlar.
Mən o çadırlarda olmuşam, insanların ağır şəraitdə yaşadığı müxtəlif
yerlərdə
___________________________________________________398
olmuşam, hamısını görmüşəm. Bilirsiniz, bu görüşlər ikitərəfli
təəssürat, hissiyyatlar doğurur. Bir tərəfdən insanlarımızın, xüsusən
uşaqlarımızın belə ağır, bəzən də dözülməz vəziyyətdə yaşaması bizi
incidir, sıxır. Məni bu həyatda ən çox sıxan budur.
İkinci tərəfdən də belə ağır bir şəraitdə uşaqlarda xoş əhval-
ruhiyyə, onlarda həqiqi uşaqlıq keyfiyyətləri, onların məktəbdə
oxumasını, təhsil almasını, yəni həqiqi uşaq kimi inkişaf etməsini
görəndə sevinirsən.
İnsan ümumiyyətlə, dözümlü bir məxluqdur. Bunu biz tarixdən
bilirik, hər yerdə olub, o cümlədən Azərbaycan xalqının tarixinin
müxtəlif mərhələlərində və yaşadığımız dövrdə də görürük və bilirik.
Ancaq yenə də deyirəm, çadırlarda ağır vəziyyətdə, yerindən-
yurdundan didərgin düşmüş ailələrdə yaşayan uşaqlar çox yüksək
qayğıya layiqdirlər. Onların içərisində istedadlıları da çoxdur. Sizin
kimi rəqs edənlər, yaxud da mahnı oxuyanlar və ya məktəbdə əla
qiymətlərlə oxuyan uşaqlar çoxdur.
Mən bir dəfə o çadırlara gedəndə gördüm ki, çadırın birinin
yanında çörək bişirirlər. Şəhərdə yaşayanlar bunu bəlkə də bilməzlər,
amma kənd yerlərində həmişə ya təndir qalayıb çörək bişirirlər, ya da
sacın üstündə çörək bişirirlər. Onu da sizə deyim ki, o çörək çox
ləzzətli olur. Kim ondan yeməyibsə çox şey itiribdir.
Dedim ki, nə edirsiniz? Bir oğlan idi, dedi ki, biz toy edirik. Gənc
bir oğlandı, 18-19 yaşı olardı. Dedim, bəs gəlin haradadır? Dedi ki,
gəlini Sabirabaddakı çadırdan oğlan gedib gətirmişdir. Yəni oğlan da
çadırda yaşayır - Biləsuvar rayonunda, qız isə Sabirabaddakı çadırda
yaşayır, oradan gedib gətirmişik. Yəni, insan hər bir şəraitdə yaşayır,
toyunu da, bayramını da edir. O çadırlarda övladlar da dünyaya gəlir,
uşaqlar da doğulur. Həyat davam edir. Həyatın davam etməsini,
Dostları ilə paylaş: |