Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə134/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   131   132   133   134   135   136   137   138   139

___________________________________________________455 

 

182. Avropa Şurası (AŞ) - Avropada hökumətlərarası  təşkilat. 1949-cu ildə 

yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi 

Avropada sülhü və  təhlükəsizliyi qorumaq, seçki sistemində çoxpartiyalılığa riayət 

etmək, demokratiyanı  və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək, 

Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın 

ali orqanları Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Sahə Nazirliklərinin 

Müşavirəsi və Katiblikdir. Azərbaycan 2001-ci ildən AŞ-nın üzvüdür. - 301, 310, 

340-359, 362, 363, 365, 367, 385, 386. 

 

183. Burqas - Bolqarıstanda  şəhər və liman. Qara dəniz sahilində inzidabi 

mərkəzdir. -305, 318  

 

184. Varna - Bolqarıstanda Qara dəniz sahilində şəhər və liman. –305 

 

185. «Sülh naminə tərəfdaşlıq» proqramı - NATO ilə Şərqi Avropa və keçmiş 

SSRİ ölkələri arasında siyasi və  hərbi sahələrdə  əməkdaşlıq sənədi, 1994-cü il 

yanvarın 10-11-də NATO Şurasının dövlət və hökumət başçıları  səviyyəsində 

Brüsseldə keçirilən görüşdə ABŞ tərəfindən təklif edilmişdir. Azərbaycan Prezidenti 

Heydər  Əliyev 1994-cü il mayın 4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında 

Azərbaycanın «Sülh naminə  tərəfdaşlıq» proqramına qoşulması haqqında sənədi 

imzalamışdır. 1996-cı ilin aprelində Heydər  Əliyev NATO-nun Brüsseldəki mənzil-

qərargahında NATO-nun Baş katibi Xavyer Solana ilə görüşündə Azərbaycan 

Respublikasının təqdimat sənədini ona vermişdir. Həmin sənəd  əsasında 

Azərbaycanın NATO ilə tərəfdaşlığının fərdi proqramı hazırlanmışdır. - 316, 322.  

 

186. Topçubaşov Mustafa bəy (1895-1981) - cərrah, ictimai və dövlət xadimi. 

Azərbaycan EA-nın və SSRİ Tibb EA-nın akademiki, Sosialist Əməyi Qəhrəmanı, 

SSRİ Dövlət mükafatı laureatı. Tədqiqatı,  əsasən, qarında, başda, döş  qəfəsində, 

aparılan cərrahi problemlərə, öddaşı  xəstəliyinin  müalicəsinə,  periferik  iflic 

xəstəliyinə    həsr  olunmuşdur. Orijinal diaqnostika  və  cərrahi üsul təklif etmişdir.  

Dünyada geniş istifadə olunan analdeziya üsulunu ilk dəfə Topçubaşov kəşf etmişdir. 

-321. 

 

187. Botev Xristo (1848-1876) - bolqar şairi, publisist. Bolqar ədəbi tənqidinin 



əsasını qoyanlardan biri. - 321. 

  



___________________________________________________456 

 

188. Stanev Yemilian (1907-1979) - bolqar yazıçısı. Onun ən məşhur romanı 

«İvan Kondayev» 1923-cü il sentyabr antifaşist üsyanı dövründə bolqar xalqının həyat 

və mübarizəsindən bəhs edir. - 321. 

 

189. Nizami Gəncəvi,  İlyas  Yusif oğ1u (1 141-1209) – dahı Azərbaycan şairi 

və mütəfəkkiri.  Dünya ədəbiyyatı tarixinə  məsnəvi formasında yazdığı beş epik 

poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil olmuşdur. Nizami Gəncəvinin ilkin 

Şərq Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri 

ictimai-siyasi, social və mənəvi-axlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami 

Gəncəvi Yaxm Şərq  ədəbiyyatında mənzum roman janrının  əsasını qoymuş, yeni 

ədəbi məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri 

olmuşdur. Onun bütün əsərlərində  şəxsiyyət azadlığı, insanın mənəvi azadlığı 

tərənnüm olunur. - 321. 

 

190. Nəsimi, əsl adı  S e y i d  Ə l i (1369-1417) - böyük Azərbaycan şairi və 

mütəfəkkiri.  İmadəddin Nəsimi adı ilə  də  məşhurdur.  Əsərlərini Azərbaycan,  ərəb, 

fars dillərində yazmışdır.  Hürufıliyi yaydığı üçün Hələbdə  həbs olunmuş, «kafir», 

«dinsiz» elan edibrək ruhanilərin fitvası ilə vəhşicəsinə edam edilmişdir. - 321. 

 

191. Vaqif, Molla Pənah Vaqif (1717-1797) - görkəmli Azərbaycan şairi, dövlət 

xadimi. Vaqif qəzəl, müxəmməs, müstəzad və s. formalarda şerlər yazmışdır. 

Gözəllərin vəsfi Vaqif lirikasının  əsas qayəsidir. Vaqif şerindəki realizmə meyl 

Azərbaycan poeziyasının inkişafına güclü təsir göstərmişdir. Qarabağ hakimi İbrahim 

xanın (1769-cu il) baş vəziri olmuşdur. - 321.  

 

192. Səməd Vurğun,  Səməd   Yusif  oğlu   Vəkilov (1906- 1956) - böyük 

Azərbaycan şairi, ictimai xadim. Azərbaycanın xalq şairi. Vurğunun yaradıcılığı XX 

əsr Azərbaycan  şerinin inkişafında mühüm rol oynamışdır. S.Vurğun Azərbaycan 

Yazıçılar İttifaqının məsul katibi, sədri, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə 

Cəmiyyətinin sədri, Azərbaycan MEA-nın vitse prezidenti olmuşdur, iki dəfə SSRİ 

Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. - 321. 

 

193. Süleyman Rüstəm, Süleyman   Əliabbas   oğlu    Rüstəmzadə       (1906-

1989) - görkəmli Azərbaycan  şairi, dramaturq, ictimai xadim.  Sosialist Əməyi 

Qəhrəmanı, Azərbaycanın xalq şairi

  



___________________________________________________457 

SSRİ  və Azərbaycan Dövlət mükafatları laureatı. Müharibə dövrü (1941-1945) 

yaradıcılığında Cənubi Azərbaycanda xalqın həyat və milli azadlıq uğrunda 

mübarizasinə həsr olunmuş əsərlər xüsusi yer tutur. -321. 

 

194. Nəbi Xəzri, Nəbi Ələkbəroğlu Babayev (d.1924-2007) - Azərbaycanın xalq 

şairi, dramaturq, ictimai xadim . Əsərlərində müasirlərimizin zəngin mənəvi aləmi, 

təəssübkeşlik, doğma Vətən təbiətinin gözəllikləri tərənnüm edilir. Azərbaycan və 

SSRİ Dövlət mükafatları laureatıdır.   Azərbaycan  Yazıçılar  Birliyinin  katibi,  

Azərbaycan  Ali Sovetinin   deputatı olmuşdur.        «Azərbaycan   Dünyası»    

Beynəlxalq  Əlaqələr Mərkəzinin prezidenti. Azərbaycan Respublikasının «Şöhrət» 

ordeni ilə təltif olunmuşdur. - 321 

 

195.  Əliağa Kürçaylı, Əliağa   Həsənağa   oğ1u (1928-1980) - şair. Azərbaycan 

Dövlət mükafatı laureatı. «Durnalar cənuba uçur», «Həyatın dolayları», «Dünya 

ovcumdadır», «Bütövlük» şer və poema kitablarının, «Nənəmin  şahlıq quşu», 

«Boşanaq evlənək» müsiqili komediya librettolarının müəllifidir. - 321. 

 

196.  Dünya  Bankı  -  BMT-nin  hökumətlərarası  ixtisaslaşdırılmış idarəsi. 

1945-ci ildə ABŞ-da Bretton-Vuds çərçivəsi sistemində yaradılmışdır.  İdarə heyəti 

Vaşinqtondadır.  Məqsədi  inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişinə 

kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq 

Valyuta Fondunun üzvləridir. Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən 

Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. - 327. 

 

197. Tailand, Tailand   Krallığı - Cənub-Şərqi Asiyada dövlət. Sazəsi 514 min 

km

2

, əhalisi 60 milyon nəfərdik. Dövdət başçısı kraldır. Qanunverici orqanı ikipalatalı 



Milli Assambleyadır.  İnzibati cəhətdən 73 çanqvata (əyalətə) bölünür. Paytaxtı 

Banqkok şəhəridir. - 329. 

 

198. «Xolokost» (yəhudilərin   İkinci   dünya   müharibəsində   kütləvi surətdə 

soyqırımı) - xatirə muzeyi. 1963-cü ildə Vaşinqtonda yaradılmışdır. Muzeyin məqsədi 

İkinci dünya müharibəsi illərində və əvvəllər yəhudi xalqına qarşı soyqırımın tarixini 

sənədləşdirmək, öyrənmək və informasiya yaymaqdır. Muzeyin divarındakı saxsı 

lövhədə soyqırıma məruz qalmış milyon yarım yəhudi uşağının xatirəsi anılır. - 335. 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə