Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə128/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   124   125   126   127   128   129   130   131   ...   139

___________________________________________________437 

70. Varşava paktı -   1955-ci  il  mayın   14-də  Varşavada  socialist ölkələrini 

qorumaq, Avropada sülhü və təhlükəsizliyi təmin etmək məqsədilə yaradılmışdı. Bura 

ADR, Albaniya, Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, SSRİ  və Çexoslovakiya 

daxil idi. 1991-ci ildə SSRİ süqut etdikdən sonra bu təşkilat da öz-özünə dağılmışdır. - 

81, 82, 89, 136, 175, 184, 185, 204, 230. 

 

71. Naxçıvan - Azərbaycan Respublikasında  şəhər. Naxçıvan Muxtar 

Respublikasının paytaxtı.  Ərazisi  0,013 min  km

2

,  əhalisi 67 min nəfərdən çoxdur. 



Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan qədim, antik və 

orta əsr şəhər yerinin xarabalıqları üzərində salınmışdır. 

Naxçıvan e.ə. IX-VI əsrlərdə qədim Manna və Midiyanın, eramızın əvvəllərində 

isə Albaniyanın tərkibində, IV əsrdən Sasanilərin tərkibində olmuşdur. 654-cü ildə isə 

Naxçıvanı ərəblər işğal edirlər. 1828-ci il Türkmənçay müqaviləsinə qədər Naxçıvan 

müxtəlif dövlətlərin nüfuz dairəsində olur. Məhz bu ildən Naxçıvan Rusiya 

imperiyasına birləşdirildi və qəza mərkəzinə çevrildi. Naxçıvan 1924-cü il fevralın 9-

da Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu. - 84, 85, 88, 89, 95, 

402 ,403, 409, 410 

 

72. Xalq 

Cəbhəsi, Azərbaycan   Xalq   cəbhəsi (AXC) -ictimai-siyasi təşkilat. 

1989-cu ildə təsis konfransı keçirilmiş, Proqram və Nizamnaməsi qəbul olunmuşdur.   

1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq Cəbhəsi 

Partiyası adlandırılmışdır. - 84,88,89,90,136,175,187,236. 



 

73. Surət Hüseynov,   Surət    Davud   oğlu (d. 1959) – 1993-94-cü illərdə 

Azərbaycan Respublikasının Baş naziri olmuşdur. 1994-cü ilin oktyabrında 

Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmiş çevriliş cəhdinə rəhbərlik 

etmişdir. - 84, 85, 86. 



 

74. Mütəllibov Ayaz, Ayaz Niyazi oğlu (d. 1938) - 1989-90-cı illərdə 

Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1990-cı ildə Azərbaycan KP MK-nın 

birinci katibi seçilmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının prezidenti 

olmuşdur. Ayaz Mütəllibov işində ciddi səhvlərə yol vermiş, nəticədə Ermənistan 

silahlı qüvvələri Dağlıq Qarabağdan azərbaycanlı  əhalini çıxarmış  və  ərazini işğal 

etməyə nail olmuşlar. - 84, 86, 90, 136, 137, 138, 175, 187. 

  

 

 




___________________________________________________438 

75. Elçibəy, Ə l i y e v   Əbülfəz   Qədirqulu    o ğ 1 u (1938-2000) - 1989-cu 

ildə yaradılan AXC-nin, sonralar AXCP-nin sədri.1992-93-cü illərdə Azərbaycan 

Respublikasının prezidenti olmuşdur.-85. 

 

76.  İsa Qəmbər,  İsaYunis    oğlu (d.1957) – 1990 – 95 - ci illlərdə Milli 

Məclisin deputatı, 1992-93-cü illərdə parlamentin sədri olub. 1992- ci ildən Müsavat 

partiyasının başqanıdır. - 85,188. 

 

77. Rəhim Qazıyev,  Rəhim Həsən  oğlu  (d. 1943) – texnika elmləri namizədi.  

1992-93-cü illərdə Azərbaycan Respublikasının müdafiə naziri olmuşdur. Ordu 

quruculuğunda kobud səhvlərə yol vermiş,nəticədə Azərbaycan torpaqlarının bir 

hissəsi, o cümlədən  Şuşa  şəhəri ermənilər tərəfindən işğal olunmuşdur.- 86, 90, 91, 

137, 138, 175, 188,  230. 

 

78. OMON - 1992-95-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusi 

Təyinatlı Polis Dəstələri (XTRD) - 86. 



 

79. Beynəlxalq Valyuta Fondu - BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış 

idarəsi, beynəlxalq valyuta təşkilatı.1945-ci ildə yaradılmış,1947-ci ildən fəaliyyətə 

başlamışdır.İdarə heyəti Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi fondun 

üzvüdür. Nizamnaməsinə görə məqsədi beynəlxalq   valyuta   əməkdaşlığına   yardım   

etmək,   ölkələr   arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda 

daxil olan ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini 

tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Valyuta 

Fonduna qəbul olunmuşdur. - 87,327. 



 

80. Murtuz 

Ələsgərov, Murtuz   Nəcəfoğlu (d. 1928) - Azərbaycanın dövlət 

xadimi. Hüquq elmləri doktoru, professor. Respublikanın  əməkdar hüquqşünasıdır. 

Yeni Azərbaycan Partiyasının sədr müavini və partiyanın Siyasi Şurasının üzvüdür. 

1993-cü ildə Bakı Dövlət Universitetinin rektoru olmuşdur.1995-ci ildə Azərbaycan 

Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 1996-2005-ci illərdə   Azərbaycan 

Respublikası Milli Məclisinin sədri idi. Azərbaycan Respublikasının «İstiqlal» ordeni 

ilə təltif edilmişdir. - 88. 

 

81. Fəraməz Maqsudov, Fəraməz   Qəzənfər   oğlu (1930- 2000) - riyaziyyatçı, 

elm təşkilatçısı, ictimai xadim. 1997-2000-ci illərdə Azərbaycan Respublikası Milli 

Elmlər Akademiyasının prezidenti ol- 

 



___________________________________________________439 

muşdur. Azərbaycan Respublikası Milli Məclisin 1-ci çağırış deputatı seçilmişdir. 

Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. - 88. 

 

82. Vəli Axundov, Və1i   Yusif   oğlu (1916-1986) - Azərbayca - nın partiya və 

dövlət xadimi. 1959-69-cu illərdə Azərbaycan KP MK-nın birinci   katibi   olmuşdur. 

Azərbaycan   SSR   EA-nın   həqiqi   üzvü seçilmişdir. - 93. 

 

83. Brejnev 

Leonid 

İliç (1906-1982) - Rusiyanın partiya və dövlət xadimi. 

1964-82-ci illərdə Sov. İKP MK-nın Baş katibi, 1977-ci ildən həmçinin SSRİ Ali 

Soveti Rəyasət Heyətinin sədri olmuşdur. - 93, 96, 267, 352. 

 

84. Ağdam - Azərbaycan Respublikasında inzibati rayon.  1930-cu ildə  təşkil 

edilmişdir. Sahəsi 1094 km

2

,  əhalisi 101,6 min nəfərdir. 1993-cü ildə erməni 



qəsbkarları tərəfindən işğal edilmişdir. - 94,101. 

 

85. KQB - burada   SSRİ   Dövlət Təhlükəsizlik Komitəsi nəzərdə tutulur. - 93. 

 

86. «Literaturnaya 

qazeta» - Rusiya Federasiyasında  ədəbi, ictimai, siyasi 

qəzet. 1929-cu ildən Moskvada (fasilələrlə) nəşr edilir. - 99. 



 

87. Vəzirov  Əbdürrəhman, Əbdürrəhman  Xəliloğlu(d.1930)- 1988-90-cı ilin 

yanvarınadək    Azərbaycan KP MK-nın birinci katibi olmuşdur. - 99. 



 

88. Qorbaçov,   M i x a i 1    S e r g e y e v i ç (d.1931) - 1985-91-ci illərdə 

Sov.İKP MK-nın Baş katibi, 1990-91-ci illərdə SSRİ-nin ilk və son prezidenti. 

Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya» siyasi xəttini, 

«humanist, demokratik sosializm» şüarını meydana atdı. Sovet totalitar rejimi ilə 

uyuşmayan «yenidənqurma» ölkəni dərin siyasi və iqtisadi böhrana saldı. Qorbaçovun 

milli münaqişələrə  səbəb olan siyasəti xüsusən Azərbaycana qarşı  qərəzli, 

düşmənçilik mövqeyi ilə  səciyyələnirdi.  Ermənilərin Azərbaycana olan torpaq 

iddialarını  dəstəkləyən Qorbaçov 1990-cı ilin yanvarında Bakıda baş verən Qanlı 

Yanvar faciəsinin təşkilatçısı və günahkarıdır. -99,100,125. 



Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə