Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə132/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   128   129   130   131   132   133   134   135   ...   139

___________________________________________________449 

 

Yaponiyanın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. 



Bununla İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 72 ölkə iştirak 

etmişdir. Müharibədə  iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam 

çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə  şəhər, qəsəbə  və 

kənd dağılmışdı. - 167, 308, 320. 



 

145. Atəşkəs rejimi - 1994-cü il mayın 12-də Moskvada Ermənistan-Azərbaycan 

arasında atəşin müvəqqəti dayandırılması (atəşkəs) haqqında müqavilə imzalandı. 

Müqaviləyə görə müharibə aparan tərəflər sülh müqaviləsi bağlanana qədər atəşin 

dayandırılması haqqında razılığa gəldilər. - 168, 263. 

 

146. Maqne Bondevik - (d.1947) - 1997-2000-ci və 2001-2005-ci illərdə, 

Norveçin Baş naziri olmuşdur. Hazırda Norveçdə «Sülh və insan hüquqlan» 

mərkəzinin prezidentidir. - 171. 

 

147. Paris xartiyası - Parisdə 1990-ci il noyabrın 21-də ATƏT-in üzvü olan 

ölkələrin dövlət və hökumət başçıları imzalamışdır. Burada ilk dəfə olaraq «soyuq 

müharibə»nin nəticələrini yekunlaşdıran və yeni eranın başlandığını bildirən 

çoxtərəfli sənədlər imzalanmışdır. - 173, 183, 184, 204. 

 

148.Bosniya-Hersoqovina hadisələri - 1945-92-ci illərdə Yuqoslaviya Sosialist 

Federativ Respublikası  tərkibində olmuşdur. Yuqoslaviyanın tərkibindən çıxdıqdan 

sonra  əhali arasında (müsəlman, serb və xorvat) milli- dini zəmində qarşıdurma 

yarandı  və qanlı  hərbi konfrantasiyaya səbəb oldu. 1993-cü ildə Deytonda (ABŞ) 

ümumi sülh haqqında  şaziş imzalandı. 1995-ci ildə qüvvəyə minən konstitusiyaya 

görə ölkədə, Birləşmiş Bosniya - Hersoqovinadan ibarət federativ respublika yarandı. 

-174. 


 

149. «Yunokal» - neft şirkəti. 1980-ci ildə ABŞ-m Santa-Paula şəhərində 

«Kaliforniya neft şirkəti» adı ilə yaradılmışdır. «Yunokal» Azərbaycanda fəaliyyət 

göstərən ilk beynəlxalq neft şirkətlərindəndir. - 178. 

 

150. Laçın - Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə  təşkil 

edilmişdir. Sahəsi 1835 km

2

,  əhalisi 51 min nəfərdir. 1992-ci ildə erməni işğalçıları 



tərəfindən işğal edilmişdir. - 188. 

  



___________________________________________________450 

 

 

151. Rostropoviç Mstislav Leopoldoviç (1927-2007) - Bakıda doğulmuş 

görkəmli musiqiçi, violençelist, dirijor. Lenin mükafatı laureatı, SSRİ xalq artisti. 

Bakı Musiqi Akademiyasının fəxri professoru. Azərbaycan Respublikasının    

«İstiqlal» ordeni ilə təltif edilmişdir. - 194-201, 337, 338. 

 

152. Lill - Fransada şəhər, Normandiyanın inziləati mərkəzi. Əhalisi 

175 min nəfərdir. Şəhər qədim mədəniyyət abidələri ilə zəngindir. - 195. 

 

153. Vilayət Quliyev, Vilayət Muxtar oğlu (d.1952) - filoloq, diplomat. 

Filologiya elmləri doktoru. 1996-200-ci illərdə Milli Məclisin deputatı olmuşdur. 

1999-2004-ci illərdə Azərbaycan Respublikası xarici işlər naziri vəzifəsində 

çalışmışdır. Hazırda Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və 

səlahiyyətli səfiridir. - 213. 

 

154. Valeh Ələsgərov (d.1946) - neftçi mühəndis. SSRİ Nazirlər Soveti yanında 

Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. Müxtəlif illərdə neft sənayesi sahəsində 

rəhbər vəzifələrdə çalışmışdır. 2005-ci ildən Milli Məclisdə sədr müavinidir. Qubkin 

adına Qızıl medal və Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə  təltif 

olunmuşdur. - 226. 

 

156. Bosfor - Avropa ilə Kiçik Asiya arasında boğaz. Qara və  Mərmərə 

dənizlərini birləşdirir. Uzunluğu təqribən 30 km, eni 750 m-dən 3,7 km-dək, dərinliyi 

ən dayaz yerdə 33 m-dir. Qara dənizdən yeganə  çıxış yolu olan Bosforun mühüm 

iqtisadi və strateji əhəmiyyəti var. - 226, 345. 

 

157. Senat- ABŞ-da Konqresin yuxarı palatası nəzərdə tutulur. - 235, 236. 

 

158. Saparmurad Niyazov, Saparmurad Ata oğlu  (1940-2007)-Türkmənistanın 

siyasi və dövlət xadimi. 1985-ci ilin dekabrından 1990-cı ilə      qədər  Türkmənistan   

KP   MK-nın   birinci  katibi,   1990-cı   ildən Türkmənistan Respublikasının 

prezidenti olmuşdur. - 226. 

 

159. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik  Şurası (BMTTŞ) - BMT-

nin    daimi    fəaliyyət    göstərən    mühüm    orqanı.    BMT-nin Nizamnaməsinə 

görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında 

  



___________________________________________________451 

 

əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, 



ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. 

Prosedura məsələlərinə dair qərarlar  Şuranın 9 üzvü səs verdikdə  qəbul olunmuş 

sayılır. - 232. 

 

160. Semuel Berger - hüquqşünas.  1992-93-cü illərdə B.Klintonun xarici işlər 

üzrə böyük müşaviri işləmişdir. 1993-97-ci illərdə prezidentin milli təhlükəsizlik 

məsələləri üzrə köməkçisinin müavini, 1997-2000-ci illərdə isə ABŞ prezidentinin 

milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olmuşdur. - 235. 

 

161. Bjezinski  Zbiqnev (d.1928) - Amerikanın siyasi və dövlət xadimi

politoloq. 1977-81-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri,  

Təhlükəsizlik  Şurasının  əməkdaşı olmuşdur.   1981-ci ildən Strateji və Beynəlxalq 

Tədqiqatlar Mərkəzinin rəhbəridir. 1987-91-ci illərdə ABŞ prezidentinin xarici 

kəşfiyyat üzrə müşavirlər komitəsinin üzvü olmuşdur. 1989-cu ildən Con Norkins 

universitetinin Nitse adına Dərinləşdirilmiş Beynəlxalq Tədqiqatlar Mərkəzinin 

rəhbəri, Amerika-Azərbaycan Ticarət Palatasının fəxri müşaviridir. - 235.  

 

162. Kinq Piter (d.1944) - 1973-93-cü illərdə müxtəlif vəzifələrdə olmuş, 1992-

ci ildə Nyu-York ştatından Konqresin üzvü seçilmişdir. Respublikaçıdır. - 236. 

 

163. Makedoniya Respublikası  - Cənubi Avropada dövlət. Sahəsi 25,7 min 

km

2



,  əhalisi  1,97 milyon nəfərdir. Dövlət başçısı prezident, ali qanunverici orqanı 

birpalatalı Məclisdir. 

1945-91-ci illərdə Yuqoslaviyanın tərkibində idi. 1991-ci ilin noyabrında 

Makedoniya «suveren, müstəqil, demokratik» dövlət elan edildi. - 239. 

 

164.  İsparta - Türkiyənin cənub-qərbində  şəhər.  Əhalisi 51 min nəfərdir. 

Xalçaçılığın ən iri mərkəzlərindəndir. - 240, 252, 253, 256-268, 270, 271. 

 

165. TEMA, Türkiyə Eroziya ilə Mübarizə, Yaşıllaşdırma və  Ətraf Mühitin 

mühafizəsi Vəqfi - 1992-ci ildə yaradılmışdır. Bu vəqf torpaq eroziyası ilə mübarizə, 

torpaqların şoranlaşmasının qarşısının alınması ilə məşğul olur. -241-250. 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə