Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə129/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   125   126   127   128   129   130   131   132   ...   139

___________________________________________________440 

89.  Şərəf Rəşidov,  Şərəf Rəşidoğlu (1917-1983) - Özbəkistanın partiya və 

dövlət xadimi, yazıçı.  İki dəfə Sosialist Əməyi Qəhrəmanı. 1959- 83-cü illərdə 

Özbəkistan KP MK-nın birinci katibi olmuşdur. - 100. 

 

90. Miloşeviç Slobadan (1941-2006) – 1992 - 97-ci illərdə Serbiyanın,1997 - 

2000 - ci  illərdə  Yuqoslaviya  Respublikası  İttifaqının  prezidenti olmuşdur. - 101. 



 

91. Kosovo 

hadisələri - 1999-cu ildə Serbiya hakimiyyəti tərəfindən Kosovoda  

yaşayan  alban   əhalisinə    qarşı   etnik  zor  tətbiq   edilməyə başlandı. Bunun 

qarşısını almaq üçün NATO hərbi qüvvələri işə qarışdı.Yuqoslaviya hərbi qüvvələri 

öz qoşunlarını Kosovodan çıxarmağa məcbur edildi və NATO sülh məramlı qüvvələri 

Kosovoya gətirildi. - 101. 

 

92. Füzuli rayonu (1959-cu ilədək Qaryagin rayonu) - Azərbaycan 

Respublikasında inzibati rayon. 1930-cu ildə  təşkil olunmuşdur. Sahəsi 1386 km

2



80,2 min nəfərdir. 1993-cü ildə erməni hərbi qüvvələri tərəfindən işğal edilmişdir. - 



101. 

 

93. Cəbrayıl - Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil 

olunmuşdur. Sahəsi 1050 km

2

, əhalisi 45,8 min nəfər idi. 1993- cü ildə erməni silahlı 



qüvvələri tərəfindən işğal edilmişdir. - 101. 

 

 

94. Kəlbəcər - Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil 

edilmişdir. Sahəsi 1936 km

2

,  əhalisi 40,3 min nəfərdir. 1992-ci ildə erməni silahlı 



qüvvələri tərəfindən işğal edilmişdir. -101. 

 

95. «Xalq 

qəzeti» -   Azərbaycan Respublikasında gündəlik, siyasi, ictimai 

qəzet. 1919-cu ildən «Kommunist» adı ilə nəşr edilmişdir. 1991-ci ildən isə «Xalq» 

qəzeti» adlanır. Qəzetin təsisçisi Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsi 

və qəzetin redaksiya heyətidir. - 102. 



 

96. «Turan» informasiya agentliyi - 1990-cı ildə yaradılmışdır. Agentlik 

tərəfindən KİV-lər, digər hüquqi və fiziki şəxslər üçün informasiyaların toplanması və 

yayılması həyata keçirilir. - 102,103,296. 

 

97.  İslam Konfransı  Təşkilatı  (İKT) - 1969-cu ildə yaradılmışdır.Müsəlman 

ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə  İslam Konfransı  Təşkilatının 

fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəm- 

  

 



 


___________________________________________________441 

lənməsinə, üzv-dövlətlər arasında əməkdaşlığa yönəldilmişdir. İqamətgahı Ciddədədir 

(Səudiyyə Ərəbistanı). Azərbaycan 1991-ci ildən İKT-nın üzvüdür. - 102. 

 

98. Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni 

silahlı qüvvələri və Xankəndində yerləşən Rusiyanın 366-cı alayının əsgər və zabitləri 

Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmışlar;1000 nəfərdən artıq 

azərbaycanlı öldürülmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüşdür. - 104. 



 

99. Mircəfər Bağırov, Mircəfər   Abbas   oğlu (1896-1956) -1933-53-cü illərdə 

Azərbaycan KP MK-nın birinci katibi olmuşdur.Bütün SSRİ-də olduğu kimi 

Azərbaycanda da inzibati-amirlik idarəetmə sisteminin möhkəmləndirilməsinə, 

totalitar Stalin rejiminin    bərqərar olmasına, partiya sıralarını «təmizləmə» adı ilə baş 

verən repressiyaların həyata keçirilməsinə bilavasitə rəhbərlik etmişdir. - 104. 

 

100.  Şuşa - Azərbaycan Respublikasında  şəhər. Elmi ədəbiyyatda  Şuşanın 

əsasının 1750-ci illərin  əvvəllərində Qarabağ xanı  Pənahəli xan Cavanşir tərəfindən 

qoyulması göstərilsə də, tədqiqatlar Şuşanın qədim yaşayış məntəqəsi olduğunu qeyd 

edirlər. Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə 

Pənahabad adlanmışdır.Şuşa 1813-cü il Gülüstan müqaviləsinə  əsasən Qarabağ 

xanlığı  tərkibində Rusiyaya birləşdirildi. 1920-ci ilin martında erməni daşnaklarının 

Qarabağda törətdikləri qırğın nəticəsində  Şuşanın bir hissəsi tamamilə yandırıldı  və 

minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının  əvvəlində müsavatçılar və 

türk generalı Nuru Paşa  Şuşanı erməni qəsbkarlarından xilas etdi. 1923-cü il 

Azərbaycan MİK-nin dekretinə  əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil 

olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi. 

1992-ci ildə erməni işğalçıları  Şuşanı  zəbt etdilər. Hazırda  Şuşa yadellilərin 

tapdağı altındadır. - 105, 187. 

 

101. Birləşmiş Millətlər Təşkilatının Baş  Məclisi - BMT-nin əsas 

orqanlarından biri. BMT üzvü olan bütün dövlətlərdən ibarətdir. BMT üzvlərinə və ya 

BMT Təhlükəsizlik  Şurasına hər cür məsələlərə  və  işlərə tövsiyələr vermək 

səlahiyyəti var. 

Baş  Məclisin qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv 

dövlətlər üçün məcburi deyil. Məclisin hər il növbəti sessiyası 

  

 

 




___________________________________________________442 

 

olur. Baş Məclisin nəzdində onun funksiyalarını həyata keçirmək üçün 7 əsas komitə 



var. - 105. 

 

102. Kofi Annan (d.1938) - 1997-2006-cı illərdə Birləşmiş Millətlər Təşkilatının 

Baş katibi olmuşdur. Nobel mükafatı laureatı. - 105. 



 

103. Həsən Həsənov, H ə s ə n    Əziz    oğlu (d.1940) - Azərbaycanın siyasi 

xadimi, diplomat. Ayrı-ayrı illərdə Nazirlər   Sovetinin sədri, BMT-də Azərbaycan 

Respublikasının daimi nümayəndəsi və xarici işlər naziri olmuşdur. Hazırda 

Macarıstanda Azərbaycan Respublikasının  fövqəladə    və    səlahimyyətli  səfiridir.   

Birinci  çağırış  Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. - 105. 

 

104. Butros Qali (d.1922) – 1992 - 96-cı illərdə BMT-nin Baş katibi olmuşdur. - 

105. 


 

105. Rəsul Quliyev, Rəsul   Bayram   oğlu (d. 1947) - 1993-96- cı illərdə Milli 

Məclisin sədri olmuşdur. - 107. 



 

106. Fuad Quliyev, Fuad  X Ə l i 1  oğlu  (d.1941) -   1994-96-cı illərdə 

Azərbaycan Respublikasının Baş naziri olmuşdur. - 107. 



 

107. Natiq Əliyev, Natiq Ağaəli   oğlu (d. 1947) - 1993-2006-cı illər Azərbaycan 

Respublikası Dövlət Neft Şirkətinin prezidenti olmuşdur. Hazırda   Azərbaycan   

Respublikası      Sənaye   və   Energetika   naziridir.Azərbaycan Respublikasının 

«Şöhrət»   ordeni ilə təltif edilmişdir. - 107,213,219,220. 



 

108. Xoşbəxt Yusifzadə, Xoşbəxt   Bağı      oğlu (d. 1930) - neftçi-geoloq, 

geologiya-minerologiya elmləri doktoru. Azərbaycan Milli Elmlər Akademiyasının 

akademiki. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 

vitse-prezidenti,  2004-cü ildən isə birinci vitse-prezidentdir. Azərbaycan 

Respublikasının «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunmuşdur. - 107,226. 

 

109. YUNESKO - BMT-nin maarif, elm və  mədəniyyət işlərinə baxan 

hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-cı il-dən fəaliyyətə 

başlamışdır. Ali orqanı iki ildən bir çağırılan konfransdır. 

  

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə