Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə127/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   123   124   125   126   127   128   129   130   ...   139

___________________________________________________434 

57. Qabil,  İmamverdiyev Qabil Allahverdi oğlu (d. 1926-2007) - Azərbaycan 

Respublikasının xalq şairi. Azərbaycan Dövlət mükafatı laureatı. Azərbaycan 

Respublikasının «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunmuşdur. - 63-108. 

 

58. Fikrət Qoca, Qocayev   Fikrət   Göyüş oğlu (d. 1935) - Azərbaycanın xalq 

şairi. «Qobustan» incəsənət toplusunun baş redaktoru və Azərbaycan Yazıçılar 

Birliyinin birinci katibidir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə  təltif 

olunmuşdur. - 63-108. 



 

59. Hacı   Zeynalabdin  Tağıyev (1838-1924)  -  məşhur  messenat, 

maarifpərvər, «millətin başçısı, atası», Bakı milyonçusu. Əvvəllər bənna işləmiş Hacı 

1872-ci ildən neftçıxarma işinə kapital qoymuş  və sahibkarlıq fəaliyyətinə 

başlamışdır. Bakıda «Tağıyev H.Z. lifli maddələrin emalı üzrə Qafqaz səhmdar 

cəmiyyəti»ni, toxuculuq fabrikini, «Xəzər manyfaktura cəmiyyəti»ni, «Tağıyev balıq 

sənayesi səhmdar cəmiyyəti»ni, yerli sahibkarlarla birlikdə Bakı ticarət bankını 

yaratmış və bank Şurasının sədri seçilmişdi. 

Savadsız olmuş Hacı savadsızlığın acısını duymuş  və buna görə  də  vətən 

övladlarının, xüsusilə, kasıb oğlan və  qızların təhsil almasına böyük qayğı 

göstərmişdi. O, öz vəsaiti ilə Yaxın Şərqdə - Bakıda ilk qız gimnaziyası, qadınları işlə 

təmin etmək üçün Bakıda toxuculuq fabriki, Mərdəkanda sənət məktəbi, teatr binası 

tikdirir. Qiraətxanalar üçün qəzet və jurnalların pulunu ödəyir, öz xərcinə Azərbaycan 

şair və alimlərinin əsərlərini, həmçinin azərbaycancaya tərcümələri çap etdirir. 1905-

11-ci illər İran məşrutə hərəkatına silah və pulla yardım edir. İranda onlarla məktəbin 

açılmasına, məktəb ləvazimatı  və  zəruri kitablarla təmin edilməsinə, daxildə  və 

xaricdə oxuyan və maddi təminata ehtiyacı olanlara daim yardım edirdi. «Kaspi», 

«Həyat», «Füyuzat» kimi qəzet və jurnalların nəşri üçün vəsait ayırmışdı. 

Hacı Bakıya «Şollar suyu» borusunu çəkdirmiş, Mərdəkanda dən üyüdən elektrik 

dəyirmanı tikdirmiş və qəsəbənin əhalisini ilk dəfə elektrik işığı ilə təmin etmişdir. - 

67. 


 

60. Fatma xanım, Abdullazadə Fatma Hüseyn qızı (d.1948) - fizika-riyaziyyat 

elmlər doktoru, professor. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı 

hümanitar siyasət  şöbəsinin müdiri. 1995-2000-ci illərdə Milli Məclisin deputatı 

olmuşdur. - 64,65. 

  



___________________________________________________435 

61. Fikrət Sadıq, Sadıqov   Fikrət   Abbas   oğlu (d. 1930) -Azərbaycanın xalq 

şairi, Azərbaycan Dövlət mükafatı laureatıdır. - 69. 



 

62. «Qobustan» - rüblük incəsənət toplusu. 1969-cu ildən Bakıda nəşr edilir. 

Jurnalda Azərbaycan və dünya incəsənətinin korifeyləri haqqında məqalələr, bədii 

yazılar, müsahibələr verilir. «Qobustan»da bədii yaradıcılığın müxtəlif sahələri ilə 

yanaşı, estetika, incəsənət tarixi və nəzəriyyəsi problemləri də əks olunur. - 69. 



 

63. Naxçıvan Muxtar Respublikası (1920-23-cü illərdə Naxçıvan Sovet 

Sosialist Respublikası, 1923-24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-90-cı illərdə 

Naxçıvan  Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən Naxçıvan Muxtar 

Respublikası) - Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. 

Muxtar respublika ərazisinin sahəsi 5,5 min km

2

, əhalisi 372,9 min nəfərdir (2005, 



1 yanvar). Hazırda 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, 

Kəngərli) bölünmüşdür, 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 

kənd inzibati ərazi dairəsi var (2005). Paytaxtı Naxçıvan şəhəridir. - 69,94. 

 

64. Veto - qanunverici orqanların qərarını dayandırmaq və ya ləğv etmək 

hüququ. - 73. 



 

65. Yuqoslaviya böhranı - 1980-ci illərdən başlayaraq Yuqoslaviyada 

(Yuqoslaviya Federativ Sosialist Respublikası) ciddi iqtisadi və siyasi çətinliklərlə 

qarşılaşdı. 1991-ci ildə millətlərarası qarşıdurma nəticəsində YFSR   parçalandı.   

Federasiyanın   tərkibindən   Sloveniya,   Xorvatiya,Bosniya və Hersoqovina, 

Makedoniya çıxdı  və müstəqil dövlət oldular.1992-ci ildə Serbiya və Çernoqoriya 

Yuqoslaviya   Respublikasını (SRY) yaratdılar. 2002-ci ildə SRY Serbiya və 

Çernoqoriya adı ilə adlandırıldı.2006-cı ildə keçirilən referendum nəticəsində 

Çernoqoriya da Serbiyadan ayrıldı və müstəqil dövlət yaratdı. - 75,101,174. 



 

66. Qara 

Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı - 1992-ci ildə İstanbul 

zirvə görüşündə yaradılmışdır. Buraya Albaniya, Azərbaycan,Bolqarıstan, 

Ermənistan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Xorvatiya, Türkiyə, 

Ukrayna və Yunanıstan daxildir. Bu təşkilat ancaq  iqtisadi  əməkdaşlıq  maraqları  

əsasında  qurulmuş təşkilatdır.İqamətgahı İstanbuldadır. - 78,141-142. 



___________________________________________________436 

 

67. Olbrayt 



Madlen  (d.1937) - ABŞ-ın tanınmış diplomatı və dövlət xadimi. 

1989-cu ildən ABŞ-ın Milli Siyasət Mərkəzinin prezidentidir.1993-cü ildə    ABŞ-ın 

BMT-də    daimi nümayəndəsi təyin edilmişdir.1997-2000-ci illərdə ABŞ-ın Dövlət  

katibi olmuşdur. - 80,156-158,181,191,231,235. 



 

68.  Avropada adi silahlar haqqında müqavilə 1990-cı il noyabrın 19-da 

NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında imzalanmışdır. Onun əsasını 5 

kateqoriya üzrə silahların və texnikanın (döyüş tankları, zirehli döyüş maşınları, 100 

mm-dən yuxarı kalibrli artilleriya sistemləri, döyüş təyyarələri və zərbəçi vertolyotlar) 

hər bir iştirakçı dövlət üçün Müqavilə ilə  icazə  yerilmiş  maksimum  səviyyəsinədək  

azaldılması    və    onların məhdudlaşdırılmasına sonrakı  nəzarəti təşkil edir. SSRİ 

dağıldıqdan sonra 1992-ci il mayın 15-də Daşkənddə bu Müqavilə üzrə hüquqverici 

olan 8  müstəqil dövlət arasında  (Azərbaycan,  Belarus,  Qazaxıstan,Ermənistan, 

Gürcüstan, Moldova, Rusiya, Ukrayna) Müqavilənin yerinə yetirilməsi prinsipləri 

haqqında saziş  və adi silahların və texnikanın maksimum səviyyələri haqqında 

protokol imzalandı. 

Bu protokola uyğun olaraq Cənubi Qafqazın üç dövlətinin hər biri üçün Müqavilə 

ilə müəyyən edilmiş  məhdudlaşdırılmalar Azərbaycanın zərərinə olaraq onun hərbi-

siyasi parametrlərindəki fərqi nəzərə almır. Hazırda Vyanada Avropada adi silahlar 

haqqında Müqavilənin birgə  məsləhət qrupu çərçivəsində Müqavlənin müasir 

reallıqlara uyğunlaşdırılması barədə danışıqlar gedir. - 81, 89, 175, 184, 210, 229, 

309. 

 

69. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) - hərbi-siyasi ittifaq. 1949-

cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, 

Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İslandiyanın 

imzaladıqları  Şimali Atlantika müqaviləsi  əsasında yaradılmışdır.  1952-ci ildə 

Yunanıstan və Türkiyə,  1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə 

İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1990) 

sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya 

üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi NATO-nun «Sülh naminə 

tərəfdaşlıq» proqramına qoşulmuşlar. Ali orqanı NATO Şurasının sessiyasıdır.Mənzil 

- qərargahı   Brüsseldədir.   -   81, 89, 101, 136, 162, 175, 184, 185, 204, 230, 258. 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə