Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə131/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   127   128   129   130   131   132   133   134   ...   139

___________________________________________________446 

 

kommunikasiya xətlərinin blokadası aradan götürülməlidir.  İkinci mərhələdə isə 



Dağlıq Qarabağın hüquqi statusu Lissabon prinsipləri əsasında müəyyən edilməlidir. - 

145, 230. 

 

130. Avropa Birliyi (AB) - 1951-57-ci illərdə yaranmış üç Qərbi Avropa 

inteqrasiya təşkilatının ümumi adı (Avropa İqtisadi Birliyi - AİB, Avropa Kömür və 

Polad Birliyi - AKPB, Avropada Atom Energetika Birliyi - (AAEB). AB ümumi 

prinsiplərin müəyyən edilməsindən birgə  fəaliyyətə  qədər bir neçə  mərhələ (Avropa 

İnvestisiya Bankının, Avropa Regional İnkişaf Fondunun - vahid valyutaya keçməsi - 

AVRO-ya) keçmişdir. Mühüm mərhələ Vahid Avropa Aktının (1986-1987-ci ildən 

qüvvəyə minmişdir) qəbul edilməsi olmuşdur. 1967-ci ildə  rəhbər orqanların 

birləşməsindən sonra - AİB, AKPB və AAEB - Avropa Birliyi - 1993-cü ildə isə 

Avropa Şurası yarandı. - 145, 164-166, 191, 197, 229,  299, 306, 310, 327, 377, 379, 

386. 


 

131.Şevardnadze Eduard Amvrosiyeviç (d. 1928) - Gürcüstanın və SSRİ-nin 

siyasi və dövlət xadimi. 1972-85-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-

90-cı illərdə SSRİ xarici işlər naziri, 1994-2003-cü illərdə Gürcüstanın prezidenti 

olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 148, 

150-151, 225. 

 

132. Nursultan Nazarbayev, Nursultan   Abiş      oğlu (d. 1940) - Qazaxıstanın 

dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan MK-nın katibi, 1984-cü ildə 

Qazaxıstan Ali Sovetinin sədri, Nazirlər Sovetinin sədri, 1989-91 ci illərdə Qazaxıstan 

KP MK-nın Birinci katibi. 1991-ci ilin dekabrından Qazaxıstan Respublikasının 

prezidentidir. - 149, 178, 192. 

 

133. Ehud Barak (d.1942) - İsrail hərbi və dövlət xadimi. 1991-95-ci illərdə 

İsrail Baş  ştabında rəis,  1999-2001-ci illərdə  İsrailin Baş naziri olmuşdur. Azod 

partiyasının lideridir. - 152-153, 330. 

 

134. Amerika Konqresi, Amerika Birləşmiş Ştatları Konqresi - ali qanunverici 

hakimiyyət orqanı. İki palatadan - Senatdan və Nümayəndələr palatasından ibarətdir. 

Senatın 100 nəfər üzvü var. Ölkənin hər  ştatından Senata iki senator seçilir. 

Nümayəndələr palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər seçki dairəsində 

yaşayan əhalinin sayına görə seçilir. Qanun layihələri 

  



___________________________________________________447 

 

hər iki palatada müzakirə olunur. Konqres tərəfindən qəbul olunan qanunları ABŞ 



prezidenti təsdiq edir. - 153,163, 235, 236, 334. 

 

135. 907-ci düzəliş bax - 907-ci maddə. 

 

136. «907-ci maddə» - ABŞ Konqresinin 1992-ci il oktyabrın 24-də erməni 

lobbisinin təzyiqi ilə qəbul etdiyi «Rusiyanın və yeni müstəqillik qazanmış dövlətlərin 

azadlığını müdafıə aktı»na 907-ci düzəliş nəzərdə tutulur. Düzəliş ABŞ hökumətinin 

Azərbaycan hökumətinə yardımını qadağan edir. Buna baxmayaraq istər Bill Klinton, 

istərsə də ondan sonra ABŞ prezidenti seçilən Corc Buş administrasiyası bu düzəlişin 

reallığı nəzərə almadığını təsdiq edərək onun ləğv edilməsi təklifini müdafiə etmişlər. 

C.Buş hökuməti 2002-ci ildə bu düzəlişin fəaliyyətdən düşdüyünü qərara almışdır. - 

153, 163, 235, 332, 334, 335, 336. 

 

137. Romano Prodi (d.1939) - İtaliyanın siyasi və dövlət xadimi, hüquqşünas 

Romano Prodi müxtəlif illərdə yüksək dövlət vəzifələrində  işləmiş  və Baş nazir 

olmuşdur. 1996-cı ildən Prodinin təmsil olunduğu «Zeytun ağacı» partiyası 2006-cı 

ildə seçkilərdə qalilə gəlir və Prodi yenidən Baş nazir seçilir. - 164-166, 191, 198. 

 

138.  İpək Yolu, Böyük   İpək   yolu- beynəlxalq tarixi tranzit-ticarət yolu; 

eramızdan  əvvəl II əsrin sonlarından eramızın XVI əsrinədək fəaliyyət göstərmiş, 

Çindən  Şimali Afrika və  İspaniyaya qədər uzanaraq, ayrı-ayrı qolları ilə o zaman 

dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini birləşdirmişdir. 

Əlverişli coğrafi mövqedə yerləşməsi və  zəngin maddi sərvətlərə malik olması 

sayəsində Azərbaycan qədim zamanlardan dünya ölkələri arasında iqtisadi və mədəni 

əlaqələrdə mühüm yer tutmuşdur. 

XX  əsrin sonunda Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin 

Böyük  İpək yolunun yenidən dirçəldilməsi ideyasını irəli sürməsi bütün dünyada, 

xüsusilə də Böyük İpək yolu üstündə yerləşən ölkələrdə ciddi maraqla qarşılandı. Bu 

məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin iştirakı 

ilə beynəlxalq konfrans keçirildi; TRASEKA proqramı  çərçivəsində  nəzərdə tutulan 

Asiya-Qafqaz-Avropa ticarət dəhlizinin - Böyük İpək yolunun bərpasının və onun 

imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. -164, 165, 227, 235, 

236, 299, 301, 303, 313, 323. 

  



___________________________________________________448 

 

139. TRASEKA,   Transxəzər nəqliyyat dəhlizi - Avropanı Asiya ilə birləşdirən 

yol. Bu nəqliyyat dəhlizini Şərqlə Qərbi birləşdirən orta materik xətti də adlandırmaq 

olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı, bütünlükdə Qafqazı Avropa ilə 

birləşdirir. - 164, 299, 300, 301, 303, 305, 306, 313, 315, 323. 

 

140. TASİS  - 1991-ci ildə Avropa Şurası  tərəfindən MDB dövlətlərinə texniki 

cəhətdən kömək etmək üçün yaradılan proqram. Proqram 2 hissədən - hər bir ölkəyə, 

o cümlədən Azərbaycana; region ölkələrinə texniki köməkdən ibarətdir. Azərbaycan 

Respublikası TASİS proqramına 1992-ci ildə daxil olmuşdur. - 164. 

 

141. «Eni-Acip» - İtaliyanın iri neft şirkətlərindən biri. Neftin kəşfiyyatı, 

çıxarılması və emalı ilə məşğul olur. - 165. 

 

142. Almaniya, Almaniya   Federativ   Respublikası-Mərkəzi Avropada dövlət. 

Sahəsi 357 min km

2

,  əhalisi 81,9 milyon nəfərdir. AFP tərkibində 16 ərazisi olan 



federasiyadır. Dövlət başçısı prezident, hökumət başçısı isə federal kanslerdir. Ali 

qanunverici hakimiyyət orqanı - parlamentdən - Bundestaq və Bundersatdan ibarətdir. 

Paytaxtı Berlin şəhəridir. - 167-169, 171, 191, 198, 230, 380. 

 

143. Çerhard Şröder (d.1944) - Almaniyanın ictimai və siyasi xadimi. 1980-cı 

ildən Almaniya Bundestaqının üzvü,  1990-98-ci illərdə Aşağı Saksoniya vilayətinin 

nazir- prezidenti, 2000-06-cı illərdə Almaniyanın federal kansleri olmuşdur. - 167-

169, 171,180, 191, 198, 200, 230, 380. 

 

144.  İkinci dünya müharibəsi (1939-45) - Almaniya, İtaliya və Yaponiya 

tərəfindən başlanmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 

1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. 

Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə lan etdi. 1940-

cı ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Beçika, Niderland, 

Lüksemburq, sonra isə Fransanı işğal etdi. 

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi. 1942-43-cü 

illərdə Sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyanı qəti 

surətdə sarsıtdı. 

1945-ci il mayın 2-də Sovet ordusu Berlini aldı. Mayın 8-də Karls-xorstda (Berlin 

yaxınlığında) Almaniyanın danışıqsız təslim olması haqqında akt imzalandı. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə