Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə130/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   126   127   128   129   130   131   132   133   ...   139

___________________________________________________443 

Katibliyi Parisdədir. Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür.-112-113, 

116, 120, 126, 128. 

 

110. Ukrayna, Ukrayna Respublikası- Cənub-Şərqi Avropada dövlət.  Ərazisi 

603,7 min km

2

, əhalisi 51,3 milyon nəfərdir. Ukraynanın tərkibinə 24 vilayət və Krım 



Respublikası daxildir. Dövlət başçısı prezident, qanunverici orqanı - Ali Radadır. 

Paytaxtı Kiyev şəhəridir. -115, 231, 273-289. 



 

111.  Leonid Daniloviç Kuçma (d. 1938) - Ukraynanın siyasi və dövlət xadimi. 

1994-2005-ci illərdə Ukrayna Respublikasının prezidenti olmuşdur. Azərbaycan 

Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. -115, 191, 273, 275-276, 283, 

285, 287. 

 

112. Hacı    Allahşükür     Paşazadə,   Allahşükür Hümmət   oğlu (d. 1949) - 

1980-ci ildən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, 1990-cı ildən Qafqaz Xalqları 

Ali Dini Şurasının sədridir. Azərbaycan Respublikasının «Şöhrət» və  «İstiqlal» 

ordenləri ilə təltif edilmişdir. - 116-133. 



 

113. Braunbek Sem (d. 1956) - hüquqşünas. ABŞ Konqresi Nümayəndələr 

Palatasınm üzvü, 1996-cı ildən senator, Xarici Əlaqələr Komitəsinin üzvü. - 121, 235. 



 

114.  İsrail  - Yaxın  Şərqdə dövlət. Sahəsi 20,8 min km

2

,  əhalisi 5,5 milyon 



nəfərdir. İsrail dövləti BMT-nin Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli   qərarına 

əsasən yaradılmışdır.  İsrail inziləati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı 

prezidentidir, onu birpalatalı parlament (knesset) seçir. Hökumətə geniş  səlahiyyəti 

olan Baş nazir başçılıq edir. - 122, 128, 152-153, 191, 330-336. 

 

115. 1990-cı ilin yanvarı - 1990-cı ilin yanvarında Azərbaycanda faciə baş verdi. 

Yanvarın  19-dan 20-nə keçən gecə fövqəladə  vəziyyət elan edilmədən Sovet 

ordusunun xüsusi təyinatlı  cəza dəstələri, dəniz donanmasının və daxili qoşunların 

bölmələri Bakı  şəhərinə yeridildi. Sovet ordusunun bu kütləvi zorakılıq aktı 

nəticəsində   131   nəfər öldürülmüş,  744 nəfər yaralanmış, yüzlərlə adam qanunsuz 

həbs edilmiş  və itkin düşmüş, dövlət  əmlakına, ictimai və  şəxsi  əmlaka,  şəhər 

təsərrüfatına və  vətəndaşlara böyük maddi ziyan  dəymişdi.   1990-cı  ilin  qanlı  

yanvarı  Azərbaycanın  ərazi 

  

 

 




___________________________________________________444 

 

bütövlüyü uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının qanı ilə 



yazılmış şərəfli səhifə oldu. - 125. 

 

116.  Şəhidlər  xiyabanı.  Azərbaycanın azadlığı,  müstəqilliyi,   ərazi bütövlüyü 

uğrunda şəhid olmuş mərd oğul və qızların uyuduğu müqəddəs ziyarətgah. 1990-cı il 

yanvarın 20-də Sovet Ordusunun hücumu zamanı həlak olmuş onlarla adam «Dağüstü 

park»ın qərb hissəsində dəfn edilmişdir. Bura o vaxtdan «Şəhidlər xiyabanı» adlanır. 

Xiyabanda eyni zamanda   Ermənistan      işğalçılarına      qarşı      Azərbaycan   

torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına həlak olanlar da dəfn edilmişdir. 

1998-ci ildə burada hündürlüyü 22 metr olan əbədi məşəl-abidə qoyulmuşdur. - 125. 

 

117. Adəm - iudaizm, xristian və islam dinlərinə görə ilk insan. Adəmi allah 

torpaqdan yaratmış və bütün insanlar Adəm və Həvvadan törənmişlər. - 125. 

 

118. Musa, Moisey - iudaizm hədislərinə görə öz etiqadını  yəhudi qəbilələrinə  

öyrədən Yəhvanın  birinci  peyğəmbəri.   Allah  tərəfındən müqəddəs kitabın - 

Tovratın- nazil olunduğu  şəxs. Musa peyğəmbər ilk əvvəl     Allah tərəfindən ona 

göndərilmiş  əsa ilə öz xalqını  Misir əsarətindən xilas edir. Üçüncü ayda Musaya (ə) 

Sinay dağlarında 10 möcüzə - Allah qarşısında bəndələrinin  ədəb-ərkanının 

tənzimlənməsi nazil olur. 40 gün səhrada qeyb olandan sonra onun xalqı İordaniyanın 

şərqində («müqəddəs topraqlar») məskunlaşırlar. Musa (ə)120 yaşında Nevo dağında 

vəfat etmişdir. Musa (ə) xristian və islam dinində də adı çəkilən peyğəmbərdir. - 125. 

  

119. İsa, İisus Xristos-  xristianlığın əfsanəvi banisi. Xristianlığın təliminə görə 

İsa «allah insandır» və «allah oğludur». Rəvayətə görə İsa Roma imperatoru Avqustin 

dövründə  Fələstinin Vileyem şəhərində doğulmuş  İudeya, Qalleya, Samirə  və s. 

yerlərdə yeni dini təbliğ etmiş, çarmıxa çəkilmiş, sonra dirilərək qeyb olmuşdur. İsaya 

etiqad xristianlığın əsas ehkamlarındandır. -125. 

 

120. Məhəmməd   (əleyhüssəlam) (570/571-632) - İslamın banisi, siyasi və 

dövlət xadimi. İslama görə Məhəmməd əleyhüssəlam böyük peyğəmbər və «Allahın 

elçisi» sayılmış, «Qurani-kərimi» xalqa çatdırmışdır. - 125. 

  

 

 



 

121. Quran,  əl-Quran, Qurani-kərim- Müsəlmanların müqəddəs kitabı. Quranı 

Allah, Cəbrayıl vasitəsilə Məhəmməd əleyhüssəlama göndərib. Quran qafiyəli nəsrlə 

yazılmış 114 cürə  və 6200-dən çox ayədən ibarətdir.  «Məkkə surələrinə»  (610-622,  

Məkkə,  90 surə) və «Mədinə surələrinə» (622-632, Mədinə, 24 cürə) bölünür. - 125. 

 

122. Tövrat (yəhudicə - təlim, qanun) - Bibliyanın ilk beş kitabı,  Əhd-I  ətiqə 

daxildir. Tövrata Varlıq, Axirət, Ruhani (Levit), Rəqəm və  İkinci qanun kitabları 

daxildir. - 125. 



___________________________________________________445 

 

123.  İncil (müjdə, xeyir xəbər) - Bibliyanın xristianlığa aid hissəsi.  İncildə, 

əsasən  İsa peyğəmbərin və onun «möcüzələrinə» aid erkən xristianlıq  əfsanələri 

toplanmışdır. İncilin harada tərtib olunması məsələsi mübahisəlidir. -125. 

 

124. Ekstremizm - siyasətdə ifrat tədbirlərə və baxışlara meyl. -132. 

 

125. Antisemitizm - yəhudilərə qarşı milli və dini ayrı seçgiliyin ifrat 

formalarından biri.- 132. 

 

126. Müsavat partiyası  - 1911-ci ildə Bakıda yaranib.  1920-ci ildə  fəaliyyəti 

qadağan edilib. 1992-ci ildən yenidən fəaliyyətə başlayib. - 136, 138, 139, 175, 187, 

236. 

 

127. ÇUÖAM - Avropada adi silahların azaldılması haqqında müqavilənin cinah 



sənədi müzakirə olunduqdan sonra həmin sənədi bəyənən ölkələrdən - Gürcüstan

Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-rəsmi «dördlər qrupu» yaradıldı. 

Sonralar bu quruma Özbəkistan da qatıldı (10 oktyabr 1997). 2005-ci ildə isə 

Özbəkistan bu qurumu tərk etdi. - 138, 317, 318. 

 

128.  Primakov Yevgeni Maksimoviç (d. 1929) - Rusiyanın siyasi və dövlət 

xadimi, diplomat. REA-nın akademiki. 1990-cı illərdə Rusiya Federasiyasının xarici 

işlər naziri, Nazirlər Sovetinin sədri vəzifələrində çalışırışdır. Hazırda Rusiya 

Federasiyası Sənaye-Ticarət Palatasının prezidentidir. - 139. 

 

129. Minsk konfransı  həmsədrlərinin Denver birgə  bəyanatında irəli sürülən   

son   təkliflərinin   başlıca      xüsusiyyəti   ondan   ibarətdir   ki, münaqişənin  iki  

mərhələdə  aradan  qaldırılması  qəti  olaraq  qarşıya qoyulur.  Birinci mərhələdə işğal 

edilmiş altı rayon azad edilməli və 

  



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə