Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə135/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   131   132   133   134   135   136   137   138   139

___________________________________________________458 

199. Avropa Şurasının Parlament Assambleyası (Avroparlament) - 2004- cü 

ildə  təşkil olunmuşdur. Avroparlamentin işində 25 Avropa ölkəsinin 732 deputatı 

fəaliyyət göstərir. - 340-359, 367. 

 

200. Azərbaycan Dövlət Opera və Balet Teatrı - Respublikanın  ən böyük 

musiqi teatrı. Azərbaycan XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət 

Teatrı  tərkibində opera truppası kimi yaradılmışdı. 1924-cü ildə opera truppası bu 

teatrdan ayrılaraq müstəqil opera və balet teatrına çevrilmişdir. 1928-ci ildə teatra 

M.F.Axundovun adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet Teatrı 

adlanır. - 343. 

 

201. Dardanel - Türkiyədə Avropa ilə Asiya arasında boğaz. Egey və Mərmərə 

dənizlərini birləşdirir. Uzunluğu 120 km, eni 1,3-2,7 km, dərinliyi 29-153 metrdir. 

Dardanelin böyük strateji və ticarət  əhəmiyyəti var. Portları Asiya sahillərində 

Çanaqqala Avropa sahillərində Çeliboludur. - 345. 

 

200. Çenevrə   kantonu      -      İsveçrənin   ən   böyük   inzibati   -   ərazi 

bölgələrindən biridir. - 355. 

 

201. Beynəlxalq Qızıl Xaç Cəmiyyəti - Qızıl Xaç Liqasını, Beynəlxalq qızıl  

Xaç Cəmiyyətini  də    Qızıl  Xaç  Liqasının  ictimai  təşkilatlarını birləşdirən 

beynəlxalq ictimai təşkilat. 1863-cü ildə  əsası qoyulan bu təşkilat  İsveçrə 

vətəndaşlarının hərbi münaqişələrdə zərər çəkənlərə yardım etməkdir. - 358. 

 

202. Burkina Faso - (1984-cu ilə  qədər Yuxarı Volta Respublikası) - Qərbi 

Avrikada dövlət.  Sahəsi 274,4 min km2, əhalisi  10,6 milyon nəfərdir. Dövlət başçısı 

prezident, qanunverici orqanı Xalq deputatları Assambleyasıdır. Paytaxtı - Uaqaduqu 

şəhəridir. - 368. 

 

203. Yeni Azərbaycan Partiyası (YAP) - Azərbaycanda  ən kütləvi-siyasi 

partiya. YAP 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edililb. 81 rayon və 

5 minə yaxm ilk partiya təşkilatında birləşən 180 min üzvü var. Partiyada Gənclər 

Birliyi və Qadın  Şurası  fəaliyyət göstərir. Parlamentdə 73 deputatla təmsil olunur. 

YAP Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində

ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi 

islahatların həyata keçirilməsində  fəal iştirak edir. YAP ölkəmizin ictimai-siyasi 

həyatmda apancı qüvvədir. YAP-ın təsis konfransında (1992) mərhum prezidentimiz 

Heydər  Əliyev yekdilliklə partiyanın sədri seçilmişdi. 2005-ci il mart ayından isə 

YAP-ın sədri prezident İlham Əliyevdir. - 387, 388. 

  



___________________________________________________459 

204. Stalin,  İosif   Vissarionoviç (1879-1953) - 1922-53-cü illərdə SSRİ-nin 

partiya və dövlət rəhbəri. Sosializm quruculuğuna dair Lenin planını, SSRİ-nin Böyük 

vətən müharibəsində (1941-45) müdafiə qabiliyyətinin möhkəmləndirilməsində və s. 

rəhbər kimi iştirak etmişdir. Fəaliyyətində nəzəri və siyasi səhvlərin çoxluğu, kobud 

qanun pozuntuları, bəzi mənfi xüsusiyyətləri Stalinin şəxsiyyətinə  pərəstişin 

yaranması ilə  nəticələndi. 30-cu illərdə baş verən və milyonlarla insanın 

repressiyasına səbəb olan qanlı cinayətlər məhz onun səhvlərinin nəticəsidir. Təkcə 

1937-ci ildə Azərbaycanda «xalq düşməni» kimi 29 min nəfər güllələnmiş  və ya 

sürgün edilmişdi. - 392. 

 

205. Nobel qardaşları - İsveç ixtiraçıları  və  sənayeçiləri. Silah istehsalı  və  ağ 

neft ticarəti ilə  məşğul olmuşlar. Robert Nobel XIX əsrin 70-ci illərində Bakıya 

gəlmiş və neft işi ilə maraqlanmışdı. O, sonralar qardaşı Lüdviqi də bu işə cəlb etmiş 

və onlar 1879-cu ildə «Nobel qardaşları» şirkətini təsis etmişlər. Şirkətin demək olar 

bütün kapitalı, habelə illər boyu götürdüyü yüz milyon manatlarla izafı mənfəət Bakı 

neftinin hesabına qazanılmışdı. Tərkibinə əsas kapitalı 130 milyon manatdan çox olan 

25 müxtəlif müəssisə daxil idi. 

Nobel qardaşları inhisarlarının Bakıda fəaliyyəti Azərbaycan iqtisa-diyyatının 

inkişafına səbəb oldu. Onların açdığı müəssisələrdə minlərlə azərbaycanlı işləmiş və 

onlar öz işlərinin gözəl mütəxəssisi olmuşlar. Onların sifarişi ilə  İsveçdə tikibn və 

Xəzərə  gətirilən «Zoroastr» gəmisi dünyada ilk neftdaşıyan tanker idi. Beynəlxalq 

Nobel mükafatları Alfred Nobelin vəsiyyətinə  əsasən Nobel fondu tərəfindən təsis 

edilmişdir. Bu mükafat hər il məşhur alimlərə (etdikləri ixtiralara və gördükləri 

işlərə), ictimai və siyasi xadimlərə, yazıçı və şairlərə verilir. - 392. 

 

206. Xruşşov Nikita Sergeyeviç (1894-1971) - SSRİ-nin partiya və dövlət 

xadimi. 1953-1964-cü illərdə Sov.İKP MK-nın birinci katibi, 1958-1964-cü illərdə 

həmçinin SSRİ Nazirlər Sovetinin sədri olmuşdur. -393. 

 

207. YUNİSEF, BMT-nin Uşaq Fondu- 1946-cı ildə  təsis edilmişdir (1953-cü 

ildən indiki adı ilə adlanır). BMT-nin müəssisəsi olub uşaqlar üçün proqramlar üzrə 

fəaliyyəti əlaqələndirir, başlıca olaraq inkişaf etməkdə olan ölkələrə yardım göstərir. 

Maliyyə  təsisatlarının mənbələrini hökumtlərin könüllü üzvlük haqları, ictimai 

təşkilatların, xüsusi şəxslərin və başqalarının ianələri təşkil edir. Fondun rəhbər 

orqanında - İdarə heyətində 41 dövlət təmsil olunur. Katibliyi Nyu-Yorkda, 

  



___________________________________________________460 

şöbələri Avropa üzrə Cenevrədə, regionlar üzrə bir sıra inkişaf etməkdə olan ölkələrdə 

yerləşir. Nobel sülh mükafatı laureatıdır. - 394-400. 

 

208. Həsrət körpüsü,  Ümid        körpüsü,  -  Araz  çayı üzərində körpü (uz. 286 

metr). Türkiyə ilə Azərbaycan arasında sərhəddə (Türkiyənin Dilucu və Azərbaycanın 

Sədərək bölgəsi) iki qardaş dövlət və ölkəni birləşdirir. 90-cı illərin  əvvəllərində 

Naxçıvan MR-nin keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə  nəqliyyat blokadasının 

ləğvində körpünün müstəsna rolu olmuşdur. - 403, 409. 

 

209.  Şimali Osetiya (Alaniya) - Rusiya Federasiyası  tərkibində respublika. 

Sahəsi 8 min km

2

,  əhalisi 663,2 min nəfərdir. Paytaxtı Vladiqafqaz şəhəridir. - 414, 



419, 420. 

 

210.  İnquşetiya,  İnquşetiya    Respublikası- Rusiya Federasiyası  tərkibində 

respublika. Sahəsi 19,3 min km

2

,  əhalisi 313,3 min nəfərdir. Paytaxtı Nazran 



şəhəridir. - 414, 419, 420. 

 

211. «Statoyl» - Norveçin «Statoyl» şirkəti 1972-ci ildən fəaliyyət göstərir. 

Şirkət  Şimal dənizinin Norveç sektorunda ən iri neft-qaz istehsalçısıdır. Hazırda 

dünyanın 19 ölkəsində neftin kəşfiyyatı, çıxarılması və emalı ilə məşğul olur. Şirkət 

1994-cü ildən Azərbaycan neft layihələrində fəal iştirak edir. - 415, 416, 419. 

  

 



 


Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə