Microsoft Word heyd?R. doc 23 axirinci doc



Yüklə 2,69 Mb.
Pdf görüntüsü
səhifə124/139
tarix01.08.2018
ölçüsü2,69 Mb.
#60005
1   ...   120   121   122   123   124   125   126   127   ...   139

___________________________________________________425 

hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında həqiqətlərin ən mötəbər 

beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında müstəsna 

xidmətləri var. «Heydər  Əliyev» və Fransanın «Fəxri legionun böyük xaç 

komandoru» ordenləri ilə təltif olunmuşdur. - 17, 53, 226. 

 

11. ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Əsası 1975-ci il 

iyulun 3-9-da Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ  və 

Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. ATƏT «soyuq müharibə»nin 

qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni 

Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, 

dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən  əməkdaşlıq və qarşılıqlı 

mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. 

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından 

ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. - 

14,72,73,74,92,128,134-140,156-158,170-172,173,174, 

203,204,267,280,295,341,355,412-421. 

 

12. Argentina, Argentina Respublikası - Cənubi Amerikanın cənub  şərqində 

dövlət. Sahəsi 2780 min km

2

,  əhalisi 34,9, milyon nəfərdir.Argentina federativ 



respublikadır. Dövlət və hökumət başçısı prezident,ali   qanunverici     hakimiyyət   

orqanı   Milli  Konqresdir  (parlament).Paytaxtı Buenos-Ayresdir. - 18. 



 

13. Tunis, Tunis Respublikası - Şimali Afrikada dövlət. Sahəsi 164,2 min km

2



əhalisi 9 milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici hakimmiyyət 

Nümayəndələr palatasına (parlament) məxsusdur. Paytaxtı Tunis şəhəridir. - 19. 



 

14. Klinton 

Bill, U i1 y a m Ceferson   B 1 a y d (d.1946) - ABŞ-ın görkəmli 

siyasi və dövlət xadimi. ABŞ-ın 41-ci prezidenti (1992-2000).Klinton xarici 

siyasətində SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış dövlətlərlə, o cümlədən 

Azərbaycan Respublikası ilə münasibətlərin yaxşılaşdırılmasına mühüm əhəmiyyət 

vermişdir. - 20, 77, 79, 89, 148, 149, 161-163 , 171 , 177 , 178 , 180 , 182 , 190 , 198 , 

201, 203, 207, 208, 224, 228, 235, 236, 244, 262, 266, 267, 415. 



 

15. Misir, Misir   Ərəb   Respublikası- Şimal-Şərqi Afrika və Asiyanın Sinay 

yarımadasında dövlət. Sahəsi 1001,4 min km

2

, əhalisi 



  

 

 




___________________________________________________426 

61 milyon nəfərdir. İnzibati ərazi cəhətdən 26 mühafazaya (qubernatorluğa) bölünür. 

Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı 

Qahirə şəhəridir. -20, 21, 230. 



 

16. Hüsnü Mübarək,  Seyid    Məhəmməd    (d.1928) – Misir Ərəb 

Respublikasının görkəmli siyasi və dövlət xadimi. 1975-81-ci illərdə Misir Ərəb 

Respublikasının vitse-prezidenti, 1981-ci ilin oktyabrından prezidentidir. -21. 

 

17. Hindistan, Hindistan   Respublikası - Cənubi Asiyada dövlət. Sahəsi 3,3 

milyon km

2

,  əhalisi 953 milyon nəfərdir. Hindistan Millətlər   Birliyi  tərkibində  



Federativ  Respublikadır.   Dövlət   başçısı prezident, qanunverici hakimiyyət iki 

palatadan (Ştatlar  Şurası  vəXalq palatası) ibarət parlamentə  məxsusdur. Hindistan 

inzibati cəhətlən 22 ştata və 9 müttəfiq əraziyə bölünür. Paytaxtı Dehli şəhəridir. - 22. 

 

18. Rusiya, RusiyaFederasiyası - Avropanın  şərqində,Asiyanın  şimalında 

dövlət.  Ərazisi 17075,4 min km

2

,  əhalisi 146,3 milyon nəfərdir. Rusiya respublika 



idarəetmə formalı demokratik federativ dövlətdir. Rusiya Federasiyasına 21 

respublika, 6 diyar, 49 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq 

şəhərləri, 10 muxtar vilayət və mahal daxildir. 

Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı - Dövlət Duması  və 

Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. - 23-42, 56,  58, 61, 65, 72, 74, 75, 

82, 89, 90, 91, 97, 103, 138, 145, 156-158, 176, 181, 188, 191, 199, 218, 229, 231,  

232, 233, 234, 246, 273, 277 -283, 287, 295, 324, 346, 355, 356, 414, 417, 418, 419. 

 

19.  Aksenenko   Nikolay  Yemelyanoviç (1949-2005) -  dəmiryolçu 

mühəndis.1984 - 94-cü illərdə bir sıra dövlət işlərində çalışmışdır. 1994 - 96-cı illərdə 

Rusiya Federasiyasında rabitə nazirinin müavini, 1996-97-ci illərdə rabitə nazirinin 

birinci müavini,   1997-ci il apreldən isə nazir vəzifəsində  işləmişdir. 1999-cu ildə 

Nazirlər Sovetinin birinci muavini,2000-02-ci illərdə yenidən RF-da rabitə naziri 

olmuşdur. - 23-42. 



 

20.  Baybakov Nikolay Konstantinoviç (d. 1911) - Rusiya dövlət xadimi. Bakı 

yaxınlığındakı Sabunçu qəsəbəsində doğulmuşdur. Lenin mükafatı  laureatı,  Sosialist  

Əməyi  Qəhrəmanı.   1965-90-cı  illədə SSRİ Nazirlər Soveti sədrinin müavini və 

SSRİ Dövlət Plan Komitəsinin sədri olmuşdur. O, harada olursa-olsun doğma 

Azərbaycanla əlaqəsini kəsmə- 

  

 



 


___________________________________________________427 

miş, Azərbaycanın iqtisadiyyatının inkişafına köməyini  əsirgəməmişdir. Azərbaycan 

Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. -24,26. 

 

21. Sovetlər İttifaqı, Sovet    Sosialist   Respublikaları İttifaqı (SSRİ) – 1922-

1991-ci illərdə keçmiş Rusiya imperiyasının böyük hissəsində mövcud olmuş dövlət. 

SSRİ-nin yaradılmasına dair Müqaviləyə (dek. 1922) əsasən onun tərkibinə 

Belorusiya (BSSR),  Rusiya (RSFSR), Cənubi Qafqaz respublikaları (ZSFSR; 1936-cı 

ildən müttəfiq respublikalar - Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR) və 

Ukrayna SSR, 1925-ci ildə - Özbəkistan SSR, Türkmənistan SSR, 1929-cu ildə 

Tacikistan SSR, 1936-cı ildə Qazaxıstan SSR, Qırğızıstan SSR, 1940-cı ildə 

Moldaviya SSR, Latviya SSR, Litva SSR, Estoniya SSR daxil olmuşdular. 

1991-ci ilin dekabrında Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin mövcudluğunun 

dayandırıldığını elan edərək Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması 

haqqında Saziş imzaladılar (8 dekabr, Minsk). 1991-ci il dekabrın 21-də Latviya, 

Litva və Estoniya istisna olmaqla keçmiş SSRİ-nin digər müttəfiq respublikalarının 

başçıları Alma-Atada Bəyannamə imzalayaraq MDB-nin yaradılması haqqında 

məqsəd və prinsiplərə qoşulduqlarını bəyan etdilər. – 24 , 25 , 26 , 70 , 89 , 90 , 91, 

92, 93, 98, 118, 175, 184,  186, 216, 245, 353, 408. 

 

22. Müstəqil Dövlətlər Birliyi (MDB) - 1991-ci ıl dekabrın 8-də  Belorusiya,   

Rusiya  və   Ukrayna   dövlət   başçılarının  imzaladıqları      Saziş  əsasında SSRİ 

dağıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. Azərbaycan 1993-cü 

ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq 

respublikası - Azərbaycan,      Belarus,      Ermənistan,  Gürcüstan,  Qazaxıstan,  

Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna 

daxildir. MDB-nin 1993-cü ildə  qəbul edilmiş nizamnaməsində  aşağıdakı birgə 

fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici 

siyasi fəaliyyətin  əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalaşdırılmasında, 

nəqliyyat sisteminin və rabitənin inkişafında  əməkdaşlıq;  əhalinin sağlamlığının və 

ətraf mühitin mühafizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla 

mübarizə; müdafiə siyasətində və sərhədlərin qorunmasında əməkdaşlıq. 

MDB-nin orqanları  aşağıdakılardır: Dövlət başçıları  Şurası; Hökumət başçıları 

Şurası; Xarici işlər nazirləri Şurası; Dövlətlərarası iqtisadi Şura; Mər- 

  

 

 




Yüklə 2,69 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə