___________________________________________________422
QEYDLƏR
1.Türkiyə Cümhuriyyəti - Qərbi Asiyada və Avropanın cənub-şərq kənarında
dövlət. Sahəsi 780,6 min km
2
, əhalisi 62,7 min. nəfərdir. İnzibati cəhətdən 67 ilə
(vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir. Dövlət başçısı prezident, Ali
qanunvericilik orqanı Türkiyə Böyük Millət Məclisidir. -5-14, 15-17, 31, 51, 72, 78,
81, 82, 86, 97, 114, 134-193, 198, 205, 206, 209-238, 240-272, 287,297,307, 308,355,
377-378,379,386,401- 411,415.
2.Beynəlxalq Atatürk Sülh Mükafatı -Türkiyə Cümhuriyyətinin banisi
Mustafa
Kamal Atatürkün «Yurdda sülh, cahanda sülh» prinsiplərinə uyğun olaraq regionda,
beynəlxalq aləmdə və ölkələrarası münasibətlərdə sülh, dostluq, anlaşma və xoş
məramlı əməkdaşlıq yaradılmasına xidmət edən görkəmli şəxsiyyətlərə verilir.
Mükafat 1986-cı il də təsis edilmişdır.-5-10, 12, 16, 17, 51, 64, 65, 130, 259, 261,
264, 408, 409.
3.Süleyman Dəmirəl (d.1924) - Türkiyənin görkəmli siyasi, ictimai və dövlət
xadimi. Yeddi dəfə hökumətə başçılıq etmiş, 1993-2000-ci illərdə Türkiyə
Respublikasının prezidenti olmuşdur. Süleyman Dəmirəlin siyasi fəaliyyətinin
mənasını Türkiyəni iqtisadi cəhətdən dinamik inkişaf edən, demokratik dəyərlərə
əsaslanan, Avropa ilə qovuşan bir dövlətə çevirmək əzmi təşkil etmişdir. Yeni türk
dövlətləri ilə münasibətlərin, xüsusilə Azərbaycanla əlaqələrin genişlənməsi və
möhkəmlənməsi Süleyman Dəmirəlin diqqət mərkəzində olmuşdur. Süleyman
Dəmirəl: «Türkiyə həmişə Azərbaycanın yanındadır, Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkədir, onun inkişaf etməsi üçün əlindən gələn hər bir yardımı
göstərmişdir və göstərməkdə də davam edəcəkdir» kəlamına əbədi sadiq dövlət
xadimidir.
Ş.Dəmirəl Türkiyə-Azərbaycan, xalqlarımız və dövlətlərimiz arasında sarsılmaz
dostluq münasibətlərinə xüsusi diqqət göstərdiyinə görə Azərbaycan Respublikasının
«İstiqlal» ordeni ilə təltif edilmişdir.- 6, 8, 10-14, 78, 114, 142, 143, 148, 159-160,
191, 198, 213, 230, 240-272, 297, 377-378, 386, 403, 408, 409, 410.
4. Bülənd Ecevit (1925-2006) - Türkiyənin siyasi və dövlət xadimi. 1974, 1978-
79 və 1997 - 2003-cü illərdə Türkiyə Respublikasının Baş
___________________________________________________423
naziri olmuşdur. 1972-80-ci illərdə Respublika Xalq Partiyasının, 1978 - 88-ci illərdə
Türkiyə Demokrat Sol Partiyasının Baş katibi idi. - 8 -9, 17, 379, 386,405.
5. İzmit, İzmid, Qocaeli- Türkiyənin şimal-qərbində şəhər.Qocaeli ilinin inzibati
mərkəzi. Mərmərə dənizi sahilində port. İzmit yaxınlığında Türkiyənin əsas hərbi
dəniz bazası yerləşir. - 8,15,260.
6. Bakı-Ceyhan - 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə,Gürcüstan,
Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri Bakı-Tbilisi-
Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsini» imzalamışlar. Uzunluğu
1695 km olan Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilmişdir. - 9,
14, 51, 81, 82, 106, 135, 136, 148, 149, 150, 151, 55, 159, 160, 161, 166, 177, 178,
179, 180, 190, 200, 206, 210, 211, 213, 214, 216, 222, 223, 224, 226, 228, 237, 251,
264, 294, 300, 307, 315, 316, 331, 335, 415.
7. Dağlıq Qarabağ Muxtar Vilayəti - Azərbaycan Respublikası ərazisində
muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə
qədər 170 min əhali yaşayırdı. Ərazisi 4 min km
2
-dir. Mərkəzi Xankəndidir.
1988-ci ildə Qarabağ separatçıları və millətçiləri Ermənistan silahlı qüvvələri ilə
birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq
Qarabağı işğal etdilər. BMT-nin 822,853, 874,884 qətnamələrinə görə erməni
işğalçıları Azərbaycan torpaqlarını qeyri-şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan
torpaqları hələ də erməni tapdağı altındadır. - 9, 37, 38, 58, 59, 71, 75, 77, 88, 92, 93,
94, 95, 96, 101, 102, 104, 117, 129, 139, 144, 154, 155, 156-158, 160, 162, 164, 165,
166, 169, 176, 189, 192, 229, 231, 232, 234, 236, 252, 276, 279, 296, 324, 346, 387,
416.
8. ATƏT-in İstanbul sammiti - 1999-cu il noyabrın 18-20-də Türkiyənin
İstanbul şəhərində ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının
iştirakı ilə keçirildi. Bu ATƏT-in son toplantısı idi. İstanbul sammitində 3 sənəd qəbul
olundu. Birincisi - İstanbul xartiyası - dünyada sülhün və təhlükəsizliyin təmin
olunması, ölkələrin ərazi bütövlüyünün qorunması, baş vermiş münaqişələrin sülh
yolu ilə həll olunması və s. İkinci sənəd Avropada adi silahlar haqqında idi. Üçüncü
sənəd isə siyasi bəyannamə idi. - 10, 17, 58, 127, 128, 133, 134-193, 204, 205, 209-
238, 243, 251, 252, 261, 266, 281, 296, 297, 330, 348, 355, 416,417.
___________________________________________________424
9. Gülhanə Hərbi Tibb Akademiyası - Türkiyədə məşhur tibb
ocaqlarından biri. 1898-ci ildən fəaliyyət göstərir. Akademiya ən müasir tibb
avadanlığı ilə təmin edilmişdir. Burada həm müalicə edilir, həm də elmi tədqiqatlar
aparılır. -13,16.
10. İlham Əliyev, İlham Heydər oğlu (d. 1961) - görkəmli ictimai-siyasi və
dövlət xadimi, diplomat. 2003-cü ildən Azərbaycan Respublikasının prezidenti.
Prezident Heydər Əliyevin oğludur. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti,1997-ci ildən birinci vitse-prezidenti. Azərbaycan
Respublikasının neft strategiyasının hazırlanmasında və həyata keçirilməsində mühüm
xidmətləri vardır.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və dövlət
xadimi kimi İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanmış, bir
neçə ölkənin yüksək mükafatlarına layiq görülmüşdür.
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar əldə etməsində də
AMOK-un prezidenti kimi İlham Əliyevin böyük xidmətləri var. Onun şəxsi
təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə və respublikanın digər
rayonlarında dünya standartlarına cavab verən olimpiya idman-sağlamlıq
kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza yaradılmışdır.
İlham Əliyevin doğma Azərbaycanımızın inkişafında böyük xidmətləri var. Onun
dövründə ölkə iqtisadiyyatı, qeyri neft sektoru sürətlə inkişaf etmiş, eyni zamanda
ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır.
İlham Əliyev tərəfindən irəli sürülmüş «Regionların inkişafı haqqında dövlət
proqramına» əsasən respublikanın şəhər və rayonlarında onlarla sənaye müəssisəsi
açılmış, yüz minlərlə iş yerləri yaradılmış və geniş abadlıq işləri görülür. Məhz bunun
nəticəsidir ki, Gəncədə maşınqayırma zavodu, Sumqayıtda alüminium zavodu
yenidən təmir edilib istifadəyə verilmiş, minlərlə yeni iş yeri açılmış və insanlar işlə
təmin edilmişlər.
Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət quruculuğunda,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsində uğurlu
xidmətlər göstərən İlham Əliyev Yeni Azərbaycan Partiyasının I qurultayında partiya
sədrinin müavini, II qurultayında sədrin birinci müavini seçilmişdir. 2005-ci ilin
martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci ildən Azərbaycan
Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı, Avropa Şurası Parlament
Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı
olmuşdur. Azərbaycan haqqında, xüsusilə Ermənistanın ölkəmizə